19 aprel 2023-cü il tarixində Azərbaycan Dillər Universiteti İspan dili mərkəzinin təşkilatçılığı ilə Venesuela Bolivar Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Kristofer Martinez Berroteran “Səfir saatı” çərçivəsində Venesuelanın azadlığının dönüş nöqtəsi olan 19 aprel 1810-cu il tarixini qeyd etmək məqsədi ilə Universitetin qonağı olub.
Görüşdə ADU-nun Tərcümə fakültəsinin İspan dili ixtisası üzrə təhsil alan 3-cü kurs tələbələri iştirak edib. İlk öncə Venesuela Respublikası üçün çox mühüm sayılan bu tarix haqqında qısametrajlı film nümayiş olunmuş və daha sonra film haqqında müzakirələr aparılmışdır.
Sonda Venesuala Bolivar Respublikasının Azərbaycandakı Səfirliyində istehsalat təcrübəsi keçən Tərcümə fakültəsinin 4cü kurs tələbələrinin altyazısını tərcümə etdikləri Venesuela haqqında qisa video proyeksiya təqdim edilib.