ADU-nun müəlliminin “İngilis Dilinə Dair Konspektlər” adlı kitabı dərc olunub

ADU-nun müəlliminin “İngilis Dilinə Dair Konspektlər” adlı kitabı dərc olunub

Azərbaycan Dillər Universitetinin Təhsil 1 fakültəsi nəzdində İngilis dilinin fonetikası kafedrasının müəllimi Əfsanə Baxşaliyevanın “İngilis Dilinə Dair Konspektlər” adlı kitabı dərc olunub. Kitabda buraxılış imtahanları zamanı verilən dinləmə və mətnlərdə istifadə edilmiş sözlər lüğət şəklində toplanıb.Kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

25.09.2023

ADU-nun Rusiyaşünaslıq mərkəzinin rəhbəri Samara vilayətində işgüzar səfərdə olub

ADU-nun Rusiyaşünaslıq mərkəzinin rəhbəri Samara vilayətində işgüzar səfərdə olub

Azərbaycan Dillər Universitetinin (ADU) Rusiyaşünaslıq mərkəzinin müdiri Diana Hüseynzadə sentyabr ayında universitetin rektoru Kamal Abdullanın təşəbbüsü ilə Samara şəhərində keçirilən “Samara elminin vektoru və Samara vilayəti universitetlərin rektorları Şurasının 50 illik yubileyi” Ümumrusiya forumunda iştirak edib.            Forumun açılışında Samara vilayətinin qubernatoru D.İ.Azarov, PFO universitetlərinin rektorlar Şurasının sədri R.Q. Stronqin, Samara Vilayəti Rektorlar Şurasının Sədri, Vilayət Dumasının sədri, RFEA akademiki G.P. Kotelnikov və başqa natiqlər çıxış ediblər.            Forum çərçivəsində Samara vilayət dumasının sədr və müavinləri ilə keçirilən bir sıra görüşlərdə Hüseynzadə Diana Nikolayevna Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın adından iştirakçıları salamlayaraq çıxış edib.            Səfər zamanı həmçinin Samara Dövlət Texniki Universitetinə səfər olub, burada gələcək layihələr haqqında birgə fikir mübadiləsi aparılıb.            Daha sonra Diana Hüseynzadə Moskva Dövlət Pedaqoji Universitetinin Samara filialında olub, Azərbaycan Dillər Universiteti və ADU-nun nəzdində fəaliyyət göstərən Rusiyaşünaslıq Mərkəzinin fəaliyyəti haqqında hesabat verib, forumda iştirak edən universitetlərin – Azərbaycan Dillər Universiteti və İndoneziyanın Kadiri Universiteti, İndoneziyanın Pankasakti Universiteti arasında əməkdaşlıq müqavilələrinin imzalanması və mübadiləsində də iştirak edib.O, həmçinin “Samara Elm Vektoru” Forumunun saytına baş çəkib və E. Həşimov və V. Kopılovun moderatorluq etdiyi “Beynəlxalq əməkdaşlığın üfüqləri” adlı dəyirmi masada Azərbaycan Dillər Universitetinin tarixi haqqında hazırladığı prezentasiya ilə çıxış edərək, rəhbərlik etdiyi Rusiyaşünaslıq mərkəzinin fəaliyyəti haqqında da məlumat verib. Sonda forumun və Samara Vilayəti Universitetləri Rektorlar Şurasının rəsmi bağlanış mərasimi olub, burada Diana Hüseynzadə Azərbaycan Dillər Universitetinin rektoru, akademik K. Abdullanın adından təbrik nitqi söyləyib.             Daha sonra mədəni proqram çərçivəsində, Samara ətrafında ekskursiyada iştirak edib və D. D. Şostakoviç adına Samara Akademik Opera və Balet Teatrını ziyarət edib.

25.09.2023

ADU-nun Konfutsi İnstitutu “Çin incəsənətində Çin Xalq Respublikasının Yaranması Günü” mövzusunda inşa müsabiqəsi elan edir

ADU-nun Konfutsi İnstitutu “Çin incəsənətində Çin Xalq Respublikasının Yaranması Günü” mövzusunda inşa müsabiqəsi elan edir

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu tələbələri və Çin dili kurslarının dinləyicilərini “Çin incəsənətində Çin Xalq Respublikasının Yaranması Günü” mövzusunda inşa müsabiqəsinə dəvət edir. Müsabiqə Çin Xalq Respublikasının yaranmasının 74-cü ildönümünə həsr olunub. Müsabiqəyə Azərbaycan, Çin, ingilis və rus dillərində yazılmış fərdi inşalar qəbul edilir. İnşalar ədəbi-bədii məzmununa və orijinallığına əsasən qiymətləndiriləcək. Çin dilində olan inşalar qiymətləndirilərkən dil biliyinin səviyyəsi də nəzərə alınacaq.Müsabiqə iştirakçılarının işləri oktyabr ayının 30-dək rafabba@yandex.ru elektron poçt ünvanında qəbul edilir. Qaliblər üç dərəcə üzrə diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov bildirib ki, müsabiqənin keçirilməsində məqsəd tələbələrin elmi-tədqiqat potensialını inkişaf etdirmək, Çinin siyasi tarixinə marağı dəstəkləməkdir.

22.09.2023

ADU-da Ülvi Bünyadzadənin anım günü keçirilib

ADU-da Ülvi Bünyadzadənin anım günü keçirilib

Sentyabrın 22-də Azərbaycan Dillər Universitetində (ADU) 20 Yanvar şəhidi, ADU-nun tələbəsi Ülvi Bünyadzadənin anadan olmasının 54-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Tədbir Ülvi Bünyadzadənin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Azərbaycan Dillər Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, millət vəkili Tamam Cəfərova Azərbaycan ordusunun uğurlu anti-terror əməliyyatı haqqında danışıb, şəhidlərimizin qanının yerdə qalmadığı vurğulanıb.Tamam Cəfərova Ülvi Bünyadzadənin qəhrəmanlığından söz açıb, onun əbədiyyətə qovuşduğunu diqqətə çatdırıb:“Onun ruhu bu gün şaddır. Çünki bugünkü Azərbaycan Ülvinin arzuladığı Azərbaycandır. Ordumuzun və xalqımızın cənab prezidentin ətrafında sıx birləşməsi sayəsində vətənimizin azadlığı uğrunda canlarından keçən Ülvi kimi oğullarımızın qisası həm Vətən müharibəsi, həm də yaxın tarixdə baş verən anti-terror əməliyyatı zamanı qələbəmizlə alınmışdır. Ülvinin və bütün şəhidlərimizin xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.” Ülvi Bünyadzadənin müəllimi, Fransız dili və mədəniyyəti mərkəzinin müdiri, professor Əsgər Zeynalov onun haqqında xatirələrindən danışıb. Bildirib ki, Ülvi 1990-cı ildə tariximizə yazılan 20 Yanvar gecəsində ölkəsinin azadlığı, xalqının dincliyi uğrunda şəhid olan gənclərdən bir idi. O, əlaçı tələbə olmaqla yanaşı, həm də vətənpərvər gənc idi.Ülvi Bünyadzadənin tələbə yoldaşı Ruqiyyə Hüseynova onun haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.Ülvi Bünyadzadənin bacısı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Könül Bünyadzadə anım tədbiri üçün universitet rəhbərliyinə təşəkkürünü bildirib, qardaşı haqqında xatirələrini bölüşüb:“Filosoflardan biri deyib ki, nə qədər insan kiminsə yadındadır, deməli o, sağdır. Bu gün Ülvinin 54 yaşı tamam olur. O mənim xatirimdə bu auditoriyalarda oturan tələbə kimi qalıb. Qardaşımın əziz xatirəsi üçün yaradılmış bu auditoriyada onun ruhu yaşayır. Ülvini unutmadığınız üçün sizə və universitet rəhbərliyinə minnətdaram.”Daha sonra ADU-nun tələbələri Ülvi Bünyadzadənin şeirlərini səsləndiriblər.  Qeyd edək ki, Ülvi Yusif oğlu Bünyadzadə 23 sentyabr, 1969-cu ildə Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində ziyalı ailəsində dünyaya göz açıb. Ülvi Bünyadzadə ibtidai təhsilini Kəsəmən kəndində, orta təhsilini (1986) isə Daşkəsən şəhərində alıb. 1987-ci ildə SSRİ-nin 50 illiyi adına APXDİ-nin ingilis dili fakültəsinə daxil olub. Ülvi ərəb, fars, latın, özbək dillərində (sərbəst öyrənməklə) yazıb-oxumağı, ingilis, rus dillərini isə mükəmməl bilirdi. “Vətən üçün ölməliyik”, “Mən  qorxmuram uzaq yola çıxmaqdan”, “Qocalmaz, sevgi qocalmaz”, “Heyif ki...” və s... şeirlərin müəllifidir. Ölümündən sonra ona "20 Yanvar şəhidi" fəxri adı verilib.

22.09.2023

ADU-da birinci kurs tələbələri ilə növbəti görüşlər keçirilib

ADU-da birinci kurs tələbələri ilə növbəti görüşlər keçirilib

Sentyabrın 20-də Azərbaycan Dillər Universitetində Təhsil-1, Təhsil-2  və Tərcümə fakültəsinə qəbul olan birinci kurs tələbələri ilə görüş keçirilib.Görüşdə prorektorlar, müəllim-tələbə heyəti iştirak edib.ADU-nun rektoru, akademik Kamal Abdulla birinci kurs tələbələrini salamlayıb, onları tələbə adını qazanmaları münasibətilə təbrik edib. Ən yüksək bal toplayan tələbələrə hədiyyə təqdim olunub. Qeyd olunub ki, bu il ADU-ya qəbul planı ilk dəfə olaraq 98 faiz olub. Bu da ADU-nun son illər yüksələn təhsil səviyyəsindən və elmi nüfuzundan xəbər verir.Bildirilib ki, ADU bu il beynəlxalq təhsil reytinqi olan QS reytinq cədvəlində 1600 universitet arasından 300-cü yerə layiq görülüb. Bu Azərbaycan təhsil tarixində bir ilkdir. Müasir dillər üzrə bu nəticənin əldə olunması mühüm tarixi  hadisədir:“Bu gün siz gənclərin bilikli, savadlı, vətənpərvər olması üçün bütün varlığınızla, bütün inamınızla çalışmağınız çox vacibdir. Hər kəs öz işini ləyaqətlə və böyük sevgiylə görməlidir. Biz tarixi günlərə şahidlik edirik. Bu tarixi günlərə siz də öz töhfənizi verə bilərsiniz. Bu töhfə yüksək səviyyədə təhsillə, elmlə, savadla verilə bilər. Sizin üzərinizə düşən məsuliyyətin digər bir adı isə vətənpərvər vətəndaş kimi formalaşmağınızdır. ADU sizin doğma eviniz, müəllimləriniz isə valideynləriniz olacaq.  ADU-da bir sıra maraqlı layihələr, görüşlər, müəllim-tələbə mübadiləsi həyata keçirilir. Sizlər də bu tədbirlərin bir parçası olacaqsınız. Bu tədbirlər sizin dünyagörüşünüzə müsbət təsir göstərəcək. “Bir günlük xəlifə”, “Səfir saatı” kimi tədbirlər hər birinizin bilik və bacarığınıza, gələcək həyatınıza öz təsirini göstərəcək. İnanıram ki, siz ADU ilə, ADU da sizlə bərabər böyüyəcək”.ADU-nun Sosial məsələlər üzrə prorektoru, millət vəkili Tamam Cəfərova, Beynəlxalq əlaqələr üzrə prorektor Jalə Qəribova, Elmi işlər üzrə prorektor Novruz Məmmədov tələbələrə təhsil və karyera imkanaları haqqında məlumat verib. Bildirilib ki, bu gün gənclər üçün kifayət qədər geniş elmi imkanlar mövcüddur.Qeyd olunub ki, ADU-da tələbələr üçün yüksək səviyyədə elmi baza yaradılıb. Bu elmi baza hər bir tələbə üçün əlçatandır.ADU-nun MHİK-nin sədri Misgər Məmmədov,  Tərcümə araşdırmaları elmi-tədqiqat laboratoriyasının müdiri, tərcüməçi, professor Qılıncxan Bayramov, Tərcümə fakültəsi nəzdində Xarici dillər kafedrasının müdiri, dosent Tamilla Əmirova, Təhsil-1 fakültəsi nəznində İngilis dilinin qrammatikası kafedrasının müdiri, professor Arif Hüseynov, Təhsil-2 fakültəsi nəzdində Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, professor Gülnarə Sadıxova, Pedaqogika kafedrasının müdiri, dosent Nigar Zeynalova, Nəsimi rayon Ərazi Partiya təşkilatının sədri, tarix elmlər doktoru Qorxmaz Mustafayev, Elmi Kitabxana İnformasiya Xidməti Mərkəzinin rəhbəri Cəmilə Əliyeva tələbələri təbrik edib, onlara gələcək təhsil həyatlarında uğurlar arzu ediblər.Daha sonra fakültələr üzrə ən yüksək nəticə göstərən tələbələr mükafatlandırılıb.Görüş tələbələrin sualları ilə davam edib.

21.09.2023

ADU-nun nümayəndə heyəti Çində beynəlxalq konfranslarda iştirak edib

ADU-nun nümayəndə heyəti Çində beynəlxalq konfranslarda iştirak edib

Azərbaycan Dillər Universitetinin nümayəndə heyəti Xarici Dillər Universitetləri Beynəlxalq Assosiasiyasına daxil olan Şanxay Xarici Dillər Universitetinin 75 illiyinə həsr olunmuş ali təhsil müəssisələri rektorlarının dördüncü iclasında iştirak edib.ADU-nun nümayəndə heyəti Şanxay Xarici Dillər Universitetinin prezidenti Li Yansunq ilə görüşmüş, iki universitet arasında elmi əməkdaşlıq və təhsil mübadiləsinin perspektivlərini müzakirə ediblər. Süni intellekt dövründə xarici dillərin tədrisinin məqsəd və vəzifələrinə həsr olunmuş konfransda Çinin aparıcı universitetlərinin rektorları ilə yanaşı, Bolqarıstan, Yaponiya, Şri-Lanka, Özbəkistan, Portuqaliya, Ukrayna, Rusiya, Meksika, Koreya, Tailand və digər ölkələrdən gəlmiş nümayəndələr də iştirak ediblər. Plenar iclasda çıxış edən ADU-nun rektorunun multikulturalizm üzrə müşaviri professor Qaley Allahverdiyev universitetdə xarici dillərin tədrisi prosesində fənlərarası yanaşmanın, o cümlədən süni intellektin tətbiqi sahəsində ADU-nun təcrübəsindən, dil təliminin səmərəliliyini daha da artırmaq məqsədilə bu sahədə həyata keçirilən innovativ layihələrdən danışıblar.İclasda ADU-nun təsisçi üzv olduğu Beynəlxalq Xarici Dillər Universitetləri Assosiasiyasının 2023-2025-ci illər üçün inkişaf planı da qəbul edilib.  ADU-nun nümayəndə heyəti xarici dillərin və xarici ölkələr ədəbiyyatının öyrənilməsi, həmçinin xarici regionşünaslıq sahəsində fundamental tədqiqatlara həsr olunmuş bölmə iclaslarında da iştirak ediblər. Universitetin nümayəndələri Pekində Ölkə və Regional Araşdırmalar Konsorsiumu və Pekin Xarici Dillər Universitetinin təşkilatçılığı ilə “Kəmər və Yol” təşəbbüsünün 10 illiyinə həsr olunmuş “Bəşəriyyətin ortaq taleyi cəmiyyəti: çağırışlar və gələcək” adlı beynəlxalq konfransda da iştirak ediblər. Plenar iclaslarda çıxış edən YUNESKO-nun, Çinin, Latın Amerikası ölkələrinin, Afrikanın, Yeni Zelandiyanın universitet və tədqiqat mərkəzlərinin nümayəndələri mədəniyyətlərarası ünsiyyət, sosial-iqtisadi inkişaf, qlobal sivilizasiyalar arasında qarşılıqlı anlaşmanın yaxşılaşdırılması istiqamətlərində, həmçinin ölkəşünaslıq və regionşünaslıq üzrə elmi jurnalların nəşri ilə əlaqədar Çin və qlobal Cənub ölkələri ilə “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri və çağırışları ilə bağlı məsələləri müzakirə ediblər.Konfranda eyni zamanda dil təhsili, dilin tədqiqi və qorunması, kadr təminatına innovativ yanaşmalar və dil xidmətləri sahəsində intellektual texnologiyalarla bağlı qlobal əməkdaşlığı təşviq etmək məqsədi ilə dil xidmətləri sahəsində qlobal platformanın birgə yaradılması təşəbbüsü qəbul edilib. ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Şanxay və Pekində keçirilən konfrans iştirakçılarına  Azərbaycan Dillər Universitetində Çin dilində nəşr olunmuş, Azərbaycan-Çin əlaqələrinin inkişafında ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinə həsr olunmuş “Heydər Əliyev və Çin”, “Azərbaycan Respublikası və Çin Xalq Respublikası: diplomatik münasibətlərin yaranmasının 30 illiyi. Prezident xronikası”, “İlham Əliyev - iki qədim xalqın dostluğunun müasir davamçısıdır”, “Heydər Əliyev-100. Çin səfərinin tarixi” kitablarını hədiyyə edib.

20.09.2023

ADU-da BM və Regionşünaslıq fakültəsinin birinci kurs tələbələri ilə görüş keçirilib

ADU-da BM və Regionşünaslıq fakültəsinin birinci kurs tələbələri ilə görüş keçirilib

Sentyabrın 19-da Azərbaycan Dillər Universitetində Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin birinci kurs tələbələri ilə görüş keçirilib.Görüşdə universitet prorektorları, müəllim-tələbə heyəti iştirak edib.ADU-nun rektoru, akademik Kamal Abdulla birinci kurs tələbələrini salamlayıb, onları tələbə adını qazanmaları münasibəti ilə təbrik edib. Qeyd olunub ki, ADU-nu seçən tələbələr öz seçimlərində yanılmayıb, tələbələrimiz əlverişli təhsil imkanlarından yararlanmaqla öz bilik və bacrıqlarını daima artıracaqlar:“ADU-nu seçməklə siz yeni biliklərə yiyələnib, ixtisasınız üzrə peşəkar kadrlara çevriləcəksiniz. Bu gün ADU QS dünya reytinqində 1600 universitet arasında 300-cü yeri tutur. Bu böyük bir uğurdur. Bu Azərbaycan təhsili tarixində mühüm bir hadisədir. İnanıram ki, sizlər də bu tarixi uğurun bir hissəsi olmaqla mühüm hadisənin iştirakçılarına çevriləcəksiniz. Bu gün qalib xalq kimi bizim üzərimizə böyük məsuliyyət düşür. Bu məsuliyyəti biz dərk etməliyik. Öz elmi bacarığımız, təhsil uğurlarımızla dövlətimizə, şəhidlərimizə, qazilərimizə, prezidentimizə layiq olmalıyıq. İnanıram ki, bu məsuliyyəti dərk edib, elm və bilik  yolunda yorulmadan çalışacaqsınız”.ADU-nun BM və Regionşünaslıq fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli universitet rəhbərliyinə yaradılan şəraitə görə təşəkkürünü bildirib, birinci kurs tələbələrini tələbə adını qazanmaları münasibəti ilə təbrik edib.Qeyd olunub ki, fakültə üzrə dərslər müasir metodlara uyğun şəkildə keçirilir, tələbələrin bilik və bacarıqlarının artırılması istiqamətində zəruri tədbirlər görülür.ADU-nun İctimaiyyətlə əlaqələr və Sosial məsələlər üzrə prorektoru Tamam Cəfərova və Tədris işləri üzrə prorektor Sevinc Zeynalova tələbələrə tədris və təlim strategiyaları ilə bağlı məlumat verib.Qeyd olunub ki, tələbələr müasir dünyanın tələblərinə uyğun olaraq sosial aktivlik nümayiş etdirməli, dövlətçilik, vətənpərvərlik ruhunda təhsil almalıdır.Daha sonra fakültə üzrə ən yüksək nəticə gösətərən birinci kurs tələbəsi Firuzə Əzizova mükafatlandırılıb.  Görüş tələbələrin sualları ilə davam edib.

19.09.2023

İngilisdilli Pakistan ədəbiyyatından Azərbaycan dilinə ilk tərcümələr

İngilisdilli Pakistan ədəbiyyatından Azərbaycan dilinə ilk tərcümələr

Azərbaycan Dillər Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Mahirə Hacıyeva ingilisdilli Pakistan ədəbiyyatından iki romanı Azərbaycan dilində oxuculara təqdim edib. Bapsi Sidva Pakistanda məskunlaşmış, zərdüşt Parsi icmasına mənsub yazıçıdır. Sidvanın “Buzlu nabat satan” romanı ingilisdilli oxuculara yaxşı tanışdır. Əsər Hindistan yarımadasının iki ölkə arasında bölünməsi zamanı baş vermiş hadisələri kiçik bir qızın dilindən nəql edir. Bu zaman individual obrazların şahidi olduğu hadisələr bütünlükdə bu ərazidə yaşayan insanların ortaq tarixindən bəhs edən riqqətli bir təhkiyə formalaşdırır.İngilisdilli Pakistan ədəbiyyatında hər zaman aparıcı mövzu olan identiklik problemi Mohsin Həmidin “Könülsüz fundamentalist” romanında, yazıçının məharətli üslubu ilə təkrar müzakirə olunur. Əsər oxuculara Amerikada ali təhsil alan, çox uğurlu karyera quran, lakin dərin identiklik böhranı yaşayan pakistanlı qəhrəmanın timsalında radikal şəkil almaqda olan “biz və onlar” qütbləşməsinin olduqca riqqətli təsvirini təqdim edir.

19.09.2023

ADU-da birinci kurs magistrlarla görüş keçirilib

ADU-da birinci kurs magistrlarla görüş keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) birinci kurs magistrlarla görüş keçirilib. Görüşdə prorektorlar, müəllim-tələbə heyəti  iştirak edib.ADU-nun rektoru, akademik Kamal Abdulla birinci kurs magistrları təbrik edib, onlara elm yolunda uğurlar arzu edib.Qeyd olunub ki, birinci kurs magistrların üzərinə böyük məsuliyyət düşür. Bu məsuliyyət elm yolunda ilk addımların atılması ilə başlayır:“Siz böyük məsuliyyət yolunda və elmi uğura doğru ilk addımlarınızı atırsınız. Bu addımlarınız səbrlə, əzmlə, ləyaqətlə və yorulmadan çalışmaqla sizi bütövləşdirəcək. Bu gün Azərbaycan gəncliyinin üzərində son dərəcədə böyük etimad və məsuliyyət var. Bu etimad və məsuliyyət özünün təkcə düşmənlə üzbəüz cəbhədə yox, həm də elm cəbhəsində uğur qazanmaqla göstərməlidir. Sizin bilikli, savadlı olmağınız eyni zamanda dövlət və dövlətçiliklə, vətənpərvərliyinizlə həmahənglik təşkil etməlidir. Bu hər biriniz üçün ali məqsəd, ali hədəf olmalıdır”.ADU-nun Magistratura şöbəsinin müdiri, dosent Firuzə Rzayeva ilk dərsin məhz bu cür təşkil olunmasına görə rektora təşəkkürünü bildirib, yeni elmi biliklərin və təcrübə imkanlarının tələbələrə dərindən aşılanması istiqamətində əzmlə çalışacaqlarını bildirib:“Azərbaycan Dillər Universitetini seçən, magistr adını qazanan bütün tələbələri ürəkdən təbrik edir, onlara yeni-yeni nailiyyətlər, gələcək karyeralarında uğurlar arzu edirəm. Universitetimiz əmək bazarındakı dayanıqlığın təmin olunması istiqamətində daima zəruri addımlar atır. Hər tədris ilində dövrün tələblərinə uyğun yeni və müasir ixtisaslar tələbələrin seçiminə verilir”. Qeyd olunub ki, bu görüş tələbələr üçün motivasiya xarakterli olmaqla yanaşı, həm də xoş bir xatirədir.

19.09.2023

ADU TGT-nin idarə heyətinin iclası keçirilib

ADU TGT-nin idarə heyətinin iclası keçirilib

Azərbaycan Dillər Universitetində  ADU TGT-nin idarə heyətinin yeni tədris ili ilə bağlı iclası keçirilib.İclasda təşkilatın sədri Nicat Əliyev yeni tədris ilinin başlaması münasibəti ilə bütün idarə heyətini təbrik edib.Sonra isə fakültələrin və klubların fəaliyyətləri ilə bağlı müzakirələr aparılıb, yeni tədris ili ərzində keçirilə biləcək tədbirlər müzakirə olunub.İdarə heyətinə yeni təyin olunmuş şəxslərə gələcək fəaliyyətlərində uğurlar arzu edilib.

18.09.2023

ADU-nun müəllimi Azərbaycan Beynəlxalq Elmi Araşdırmalar Konfransında iştirak edib

ADU-nun müəllimi Azərbaycan Beynəlxalq Elmi Araşdırmalar Konfransında iştirak edib

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsi nəzdində fəaliyyət göstərən Regionşünaslıq kafedrasının baş müəllimi Şəfa Əbdürrəhimova Şəkidə ADPU-nun Şəki filialı, AMEA Folklor İnstitutu Dədə Qorqud şöbəsi və İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) birgə təşkil etdiyi Azərbaycan Beynəlxalq Elmi Araşdırmalar Konfransında iştirak edib.Bildirilib ki, konfransda Azərbaycanın müxtəlif elm və təhsil ocaqlarından, dünyanın müxtəlif ölkələrindən, eləcə də Türkiyə Respublikasından alim və ziyalılar iştirak ediblər.Şəfa Əbdürrəhimova konfransın bölmə iclasında “Fransada iudaizmin yayılması tarixi və inkişafı” mövzusunda çıxış edib. Çıxışı zamanı o, tarixən yəhudilərin müasir Fransa ərazisində, xüsusilə şərq regionlarında əsaslı şəkildə məskunlaşmalarından, IV Gözəl Filip, o cümlədən Napoleon dövründə, I və II Dünya müharibələri zamanı yəhudilərə qarşı münasibətdən bəhs edib.Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim olunub.

18.09.2023

ADU-nun Fransız dilli müəllimləri təkmilləşdirmə kursunda iştirak edib, səfir tərəfindən sertifikatla təltif olunublar

ADU-nun Fransız dilli müəllimləri təkmilləşdirmə kursunda iştirak edib, səfir tərəfindən sertifikatla təltif olunublar

Azərbaycan Dillər Universitetinin (ADU) bir qrup fransız dilli müəllimi – Xarici ölkələr ədəbiyyatı kafedrasının baş müəllimi Yaqut Qurbanova, Təhsil 1 fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının müəllimi Tükəz Piriyeva, Tələbə qeydiyyatı və biliyin qiymətləndirilməsi şöbəsinin mütəxəssisi Aynurə Cəbiyeva, Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsi nəzdində fəaliyyət göstərən Regionşünaslıq kafedrasının baş müəllimi Şəfa Əbdürrəhimova, Təhsil 2 fakültəsində dekan müavini Zoya Əliyeva Qubada keçirilən "Village Français" ("Fransız kəndi") adlı müəllimlərin təkmilləşdirmə kursunda iştirak ediblər.Fransanın Azərbaycandakı Səfirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Fransız İnstitutunun təşkilatçılığı ilə baş tutan 75 nəfərin iştirak etdiyi 5 günlük layihə çərçivəsində müəllimlərə Fransalı təlimçilərin iştirakı ilə praktik məşğələlər keçirilib. Təlim müddətində onlar innovativ metodlarla tanış olublar.Eyni zamanda Fransanın ölkəşünaslığına həsr olunmuş “Fransada gender”, “Fransada turizm”, “Fransada sosial müdafiə və sosial təhlükəsizlik”, “Fransa mədəniyyəti”, “Fransada ekologiya” və müxtəlif mövzularda mühazirələr deyilib, geniş məlumatlar verilib.Layihənin sonunda iştirakçılar Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Ann Buayon ilə görüşüb, xanım səfir tərəfindən sertifikatla təltif ediliblər.

18.09.2023

Monza və Bakı arasında yarımçıq əlyazmalar və fantastik coğrafiyalar

Monza və Bakı arasında yarımçıq əlyazmalar və fantastik coğrafiyalar

7-8 sentyabr tarixlərində Azərbaycan Dillər Universitetinin rektoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla Monza bələdiyyəsinin mədəniyyət və universitetlə  əlaqələr üzrə müşaviri Arianna Bettin və şəhər meri Paolo Pilottonun dəvəti ilə Monza şəhərində səfərdə olub.Sandro Teti Editorenin professor Mario Soldaini ilə birgə təşkil etdiyi bu tədbir Monzadakı əzəmətli Reale Villasını, muzeyini və “Bansky divar rəsmləri” sərgisini ziyarət etməklə başlayıb. Rektor Kamal Abdullanı nəşriyyat evinin rəhbəri Sandro Teti ilə birlikdə müşavir Bettin və baş direktor Cüzeppe Distefano müşayiət edib. Daha sonra isə şəhər meri Pilotto və professor Franko Kardini də onlara qatılaraq, Monzada yerləşən qədim Duomo kilsəsini və lombardların kraliçası olan məhşur Teodolindanın xəzinəsinin saxlandığı muzeyi də ziyarət ediblər.Axşam saatlarında tamaşaçılarla dolu  Binario 7 Teatrında  Kamal Abdulla Franko Kardini və Sandro Teti ilə birlikdə “Yarımçıq əlyazma və fantastik coğrafiyalar” adlı tədbirdə iştirak edib. Tədbir zamanı İtaliya və Azərbaycan arasında mədəni əlaqələr və rektorun yazdığı, Sandro Teti tərəfindən italyan dilində nəşr edilmiş “Sehrbazlar dərəsi” və “Yarımçıq əlyazma” romanları müzakirə edilib. Bundan əlavə professor Kardinin ən çox tərcümə olunan “Orta əsr cəngavərliyinin qaynaqları” əsərinin Azərbaycan dilində ilk nəşri də təqdim olunub.Səfərin sonunda şəhər meri Pilotto, müşaviri Bettin, yazıçı Kamal Abdulla, nəşriyyat evinin rəhbəri Teti və professor Soldaini həm İtaliyada, həm də Azərbaycanda Monza Bələdiyyəsi və Azərbaycan Dillər Universitetinin himayəsi altında  keçiriləcək gələcək görüşlər və təşəbbüslər vasitəsilə İtaliya-Azərbaycan arasında mədəni əlaqələri gücləndirmək barədə razılığa gəliblər. 

18.09.2023

ADU-nun rəhbərliyi birinci kurs tələbələri və onların valideynləri ilə görüşüb

ADU-nun rəhbərliyi birinci kurs tələbələri və onların valideynləri ilə görüşüb

Sentyabrın 15-də Azərbaycan Dillər Universitetinin (ADU) rəhbərliyi - Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor, millət vəkili Tamam Cəfərova, Tədris işləri üzrə prorektor professor Sevinc Zeynalova, Elmi işlər üzrə prorektor professor Novruz Məmmədov və Ümumi işlər üzrə prorektor, dosent Vüqar Mehrabov yeni tədris ilinin başlanması münasibəti ilə universitetə qəbul olunmuş birinci kurs tələbələri və onların valideyləri ilə görüşüblər.Tələbə və valideyləri təbrik edən universitet rəhbərliyi onlara ADU-nun rektoru, akademik Kamal Abdullanın salamlarını çatdırıb, dərslərində uğurlar arzu ediblər.Qeyd olunub ki, 2023-2024-cü tədris ilində ADU-ya qəbul faizi yüksək olub, 600-dən çox bal toplayan tələbələr bu təhsil ocağının müxtəlif ixtisaslarını seçiblər.ADU tələbələrin dünyagörüşünün genişlənməsi, ixtisasları ilə bağlı biliklərin artırılması və bir vətəndaş olaraq formalaşması istiqamətində lazımi imkanların geniş olduğu bir təhsil ocağıdır. Azərbaycan Dillər Universitetində bir-birindən maraqlı layihələr, yaradıcı klublar, mərkəzlər fəaliyyət göstərir.Tələbə və valideylər universitet rəhbərliyinə təşəkkür edib, ADU ilə bağlı müsbət təəssüratlarını bölüşüblər.

15.09.2023

ADU İdman klubunda müxtəlif idman növləri üzrə məşqlər aparılır

ADU İdman klubunda müxtəlif idman növləri üzrə məşqlər aparılır

Əziz tələbələr, ADU İdman klubunda aşağıdakı idman növləri üzrə məşqlər fəaliyyət göstərir. Futbol Voleybol Basketbol Badminton Stolüstü-tennis Şahmat (dama) Cüdo Aerobika Məşğul olmaq istəyən tələbələr idman klubuna müraciət edə bilərlər. Qeyd: Məşqlər ödənişsizdir. 

15.09.2023

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo