Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil-2 fakültəsinin 128A və 129A qrup tələbələrinə fənn müəllimləri Lamiyə Muğalovanın rəhbərliyi ilə “Heydər Əliyev və gənclər” mövzusunda dərs keçirilib.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq keçirilən dərs Heydər Əliyev Mərkəzində baş tutub.
Burada tələbələrə Heydər Əliyev haqqında məlumatlar verilib, onun gənclərə olan münasibəti, qayğısı, gənclərə yaratdığı geniş imkanlardan danışılıb və bu mövzuda diskussiya aparılıb.
Sonra tələbələr Heydər Əliyev Muzeyində olublar.
Bildirilib ki, növbəti dərs üçün tələbələrə Heydər Əliyev Mərkəzi və “Heydər Əliyev və gənclər” mövzusunda esse yazmaq tapşırılıb.