Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzi və “Birgə və Sağlam” İctimai Birliyi arasında imzalanan qarşılıqlı əməkdaşlıq memorandumuna əsasən silsilə tədbirlər həyata keçirilir. Həmin tədbirlərin başlıca məqsədi ictimaiyyəti inklüziya, o cümlədən Autizm Spektr Pozuntusu haqqında məlumatlandırmaq və SİM şəxslərə düzgün münasibət aşılamaqdır.
Tədbirlər çərçivəsində 26 aprel-05 may 2023-cü il tarixlərində Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının müəllimləri Autizm Mərkəzində Təcrübə Mübadiləsi Proqramında iştirak etmiş, mərkəzin fəaliyyəti, ABA (Tətbiqi Davranış Analizi) əsaslı Fərdi Təlim Planları ilə əyani şəkildə tanış olmuş, innovativ resursların uğurlu tətbiqini müşahidə etmişlər.
Qeyd etmək lazımdır ki, imzalanmış memorandum çərçivəsində bundan əvvəl də universitet və mərkəzin birgə təşkilatçılığı ilə “Könüllü Proqram”ı həyata keçirilmiş, yüksək təlim göstəricilərinə malik, imtahan və müsahibə əsasında seçilmiş tələbələr Autizm Mərkəzində işlə təmin edilmişlər.