Aprelin 28-də Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil 1 fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının müəllimi Aynur Məmmədovanın rəhbərliyi ilə pedoqoji təcrübədə olan tələbələri- X. Zivər, T. Mətanət, M. Bilqeyis, P. Aynur, N. Rəşadın və "İrəli" ictimai birliyinin birgə təşkilatçılığı ilə Binəqədi rayonu Əliağa Şıxlinski adına 135 nömrəli tam orta məktəbdə gənclərin düzgün peşə və ixtisas seçiminə dəstək mahiyyətli "Future me" adlı konfrans keçirilib.
Konfransda Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Ayşən Vəliyeva,"Web development" üzrə mütəxəssis Vüsal Həsənov, "Aloha World" xaricdə təhsil mərkəzinin xaricdə təhsil üzrə mütəxəssisi Müşafərim Əliyeva, Azərbaycan Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının Karyera planlanması şöbəsində fəaliyyət göstərən mentoru Mikayıl Tağıyev, ADU-nun Psixologiya kafedrasının dosenti Ceyhun Alıyev,"İrəli"ictimai birliyinin Təlim və Tədris üzrə katibi Günel Ələsgərli və DİM-nin qiymətləndirmə və diaqnostika şöbəsinin psixoloji iş və maarifləndirmə şöbəsinin böyük məsləhətçisi Sevinc Məmmədova mövzu ətrafında çıxış ediblər.
Maarifləndirici konfransda 8,9,10,11ci sinif şagirdlərinə düzgün ixtisas seçimi, peşəkar karyera planlamasının əhəmiyyəti, ixtisas seçimi zamanı diqqət yetirməli olan məqamlar, xaricdə təhsil, təqaüd proqramları və digər mövzular haqqında faydalı məlumatlar verilib. Eyni zamanda şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Konfrans məktəbin direktoru Şəfa Qurbanovanın çıxışı ilə yekunlaşıb.