Argentina konsulu ADU-da dərs keçib
Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin Regionşünaslıq kafedrası regionlar üzrə fənlərin tədrisində region və ixtisas ölkəsinin rəsmi nümayəndələri ilə birgə keçirilən dərslərə üstünlük verir. Bu dəfə Argentinanın Azərbaycandakı Səfirliyinin nümayəndələri - konsul Xose Kintana və səfirin assistenti Tutu Yunusova Regionşünaslıq kafedrasının müəllimi Ələsgərova Saranın "Cənubi Amerika ölkələrində turizm" fənni üzrə dərsində iştirak edib
Xose Kintana Cənubi Amerikaşünaslıq üzrə təhsil alan 369 qrup tələbələrinə "Argentina turizmi" mövzusunda mühazirə keçib.

Cənubi Amerika ekoloji və ekzotik yerlərin turizmi üzrə ön sıralarda gedir. Argentina bu baxımdan maraqlı relyef, flora və faunaya məxsusdur. Xose Kintana Argentinanın turistik potensialı, məşhur muzeyləri və tarixi abidələri, maraqlı təbi landşaftı, plantasiyaları və fermaları haqqında da dərin məlumat verib.

Dərsin sonunda Xose Kintana tələbələrin suallarını cavablandırıb.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo