Polşalı müəllim tərəfindən ADU tələbələrinə onlayn dərs keçirilib
Azərbaycan Dillər Universiteti Təhsil -1 fakültəsinin dekanı professor Fikrət Cahangirovun təşkilatçılığı ilə erasmus + programı çərçivəsində Polşanın Konin Dövlət Tətbiqi Elmlər Universitetinin  (State University of Applied Science in Konin) müəllimi Karina Zewieja Zurowska tərəfindən onlayn dərs keçirilib

 “Non verbal communication” mövzusunda keçirilən dərsdə Polşada və Azərbaycanda oxşar və fərqli cəhətlərinin müzakirəsi aparılıb. Karina Zewieja Zurowska tələbələrə mövzu ətrafında suallar ünvanlayıb.

Dərsin mövzusuna uyğun slaydlar nümayiş olunub.

Dərsdə M21-106 qrupunun tələbələri- Nəcibə Qafarlı, Mədinə Hacıbabayeva, Səadət Məmmədova, Fidan Məhərrəmova müzakirədə aktiv iştirak ediblər.





Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo