ADU-nun təcrübəçi tələbələri tərəfindən Ulu öndərin 100 illiyinə həsr olunmuş anım tədbiri keçirilib
Azərbaycan Dillər Universitetinin (ADU) Yasamal rayonundakı 31№-li tam orta məktəbdə pedaqoji təcrübədə olan 401A, 406B və 409C qrupunun tələbələri ilə məktəbin 7a sinif şagirdlərinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə Məktəbin dərs hissə müdiri, tarix və ingilis dili müəllimləri və qrupların rəhbərləri - Təhsil 1 fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının müəllimləri A. Kazımova və T. Əliyeva da iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan dərs hissə müdiri Naibə Rüstəmova bildirib ki, Ümmumilli lider Heydər Əliyev Azərbaycanı dönməz müstəqilliyə, inkişafa aparıb. Azərbaycan xalqı xoşbəxtdir ki, bu ölkəyə Heydər Əliyev kimi müdrik insan, siyasi lider rəhbərlik edib və bugün bu siyasət dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Məktəbin tarix müəllimi Aida xanım Ulu öndərin keçdiyi böyük, mənalı və şərəfli həyat yolundan və fəaliyyətindən bəhs edib.

ADU-nun tələbəsi Nərgiz Muradova ingilis dilində Ulu öndər Heydər Əliyevin müasir dünyanın siyasi tarixində parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, müdrik dövlət xadimi kimi fəaliyyətindən danışıb.  

Bədii hissədə şagirdlər şeirlər səsləndirib.

Tədbir iştirakçıların “Heydər Xalqım deyəcək, Xalq Heydər söyləyəcək”musiqisinin ifası ilə yekunlaşıb.





Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo