Doktorantura və dissertanturaya qəbul üçün portalda yerləşdirilməsi tələb olunan sənədlərin siyahısı
Doktorantura və dissertanturaya qəbul üçün portalda yerləşdirilməsi tələb olunan sənədlərin siyahısı

Fəlsəfə doktoru proqramı üzrə:

Kadrların şəxsi-qeydiyyat vərəqi
Tərcümeyi-hal
İş yerindən xasiyyətnamə (möhürlənmiş şəkildə)
Ali təhsil müəssisəsini bitirmək haqqında diplomların notarial qaydada təsdiq edilmiş surətləri (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının     vətəndaşları  təhsil  sənədlərinin tanınması haqqında şəhadətnamə) 
İş stajı olanlar - əmək kitabçasının surəti (möhürlənmiş şəkildə), əmək fəaliyyəti ilə məşğul olmayanlar isə - müvafiq arayış   
Çap olunmuş elmi əsərlərin siyahısı (seçilmiş ixtisas üzrə minimum 2 məqalə, məqaləsi olmayan və doktoranturaya sənəd verənlər - seçilmiş ixtisas üzrə  25 səhifəlik referat

Digər sənədlər bölməsində:

Elmi rəhbərin razılıq məktubu (imzalı və möhürlü şəkildə)
Şəxsiyyəti təsdiq edən sənədin surəti
Çap olunmuş elmi əsərlərin surəti (jurnalın üz qabığı və mündəricatının surəti əlavə olunmaqla)
3 ədəd fotoşəkil  (3x4 sm ölçüdə)
İddiaçının malik olduğu sertifikatların (diplomların və s.) surətləri sənədlərə əlavə oluna bilər.

Elmlər doktoru proqramı üzrə:

Kadrların şəxsi-qeydiyyat vərəqi
Tərcümeyi-hal
İş yerindən xasiyyətnamə (möhürlənmiş şəkildə)
Ali təhsil müəssisəsini bitirmək haqqında diplomların notarial qaydada təsdiq edilmiş surətləri (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının     vətəndaşları   təhsil   sənədlərinin tanınması haqqında şəhadətnamə) 
Elmlər namizədi (fəlsəfə doktoru)  diplomunun və dosent attestatının (əgər varsa) surəti
İş stajı olanlar - əmək kitabçasının surəti (möhürlənmiş şəkildə), əmək fəaliyyəti ilə məşğul olmayanlar isə - müvafiq arayış   
Çap olunmuş elmi əsərlərin siyahısı (fəlsəfə doktoru olduqdan sonrakı dövrə  aid məqalələr nəzərdə tutulur)

Digər sənədlər bölməsində:

Elmi məsləhətçinin razılıq məktubu (imzalı və möhürlü şəkildə)
Şəxsiyyəti təsdiq edən sənədin surəti
Çap olunmuş elmi əsərlərin surəti (jurnalın üz qabığı və mündəricatının surəti əlavə olunmaqla);
3 ədəd fotoşəkil  (3x4 sm ölçüdə)
İddiaçının malik olduğu sertifikatların (diplomların və s.) surətləri sənədlərə əlavə oluna bilər.

 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo