İngilisdilli Pakistan ədəbiyyatından Azərbaycan dilinə ilk tərcümələr
Azərbaycan Dillər Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Mahirə Hacıyeva ingilisdilli Pakistan ədəbiyyatından iki romanı Azərbaycan dilində oxuculara təqdim edib. 

Bapsi Sidva Pakistanda məskunlaşmış, zərdüşt Parsi icmasına mənsub yazıçıdır. Sidvanın “Buzlu nabat satan” romanı ingilisdilli oxuculara yaxşı tanışdır. Əsər Hindistan yarımadasının iki ölkə arasında bölünməsi zamanı baş vermiş hadisələri kiçik bir qızın dilindən nəql edir. Bu zaman individual obrazların şahidi olduğu hadisələr bütünlükdə bu ərazidə yaşayan insanların ortaq tarixindən bəhs edən riqqətli bir təhkiyə formalaşdırır.

İngilisdilli Pakistan ədəbiyyatında hər zaman aparıcı mövzu olan identiklik problemi Mohsin Həmidin “Könülsüz fundamentalist” romanında, yazıçının məharətli üslubu ilə təkrar müzakirə olunur. Əsər oxuculara Amerikada ali təhsil alan, çox uğurlu karyera quran, lakin dərin identiklik böhranı yaşayan pakistanlı qəhrəmanın timsalında radikal şəkil almaqda olan “biz və onlar” qütbləşməsinin olduqca riqqətli təsvirini təqdim edir.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo