ADU-nun tələbələri Psixologiya Elmi-tədqiqat İnstitutunda olublar
Azərbaycan Dillər Universitetinin Təhsil 2 fakültəsinin Təhsildə Sosial-Psixoloji xidmət ixtisasının II kurs tələbələri Psixologiya kafedrasının dosenti Ceyhun Alıyevin rəhbərliyi ilə Psixologiya Elmi-Tədqiqat İnstitutunda olublar.

Görüşdə Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov və institutun mütəxəssisləri iştirak ediblər. 

Sədr Elnur Rüstəmov tələbələrə institutun fəaliyyəti, orada aparılan elmi-tədqiqatlarla bağlı ətraflı məlumat verib.

Tələbələr institutda “Fuad İbrahimbəyov adına tarix muzey”i ilə, "Beyin və Davranış" laboratoriyası ilə tanış olublar.

"Virtual Reallıq" aparatının iş prinsipi, elmi-tədqiqat və psixokorreksiya işlərinin aparılmasında faydaları ilə də yaxından tanış olublar.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo