Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi nəzdində Xarici dillər kafedrasının ispan dili fənni üzrə baş müəllimi Gülnarə Əfəndiyeva və Cənubi Amerikaşünaslıq fakültəsinin tələbələri Çili səfirliyinin təşkil etdiyi "Machuca" adlı filmin təqdimatında iştirak ediblər.
Bildirilib ki, təqdim olunan filmdə 70-ci illərdə Çilidə baş verən mülki müharibə və ölkədəki bu ağır vəziyyətdən insanların necə əzab çəkdiyi nümayiş olunub.
Dram janrında olan film tələbələrin marağına səbəb olub.