Xarici Dillərin Tədrisi Metodikası kafedrasının dosenti Qələmşah Heybətovun rəhbərliyi altında Azərbaycan Dillər Universitetinin təcrübəçi tələbələri və 159 saylı tam orta məktəbin şagirdləri ilə birgə Aprel döyüşlərinə həsr olunmuş tədbir həyata keçirilib.
Tədbir təcrübəçi tələbələrdən birinin Aprel döyüşləri haqqında məlumatı ilə başlayıb və Aprel döyüşlərinə dair videoçarxın nümayişi ilə davam etdirilib.
Sonra isə həmin məktəbin şagirdlər şeirlərini ifa ediblər. Şagirdlərin və təcrübəçi tələbələrin hazırladıqları kompozisiya təqdim olunub. Həmçinin Aprel döyüşlərində Milli Qəhrəman adını almış Şükür Həmidov, Samid İmanov və Murad Mirzəyev haqqında məlumat verilib. Tədbir şagirdlərin “İgid əsgər, möhkəm dayan” ifası ilə davam etdirilib.
Məktəbin direktoru Gülşən Novruzova tədbirin əhəmiyyətindən danışıb və təşəkkürünü bildirib.