ADU-nun tələbələri təcrübədə olduğu müddətdə açıq dərslər təşkil ediblər
Azərbaycan Dillər Universitetinin Təhsil-1 fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının müəllimi Aynur Məmmədovanın rəhbərliyi ilə Binəqədi rayonunda yerləşən Əliağa Şıxlinski adına 135 nömrəli tam orta məktəbdə pedaqoji təcrübədə olan  Təhsil 2 fakültəsinin 415B qrup tələbələri Bilqeyis Mirzəzadə və Mətanət  Teymurlu məktəbin şagirdlərinə nümunəvi açıq dərslər keçiblər.

Təcrübədən olan  tələbə Mətanət Teymurlunun açıq dərsi məktəbin 5a sinifinə İngilis dili fənni üzrə  “The Fox and the crow” mövzusunda keçirilib.

 M. Teymurlunun dərsi sinifin fənn müəllimi  Ofelya İsmayılova, məktəbin ingilis dili müəllimi Natəvan Əliyeva və metodist  Aynur Məmmədova iştirakı ilə baş tutub. 

Digər təcrübəçi tələbə Bilqeyis Mirzəzadənin isə açıq dərsi  məktəbin 6 a sinifinə İngilis dili fənni üzrə  “Save the Earth” bölməsində “Subject and object pronouns” mövzusunda keçirilib.

 B. Mirzəzadənin dərsi sinifin fənn müəllimi  Natəvan Əliyeva və metodist  Aynur Məmmədovanın iştirakı ilə baş tutub.

Qeyd edək ki, dərslər ayrı günlərdə keçirilib və  hər iki təcrübəçi tələbə dərs müddətində bir sıra interaktiv üsullardan (qrup işləri, video materiallar, venn diaqramı və s...) istifadə ediblər.





Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo