Azərbaycan Dillər Universitetinin (ADU) 238 sayli tam orta məktəbində pedaqoji təcrübədə olan Təhsil -2 fakültəsinin 422 a qrupunun tələbələri Xarici dillərin tədrisi metodikası kafedrasının müəllimi metodist Nobahar Əzizovanın rəhbərliyi ilə həmin məktəbin 8-ci, 9-cu və 10-cu sinif şagirdlərinin universitetə eksuskursiyasını təşkil ediblər.
Ekskursiyada məktəbin təşkilatçı müavini Ruhəngiz Heydərova ilə birlikdə 20 şagird iştirak edib. Şagirdləri qarşılayan ADU-nun Pedaqoji təcrübə fakültəsinin dekanı Məmməd İsmayılov onlarla söhbətlər aparıb.
ADU-nun tələbə həmkarlar ittifaqanin sədri Zəhra Hüseynova şagirdlərə universitet haqqında məlumatlar verib.
Monitorinq və tədrisə nəzarət şöbəsinin əməkdaşı tərəfindən şagirdlərə fakültələr və ixtisaslarla bağlı məlumat verilib.
Şagirdlər universitetin Tədris məsələləri üzrə prorektoru, professor Sevinc Zeynalova ilə görüşüblər. Prorektor onları tədris və təlim məsələri barədə məlumatlandırıb.
Xarici əlaqələr şöbəsini əməkdaşı Elşad Haşımov xaricdə təhsillə bağlı şagirdlərə hərtərəfli məlumatlar verib.
Beynəlxalq münasibətlər və idarəetmə fakültəsini dekanı İbrahim Kazımbəyli şagirdlərə universitet, fakültələr, eyni zamanda, gələcəkdə ixtisas seçimi barəsində məlumat verib.
Şagirdlər tədris olunan dərslərdə iştirak edib, dil mərkəzləri ilə tanış olublar.
Bakı Amerika mərkəzinin əməkdaşları onlara mərkəzlə bağlı geniş məlumat verib.
Universitetdən xoş təəssüratlarla ayrılan şagirdlər gələcəkdə öz ixtisas seçimlərində ADU-nun fakültələri seçmək istədiklərini bildiriblər.