ADU-nun tələbələri intellektual yarışda iştirak ediblər
  Bakı Politoloqlar Klubunun təşəbbüsü, ADA Universitetinin dəstəyi ilə mayın 23-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Bakı şəhərinin 11 ali təhsil müəssisəsi arasında “NHN”+ “Brain ring” formatında intellektual yarış təşkil olunub.

Bilik yarışında ADA Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Dövlət Neft və Sənaye Universiteti, Tibb Universiteti, Bakı Ali Neft Məktəbi, Xəzər Universiteti, Bakı Slavyan Universiteti, Dövlət Gömrük Akademiyası və Dövlət İqtisad Universitetinin komandaları iştirak ediblər.

 Tələbələr arasında keçirilən bilik yarışında ADU-nun tələbələri sertifikatla təltif olunublar.

Qeyd edək ki, Bakı Politoloqlar Klubu İctimai Birliyi politologiya sahəsində təhlillərin aparılması, informasiya siyasəti kontekstində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, gənclərin həqiqi vətənpərvər və dövlətçi ruhunda sosiallaşmasını qarşısına məqsəd qoyan təşkilatdır. Hazırda təşkilatın qarşısında dayanan ən mühüm vəzifələrdən biri Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, canab Prezident İlham Əliyev tərəfindən davam etdirilən daxili siyasətdəki ideoloji yanaşmalar, multikulturalizm, azərbaycançılıq kimi dəyərlərin cəmiyyətin ayrı - ayrı təbəqələrinə, ələxüsus gənc nəsillərə düzgün şəkildə aşılanmasıdır.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo