ADU-nun tələbələri
Azərbaycan Dillər Universitetinin tələbələri  Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 7-də keçirilən "Küləyə qalib gəl" şüarı altında “Bakı marafonu-2023” də iştirak ediblər.

Qeyd edək ki, 2016-cı ildən etibarən hər il keçirilən  "Bakı Marafonu" nun məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etməkdir.

Bütün marafon iştirakçılarına və yarışın təşkilində dəstək göstərən könüllülərə sertifikatlar təqdim olunub.

Eyni zamanda Qarabağ qaziləri, fiziki imkanları məhdud olan şəxslər iştirak edib. "Bakı Marafonu 2023" ün mükafatlandırılması iki kateqoriyada olub. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, sertifikatlarla, eləcə də finiş xəttini keçən ilk 2000 iştirakçı isə “Bakı Marafonu 2023”ün medalları təltif olunub.

İştirakçılar, şəhər sakinləri və qonaqlar marafonun davam etdiyi müddətdə Dövlət Bayrağı Meydanında yaradılan əyləncə zonasında müxtəlif əyləncə proqramlarında, yarışlarda, interaktiv oyunlarda iştirak edib, konsert proqramlarını da izləyə biliblər.





Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo