ADU-da “Heydər Əliyev və Təhsil” adlı tədbir keçirilib

ADU-da “Heydər Əliyev və Təhsil” adlı tədbir keçirilib

Azərbaycan Dillər Universitenin (ADU) Linqvokulturologiya kafedrasının baş müəllimi Dinara Muxtarovanın təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Təhsil” adlı tədbir keçirilib.Tədbir Azərbaycan Dövlət Himni səsləndirilməsi ilə başlayıb.Sonra Dinara Muxtarova tədbirin universitetin Tərcümə fakültəsində yerləşən İsmixan Rəhimov adına auditoriyasında keçirilməsinin təsadüfi olmadığını bildrib. O, Heydər Əliyevin yüksək səviyyəli müəllim və vətənpərvər olduğuna görə İsmixan Rəhimovu "Şöhrət" ordeni ilə təltif etdiyini, Ümumi liderin bu addımının da müəllimə və təhsilə olan diqqət və hörmətin bariz nümunəsi olduğunu qeyd edib.Təhsil-1 fakültəsinin 312A və 312B qruplarının tələbələri çıxışlarında Heydər Əliyevin təhsilə olan münasibəti, ulu öndərin qısa bioqrafiyası, müəllimlərə və təhsilə verdiyi sayqı və hörməti, Azərbaycan təhsilinə töhfəsi mövzusu, həmçinin Heydər Əliyev adına olan məktəb və liseylər, Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlər haqqında ətraflı məlumat veriblər.Tədbirdə Heydər Əliyevin təşəbbüsü ilə təşkil olunmuş Xaricdə Təhsil imkanları haqqında da  məlumat səsləndirilib.Bildirək ki, çıxışlar tələbələr tərəfindən hazırlanmış videoçarxlar vasitəsi ilə təqdim olunub. Videolarda fərqli məktəb və universitetlərdə Heydər Əliyevə ayrılan guşələr də təsvir olunub.Tədbirə Linqvokulturologiya kafedrasinin müdiri professor Məsməxanım Qazıyeva, adı çəkilən kafedranın müəllim heyəti, Təhsil 1 fakültəsinin dekanlıq nümayəndələri Gülmar İsrafilova və Nəzrin Seyidova qonaq qismində iştirak ediblər.Sonda Linqvokulturologiya kafedrasının müdiri professor Məsməxanım Qazıyeva çıxışında Heydər Əliyevlə bağlı xatirələrindən danışıb.

30.05.2023

ADU-da Müstəqillik Günü münasibətilə tədbir keçirilib

ADU-da Müstəqillik Günü münasibətilə tədbir keçirilib

 Mayın 26-da Azərbaycan Dillər Universitetində BMR fakültəsi nəznində Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Müstəqillik gününə həsr olunmuş “Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda tədbir keçirilib.Dövlət Himni səsləndirilib.BMR fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli tədbir iştiakçılarını salamlayıb, tədbirin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, 1918-ci ildə Şərqdə ilk demokratik respublika Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli dövlətçilik tariximizdə öz önəmi və dəyəri, böyük tarixi əhəmiyyəti olan hadisədir. Cəmi  23 ay yaşamasına baxmayaraq həyata keçirdiyi silsilə tədbirlər xalqına, millətinə, onun beynəlxalq səviyyədə tanınmasına, müstəqil  demokratik dövlət kimi fəaliyyət göstərməsinə tutarlı bir tarixi faktdır.Cümhuriyyətlə bağlı videoçarx izlənilib.Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Şəlalə Bağırova “AXC-nin daxili siyasətində multicultural ənənələr” mövzusunda çıxış edib. Qeyd olunub ki, AXC 23 aylıq aramsız fəaliyyəti dövründə həyata keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi ilə, qəbul etdiyi yüksək səviyyəli qanunvericilik aktları və qərarları ilə Azərbaycan dövlətçiliyi tarixində, xüsusən də parlament mədəniyyəti tarixində dərin və zəngin iz qoymuşdu. Siyasi quruluşuna, həyata keçirdiyi demokratik dövlət quruculuğu tədbirlərinə, həmçinin qarşısına qoyduğu məqsəd və vəzifələrə görə də Avropanın ənənəvi demokratik Respublikalarından heç də geri qalmırdı.  Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müəllimi Sevinc Abbasova “Heydər Əliyev və Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda çıxış edib. Qeyd olunub ki, Ulu öndər Heydər Əliyev Cümhuriyyət qurucalarının fəaliyyətini daima yüksək qiymətləndirib. Müasir Azərbaycanın Cümhuriyyətin varisi olduğunu bildirib.Tədbir tələbələrin sualları ilə davam edib.

30.05.2023

ADU-da “Karyera günü və İş yarmarkası” adlı tədbir keçirilib

ADU-da “Karyera günü və İş yarmarkası” adlı tədbir keçirilib

  Mayın 27-də Azərbaycan Dillər Universiteti və ABŞ səfirliyinin Bakı Amerika Mərkəzi və ABŞ təhsilli Azərbaycanlı Məzunların İctimai Birliyinin dəstəyi ilə “Karyera günü və iş yarmarkası” baş tutub.Azərbaycan Dillər Universiteti və ABŞ səfirliyinin Bakı Amerika Mərkəzində təşkil olunan tədbirdə özəl sektor, dövlət qurumları və biznes sahəsinin İnsan Resursları üzrə departamentinin nümayəndələri iştirak ediblər.Tədbir iki hissədən ibarət olub.Birinci hissədə Azərbaycan İnsan Resursları İnstitutunun icraçı direktoru Emil Hüseynov, PAŞA Bankın İstedadların cəlb olunması və işə qəbul üzrə qrup rəhbəri, peşəkar karyera təlimçisi Fidan Hüseynova və Təhsil Tələbə Kredit Fondunun əməkdaşı Aysel Həsənova çıxış edərək, karyera planlaması və iş dünyasına hazırlıq, müsahibəyə hazırlıq kimi mövzularda iştirakçıları məlumatlandırıblar.Tədbirin ikinci hissəsi isə şirkətlərlə tanışlıq, sərgi materiallarının paylanmasına həsr olunub.Tədbirin keçirilməsinin əsas məqsədi universitet məzunları, mütəxəssislər, işsizlər üçün gələcək karyera inkişafında kömək göstərməkdir. Eyni zamanda, müxtəlif şirkətləri İnsan Resursları departamentlnin nümayəndələri ilə birbaşa ünsiyyətdə olmaqdır.

30.05.2023

ADU-nun əməkdaşları mükafata layiq görülüblər

ADU-nun əməkdaşları mükafata layiq görülüblər

Mayın 26-da Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycanın Müstəqilliyinin 105-ci ildönümünə həsr olunmuş “Dünyaya Cümhuriyyətlə açılan Azərbaycan” adlı təqdimat mərasimi keçirilib.Tədbir Milli Qəhrəman Çingiz Mustafayev adına Fondu,  Milli Azərbaycan Tarixi Muzeyi, “Rəsulzadə ev-muzeyi” İctimai Qrupu, VMF Holdinq və Danimarkanın məşhur “OBaku” şirkətinin təşkilatçılığı ilə keçirilib.Tədbiri Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı açaraq qonaqları müstəqilliyimizin 105-ci ili münasibəti ilə təbrik edib, Azərbaycan milli dövlətçilik tarixinin əsasını qoymuş Cümhuriyyət dəyərlərinin bu gün də müasir Azərbaycan dövlətçiliyi üçün öz əhəmiyyətini saxladığını qeyd edib.“Rəsulzadə ev-muzeyi” İctimai Qrupunun Təşkilat Komitəsinin rəhbəri, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi çıxışında tədbirin yeni məzmunda keçirildiyini bidirərək, müstəqilliyimizin bərpasından keçən son 32 ildə Cümhuriyyət tarixinin tədqiqinin, bu mövzuda sənət əsərlərinin yaradılması sahəsində görülmüş işlərə ümumi nəzər salmaq,  Azərbaycan Cümhuriyyəti tarixi və onun əhəmiyyəti, Cümhuriyyət xadimlərinin xatirəsi ilə bağlı elm və sənət adamları qarşısında duran yeni vəzifələri müəyyən etmək məqsədi daşıdığını qeyd edib.Tədbir Cümhuriyyət tarixinin araşdırılmasına töhfə vermiş qurumların fəaliyyəti, bu mövzuda müxtəlif sahələrdə əsərlər yaratmış elm və sənət adamlarının əməyi qeyd edilməklə siferblatında Azərbaycanın xəritəsi göstərilən, “Azərbaycan-105. 1918-1923” yazıları olan və 105 ədəd istehsal edilən “OBaku” brendinin xüsusi saat kolleksiyası ilə təltif olma mərasimi ilə davam edib.Tədbirdə Cümhuriyyət irsinin tədqiqi ilə bağlı ADU-nun əməkdaşları, Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Şəlalə Bağırova 2019-cu ildə nəşr edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti dövründə himayədarlıq və səhiyyənin təşkili”, Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri, filologiya elmləri doktoru, dosent Elçin İbrahimov isə 2018-ci ildə çap edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti: Dil məsələləri” monoqrafiyalarına görə mükafata layiq görülüblər.

30.05.2023

İspaniyanın Mursiya Universitetinin professoru ADU-nun tələbələri üçün mühazirələr keçib

İspaniyanın Mursiya Universitetinin professoru ADU-nun tələbələri üçün mühazirələr keçib

İspaniyanın Mursiya Universitetinin professoru Alejandro Arozamena Coterillo Erasmus+ proqramı çərçivəsində 15-19 may tarixləri arasında Azərbaycan Dillər Universitetinə ezam olunub.Professor 1 həftə (8 akademik saat) ərzində Tərcümə fakültəsinin ispan dili üzrə tərcümə ixtisasının tələbələri üçün mühazirələr keçib. Dərslərdən əlavə, tələbələr və professor Meksika səfirliyinin təşkil etdiyi film festivalında iştirak ediblər.

26.05.2023

ADU-da “Narkotik və psixiotrop maddələrdən uzaq olaq” mövzusunda tədbir keçirilib

ADU-da “Narkotik və psixiotrop maddələrdən uzaq olaq” mövzusunda tədbir keçirilib

  Azərbaycan Dillər Universitetində (ADU) Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının təşəbbüsü və kafedranın əməkdaşları- baş müəlim Zümrüd Hüseynova və müəllim Aygün Kərimovanın təşkilatçılığı ilə “Narkotik və psixiotrop maddələrdən uzaq olaq” mövzusunda tədbir keçirilib.Tədbirdə Kafedra müdiri dos. S. Zamanova, kafedranın əməkdaşları, Təhsil 1 və Təhsil 2 fakültələrinin I və III kurs tələbələri iştirak ediblər.Sonda tələbələr mövzu ilə bağlı müxtəlif səpgidə hazırladıqları videoçarxları nümayiş edib, məlumatları çatdırıblar.Tədbir Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2023-cü il üçün təsdiq olunmuş iş planı çərçivəsində təşkil olunub.

26.05.2023

ADU-da “Biz sağlam gələcəyi seçirik!” mövzusunda tədbir keçirilib

ADU-da “Biz sağlam gələcəyi seçirik!” mövzusunda tədbir keçirilib

  Azərbaycan Dillər Universitetində (ADU) Filologiya fakültəsinin nəzdində Xarici ölkələr ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə “Biz sağlam gələcəyi seçirik!” mövzusunda tədbir keçirilib.Tədbiri moderator qismində Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, professor Aynur Sabitova açıb.Filologiya fakültəsinin dekanı Şahin Xəlilli cəmiyyətimiz üçün vacib olan bu kimi tədbirlərin keçrilməsinin zəruri olduğunu vurğulayaraq, fakültənin tələbələri üçün belə həssas mövzuya həsr olunmuş tədbirin əhəmiyyətli və aktual olduğunu qeyd edib.Ədliyyə nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin Bioloji ekspertiza şöbəsinin rəisi Səbinə Qədirova “Həyata - HƏ, narkotiklərə -YOX!”, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin hakimi Aynurə Sadıqova isə “Narkomaniya ilə mübarizənin hüquqi aspektləri: məhkəmə təcrübəsi” mövzusunda çıxış ediblər.Eyni zamanda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sektor müdiri Raqif Allahverdi “Biz sağlam gələcəyi seçirik!” mövzusunda söhbət açıb.Çıxışlardan sonra tədbir müzakirələrlə davam edib.Sonda kafedra müdiri, professor Aynur Sabitova bütün qonaqlara təşəkkürünü bildirib, tələbələri ağ ölüm bəlasına qarşı diqqətli olmağa və sağlam gələcəyi seçməyə çağırıb.

26.05.2023

ADU-nun təcrübəçi tələbələri tərəfindən Ulu öndərə həsr olunmuş “Dahi şəxsiyyət, sadə insan” adlı tədbir keçirilib

ADU-nun təcrübəçi tələbələri tərəfindən Ulu öndərə həsr olunmuş “Dahi şəxsiyyət, sadə insan” adlı tədbir keçirilib

  Azərbaycan Dillər Universitenin(ADU) müəllim heyəti və 18 saylı tam orta məktəbdə pedaqoji  təcrübədə olan tələbələrin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Dahi şəxsiyyət, sadə insan” adlı tədbir keçirilib.Tədbir universitetin Pedaqogika kafedrasının dosenti Oktay Abbasovun, Jurnalistika və Filologiya kafedrasının nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının baş müəllimi Yaqut Əliyeva, Alman dilinin fonetikası və qrammatikası kafedrasının baş müəllimi Solmaz Əlizadə və Təhsil 1 və Təhsil 2 fakültələrinin 418A ,418B,423B ,413A qrup tələbələri tərəfindən ərsəyə gəlib.“Ümummilli lider Heydər Əliyev İli” elan olunması ilə əlaqədar keçirilən tədbirdə tələbələr tərəfindən Ümummilli liderin Azərbaycan xalqının həyatında oynadığı mühüm rolundan bəhs edən videoçarxlar və təqdimat nümayiş olunub.Tədbir pedaqoq və metodistlərin çıxışları ilə yekunlaşıb.

25.05.2023

ADU-da “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” mövzusunda tədbir keçirilib

ADU-da “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” mövzusunda tədbir keçirilib

Mayın 24-də Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsi, Regionşünaslıq kafedrası, Beynəlxalq münasibətlər kafedrası, “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi”  mövzusunda tədbir keçirilib.Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli tədbirin Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunduğunu diqqətə çatdırıb. O, Ulu Öndər Heydər Əliyev kimi müdrik rəhbəri olduğuna görə Azərbaycan xalqının xoşbəxt olduğunu,  Azərbaycanın məhz Heydər Əliyevin rəhbərliyi dövründə inkişaf və tərəqqiyə yol açdığını bildirib. “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin baş elmi işçisi, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş söhbət açıb, onun Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində qoyduğu izlərindən, hazırki dövrdə də aktual olan, ictimai–siyasi həyatımızda rol oynayan ideya və fikirlərindən bəhs edib. Onun 1969-cu ildən başlayan böyük inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsası olduğunu qeyd edib.Professor Solmaz Rüstəmova-Tohidi  Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən islahatlar və görülən strateji tədbirlərin fonunda respublikamızın sürətlə inkişaf etməsi haqqında geniş məlumat verib.O, Heydər Əliyevin adı ölkənin həm dünəni, həm bu günü, həm də gələcəyi ilə birlikdə çəkildiyini bildirib. Həmçinin Azərbaycan dövlətinin müstəqilliyinin dönməzliyini təmin edən, daim milli varlığın, milli ideyanın və milli şüurun yaşamasını təmin edən Ulu öndər Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideologiyası vaxtilə dövlətimizə qarşı müxtəlif istiqamətlərdən yönələn təhdidlərin, ölkəmizi etnik separatizm əsasında parçalamaq cəhdlərinin qarşısının alınmasında mühüm vasitə olduğunu xüsusilə qeyd edib.Bildirilib ki, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun qorunması, əbədi olması daha da çətindir. Ümummilli liderin uzaqgörən siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı böyük uğurlarda bir daha tarixi təsdiqini tapır. Bu gün də  Ulu öndərin miras qoyduğu siyasi islahatların istiqamətinin nəticəsi olaraq dövlətimiz dünya arenasında öz sözünü deyən inkişaf etmiş ölkələr sırasındadır deyərək çıxışını tamamlayıb.Tədbirin sonunda Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli tədbir iştirakçılarına təşəkkürünü bildirib.

25.05.2023

ADU-nun tələbələri intellektual yarışda iştirak ediblər

ADU-nun tələbələri intellektual yarışda iştirak ediblər

  Bakı Politoloqlar Klubunun təşəbbüsü, ADA Universitetinin dəstəyi ilə mayın 23-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Bakı şəhərinin 11 ali təhsil müəssisəsi arasında “NHN”+ “Brain ring” formatında intellektual yarış təşkil olunub.Bilik yarışında ADA Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Dövlət Neft və Sənaye Universiteti, Tibb Universiteti, Bakı Ali Neft Məktəbi, Xəzər Universiteti, Bakı Slavyan Universiteti, Dövlət Gömrük Akademiyası və Dövlət İqtisad Universitetinin komandaları iştirak ediblər. Tələbələr arasında keçirilən bilik yarışında ADU-nun tələbələri sertifikatla təltif olunublar.Qeyd edək ki, Bakı Politoloqlar Klubu İctimai Birliyi politologiya sahəsində təhlillərin aparılması, informasiya siyasəti kontekstində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, gənclərin həqiqi vətənpərvər və dövlətçi ruhunda sosiallaşmasını qarşısına məqsəd qoyan təşkilatdır. Hazırda təşkilatın qarşısında dayanan ən mühüm vəzifələrdən biri Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, canab Prezident İlham Əliyev tərəfindən davam etdirilən daxili siyasətdəki ideoloji yanaşmalar, multikulturalizm, azərbaycançılıq kimi dəyərlərin cəmiyyətin ayrı - ayrı təbəqələrinə, ələxüsus gənc nəsillərə düzgün şəkildə aşılanmasıdır.

25.05.2023

ADU ilə 35 №-li tam orta məktəbin birgə təşkilatçılığı ilə konfrans keçirilib

ADU ilə 35 №-li tam orta məktəbin birgə təşkilatçılığı ilə konfrans keçirilib

 Azərbaycan Dillər Universitenin(ADU) müəllim heyəti və təcrübəçi tələbələrin, 35 №-li tam orta məktəbin müəllim və şagirdlərinin birgə təşkilatçılığı ilə “Müəllim hazırlığında universitet-məktəb əməkdaşlığının rolu” mövzusunda konfrans keçirilib.Heydər Əliyevin 100 illiyi münasibəti ilə keçirilən konfransda Azərbaycan Dillər Universitetinin professor, müəllim heyəti, Tələbə Elmi Cəmiyyətinin üzvləri, digər məktəblərin ingilis dili müəllimləri, məktəbin müəllimləri, valideyn və şagirdləri iştirak ediblər.“Sağlamlıq və stresin idarə edilməsi”, “Oxu və yazı bacarıqlarını öyrənmək üçün startegiyalar”, “İngilis dilini öyrətməyin yaradıcı yolları”, “Oyunlar təhsildə öyrənmə metodu kimi”, “ İngilis dilində nağıllar”, “Qruplarla iş üçün sinif fəaliyyəti” adlı mövzularla 6 hissədən ibarət olub.Bölmələrə rəhbərlik məktəbin  ingilis dili müəllimləri  və Azərbaycan Dillər Universitetinin müəllimləri tərəfindən olub.Məktəbin direktoru Rəna Naibova ingilis dili müəllimlərinin uğurları, keçdikləri təlim, seminar, qalib olduqları layihələr, universitet ilə məktəb arasında 20- ildən artıq olan əməkdaşlıq haqqında məlumat verib.Azərbaycan Dillər Universitetinin Tədris məsələləri üzrə prorektoru professor Sevinc Zeynalova məktəblə universitet  əməkdaşlığının davamlı olacağını diqqətə çatdırıb, hər iki tədris ocağının müəllimlərinə uğurlar arzulayıb. Konfrans pedaqoji təcrübədə olan tələbələrin maraqlı mövzular ətrafında təqdimatları və şagirdlərin çıxışları ilə davam edib.Sonda konfransın moderatorlarına, fəal iştirak edən tələbə və şagirdlərə sertifikatlar təqdim olunub.

24.05.2023

ADU-nun tələbələri İndoneziyanın Azərbaycandakı Səfirliyində istehsalat təcrübəsi keçiblər

ADU-nun tələbələri İndoneziyanın Azərbaycandakı Səfirliyində istehsalat təcrübəsi keçiblər

Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin IV kurs tələbələri- Xansu Abasquluzadə və Ayxan Əlibəyli İndoneziya Respublikasının Azərbaycandakı Səfirliyində istehsalat təcrübəsi keçiblər. İstehsalat təcrübəsi müddətində təcrübəçilər Səfirliyin fəaliyyəti ilə yaxından tanış olub, onlara verilmiş tapşırıqları yerinə yetiriblər.Xansu Abasquluzadə “Azərbaycan-İndoneziya münasibətləri: sosial-mədəni əməkdaşlıqda imkanlar və problemlər”, Ayxan Əlibəyli “Azərbaycanın Cənubi Qafqaz regionunda iqtisadi fürsətləri və çətinlikləri” mövzusunda tədqiqat işi aparıblar.Bundan əlavə, onlar Azərbaycan mətbuatında Azərbaycan-İndoneziya münasibətlərinə aid məlumat toplayıblar.İstehsalat təcrübəsinin sonunda Xansu Abasquluzadə və Ayxan Əlibəyliyə uğurla bitirdiklərinə görə sertifikat və xasiyyətnamə təqdim edilib.

24.05.2023

ADU-da dahi şair Səməd Vurğunun və fransız şairi Lui Araqonun yaradıcılıq gecəsi keçirilib

ADU-da dahi şair Səməd Vurğunun və fransız şairi Lui Araqonun yaradıcılıq gecəsi keçirilib

 Azərbaycan Dillər Universitetində (ADU)  Fransız dili və mədəniyyəti mərkəzi, Frankofoniya Mərkəzi, Təhsil-2 fakültəsi nəzdində Xarici Dillər kafedrasının birgə təşkilatçılığı ilə Səməd Vurğunun və Lui Araqonun poeziya gecəsi keçirilib.Fransız dili və mədəniyyəti mərkəzinin müdiri, filologiya elmləri doktoru, professor Əsgər Zeynalov çıxışında hər iki ədibin yaradıcılığı və onların dostluğu haqqında ümumi məlumat verib.Tədbirdə Azərbaycanın və Fransanın dövlət himnləri səsləndirilib, Qarabağ döyüşlərində qəhrəmancasına həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, qazilərə can sağlığı arzulanıb.Təhsil-2 fakültəsinin 227a qrupunun tələbələri Şəhla Cəfərova S. Vurğunun, Rəşadə Hüseynzadə isə Lui Araqonun həyatı haqqında məlumat veriblər.Tələbələr  Aydan Hüseynova S. Vurğunun “Dağlar” şeirini Azərbaycan, Səmanur Hacızadə “Dağlar” şeirini fransız dilində, Ləman Cəfərova Lui Araqonun “Elzanın əlləri”, Gülbahar İsmayılova Araqonun “Səni sevəcəyəm mən”, Pakizə Feyzullayeva və Nərgiz Haciyeva  S. Vurğunun “Mən tələsmirəm”, 222a qrupunun tələbəsi Zəhra Piriyeva Lui Araqonun “Elzanın gözləri” şeirlərini səsləndiriblər. 324a qrupunun tələbəsi Fidan Fərzəliyevə  S. Vurğunun “Şair, nə tez qocaldın sən” şeirini Azərbaycan, 227a qrupunun tələbəsi isə həmin şeiri fransız dilində söyləyiblər.Tədbirdə eyni zamanda S. Vurğunun sözlərinə bəslənmiş xalq artistləri Ş. Ələkbərovanın ifasında “Dağlar”, M. Bağırzadənin ifasında “Yadıma düşdü”, Z. Xanlarovanın ifasında “Azərbaycan”, Tərcümə fakültəsinin 426-cı qrup tələbəsi Fatima Namazovanın canlı ifasında və digər fransız dilində mahnılar da səsləndirilib.Tədbirin sonunda İngilis dilinin qrammatikası kafedrası müdiri, professor Arif Hüseynov, Frankofoniya Mərkəzinin müdiri, f.e.n Şahismayıl Süleymanov, Xarici Dillərin Tədrisi metodikasının müdiri, dos Günay Şirəliyeva, Təhsil-2 fakültəsi nəzdində Xarici Dillər kafedrasının əməkdaşaları, b.m Cəmalə Tağızadə, Bağırova Ruhlana, Əsmər Veyisova, Aysel Məmmədli, İngilis dilinin leksikologiyası üslubiyyatı kafedrasının əməkdaşları Sübü Əliyeva və Nərmin Heydarova çıxışlarında gecənin əhəmiyyətindən danışıb, yüksək səviyyədə təşkil etdiklərinə görə təşkilatçılara təşəkkürlərini bildiriblər.

24.05.2023

ADU-nun professoru işgüzar səfərdə olub

ADU-nun professoru işgüzar səfərdə olub

Azərbaycan Dillər Universitetinin  (ADU)  Multikulturalizm məsələləri üzrə rektorun müşaviri, professor Qaley Allahverdiyev Kazan şəhərində işgüzar səfərdə olub.Professor səfəri zamanı Kazan şəhərində keçirilən “Kazan Forumu”nda iştirak edib.  Müxtəlif sahələr üzrə bölmələrdən ibarət olan forumda Qaley Allahverdiyev Elm və Təhsil bölməsində iştirak edib. O, Kazan Federal Universitetinin rektoru Safin Lenar Rinatoviçlə, universitetin Xarici əlaqələr üzrə prorektoru Alişev Timurxan Bulatoviç və KFU-nun tərkibinə daxil olan Beynəlxalq Münasibətlər İnstitutunun direktoru Xayrutdinov Ramil Raviloviçlə görüşüb. Görüşdə qarşılıqlı əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb, əməkdaşlıq haqqında qarşılıqlı razılaşmanın layihəsi qarşı tərəfə təqdim edilib. Qarşılıqlı razılaşmaya əsasən hər iki universitetdə dil və mədəniyyət mərkəzlərinin açılmasına dair razılıq əldə olunub. Belə ki, Kazan universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzi, ADU-da isə Tatar dili və mədəniyyəti mərkəzinin açılması nəzərdə tutulur. Eyni zamanda Ulu öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Kazan Universitetində dəyirmi masa keçirilməsi də qeyd olunub.Həmçinin  “Vahid Rusiya” fraksiyasının Tatarıstan Respublikasının dövlət şurasındakı üzvü  və həmin şuranın təhsil, mədəniyyət, elm və milli məsələlər üzrə komitəsinin sədr müavini Rıbakova Lyudmila Nikolayevna ilə görüş keçirilib. Bildirilib ki, Lyudmila Nikolayevna müzakirə edilən məsələlərə tam dəstəyini ifadə edib.Səfər zamanı Tatarıstan Elmlər Akademiyasının Q. İbrahimov adına Dil, Ədəbiyyat və İncəsənət İnstitutunda da görüş keçirilib. Elmlər Akademiyasının akademiki və vitse prezidenti Zaqidullina Daniya Fatixovnanın və İnstitutun direktoru Akademiyanın müxbir üzvi Minnullin Kim Muqallimoviçin iştirakı  baş tutub. Görüşdə ADU- ilə adıçəkilən institut arasında qarşılıqlı əməkdaşlığın inkişafına dair müzakirə olub.

24.05.2023

Almaniyanın ölkəmizdəki səfiri ADU-nun qonağı olub

Almaniyanın ölkəmizdəki səfiri ADU-nun qonağı olub

Mayın 24-də Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri  Ralf Horlemann Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub.ADU-nun rektoru, akademik Kamal Abdulla tələbələrin alman dilinə olan marağından danışıb. Bildirib ki, tələbələr alman dilini, Almaniyanın tarixi və mədəniyyətini böyük həvəslə öyrənirlər.Qeyd olunub ki, Alman tarixi, mədəniyyəti, təhsili və elmi hər zaman diqqət mərkəzində olub və bu gün də tələbələrin diqqətini özünə çəkir. Məhz bu baxımdan ADU-da Alman dilinə və mədəniyyətinə maraq bu qədər yüksəkdir.“Mənə elə gəlir ki, bütün Azərbaycanda olduğu kimi, universitetimizin müəllimləri və tələbələrində də Almaniyaya böyük bir məhəbbət var. Universitetimizə Alman səfirlərin gəlişi ilk dəfə deyil, bundan öncə də olub və düşünürəm ki, bu səfərlər əlaqələrimizin inkişafına öz müsbət təsirini göstərib.Universitetimizdə Alman dilini öyrənən tələbələr tədbirlərdə aktiv şəkildə iştirak edirlər. Bu yaxınlarda Alman dilini öyrənən tələbələrimiz Ulu öndər Heydər Əliyevin təhsillə bağlı, mədəniyyətlə bağlı, ümumən dünya ölkələri ilə bağlı dediyi fikirləri Alman dilinə tərcümə ediblər və bu tərcümə kitab şəklində çap olunub. İnanıram ki, bundan sonra da əlaqələrimiz yüksələn xətlə inkişaf edəcək və əməkdaşlığımız daha da möhkəmlənəcək”.Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann səmimi qarşılanmaya və xoş sözlərə görə ADU rəhbərliyinə və kollektivinə öz minnətdarlığını bildirib.  Qeyd olunub ki, Alman dilini tətdiq etmək sitəyən tələbələr və mütəxəssislər üçün hər zaman şərait yaradılır və bu istiqamətdə mühüm işlər görülməkdədir.Görüşdə alman dilinin təbliği, mübadilə proqramları, birgə tədbirlərin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.Daha sonra Ralf Horlemann "Səfir saatı" layihəsi çərçivəsində tələbələrlə görüşüb. 

24.05.2023

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo