Macarıstan səfiri ADU tələbələrinə kitablar hədiyyə edib
Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torman Azərbaycan Dillər Universitetində (ADU) fəaliyyət göstərən Macar Dili və Mədəniyyəti Mərkəzinə müxtəlif kitablar hədiyyə edib. Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, səfir əvvəlcə ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova ilə görüşüb. Görüşdə səfirlik və universitet arasında olan mövcud əlaqələr müzakirə olunub, Macar Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb:

“Bizim Azərbaycan Dillər Universiteti ilə uzun zamandır çox faydalı, gözəl əlaqələrimiz var. Ötən il universitetin qonağı oldum. Macar Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyəti, macar dilini öyrənən tələbələrin həvəsi, marağı bizi çox sevindirir. İnanıram ki, macar dilində olan bu kitablar tələbələr üçün faydalı olacaq. Tələbələr bu kitablar vasitəsi ilə Macarıstanın tarixini, mədəniyyətini daha yaxından öyrənə biləcəklər”.

Prorektor Jalə Qəribova səfirə ADU-nun rektoru, akademik Kamal Abdullanın və macar dilini öyrənən tələbələrin adından təşəkkürünü bildirib, hədiyyə olunan kitabların tələbələr üçün faydalı vəsaitlər olduğunu diqqətə çatdırıb.

Daha sonra səfir Tamaş Torman Macar Dili və Mədəniyyəti Mərkəzində olub, tələbələrlə görüşüb.





Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo