Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, xanım Mariya Viktoriya Romero Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub.
Səfir xanım M. Viktoriya universitetin Tərcümə fakültəsinin ispan dili ixtisası üzrə təhsil alan tələbələri ilə görüşüb.
Görüşdə Meksika adət-ənənələrinə həsr olunmuş 3 qısametrajli film təqdim olunub. Film nümayişindən sonra xanım səfir tələbələrlə fimlər haqqında müzakirələr aparıb. Səfir İspan Dili Mərkəzi ilə də tanış olub, tələbələrə Meksikaya aid illüstrasiyalar olan əlfəcinlər hədiyyə edib.
Görüş tələbələrlə səfir arasında maraqlı söhbətlərlə davam edib.