Aprelin 15-də Rus evi və “Яшьлек“ Tatar gənclər mərkəzinin təşkilatçılığı ilə Bakıdakı Rus Evində iftar süfrəsi verilib.
İftardan öncə tatar məscidindən dəvət olunmuş mollalar gələn qonaqlar üçün Qurandan ayələr səsləndiriblər.
Gecədə həmvətənlər təşkilatının, Tacikistan səfirliyinin, Tatarıstanın daimi nümayəndəliyinin və “Qazprom”un Azərbaycandakı nümayəndəliklərin əməkdaşları iştirak ediblər.
İştirkaçılar arasında Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin tələbələri Rüfət Rəsulov, Heydər Səfərov və Fərid Rəcəbli də olub.
Tələbələr dəvət görə Rus Evinin rəhbəri İrek Zinnurova dərin minnətdarlığımızı bildiriblər.