ADU-nun tələbələri Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər
Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya fakültəsi nəzdində Xarici dillər kafedrasının müəllimi Lalə Məlikova 142 b qrupunun tələbələri ilə birgə  Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər.

 Ekskursiya çərçivəsində tələbələr Heydər Əliyev Mərkəzini, burada fəaliyyət göstərən Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Həmçinin onlar dahi rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar, ulu öndərin siyasi irsini təbliğ edən əyani vəsaitlərlə tanış olublar.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo