20 aprel 2023-cü il tarixdə ADU-nun Fransız dili və Mədəniyyəti Mərkəzi Frankofoniya Mərkəzi, Təhsil-2 fakültəsi nəzdində Xarici Dillər kafedrası ilə birlikdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyevin Azərbaycançılıq dünyası” adlı tədbir keçirib.
Tədbiri giriş sözü ilə Fransız dili və Mədəniyyəti Mərkəzinin müdiri, filologiya elmləri doktoru, professor Əsgər Zeynalov açıb, Heydər Əliyevin xalqı qarşısında xidmətlərindən yığcam şəkildə məlumat verib.
Təhsil-2 fakültəsinin 222a qrupunun tələbələrindən Gülmira Hüseynova “Heydər Əliyev və Azərbaycan dili”, Bədirova Jalə “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”, Nərmin Muradova “Heydər Əliyevin Fransa səfərləri” mövzusunda geniş məruzə ilə çıxış ediblər.
Tədbirdə Rəşid Behbudovun, Müslüm Maqomayevin, Xan Şuşinskinin, Niyaməddin Musayevin, Ağadadaş Ağayevin ifalarında mahnılar səsləndirilib.
Tədbirin sonunda ADU rektorunun müşaviri Anar Osmanlı, Təhsil-1 fakültəsinin dekanı, professor Fikrət Cahangirov, Təhsil-2 fakültəsinin dekanı, dosent Salman Nuriyev, İngilis dili qrammatikası kafedrasının müdiri, professor Arif Hüseynov, Təhsil-2 fakültəsi nəzdində Xarici dillər kafedrasının müdiri, dosent Aida Sobor çıxış edərək tədbiri yüksək səviyyədə təşkil etdiklərinə görə təşkilatçılara və tələbələrə təşəkkürlərini bildiriblər.