ADU-nun Rusiyaşünaslıq mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib. Dəyirmi masa çərçivəsində Rusiyaşünaslıq mərkəzinin rəhbəri Diana Hüseynzadə, mərkəzin elmi işçisi Sergey Klimov, 164 nömrəli məktəbin VII sinif şagirdi Aylin Naibzadə, ADU-nun Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin I və II kurs tələbələri Nicat Kazımov, Lalə Əliyeva, Fatma Ənsari çıxış ediblər.
Dəyirmi masanın moderatoru Diana Hüseynzadə müasir müstəqil Azərbaycanın formalaşmasında Heydər Əliyevin xüsusi rolunu vurğulayıb. Aylin Naibzadə çıxışında Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb. “Multikulturalizm Azərbaycan gəncliyinin səciyyəvi xüsusiyyətidir” mövzusunda məruzə ilə çıxış edən tədqiqatçı Sergey Klimov multikulturalizmin Azərbaycan modelinin və gənclər siyasətinin formalaşmasında və həyata keçirilməsində Heydər Əliyevin xüsusi rolunu qeyd edib.
Tələbələr “Müstəqil Azərbaycanın təşəkkülündə Heydər Əliyevin rolu”, “Azərbaycan-Rusiya münasibətləri”, “Müslüm Maqomayevin həyatında Heydər Əliyevin rolu” mövzularında məruzələrlə çıxış ediblər.
Dəyirmi masa iştirakçıların müzakirəsi ilə başa çatıb.