“All about Pakistan” adlı tədbir keçirilib

“All about Pakistan” adlı tədbir keçirilib

Dekabrın 25-də ADU-nun Filologiya fakültəsi nəzdində Xarici dillər kafedrasının baş müəllimi Sevda Abuzərlinin təşəbbüsü və təşkilatçılığı, eyni zamanda Pakistan mədəniyyət mərkəzinin müdiri Mahmud Athar və Hind dili və mədəniyyəti mərkəzinin müdiri Saidə Mirzəyevanın yaxından dəstəyi ilə dost ölkə Pakistanın ilk general-qubernatoru, ölkənin qurucu şəxsiyyəti və Müsəlman liqasının banisi Məhəmməd Əli Cinnahın anım gününə həsr olunmuş “All about Pakistan” adlı tədbir keçirilmişdir.Azərbaycan Respublikasının və Pakistan İslam Respublikasının Dövlət Himnlərinin səslənməsi ilə başlanan tədbirdə Pakistanşünaslıq ixtisası üzrə təhsil alan birinci və ikinci kurs tələbələri urdu və ingilis dillərində çıxış etmişlər. Məhəmməd Əli Cinnahın həyat və fəliyyətinə həsr olunmuş təqdimatlarda onun hikmətli sözlərinə yer verilmişdir. Tələbələrin təqdimatlarında Pakistanın tarixi, coğrafiyası və şəhərləri haqqında geniş məlumat öz geniş əksini tapmışdır.Tədbir ADU-da keçirilən “Xəlifə günü”nə təsadüf etdiyindən xəlifə rektor Nicat Qulizadə və  Pakistan mədəniyyət mərkəzinin xəlifə müdiri Gülər Talıbova mövzu ilə bağlı fikirlərini bildirmişlər.Tədbirdə qonaq qismində çıxış edən Könül Ələskərova və Araz Heybətovun urdu dilində səsləndirdikləri şer və mahnılar maraqla qarşılanmışdır.Tədbirdə tələbələrin və K.Əliyev adına 61 saylı məktəbin şagirdlərinin təqdimatında  Pakistanın milli paltarlarından ibarət “Fashion show” göstərilmişdir. Pakistanın ölkəmizdəki səfirinin birinci müavini Moazzam Ali Sahito tədbirdə iştirak edən tələbələrin çıxışlarını yüksək qiymətləndirərək əlaqələrimimzin bundan sonra da genişlənməsinə yaxından kömək göstərəcəyini vurğuladı.  Tədbir Pakistanlı tələbələrin ADU-da yerləşən Pakistan mədəniyyət mərkəzi ilə tanışlığı ilə yekunlaşı

26.12.2023

Braziliya səfiri ADU-nun xəlifə-prorektoru ilə görüşüb

Braziliya səfiri ADU-nun xəlifə-prorektoru ilə görüşüb

Braziliya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz Azərbaycan Dillər Universitetinin qonağı olub. “Bir günlük Xəlifə” layihəsi çərçivəsində ADU-nun Beynəlxalq əlaqələr üzrə xəlifə-prorektoru Əli Rzayevlə görüşən səfirə layihə haqqında geniş məlumat verilib.  Qeyd olunub ki, bu, ADU-nun rektoru, akademik Kamal Abdullanın tələbələrin idarəetmə istiqamətində təcrübə qazanmalarına hesablanan vacib təşəbbüsüdür. “Bir günlük xəlifə” layihəsi universitetdə 2017-ci ildən təşkil olunur. Layihə çərçivəsində tələbələr tərəfindən səsvermə yolu ilə seçilən xəlifələr bir gün ərzində universitetin rəhbər strukturlarını idarə edirlər. Bir gün ərzində rektor, prorektorlar, dekanlar, mərkəz və şöbə müdirləri tələbə, magistr və doktorantlar olurlar. Onlar bir gün ərzində universitetdə tədris prosesi, inzibati və sair işlərlə bağlı qərarlar qəbul edir, bir sıra yeniliklər həyata keçirirlər.Səmimi qarşılanmaya və xoş sözlərə görə təşəkkürünü bildirən səfir Səfir “Bir günlük xəlifə” layihəsinin əhəmiyyətindən danışıb, onu yüksək qiymətləndirib.Diplomat ADU ilə elmi əməkdaşlığın perspektivlərindən danışıb. Bu təhsil ocağında portuqal dilinin tədrisini yüksək qiymətləndirib. Görüşdə Gələcək elmi əməkdaşlığın yeni imkanları, mədəni tərəfdaşlığın yeni perspektivləri ətrafında müzakirə aparılıb.

26.12.2023

ADU-da “Milad” yarmarkası keçirilib

ADU-da “Milad” yarmarkası keçirilib

Azərbaycan Dillər Universitetinin Təhsil 1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının təşkilatçılığı ilə ADU-nun 2 saylı binasında (Təbriz 81) “Weihnachtsmarkt“ (Milad yarmarkası)  adlı tədbir keçirildi.Yeni ümidlərin başlanğıcı, gələcəyə inamın simvolu olan Milad bayramı dünyanın müxtəlif yerlərində fərqli şəkildə qeyd olunur. Almaniyada Milad bayramı daha təntənəli şəkildə keçirilir. Bu ölkə dünyada gözəl Milad yarmarkaları ilə tanınır.Pandemiyadan qabaq kafedra olaraq biz də bu yarmarkanı təşkil edirdik. Dilini öyrəndiyimiz xalqın adət-ənənəsinə sadiq qalaraq tələbələrdə nağılvari bayram ruhunu yaratmaq məqsədilə bu yarmarkanı yenidən keçirmək qərarına gəldik. Təklifimizi bəyənib bizə şərait yaratdığına görə hörmətli rektorumuz akademik Kamal Abdullaya kafedramız, xüsusilə tələbələr adından təşəkkür edirəm. Yarmarkada evdə hazırlanmış şirniyyat, tələbələrin əl işləri, kitab, Milad bayramı dekorasiyası və s. əşyalar nümayiş olunur.Yarmarkada ADU-nun Elmi İşlər üzrə prorektoru Novruz Məmmədov, Rektorun məsləhətçisi Anar Osmanlı, Təhsil 1 fakültəsinin dekanı Fikrət Cahangirov, MM deputatlarından Arzu Nağıyev, Elman Nəsirov, Nərimanov rayon Gənclər və İdman sektorunun müdiri Bahəddin Hüseynov, Qərbi Azərbaycan İcmasının koordinatoru Fərhad Qənbərov iştirak etdilər.Tədbirdə Milad bayramının atributları təqdim olundu. Bu bayramda uşaqları ən çox maraqlandıran Adventskalender - Milad təqvimi olur. Advent təqvimi Milad bayramının ayrılmaz bir hissəsidir. Bu təqvim Adventin əvvəlindən (yəni dekabrın 1-dən) Milad ərəfəsinə qədər vaxtı hesablamaq üçün ailə üsuludur. Adventskalender 24 pəncərə və ya qapısı olan təqvimdir. Dekabrın 1-dən 24-nə kimi qapının biri açılır. Qapının arxasında hər kəsi müxtəlif sürprizlər gözləyir.Milad bayramının ikinci atributu Adventskranz –4 şamdan ibarət olan çələngdir. Miladdan əvvəl hər bazar günü bir şam yandırılır. 4-cü şam yandıqda artıq Advent bitir, "Müqəddəs gecə" başlayır. Milad bayramının ən əvəzedilməz atributlarından biri də təbii ki, Nikolaus, yəni Şaxta Babadır. Şaxta Baba obrazının ilham mənbəyi kimi 4-cü əsrdə yaşamış Müqəddəs Nikolaus qəbul edilib. O, yoxsul insanlara gizli olaraq hədiyyələr verən və köməklik göstərən din adamı olmuşdur. Şaxta Baba Milad axşamında bacalardan evlərə girir, uşaqlara hədiyyə qoyur. Uşaqlar sobanın qarşısına üzərində Milad təsvirləri olan iri corablar asırlar ki, Şaxta Baba onun içini hədiyyələrlə doldursun.Milad bayramının ən vacib atributlarından olan Şaxta Baba Universitetimizin tələbələrini də unutmamışdır. O, “Alman dili müəllimliyi” ixtisası üzrə unversitetə ən yüksək balla qəbul olmuş 4 tələbə və universitetin ictimai həyatında fəal olan 4 xəlifə tələbəyə kitab hədiyyə etdi.Yeni İlin atributu olaraq Şam ağacı dünyanı fəth etdikcə insanlar bu atributu öz adət-ənənələrinə, dəyərlərinə, həyat tərzlərinə uyğun bəzəməyə başladılar. Bir növ bunu etməklə arzularının çin olacağına əmin olurlar və özlərində güvən, həyat eşqi yaradırlar ki, bundan da gözəl heç bir şey yoxdur. İnsanlar, millətlər, fikirlər nə qədər müxtəlifdirsə, onların ümidləri, gözləntiləri də bir o qədər müxtəlifdir. Müasir dövrdə artıq Şaxta Baba nə sobadan girir, nə də corabların içinə hədiyyələr qoyur. Lakin yenə də böyükdən-kiçiyə hər kəs Bayram günü hədiyyəsini Şam ağacının dibində axtarır.Bu bayram insanları birləşdirir, onlara paylaşmağı, sevməyi və ümid etməyi öyrədir. Uşaqdan böyüyə hər kəs bu bayramda öz hədiyyəsini gözlədiyi üçün kafedra olaraq “H.Əliyev ili” çərçivəsində tələbələrin tərcümələrindən ibarət “H.Əliyev 100. Sitatlar və kəlamlar” adlı kitabının maketi H.Əliyev lektoriyasına,  universitetin 75 illik yubileyi münasibətilə hazırlanmış hədiyyə isə ADU-nun yeni yaradılmış Muzeyinə təqdim olundu.Bu bayramda insanlar möcüzələrin olacağına, növbəti ilin daha gözəl keçəcəyinə inanırlar. Əslində elə inamın özü də möcüzə deyilmi? İnanaq, gözəl şeylərə inanaq ki, reallaşsın, dünya da gözəlləşsin. Bu bayramın mühiti soyuğu dəf edərək ürəkləri isidir.Biz də öz növbəmizdə ürəyində daima ümid və inam işığını qoruyan hər kəsi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə  təbrik edirik.Tədbirdən sonra sehirli Yeni il əhval-ruhiyyəsi yaşamaq üçün yarmarkaya baxış keçirildi.Xeyriyyə məqsədilə keçirilən yarmarkaya çıxarılmış məhsulların satışından əldə olunan 1500 azn vəsait “Alman dili müəllimliyi” ixtisası üzrə təhsil alan tələbənin təhsil haqqının ödənilməsinə yönələcək. fil.f.d., dosent Xuraman Səlim qızı ƏsgərovaAzərbaycan Dillər Universitetinin Təhsil 1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri

26.12.2023

“Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” kitabının imza günü olub

“Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” kitabının imza günü olub

Dekabrın 6-da Libraff kitab mağazaları şəbəkəsinin Park Akademiya filialında qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısı, dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin xatirəsinə həsr olunan “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” kitabının imza günü keçirilib.Tədbirdə yazıçılar, ictimai şəxslər, oxucular iştirak edib.Kitabın müəllifləri Xalq yazıçısı, akademik Kamal Abdulla və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev nəşrin yazılma səbəblərindən, Kitabi-Dədə Qorqudda əcdadlarımızın təfəkküründə gizlənmiş dərin qatlardan, mistika, sehr, fəlsəfi düşüncənin zənginliyindən danışıblar.Qeyd olunub ki, Lütfi Zadənin məntiq nəzəriyyəsindən də bəhrələnərək ərsəyə gələn kitabda qeyri-səlis məntiq nəzəriyyəsində söylənilən dörd sütun – ümumi məntiq sütunu, qeyri-səlis çoxluqlar sütunu, epistemik (epistemoloji) sütun və münasibətlər sütunu haqqında yazılıb: “Türklərin qədim dastanı olan “Kitabi-Dədə Qorqud” dastanı qeyri-səlis məntiq prinsiplərinə öz dil məkanında bol-bol yer verir. Bu qədim dastanın dərinində gizlənən düşüncə tərzi qeyri-səlis məntiqin dörd sütununa aid olan spesifik məntiqi sxemlərin formalaşmasına gətirir.Məlum olur ki, dastanımızda qeyri-səlis məntiqə dair kifayət qədər geniş dil materialı var. Bu da öz növbəsində ondan xəbər verir ki, qədim əcdadımız dünyaya baxışında daha geniş və dərin yanaşmanı üstün tutur. Seçim imkanı olan yanaşma onun tərcihi olur”.Tədbirdə çıxış edənlər bildiriblər ki, kitab həm Qorqudşünaslar, həm də informasiya nəzəriyyəçiləri üçün faydalı və maraqlı olacaq. Çünki qeyri-səlis məntiq prinsipləri xalq yaradıcılığına, dastana ilk dəfədir tətbiq edilir.  Qeyd olunub ki, dastanın mətni göstərir ki, qeyri-səlis məntiqin aparıcı ideoloji prinsipi olan seçim imkanı və demokratik yanaşım tərzi, başqa sözlə desək, tolerantlıq xalqımıza qədim zamanlardan bəri xas olan əbədi bir dəyərdir. Əcdadımız demokratik tərzdə düşünməyi məhz qeyri-səlis məntiq prinsiplərindən yararlanaraq öyrənmişlər. Onların bu prinsiplərdən bəhrələnməyi dünyagörüşlərindəki genişliyə olan meyil, məsələnin dərinliklərinə, incəliklərinə canatma marağı sayəsində mümkün olmuşdur.Tədbirin sonunda müəlliflər kitabı oxucular üçün imzalayıblar.  

07.12.2023

“Ulu öndər Heydər Əliyevin Elm və Təhsil siyasəti”nə həsr edilmiş tədbir keçirilib

“Ulu öndər Heydər Əliyevin Elm və Təhsil siyasəti”nə həsr edilmiş tədbir keçirilib

Noyabrın 29-da Azərbaycan Dillər Universitetində (ADU) “Heydər Əliyev ili” ilə bağlı tədbirlər planının icrası ilə əlaqədar universitetin Filologiya fakültəsi nəzdində Xarici dillər kafedrasının müdiri, dosent Naibə Camalzadənin təşəbbüsü ilə növbəti dəyirmi masa keçirilib. “Ulu öndər Heydər Əliyevin Elm və Təhsil siyasəti”nə həsr edilmiş tədbirdə Filologiya fakültəsinin dekanı professor Şahin Xəlili, Regionşünaslıq kafedrasını müdiri professor Sevdagül Əliyeva, Fəlsəfə və İctimai Elmlər kafedrasının müdiri dosent Ədalət Abdiyeva, Xarici dillər kafedrasının əməkdaşları dos. Ş. Şabanov, dos.F. Səlimova, b.m. E. Baxışova, b.m. S. Abuzərli,  b.l. Ş. Əliyeva  Heydər Əliyevin təhsilə və elmə verdiyi qiymət və dəstək haqqında çıxışlar ediblər. Məruzələrdə Ulu öndərin genişmiqyaslı fəaliyyətində təhsilin inkişafının  prioritet sahə kimi mühüm yer tutması xüsusi qeyd edilib. Tədbirdə, eyni zamanda Filologiya fakültəsinin 146 və 335-ci qrup tələbələri Heydər Əliyevin kəlamlarını alman, fransız, ingilis və rus dillərində səsləndiriblər.

01.12.2023

“Ulu öndər Heydər Əliyevin elm və təhsil siyasəti” - tədbir

“Ulu öndər Heydər Əliyevin elm və təhsil siyasəti” - tədbir

29 noyabr 2023-cü il tarixində “Heydər Əliyev ili” ilə bağlı tədbirlər planının icrası ilə əlaqədar ADU-nun Filologiya fakültəsi nəzdində Xarici dillər kafedrasının müdiri dosent Naibə Camalzadənin təşəbbüsü ilə növbəti dəyirmi masa təşkil olunmuşdur.“Ulu öndər Heydər Əliyevin Elm və Təhsil siyasəti”nə həsr edilmiş tədbirdə Filologiya Fakültəsinin dekanı prof. Ş.H.Xəlili, Regionşünaslıq kafedrasını müdiri prof.S.F.Əliyeva, Fəlsəfə və İctimai Elmlər kafedrasının müdiri dos.Ə.M.Abdiyeva, Xarici dillər kafedrasının əməkdaşları dos. Ş.H.Şabanov, dos.F.S.Səlimova, b.m. E.F.Baxışova, b.m. S.Z.Abuzərli,  b.l. Ş.İ.Əliyeva  Heydər Əliyevin təhsilə və elmə verdiyi qiymət və dəstək haqqında çıxışlar etdilər.Məruzələrdə Ulu Öndərin genişmiqyaslı fəaliyyətində təhsilin inkişafının  prioritet sahə kimi mühüm yer tutması xüsusi qeyd edildi. Tədbirdə eyni zamanda Filologiya fakültəsinin 146 və 335-ci qrup tələbələri Heydər Əliyevin kəlamlarını alman, fransız, ingilis və rus dillərində səsləndirdilər.  

30.11.2023

“Heydər Əliyev - poeziya və mədəniyyət” adlı tədbir təşkil edilib

“Heydər Əliyev - poeziya və mədəniyyət” adlı tədbir təşkil edilib

ADU-nun Təhsil-2 fakültəsinin rus dili üzrə baş müəllimi Sabina Rəhimovanın rəhbərliyi ilə 321B qrupu 2023-cü il Ümummilli lider Heydər Əliyev ili çərçivəsində “Heydər Əliyev-poeziya və mədəniyyət” adlı tədbir təşkil edib. Tədbirdə tələbələr Heydər Əliyevin mədəniyyət sahəsinə olan diqqət və qayğısından bəhs ediblər. Onun Azərbaycan poeziyasına olan xüsusi diqqəti vurğulanıb. Tələbələrin iştirakı ilə görkəmli Azərbaycan şairəsi Natavanın yaradıcılıq fəaliyyətindən bəhs edən qısa səhnəciklər nümayiş olunub. Yalnız poeziyaya deyil, ümumi olaraq Azərbaycan mədəniyyət sahəsinə böyük töhfələr verən mədəniyyət nümayəndələri haqqında qısa məlumatlar verildi. Viktorina şəklində təşkil olunmuş səhnəciklərdən sonra  görkəmli incəsənət nümayəndələrimizin adları tələbələr tərəfindən səsləndirilib. Tədbirdə Heydər Əliyevin Şuşada Vaqifin məqbərəsinin açılışında iştirakı ilə bağlı kiçik rolik nümayiş olunub. Tədbirə eyni zamanda Xətai rayonu 56 saylı orta məktəbin 10-cu sinif şagirdi Kərimov Xeyrulla və universitetimizin Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin tələbəsi 374-cü qrup tələbəsi Hüseynzadə Tahir də iştirak ediblər. Təhsil-2 fakültəsinin dekanı dosent Salman Nuriyev və kafedranın müdiri dosent Aida Sobor, kafedranın əməkdaşları iştirak ediblər. Aida Sobor çıxış edərək tələbələri tədbirdə uğurlu iştiraklarına görə təbrik edib və onlara gələcək haytlarında müvəfəqiyyətlər arzulayıb. Tədbir tələbələrin ifasında “Qarabağ” mahnısının səsləndirilməsi ilə sona çatıb. 

30.11.2023

ADU-da Respublika elmi konfransının yekun tədbiri keçirilib

ADU-da Respublika elmi konfransının yekun tədbiri keçirilib

Noyabrın 30-da Azərbaycan Dillər Universitetində Naxçıvan Dövlət Universiteti (NDU) və Azərbaycan Dillər Universitetinin (ADU) birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Tərcüməşünaslığın müasir problemləri” mövzusunda Respublika elmi konfransının yekun tədbiri keçirilib.Tədbirdə açılış nitqi ilə çıxış edən ADU-nun rektoru, akademik Kamal Abdulla konfrans iştirakçılarını salamlayıb, onların hər birinə konfransda iştirakına görə təşəkkürünü bildirib. Rektor Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümə həsr olunan konfransın əhəmiyyətindən, müasir tərcüməşünaslığın qarşısında duran problemlərdən danışıb: “Bu gün Naxçıvan Dövlət Universiteti ilə birgə keçirdiyimiz “Tərcüməşünaslığın müasir problemləri” mövzusunda Respublika elmi konfransının yekun hissəsidir.  Böyük elmi araşdırmaların başlanğıcı olacaq bu konfransın qarşılıqlı əməkdaşlıq zəminində mütəmadi olaraq davam edəcəyinə ümid edirəm.  Bu cür konfransların davamlı olması təkcə tərcüməçilər üçün deyil, eyni zamanda, digər ixtisaslar üzrə təhsil alan tələbələr və çalışan mütəxəssislər üçün də faydalı olacaq. Məqsədimiz nəzəri və praktik cəhətdən hazırlıqlı, peşəkar tərcüməçilər yetişdirməkdir”.NDU-nun rektoru, dosent Elbrus İsayev birgə əməkdaşlıq üçün ADU-nun rəhbərliyinə, professor-müəllim heyətinə təşəkkürünü bildirib, iki universitet arasında davam edən müxtəlif istiqamətli əməkdaşlıq məsələlərindən danışıb. Baş tutan konfransın görülən işlərin məntiqi davamı kimi qiymətləndirən Elbrus İsayev məruzəçilərin tərcüməşünaslığının nəzəri-praktik problemləri haqqında çıxışlarını yüksək dəyərləndirib.Konfransda NDU-nun əməkdaşları – universitetin  İngilis dili və tərcümə kafedrasının müdiri, dosent İlhamə Məmmədova “Tərcümə mədəniyyətlərə inteqrasiya vasitəsi kimi”,  İngilis dili və metodika kafedrasının müdiri, baş müəllim Türkan İsmayıllı “İngilis dilində modallığa dair”,   İngilis dili və tərcümə kafedrasının müəllimi Elçin Mirzəyev “Terminoloji tərcümənin əsas problemləri: tibbi, hüquqi və texniki aspektlər”, ADU-nun əməkdaşları – universitetin German dillərinin tərcüməsi kafedrasının müdiri, dosent Fialə Abdullayeva “Fənn materiallarını necə hazırlamalı: seçilmiş material üzərində iş”,  Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müdiri, dosent Ülfət İbrahim “Fransa qəzet məqalələrində işlənilən evfemizmlərin tərcüməsinə dair”, Roman dillərin tərcüməsi kafedrasının müdiri, dosent Aynur Quliyeva “Tərcümənin mədəniyyətlərarası ünsiyyətdə rolu” mövzularında çıxış ediblər.Çıxışlar zamanı peşəkar sinxron tərcüməçilərin yetişdirilməsi istiqmətində görüləcək işlərdən danışılıb, qarşılıqlı əməkdaşlığın prespektivlərindən bəhs olunub.ADU-nun Tərcümə fakültəsinin dekanı, dosent Bənövşə Məmmədova konfransın işi haqqında hesabatı zamanı konfransın 28-30 noyabr tarixlərində keçirildiyini bildirib. Dekan konfransın qısa xronologiyasına toxunub, dinlənilən mövzular haqqında məlumat verib.

30.11.2023

“Müstəqil Azərbaycanın formalaşmasında Heydər Əliyevin rolu” adlı​ tədbir keçirilib

“Müstəqil Azərbaycanın formalaşmasında Heydər Əliyevin rolu” adlı​ tədbir keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının baş müəllimi Sevda Musayevanın təşkilatçılığı ilə 2023-cü il “Heydər Əliyev ili” ilə bağlı tədbirlər planının icrası ilə əlaqədar kafedranın növbəti “Müstəqil Azərbaycanın formalaşmasında Heydər Əliyevin rolu” adlı ​ tədbir keçirilib.Tədbirdə rektorun müşaviri Anar Osmanlı, kafedranın müəllimləri, laborantları, Təhsil 1 fakültəsinin dekan müavini Lalə Həsənova və tədbir iştirakçıları olan Təhsil 2 fakültəsi təhsildə sosial psixoloji xidmət ixtisasının I kurs 132-ci qrup tələbələri iştirak ediblər.​ Tədbirdə ​ kafedra müdiri dosent Sevda Zamanova, rektor müşaviri Anar Osmanlı Heydər Əliyevin Azərbaycanımız üçün gördüyü işlərdən danışıblar.Sonra tələbələrin iştirakı ilə Heydər Əliyevin müxtəlif sahələrdə Respublikamızın inkişafı üçün gördüyü işlər barədə ətraflı məlumat veriblər.Bədii hissə də tələbələrin ifasında ulu öndərə həsr olunmuş “Ulu bir sərkərdə, ulu bir öndər” adlı şer səsləndirilib. “Küçələrə su səpmişəm” və “Sarı gəlin” xalq ​ mahnıları ifa edilib.

28.11.2023

MEK-də “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” adlı kitabın təqdimatı keçirilib

MEK-də “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” adlı kitabın təqdimatı keçirilib

 Azərbaycan Milli Elmlər Akademiyasının (MEK) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Heydər Əliyev İli” çərçivəsində nəşr olunan “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” adlı kitabın təqdimatı keçirilib.Təqdimatı giriş sözü ilə açan MEK-in baş direktoru, professor Məmməd Əliyev qeyd edib ki, AMEA-da bu il çərçivəsində silsilə tədbirlər keçirilir, MEK bu tədbirlərin bir qismində təşkilatçı və iştirakçı kimi çıxış edir. “MEK bu ilə öz töhfələrini verir. Ulu Öndərin zəngin siyasi irsini özündə əks etdirən biblioqrafik göstərici hazırlanaraq artıq çapa göndərilib, Elektron resurlar şöbəsinin “Heydər Əliyev – 100 məqalə” layihəsi artıq Vikipediyada yerləşdirilib. MEK-in təşkilatçılığı ilə respublika konfransı baş tutub. Cari ayda isə birinci beynəlxalq elmi konfrans keçiriləcək. Sevindirici haldır ki, bu gün də Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdullanın növbəti layihəsinin təqdimatı da MEK-də keçirilir”, - deyə baş direktor diqqətə çatdırıb.“Məhz Ulu Öndərin hakimiyyətinin ikinci dövründə baş verənlərə münasibəti görərək bugünki Zəfər günümüzə gəlib çatmışıq. 1993-2003-cü illərdə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda reallaşdırılan köklü dəyişikliklərin, cərəyan edən hadisə və proseslərin, həyata keçirilən xarici siyasət kursunun intensivliyi ingilisdilli xarici mətbuatda Azərbaycan haqqında çap edilmiş materialların sayının kifayət qədər çox olmasını şərtləndirmişdir. Bütün materialları bir kitabda əhatə etməyin qeyri-mümkünlüyü şübhə doğurmur. Eyni zamanda inanırıq ki, ilk təşəbbüs olan bu layihə müəyyən mərhələlərlə sonra da davam etdiriləcək, yeni-yeni materiallar üzə çıxarılacaq və oxuculara təqdim ediləcəkdir. Oxucu kitabla tanış olduqca Heydər Əliyevin Prezidentliyi dövründə xarici mətbuatda Azərbaycan haqqında işıqlandırılan yazıların məzmununun müsbətə doğru necə dəyişdiyinin şahidi olacaq, Respublikanın inkişafının həqiqi əks sədasını duyacaq”,- deyə kitabın ideya müəllifi akademik Kamal Abdulla təqdimatda çıxış edərkən bildirib. Alim bu ağır və məsuliyyətli işin yerinə yetirilməsində, kitabın ərsəyə gəlməsində iştirak edənlərə təşəkkürünü bildirib.Təqdimat zamanı AMEA-nın vitse prezidenti, akademik Dilqəm Tağıyev bu gözəl təşəbbüsü müsbət dəyərləndirib. Qeyd edib ki, bu cür mənbələri araşdırmaq və toplu şəkildə təqdim etmək çox vacib, aktual məsələdir.Millət vəkilləri Arzu Nağıyev, Vüqar İskəndərov, Anar İsgəndərov, Sevinc Fətəliyeva çıxışlarında kitabı Ümummilli Liderin 100 illiyinə ən böyük töhfələrdən biri kimi qiymətləndirib, həmin dövrün araşdırılmasının, geniş işıqlandırılmasının vacibliyinə toxunublar. Kamal Abdullanın kitablarının hər birinin oxucu tərəfindən sevildiyini və bu cür layihələrin davamlı olmasını arzulayıblar.“Mən sevinirəm ki, Azərbaycanın Kamal Abdulla kimi yazarı, alimi var”- bu fikirləri akademik Vaqif Abbasov səsləndirib, həmçinin kitab haqqında təəssüratlarını bölüşüb.Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid tədbirdə çıxışı zamanı kitabın ideyasının orijinallığına toxunub. Qeyd olunub ki, nəşrin Zəfərimizdən sonra işıq üzü görməsi diqqətəlayiq olmaqla yanaşı, həm də qalib xalqın nümayəndəsi kimi həmin dövrə başqa gözlə baxmağa imkan yaradır.Professor Solmaz Rüstəmova-Tohidi kitabın hazırlanma prosesində yaxından iştirak etdiyini və çox böyük bir zəhmətlə ərsəyə gəldiyini vurğulayıb. Alim kitabı siyasətçilər, tarixçilər, regionşünaslar, diplomatlar, mütəxəssislər üçün son dərəcə faydalı vəsait kimi qiymətləndirib. Çıxışçı sözügedən kitabı bilavasitə Azərbaycan Respublikasının dövlət quruculuğu başlayan müddətdən xaricin ölkəmizə olan marağının güzgüsü adlandırıb.Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov isə kitabın olduqca axıcı dillə oxuculara təqdim edildiyini vurğulayıb.Qeyd edək ki, Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” kitabı ADU-nun Elmi Şurasının qərarı ilə çap olunub.Məqalələr toplusu olan yeni nəşrdə toplusu 1993-2003-cü illərdə müxtəlif ölkələrdə olan ingilisdilli mətbuatda Azərbaycan haqqında dərc olunan məqalələrin Azərbaycan dilinə tərcüməsi yer alıb.Dövrün tələbinə uyğun olaraq məqalələr əsasən Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycanın neft-qaz sənayesi, siyasi həyatı, tarixi və mədəniyyəti ilə bağlı mövzuları ahatə edir.Bəzi məqalələrdə bəhs edilən hadisə və proseslərlə əlaqəli yol verilən qeyri-dəqiqliklər, təhriflər və s. barədə kitabın "Qeydlər" bölməsində şərhlər verilib. Kitab tədqiqatçılar, siyasətçilər, Azərbaycan tarixi, iqtisadiyyatı, mədəniyyəti və respublikanın beynəlxalq əlaqələri ilə maraqlananlar üçün nəzərdə tutulub. Layihənin ideya müəllifi və rəhbəri ADU-nun rektoru, akademik Kamal Abdulladır. Layihənin icraçı-koordinatorları ADU-nun “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin müdiri, tarix üzrə fəlsəfə doktoru Aqşin Rüstəmov və “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin elmi işçisi Suğra Ələkbərlidir.Kitabın tərtibçiləri Şəhla Xudiyeva, Nərgiz Seyidova, Aysu Hüseynli, Pərvanə Cəfərova, Röya Əzizova, İradə Bəylərova, Gülnar Nağıyeva, İlahə Tağızadə, Eleonora Babayeva, Sabir Əliyev, Təvəkkül Zeynallıdır.Layihənin məsul redaktoru tarix üzrə fəlsəfə doktoru Aqil Şahmuradovdur.Rəyçiləri Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov, ADU-nun “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin baş elmi işçisi Solmaz Rüstəmova-Tohidi, Bakı Dövlət Universitetinin Slavyan tarixi kafedrasının müdiri Abutalıb Cəlilovdur. 

23.11.2023

Trend Beynəlxalq İnformasiya Agentliyinin redaktoru ADU-nun tələbələri ilə görüşüb

Trend Beynəlxalq İnformasiya Agentliyinin redaktoru ADU-nun tələbələri ilə görüşüb

 Noyabrın 15-də Trend Beynəlxalq İnformasiya Agentliyinin redaktoru Asif Mehman Azərbaycan Dillər Universitetinin Beynəlxalq jurnalistika şöbəsinin tələbələri ilə görüşüb.Görüşdə Universitetin III kurs tələbələri iştirak ediblər.Redaktor Asif Mehman “Onlayn xəbərçilik”, “Xəbərin seçilməsi, hazırlanması və ötürülməsi”, “Xəbərin başlığı” mövzularında öz bilik və bacarıqlarını tələbələrlə bölüşüb, saxta xəbərlərin oxuculara, tamaşaçılara mənfi təsirindən danışıb.O, xəbər yazarkən hansı mənbəələrə, faktlara diqqət yetirilməli olduğunu vurğulayıb.Görüş ərzində redaktor tələbələri maraqlandıran sualları cavablandırıb.

21.11.2023

2022-2023-cü tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü təqdim edilib

2022-2023-cü tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü təqdim edilib

Noyabrın 16-da 2022-2023-cü tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) adlı təqaüdünün təqdim edilməsi mərasimi keçirilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) təşkil olunan tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edib. Sədr Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətindən danışıb, həmkarlar ittifaqı təşkilatları tərəfindən dövlət gənclər siyasətinə verilən dəstəkdən bəhs edib. Qeyd edib ki, ATİAHİ RK tərəfindən bu istiqamətdə müxtəlif intellektual oyunlar, idman yarışları təşkil olunur, gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı işlər görülür. Həmçinin aztəminatlı ailələrdən olan tələbələrin sosial təminatının gücləndirilməsi ilə bağlı da addımlar atılır. Belə ki, hər il Respublika Komitəsi tərəfindən aztəminatlı ailələrdən olan 220-dən artıq tələbə pulsuz yeməklə təmin olunur.Sonra qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə (65 nəfər) ATİAHİ RK-nın adlı təqaüdü təqdim edilib.Məlumat üçün qeyd edək ki, tələbələrdə elmə, təhsilə marağın artırılması məqsədilə 1995-ci ildə ATİAHİ RK-nın adlı təqaüdü təsis edilib. O vaxtdan bu günə qədər ali təhsil müəssisələrində qış və yay sessiyasının nəticələrinə görə uğur əldə etmiş 2849 nəfər tələbə bu təqaüddən yararlanıb.1-7.jpg 99.43 KB2-5 (1).jpg 151.12 KB7-2.jpg 157.91 KB6-4.jpg 159.07 KB5-5 (1).jpg 150.4 KB4-7.jpg 143.44 KB3-5 (1).jpg 153.55 KB

17.11.2023

“Mən həmişə fəxr etmişəm ki, mən Azərbaycanlıyam!” adlı tədbir keçirilib

“Mən həmişə fəxr etmişəm ki, mən Azərbaycanlıyam!” adlı tədbir keçirilib

 Azərbaycan Dillər Universitetində (ADU) Təhsil 2 fakültəsi nəzdində Psixologiya kafedrasının təşkilatçılığı ilə 132-cü qrup tələbələrinin birgə ərsəyə gətirdikləri  “Mən həmişə fəxr etmişəm ki, mən Azərbaycanlıyam!” adlı tədbir keçirilib.Tədbirdə rektorun məsləhətçisi Anar Osmanlı, Təhsil 2 fakültəsinin dekanı, dosent Salman Nuriyev, Təhsil 1 fakültəsinin dekanı professor Fikrət Cahangirov, kafedra müdirləri, Psixologiya kafedrasının əməkdaşları və tələbələr iştirak ediblər.Tələbələr Ulu öndər Heydər Əliyevin iqtisadi və siyasi, eləcə də təhsil sahəsində apardığı islahatlardan bəhs ediblər.Tədbirin bədii hissəsində onların ifasında vətənə həsr olunmuş musiqilər dinlənilib, rəqslər nümayiş olunub.  Bildirilib ki, tədbirdə “Zəfər günü” də qeyd edilib, şəhidlər anılıb. Tədbirdə həmçinin şəhid Anar Əliyev, şəhid Samir İslamov və şəhid Rauf Əliyevin ailə üzvlər iştirak ediblər. Şəhidlərin keçdiyi həyat yolundan ibarət videoçarxlar nümayiş olunub, tələbələrin çıxışları dinlənilib.Tədbirin sonunda iştirak edən tələbələr təşəkkürnama ilə təltif olunublar.

16.11.2023

ADU-da Zəfər günü ilə bağlı tədbir keçirilib

ADU-da Zəfər günü ilə bağlı tədbir keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) Təhsil-1 fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının təşkilatçılığı ilə Zəfər günü ilə bağlı tədbir keçirilib.Tədbir adıçəkilən kafedranın müəllimləri Aygül Eyyubova və Vüsalə Məmmədova, Təhsil-2 kafedrasının 221A, 223B və 228 qrup tələbələrinin təkilatçılığı ilə ərsəyə gəlib.Öncə kafedranın müdiri dosent Günay Şirəliyeva açlış nitqi ilə çıxış edib. Sonra tələbələr işğaldan azad olmuş ərazilər haqqında məlumat verib, şeirlər söyləyib və mahnı ifa ediblər.Tədbirdə qonaq qismində qazi Kənan Kərimov iştirak edib, sonda tələbələrə təşəkkürnamə təqdim edib.

15.11.2023

ADU-da 8 Noyabr Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

ADU-da 8 Noyabr Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Noyabrın 6-da Azərbaycan  Dillər Universitetində 8 Noyabr - Zəfər gününə həsr olunmuş tədbir keçirilib.Öncə Azərbaycan  Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.ADU-nun rektoru, akademik Kamal Abdulla universitet kollektivini Azərbaycan xalqının tarixi qələbəsinin üçüncü ildönümü münasibətilə təbrik edib. Qeyd olunub ki, Vətən müharibəsi Azərbaycanın şanlı zəfəri və torpaqlarımızın düşmən işğalından azad edilməsi ilə nəticələnib:“Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Vətən müharibəsindən sonrakı 3 il ərzində həyata keçirilən siyasət və görülən bütün işlər 2023-cü il sentyabrın 20-də öz məntiqi sonluğuna çatdı.Biz qalib xalqın nümayəndələri kimi bundan sonra da dövlətimizin, millətimizin inkişafı və tərəqqisi üçün əlimizdən gələni etməliyik. Bu yolda hər kəs səfərbər olmalı, Cənab Prezidentin ətrafında sıx birləşməlidir”.ADU-nun MHİK-nin sədri Misgər Məmmədov tədbirin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, Azərbaycan xalqı bu zəfəri öz qanı ilə, öz canı ilə əldə etdi. Bildirilib ki, şəhidlərimizin əziz xatirəsi daima qəlbimizdə yaşayacaqdır.Daha sonra ADU-nun şəhid ailə üzvləri olan əməkdaşları, müharibə iştirakçıları çıxış edib, qalib xalqın nümayəndələri kimi əldə olunan böyük  Zəfərin təntənəsindən danışıblar.Tədbir bədii hissə ilə davam edib.

06.11.2023

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo