ADU tələbələri Ohanami bayramını qeyd ediblər
Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və Regionşünaslıq (BMR) fakültəsi nəzdində Xarici dillər kafedrasının yapon dili müəllimi Xanım Xəlilovanın təşəbbüsü ilə BMR fakültəsinin yaponşünalıq ixtisasında təhsil alan 172r, 269 və 365 qrup tələbələri  və Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşları, Yapon Bağında Ohanami bayramını  qeyd ediblər.

Tədbirdə Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşı Cənab Amada Keiko ailəsi və Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçinin xanımı Vada xanım iştirak ediblər.  Cənab Amada Keiko uşaqları ilə Yapon və Azərbaycan oyunları oynayıblar.

 Ohanami bayramı əsasən sakura çiçəkləyən zaman insanların birlikdə sakura çiçəklərini izləyərək əylənmələridir.  

  Tədbir zamanı BMR fakültəsində təhsil alan tələbələr Yapon dilində şifahi nitqlərini təkmilləşdirərək Yaponiya mədəniyyəti ilə yaxından tanış olublar.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo