ADU- nun təcrübəçi tələbələri tərəfindən “Heydər Əliyevin anadan olmasının 100 illiyinə” həsr olunmuş tədbir keçirilib

ADU- nun təcrübəçi tələbələri tərəfindən “Heydər Əliyevin anadan olmasının 100 illiyinə” həsr olunmuş tədbir keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU) Saleh Poladi adına 159 saylı tam orta məktəbdə pedaqoji  təcrübədə olan tələbələri ilə həmin məktəbin şagirdlərinin birgə təşkil etdiyi  “Heydər Əliyevin anadan olmasının 100 illiyinə” həsr olunmuş tədbir keçirilib. Tədbirdə metodist müəllim, dosent Q. Heybətov 2023-cü ilin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Heydər Əliyev ili” kimi elan olunması və bu mənada Respublikanın hər yerində silsilə tədbirlərin həyata keçirilməsi haqqında sərəncamını diqqətə çatdırıb. Təcrübəçi tələbələrdən Səbinə Əlizadə “Heydər Əliyev və Azərbaycançılıq”, Nigar Hacıyeva “Heydər Əliyev və Ana dili siyasəti” mövzularında çıxışlar ediblər.Tədbirin bədii hissəsində məktəb şagirdləri tərəfindən Heydər Əliyevə aid şeirlər söylənilib, “Ulu öndər” mahnısı səsləndirilib.

11.05.2023

Tələbələrə sertifikatlar təqdim edilib

Tələbələrə sertifikatlar təqdim edilib

Təhsil-2 fakültəsi İngilis dilinin leksikologiyası və üslubiyyatı-2 kafedrasında “Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarı kimi” tədbirində iştirak edən tələbələrə sertifikatlar təqdim edilib.8 may 2023-cü il tarixində  tədbiri giriş sözü ilə Təhsil-2 fakültəsinin dekanı dos. Salman Nuriyev  açaraq bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. İngilis dilinin leksikologiyası və üslubiyyatı-2 kafedrasının müdiri dos. Mehriban Hüseynova çıxış edərək qeyd edib ki, Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var. Və bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur.Sonda, kafedranın fakültə dekanı dos.Salman Nuriyev və kafedra müdiri dos. Mehriban Hüseynova tədbirdə iştirak edən Kərimova Nəzrin 221b, Ceyhunə Səmədli  228a, Sonara İsmayılova  220b, Cəvahir Ağacanova  220b, Elvin  Məmmədov 220b, Ləman Cəfərova  220a, Səma Həsənova  220a, Pərvanə Allahverdi 220a, Aysu Qasımzadə 220a, Ella Güləhmədova  223b, Gülbahar İsmayılova 223b sertifikatlarla mükafatlandırılıblar. 

11.05.2023

AHİK rəhbərliyi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

AHİK rəhbərliyi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Mayın 10-da – dövlətimizin qurucusu və banisi, xalqımızın xilaskar oğlu Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü günündə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, AHİK-in rəhbərliyi və kollektivi, həmçinin üzv təşkilatların sədrləri və əməkdaşları Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət ediblər.Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil qoyulub, xatirəsi ehtiramla yad edilib.Sonra Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi yad edilərək məzarı üzərinə gül dəstələri düzülüb.Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri qoyulub.6-7.jpg 515.11 KB3-11.jpg 504.4 KB5-7.jpg 518.25 KB

10.05.2023

ADU-da ödənişsiz portuqal dili kursları təşkil olunur

ADU-da ödənişsiz portuqal dili kursları təşkil olunur

ADU Braziliyanın Espiritu Santus universiteti ilə əməkdaşlıq çərçivəsində Portuqal dilini başlanğıc səviyyədən öyrənmək istəyənlər üçün inanılmaz şans təklif edir:Portuqlar dili kursu Braziliyanın Espiritu Santu universitetinin mütəxəssisləri tərəfindən ÖDƏNİŞSİZ təşkil ediləcək.Kursun başlama vaxtı: 16 may, 2023Bitmə vaxtı sentyabr, 2023Maksimum tələbə sayı: 16Kurs saatı: 200 saatNeçə səviyyə: 4 dil səviyyəsiBir dərsin müddəti 1 saat 30 dəq.Dərs günləri: Həftənin çərşənbə axşamı, çərşənbə və cümə axşamı günləri.Dərsin başlanma və bitmə saatı: 17:30-19:00Dərslər başlanğıc səviyyədən öyrədiləcək və dərsliklər, eyni zamanda kursun özü tamamilə pulsuzdur. Maraqlananlar Anar Rəhimovla əlaqə saxlaya bilər. 419-cu otaq.050-305-36-36

10.05.2023

ADU-da Ulu öndər Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib

ADU-da Ulu öndər Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib

Mayın 10-da Azərbaycan Dillər Universitetində Beynəlxalq jurnalistika şöbəsinin təşkilatçılığı və jurnalistika ixtisasında təhsil alan I kurs tələbələrinin təşəbbüsü ilə Ulu öndər Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib.Tədbirdə rektorun məsləhətçisi Anar Osmanlı, Beynəlxalq jurnalistika şöbəsinin müdiri b/m. Nərgiz Qurbanlı və jurnalistika ixtisasında dərs deyən müəllimlər iştirak edib. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Sonra tələbələr Heydər Əliyevlə bağlı hazırladıqları süjetləri, Heydər Əliyev Mərkəzində çəkdikləri videoçarxları, ekspertlərdən aldıqları müsahibələri təqdim ediblər.Eyni zamanda tələbələrin Ulu öndərin həyat və fəaliyyəti ilə bağlı üç dildə təqdimatı olub.

10.05.2023

"Ulu Öndər yolu gənclər üçün bir məktəbdir" adlı tədbir keçirilib

Azərbaycan Dillər Universitetinin Təhsil 1 fakültəsi nəzdində Xarici Dillərin Tədrisi Metodikası kafedrasının müəllimi Tükəz Piriyevanın təşəbbüsü ilə 46 nömrəli məktəbdə Təhsil 2 fakültəsinin 425 B qrup tələbələri, Filologiya fakültəsinin tələbələri Babayeva Fidan və Təhmasib Ədilə və 46 nömrəli şagirdlərin birgə iştirakı ilə "Ulu Öndər yolu gənclər üçün bir məktəbdir" adlı tədbir keçirilib.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və Şəhidlərimizin və Ulu Öndərin 1 dəqiqəlik sükutu ilə açılıb. Tədbirdə Ulu öndərin keçdiyi həyat yolu, siyasi arenadakı nüfuzu və Azərbaycan dövləti üçün etdiyi xidmətlərdən danışılıb.  

10.05.2023

ADU-nun tələbəsi sertifikatla təltif olunub

ADU-nun tələbəsi sertifikatla təltif olunub

Azərbaycan Dillər Universitetinin (ADU) Frankofoniya, Fransız dili və mədəniyyəti mərkəzinin xəlifə müdiri Fidan Nəbiyeva Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və BMT-nin Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən 4-6 may tarixlərində Şəki rayonunda keçirilən  "AzMUN Milli Simulyasiya Konfransı” da iştirak edib.Konfransda Frankafoniya, Fransız dili və mədəniyyəti mərkəzinin xəlifə müdiri Fidan Nəbiyeva  Fransa Respublikasının Prezidenti rolunda çıxış edib.O, eyni zamanda adıçəkilən konfransda sertifikatla təltif olunub.

10.05.2023

ADU-nun tələbələri Xalq Təhsil Muzeyində olublar

ADU-nun tələbələri Xalq Təhsil Muzeyində olublar

Mayın 2-də ADU-nun 27 nömrəli tam orta məktəbdə pedaqoji təcrübə keçən 406 A qrup tələbələri Təhsil-1 fakültəsi nəzdində XDTM kafedrasının müəllimi Elnurə Əliyevanın rəhbərliyi ilə Xalq Təhsil Muzeyində olublar. Muzeyin şöbə müdiri Rüxsarə Məmmədova  muzey haqqında ətraflı məlumat verdi, tələbələri maraqlandıran sualları cavablandırıb. 

10.05.2023

ADU-nun müəllimləri Beynəlxalq forumda iştirak ediblər

ADU-nun müəllimləri Beynəlxalq forumda iştirak ediblər

Mayın 6-da Azərbaycan Dillər Universitetinin İngilis dilinin qrammatikasi kafedrasının müəllimləri- Röya Əliyeva, Nurlana Bayramova, Leyla Süleymanlı , Kəmalə Məlikli , Səbinə Vəliyeva , Aytac Hüseynova, Aynur Məmmədova, Püstəxanım Yusifova, Tahirə Axundova Avropa-Azərbaycan məktəbində keçirilmiş Portuqaliya, İsrail və Norveçdən gəlmiş beynəlxalq təlimçilərin də yer aldığı “Dünyada İnnovativ Öyrətmə və Öyrənmə” adlı beynəlxalq forumda iştirak ediblər. Forumda Azərbaycanda inkluziv təhsilin xüsusi əhəmiyyətindən, ölkədə müxtəlif dil və dini mənsubiyyətə malik əhalinin yaşadığı üçün müəllimlərin müxtəlif qruplar arasındakı boşluqları aradan qaldırarkən və dərslər verərkən tələbələr arasında anlaşma və tolerantlığın təşviqinin vacibliyindən söhbət açılıb. Qeyd edək ki, forumun məruzəçiləri öz məruzələrində qiymətləndirmə təcrübəsinin inkişaf etdirilməsi yollarını, “21-ci əsr bacarıqları” nı nəzərdən keçiriblər. Sonda iştirakçılar beynəlxalq sertifikatla təltif olunublar.

10.05.2023

Şagirdlər Azərbaycan Dillər Universitetində ekskursiyada olublar

Şagirdlər Azərbaycan Dillər Universitetində ekskursiyada olublar

Azərbaycan Dillər Universitetinin (ADU) 238 sayli tam orta məktəbində pedaqoji təcrübədə olan Təhsil -2 fakültəsinin 422 a qrupunun tələbələri Xarici dillərin tədrisi metodikası kafedrasının müəllimi metodist Nobahar Əzizovanın rəhbərliyi ilə həmin məktəbin 8-ci, 9-cu və 10-cu sinif şagirdlərinin universitetə eksuskursiyasını təşkil ediblər.Ekskursiyada məktəbin təşkilatçı müavini Ruhəngiz Heydərova ilə birlikdə 20 şagird iştirak edib. Şagirdləri qarşılayan  ADU-nun Pedaqoji təcrübə fakültəsinin dekanı Məmməd İsmayılov onlarla  söhbətlər aparıb. ADU-nun tələbə həmkarlar ittifaqanin sədri Zəhra Hüseynova şagirdlərə universitet haqqında məlumatlar verib.Monitorinq və tədrisə nəzarət şöbəsinin əməkdaşı tərəfindən şagirdlərə fakültələr və ixtisaslarla bağlı məlumat verilib.Şagirdlər universitetin Tədris məsələləri üzrə prorektoru, professor  Sevinc Zeynalova ilə görüşüblər. Prorektor  onları tədris və təlim məsələri barədə məlumatlandırıb.Xarici əlaqələr şöbəsini əməkdaşı Elşad Haşımov xaricdə təhsillə bağlı şagirdlərə hərtərəfli məlumatlar verib.Beynəlxalq münasibətlər və idarəetmə fakültəsini dekanı İbrahim Kazımbəyli şagirdlərə universitet, fakültələr, eyni zamanda, gələcəkdə ixtisas seçimi barəsində məlumat verib. Şagirdlər tədris olunan dərslərdə iştirak edib, dil mərkəzləri ilə tanış olublar. Bakı Amerika mərkəzinin əməkdaşları onlara mərkəzlə bağlı geniş məlumat verib.Universitetdən xoş təəssüratlarla ayrılan şagirdlər gələcəkdə  öz ixtisas seçimlərində ADU-nun fakültələri seçmək istədiklərini bildiriblər.

10.05.2023

ADU-da “Gənclik – Heydər Əliyevin yolu ilə” mövzusunda təqdimat keçirilib

ADU-da “Gənclik – Heydər Əliyevin yolu ilə” mövzusunda təqdimat keçirilib

  Mayın 8-də  Azərbaycan Dillər Universitetinin Təhsil -1 fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı-1 kafedrasının əməkdaşı f.f.d.b.m.Nigar Xanlar qızı Bağırovanın təşkilatçılığı  ilə fakültənin 203 A qrupunda  Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Gənclik – Heydər Əliyevin yolu ilə” mövzusunda təqdimat keçirilib.         Tələbələr Ulu öndərin hər bir sahədə gənclərə göstərdiyi diqqət, qayğı, dəstək və etimadı geniş şəkildə işıqlandırıb, çox maraqlı və müxtəlif təqdimatlarla çıxış ediblər.  Gənclik olaraq, tələbələr öz çıxışlarında Ulu öndərə xitab edərək, qurucusu olduğu müstəqil Azərbaycanın əmin əllərdə olduğunu ifadə edib və Heydər Əliyev irsinin layiqli davamçıları olacaqlarına qətiyyətlə söz veriblər.           Tədbirdə Ulu öndər Heydər Əliyev haqqında “Sönməz, əbədidir- Heydər Əliyev” şeiri söylənilib, sonda isə 203 A qrupu tələbələrinin özlərinin ifasında “Ulu bir ödər- Ulu bir sərkədə” mahnısı səsləndiriblər.           Universitetin rektor məsləhətçisi Anar Osmanlı, fakültə dekanı prof. Fikrət Cahangirov, İngilis dilinin leksikologiyası və üslubiyyatı-1 kafedrasının müdiri f.f.d.dos. Kifayət Hacıyeva, kafedra əməkdaşları dos. Amil Cəfərov, f.f.d.dos. Lalə Əsədova, f.f.d.b.m.Ülviyyə Əhmədova, f.f.d.b.m.Dürrə Həşimova və başqaları iştirak ediblər.           Sonda universitetin rektor məsləhətçisi Anar Osmanlı, fakültə dekanı prof. Fikrət Cahangirov, İngilis dilinin leksikologiyası və üslubiyyatı-1 kafedrasının müdiri f.f.d.dos. Kifayət Hacıyeva, kafedra əməkdaşları dos. Amil Cəfərov və f.f.d.dos. Lalə Əsədova çıxış ediblər. Onlar tədbirin əhəmiyyətindən danışıb və qrupun müəllimi Nigar Bağırovaya və tələbələrə öz təşəkkürlərini bildiriblər. 

10.05.2023

ADU-da “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilib

ADU-da “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilib

Mayın 8-də Azərbaycan Dillər Universitetində (ADU)  Beynəlxalq jurnalistika şöbəsinin müdiri b/m. Nərgiz Çərkəzqızının təşkilatçılığı və Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi Afət Həbibovanın təşəbbüsü ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masaya qonaq qismində Prezident mükafatçısı, Mədəniyyət telekanalının direktor müavini, telejurnalist, şair və rejissor s.f.d., Bəhruz Niftəliyev dəvət edilib.Öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tələbələrin Ulu Öndər Heydər Əliyev haqqında hazırladıqları video təqdimatdan sonra qonaq mövzu haqqında fikirlərini bölüşüb.Masada Ulu öndərin  gənclər siyasəti, gənclərə verdiyi önəm və gənclərin şəxsi inkişafındakı dəstəyindən bəhs edilib.

10.05.2023

ADU-nun müəllim-tələbə həyəti Ulu öndərin abidəsini ziyarət ediblər

ADU-nun müəllim-tələbə həyəti Ulu öndərin abidəsini ziyarət ediblər

Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin  tədris işləri üzrə dekan müavini Asif Abbasov, fakültənin tyutorları- Ülkər Şahbzova, Lamiyə Abbasova II kurs  tələbələri ilə birlikdə müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Ulu öndərin abidəsini ziyarət ediblər.

10.05.2023

ADU əməkdaşının 70 illik yubileyi qeyd olunub

ADU əməkdaşının 70 illik yubileyi qeyd olunub

Mayın 8-də Təhsil-1 fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının baş müəllimi Dürsədəf Cəfərovanın 70 yaşı tamam olur.70 illik yubileyi münasibəti ilə kafedranın baş müəllimi Dürsədəf Cəfərovanı universitet rəhbərliyi və kollektivi adından təbrik edir, cansağlığı arzulayırıq. 

10.05.2023

ADU-nun tələbələri

ADU-nun tələbələri "Bakı Marafonu- 2023”-də iştirak ediblər

Azərbaycan Dillər Universitetinin tələbələri  Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 7-də keçirilən "Küləyə qalib gəl" şüarı altında “Bakı marafonu-2023” də iştirak ediblər.Qeyd edək ki, 2016-cı ildən etibarən hər il keçirilən  "Bakı Marafonu" nun məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etməkdir.Bütün marafon iştirakçılarına və yarışın təşkilində dəstək göstərən könüllülərə sertifikatlar təqdim olunub.Eyni zamanda Qarabağ qaziləri, fiziki imkanları məhdud olan şəxslər iştirak edib. "Bakı Marafonu 2023" ün mükafatlandırılması iki kateqoriyada olub. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, sertifikatlarla, eləcə də finiş xəttini keçən ilk 2000 iştirakçı isə “Bakı Marafonu 2023”ün medalları təltif olunub.İştirakçılar, şəhər sakinləri və qonaqlar marafonun davam etdiyi müddətdə Dövlət Bayrağı Meydanında yaradılan əyləncə zonasında müxtəlif əyləncə proqramlarında, yarışlarda, interaktiv oyunlarda iştirak edib, konsert proqramlarını da izləyə biliblər.

10.05.2023

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo