Pakistanın Kompüter və İnkişaf etməkdə olan Milli Elmlər Universitetinin Humanitar Elmlər fakültəsinin dekanı, Dr. Summaira Sarfraz Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub.
Bildirilib ki, dekan, Dr. Summaira Sarfraz-ın iştirakı ilə Tərcümə fakültəsində “Linguistic Approaches to Translation” adlı mühazirə keçirilib.
Tərcümə fakültəsinin müəllim və tələbələrinin iştirakı ilə keçirilən mühazirədə tərcümə sahəsinə aid yanaşmalar müzakirə olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.