ADU tələbələri “MEDİAlab” layihəsi çərçivəsində keçirilən infosessiyada iştirak edib
Martın 29-da Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “MEDİAlab” layihəsi çərçivəsində ali təhsil müəssisələrinin tələbələri üçün keçirilən tədbirdə Beynəlxalq jurnalistika şöbəsinin müdiri b/m. Nərgiz Çərkəzqızı, Azərbaycan ədəbiyyatı kafedrasının jurnalistika ixtisası üzrə müəllimi f.f.d., Aynurə Hüseynova və jurnalistika ixtisasında təhsil alan 45 tələbə iştirak edib.

Tədbirdə çıxış edən Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli bildirib ki, bu layihə media sahəsində innovasiya və inkişaf yönümlü fəaliyyətin davamlılığının təmin edilməsi, təhsil prosesində ənənəvi medianın rəqəmsal mediaya inteqrasiyasının dəstəklənməsi və gənclərin bacarıqlarının inkişafında müstəsna rol oynayacaqdır.

 MEDİA Agentliyinin nümayəndələri infosessiyanın məqsədini və “MEDİAlab” layihəsinin təqdimatını edərək layihənin əsasən iki komponentdən - maarifləndirmə və bacarıqların inkişafından ibarət olacağını bildirib və tələbələr arasında keçirilən sorğuların nəticələri haqqında məlumat verib.

Tədbirin ikinci hissəsində Azərbaycan Televiziyasının “Xəbərlər” proqramının aparıcısı, telejurnalist Ruslan Həsənov tərəfindən “Newslab” - yaradıcı düşünmə, məzmun istehsalı və xəbər hazırlanması ilə bağlı bacarıqların inkişafı vörkşopu keçirilib. İnteraktiv müzakirə formatında keçirilən sessiyada Ruslan Həsənov iştirakçıları maraqlandıran sualları cavablandırıb, onlara praktik tapşırıqlar verib.

Sonda vörkşopda qalib olan komandalar mükafatlandırılıb.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo