TKTA ADU-da təlim keçib
Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Azərbaycan Dillər Universiteti arasında təlim xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq müqavilələri imzalanmışdır. İmzalanmış əməkdaşlıq müqavilələrinə əsasən Agentlik tərəfindən ADU-da təlim keçirilib.

Təlim Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Keyfiyyət təminatı departamentinin Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasov tərəfindən təşkil olunub.

Təlimlərin əsas məqsədi ADU-nun akademik və inzibati heyətinə ali təhsil müəssisələrinin xarici keyfiyyət təminatı qaydalarına və qiymətləndirmə meyarlarına dair geniş məlumatların verilməsidir.

Qeyd edək ki, daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlər təşkil etmək TKTA-nın öz Nizamnaməsinə əsasən fəaliyyət istiqamətlərindən biridir.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo