Oktyabrın 16-da Azərbaycan Dillər Universitetində “Səssiz Dünya” İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyi Psixologiya kafedrası və ADU Psixoloji Xidmət Mərkəzinin birgə əməkdaşlığı ilə tələbələrə "Jest dilini öyrənirəm" adlı seminar keçirilib.
Seminarın "Səssiz Dünya" İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin sədri Aidə Səfərova tərəfindən keçirildiyi bildirilib. ADU-nun Təhsildə sosial-psixoloji xidmət ixtisasının III kurs, Korreksiyaedici təlim ixtisasının isə I və III kursları üçün təşkil edilən seminarda tələbələr "Jest Dilinin" öyrənilməsinə xüsusi maraq göstərilib.
Seminarda təşkilatçı, Psixologiya kafedrasının müdiri dosent Şəlalə Babayeva universitetdə jest dilində danışan tələbələrin çox olduğunu qeyd edərək müəllimlər tərəfindən də bu dilin öyrənilməsinin vacibliyini bildirib və əməkdaşlığın davamlı olacağını qeydb edib.
Tədbirin digər təşkilatçısı, ADU Psixoloji Xidmət Mərkəzinin rəhbəri Pərvin Abbasova problemin tibbi tərəflərini vurğulayaraq təlimçiyə təşəkkürünü çatdırıb.
Sonda isə seminarda iştirak edən tələbələrə sertifikat təqdim edilib.