May ayının 2-də İzmirdə Azərbaycanın Türkiyədəki səfirliyi, Doqquz Eylül Universiteti və Azərbaycan Dillər Universitetinin birgə təşkilatçılığı ilə “Türkiyə Cümhuriyyətinin yaradılmasının və Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin Anadan olmasının 100 İlliyi” adlı konfrans təşkil edilib.
Tədbir ADU-nun ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə keçirdiyi beynəlxalq tədbirlər çərçivəsində təşkil olunub.
Konfransda Dokuz Eylül Üniversitesi Rektör Yrd. Prof. Dr. Esra Bukova Güzel, Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Azərbaycan Dillər Universitetinin prorektoru Tamam Cəfərova, millət vəkili Rəşad Mahmudov, Azərbaycanın Türkiyədəki Səfirliyinin Təhsil müşaviri Nəcibə Nəsibova, Arif Zeynalov, Dokuz Eylül Üniversitetinin müəllimləri Nermine Zeynalova Özlük, Fevzi Çakmak və Azərbaycan Dillər Universitetinin müəllimi Coşqun Dadaşov çıxış edib.
Konfransın yekunu bədii hissə ilə başa çatıb.