HEYDƏR ƏLİYEV 100. Sitatlar və kəlamlar adlı tədbir keçirilib
Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı 2023-cü il Azərbaycan Respublikasında “Heydər Əliyev ili” elan olunmuşdur. Bu münasibətlə Respublikamızda, o cümlədən universitetimizdə silsilə tədbirlər keçirilməkdədir.

Növbəti dəfə Azərbaycan Dillər Universitetinin Təhsil 1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının təşkilatçılığı ilə “HEYDƏR ƏLİYEV 100.  Sitatlar və kəlamlar”  adlı tədbir keçirilib.

Tədbirdə ADU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, professor-müəllim heyəti və tələbələr iştirak edib.

Tədbir “HEYDƏR ƏLİYEV 100.  Sitatlar və kəlamlar” adlı kitabın təqdimatı ilə başlanıb. Təhsil 1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, fil.f.d., dos. X.S.Əsgərova Təhsil 1 fakültəsində “Alman dili ixtisası” üzrə təhsil alan tələbələrin səyi nəticəsində ərsəyə gələn kitab haqqında məlumat verib və onu ideya müəllifi və ilk oxucusu kimi universitetin rektoru akademik Kamal Abdullaya təqdim edib.

Tədbirdə Ümummilli lider Heydər Əliyevin müxtəlif mövzularda çıxış və məruzələrindən ibarət videoçarx nümayiş olunub. Həmin sitat və kəlamlar tələbələrin ifasında alman dilində sələndirilib.

Universitetin rektoru akademik Kamal Abdulla iştirakçı tələbələrə təşəkkürnamə təqdim edib.

 

 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo