ADU tələbələrinin istehsalat təcrübəsi AzTV-də uğurla davam edir
Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsi nəzdində Beynəlxalq jurnalistika şöbəsinin 2022-2023-cü tədris ilinin IV kurs tələbələrinin istehsalat təcrübəsi davam edir.

Mayın 15-də Beynəlxalq jurnalistika şöbəsinin müdiri b/m. Nərgiz Qurbanlı Azərbaycan Dövlət Televiziyasının Xəbərlər departamentində rəhbərlik və tələbələrlə görüşüb.

Görüşdə İnformasiya Proqramları Studiyasının direktor müavini Almaz Axundova tələbələrin istehsalat təcrübəsində fəallığından çıxış edib, tələbələrin hazırladığı süjetlərdən, müsahibələrdən və göstərdikləri fəallıqlarından razı qaldığını bildirib.

Təcrübəçi tələbələr təcrübə keçirdikləri müəssisədən razı qaldıqlarını və təcrübədən sonra da bu müəssisə ilə əməkdaşlıq edəcəklərini qeyd ediblər.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo