ADU-da “Heydər Əliyev və Tolerantlıq” mövzusunda dəyirmi masa keçirilib

ADU-da “Heydər Əliyev və Tolerantlıq” mövzusunda dəyirmi masa keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) Təhsil-1 fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrası və Magistratura şöbəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Tolerantlıq” mövzusunda dəyirmi masa keçirilib. Öncə Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri dos. Günay Şirəliyeva qonaqları salamlayıb, mövzu ilə bağlı fikirlərini bildirib.     Xarici dillərin tədrisi metodikası kafedrasının müəllimi Aygül Eyyubovanın rəhbərliyi ilə II kurs magistrantları mövzu ilə əlaqəli çıxış edib, şeir söyləyiblər.Tələbələr-  Günel Məmmədova və Aytac Musayeva  “Heydər Əliyevin həyat yolu”, Şəkər Hüseynova “Tolerantlıq, Heydər Əliyevin başçılığı altında”, Hafizə Hacızadə “Multikulturalizm və tolerantlıq”, Nigar Süleymanova “Heydər Əliyev və türk dövlətləri ilə əlaqə” mövzusunda çıxış ediblər.Dəyirmi masada rektor məsləhətçisi i.f.d. Anar Osmanlı, Təhsil-1 fakültəsinin dekanı prof. Fikrət Cahangirov, Magistratura şöbəsinin müdiri dos. Firuzə Rzayeva iştirak ediblər.Rektorun məsləhətçisi i.f.d. Anar Osmanlı, Təhsil-1 fakültəsi dekanı prof. Fikrət Cahangirov, Magistratura şöbəsinin müdiri dos. Firuzə Rzayeva və XDTM kafedrası müdiri dos. Günay Şirəliyeva mövzu ilə bağlı fikirlərini bölüşüb, magistrantlara  təşəkkürlərini bildiriblər.

02.05.2023

ADU-da “Azərbaycanın məhşur frankafonları” adlı dəyirmi masa keçirilib

ADU-da “Azərbaycanın məhşur frankafonları” adlı dəyirmi masa keçirilib

 Azərbaycan Dillər Universitetində (ADU) Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının təşkilatçılığı ilə “Azərbaycanın məhşur frankafonları” adlı dəyirmi masa keçirilib.Tədbirdə ölkəmizdə fransız dilinin tədrisi və yayılmasında əhəmiyyətli rolu olan Azərbaycanın 3 məşhur fransız dilli mütəxəssisi Əhməd bəy Ağaoğlu, dosent Mina xanım Quliyeva və prof. Novruz Məmmədovun həyat və yaradıcılığından  maraqlı faktlar təqdim olunub, müzakirələr aparılıb.Əhməd bəy Ağaoğlu Azərbaycan və Türkiyənin ictimai-siyasi xadimi, publisist, pedaqoq, yazıçı, türkoloq və eyni zamanda Şuşa real məktəbinin ilk fransız dili müəllimi vəzifəsində çalışıb.Dəyirmi masada alimin həyat və yaradıcılığını  əks etdirən maraqlı slaydlar nümayiş etdirilib.Professor Çəmən Babaxanova, kafedranın baş müəllimləri Rafiq Mikayılov və Rəfiqə Mürşüdova fransız dilinin tədqiqində və tədrisində yüksək metodiki bacarıqlara sahib olan, milli fransız dili dərsliklərinin və fransızca-Azərbaycanca ilk lüğətin müəllifi, pedaqogika elmləri namizədi Mina xanım Quliyeva haqqında xatirələrini bölüşüblər.Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının baş müəllimi Kəmalə Kərimova məşhur frankofonlarımızdan biri olan Azərbaycan Respublikasının doqquzuncu baş naziri, ictimai-siyasi xadim, birinci dərəcəli dövlət müşaviri və hazırda Azərbaycan Dillər Universitetinin Elmi işlər üzrə prorektoru professor Novruz Məmmədovun həyat və yaradıcılığı, onun fransız dilindən Azərbaycan dilinə tərcümə etdiyi kitablar haqqında ətraflı məlumat verib.Masada həmçinin “Caniyə Qonqur mükafatı” adlı əsərin tərcüməsi ilə əlaqədar bədii təhlil  iştirakçılara təqdim edilib.Fransız dili leksikologiyası və üslubiyyatı kafedrası dəyirmi masanın aktiv iştirakçılarına- Maqistratura şöbəsinin II kurs tələbəsi Ayşən Abdullayeva, Təhsil-2 fakültəsinin tələbələri Lamiyə Hacıyeva, Sevinc Şabanova, Cəmilə Dadaşova, Məryam Müfidzadə, Nəzrin Əlizadə , Sevda Cəbrayılova, Fidana Nəbiyeva və Fatimə Namazovaya təşəkkürünü bildirib.

02.05.2023

ADU-da

ADU-da " HEYDAR ALİYEV AND AZERBAİJANİ YOUTH" adlı debat keçirilib

May 1-də Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil - 1 fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı 1 kafedrasının əməkdaşı dos. Mehriban Təhməzovanın təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "HEYDAR ALİYEV and AZERBAİJANİ YOUTH" ("HEYDƏR ƏLİYEV və AZƏRBAYCAN GƏNCLİYİ" mövzusuna həsr olunmuş debat keçirilib. Debat  202-ci qrup tələbələrinin ingilis dilində hazırladığı təqdimatlar əsasında tərtib edilib.Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif mərhələlərindən, həmçinin Heydər Əliyev və gənclər siyasəti, onun gənclərə göstərdiyi diqqət və qayğı haqqında danışılıb və tələbələr tərəfindən layihə əsaslı qrup işi kimi təqdim olunub.Tələbələr tərəfindən dahi şairimiz S. Vurğunun "Azərbaycan" şeiri İngilis dilində səsləndirilib,  "Odlar yurdum Azərbaycan" mahnısı ifa olunub.Debatda universitetin rektor məsləhətçisi Anar Osmanlı, fakültə dekanı professor Fikrət Cahangirov, İngilis dilinin leksikologiyası və üslubiyyatı-1 kafedrasının müdiri dosent Kifayət Hacıyeva və kafedra əməkdaşları- b.m. Niga Bəşirova r, f.f.d.b.m. Nigar Bağırova, dos. Lalə Əsədova, b.m. Gülbanu Bəşirova və digərləri, o cümlədən, magistratura şöbəsi və magistrantlar iştirak ediblər.Universitetin rektor məsləhətçisi Anar Osmanlı, fakültə dekanı professor Fikrət Cahangirov, kafedra müdiri dosent Kifayat Hacıyeva, kafedra əməkdaşları və digər iştirakçılar debatla bağlı  fikirlərini bölüşüb, təşkilatçılara və iştirakçılara təşəkkürlərini bildiriblər.

02.05.2023

Gülşən Məmmədlinin dissertasiyasının ilkin müzakirəsi keçiriləcək

Gülşən Məmmədlinin dissertasiyasının ilkin müzakirəsi keçiriləcək

ülşən Məmmədlinin dissertasiyasının ilkin müzakirəsi keçiriləcək26 may 2023-cü il tarixində saat 12.00-da Azərbaycan Dillər Universitetinin  Filologiya fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və  üslubiyyatı kafedrasının  5714.01­Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik ixtisasının fəlsəfə doktoru proqramı üzrə sabiq doktorantı  Gülşən Ramiz qızı Məmmədlinin “İngilis və Azərbaycan poetik mətnlərində bədii ifadə vasitələrinin linqvistik anlamaya təsiri” mövzusunda təqdim etdiyi dissertasiyasının ilkin müzakirəsi keçiriləcəkdir.Dissertasiya ilə Filologiya fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və  üslubiyyatı kafedrasında tanış olmaq olar.aliyevagulshan@gmail.comuslubiyyat.filologiya@gmail.com                                                                           

01.05.2023

ADU-da Frankofoniya həftələri ilə əlaqədar tədbirlər keçirilib

ADU-da Frankofoniya həftələri ilə əlaqədar tədbirlər keçirilib

Azərbaycan Dillər Universiteti Frankofoniya və Fransız Dili və Mədəniyyəti mərkəzində Frankofoniya həftələri ilə əlaqədar olaraq, 27-31 mart tarixləri arasında tədbirlər keçirilib.Tədbirlər müddətində fransız dilli tələbə və müəllimləri üçün fransız dilinin bütün sahələrini əhatə edən maraqlı filmlər nümayiş edilib, təlimlər, seminarlar, oyunlar təşkil olunub.2022-ci il noyabr ayından 2023-cü il aprel ayının sonunadək Frankofoniya və Fransız dili və Mədəniyyəti Mərkəzinin bütün işlərində fəal iştirak edən, mütəmadi olaraq müəllim və tələbələrə fransız dilinin incəliklərini aşılayan Fransadan gəlmiş təlimçi müəllim Lu Maşprən Təhsil -2 fakültəsi, Frankofoniya, Fransız Dili və Mədəniyyəti mərkəzləri tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib.Həmin müddətdə Frankofoniya həftələri çərçivəsində keçirilən imla müsabiqəsinin qalibi Təhsil-2 fakültəsinin tələbəsi Fatimə Namazovaya da diplom və mükafat verilib.

01.05.2023

ADU-nun təcrübədə olan tələbələri tərəfindən

ADU-nun təcrübədə olan tələbələri tərəfindən "Future me" adlı konfrans keçirilib

Aprelin 28-də Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil 1 fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının müəllimi Aynur Məmmədovanın rəhbərliyi ilə pedoqoji təcrübədə olan tələbələri- X. Zivər, T. Mətanət, M. Bilqeyis, P. Aynur, N. Rəşadın və "İrəli" ictimai birliyinin birgə təşkilatçılığı ilə Binəqədi rayonu Əliağa Şıxlinski adına 135 nömrəli tam orta məktəbdə gənclərin düzgün peşə və ixtisas seçiminə dəstək mahiyyətli "Future me" adlı konfrans keçirilib.Konfransda Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Ayşən Vəliyeva,"Web development" üzrə mütəxəssis Vüsal Həsənov, "Aloha World" xaricdə təhsil mərkəzinin xaricdə təhsil üzrə mütəxəssisi Müşafərim Əliyeva, Azərbaycan Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının Karyera planlanması şöbəsində fəaliyyət göstərən mentoru Mikayıl Tağıyev, ADU-nun Psixologiya kafedrasının dosenti Ceyhun Alıyev,"İrəli"ictimai birliyinin Təlim və Tədris üzrə katibi Günel Ələsgərli və DİM-nin qiymətləndirmə və diaqnostika şöbəsinin psixoloji iş və maarifləndirmə şöbəsinin böyük məsləhətçisi Sevinc Məmmədova mövzu ətrafında çıxış ediblər.Maarifləndirici konfransda 8,9,10,11ci sinif şagirdlərinə düzgün ixtisas seçimi, peşəkar karyera planlamasının əhəmiyyəti, ixtisas seçimi zamanı diqqət yetirməli olan məqamlar, xaricdə təhsil, təqaüd proqramları və digər mövzular haqqında faydalı məlumatlar verilib.  Eyni zamanda şagirdləri maraqlandıran suallar cavablandırılıb.Konfrans məktəbin direktoru Şəfa Qurbanovanın çıxışı ilə yekunlaşıb.

01.05.2023

ADU-da “Ulu öndər Heydər Əliyevin müəllim və təhsil haqqında müdrik kəlamları” mövzusunda alman dilində açıq dərs keçirilib

ADU-da “Ulu öndər Heydər Əliyevin müəllim və təhsil haqqında müdrik kəlamları” mövzusunda alman dilində açıq dərs keçirilib

Aprelin 27-də Azərbaycan Dillər Universitetində (ADU) Təhsil 1 fakültəsi nəzdində fəaliyyət göstərən Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dosenti  Ulduz Aslanovanın təşkilatçılığı ilə “Ulu öndər Heydər Əliyevin müəllim və təhsil haqqında müdrik kəlamları” mövzusunda  alman dilində  açıq dərs keçirilib. Dərsdə magistratura şöbəsinin müdiri, ped.f.d., dosent F. Rzayeva və şöbənin əməkdaşları, Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri fil.f.d., dosent X. Əsgərova, həmin kafedranın müəllimləri, Alman dilinin fonetikası və qrammatikası kafedrasının əməkdaşları və alman dili ixtisası üzrə təhsil alan magistr tələbələri iştirak ediblər.Dərsdə Heydər Əliyev haqqında tədris olunan materialın tələbələrdə vətənpərvərlik ruhunun aşılanması üçün müəllimin ustalıqla tətbiq etdiyi təlim metodları dinləyiciləri heyran edib. Heydər Əliyevin müəllim və təhsil haqqındakı fikirlərinin alman dilinə müdrik kəlamlar şəklində  tərcüməsi və onların müasir təlim metaodları əsasında tədris materialı kimi  tələbələrə öyrədilməsi Ulduz Aslanovanın böyük pedaqoji ustalığının və zəhmətinin nəticəsi kimi dəyərləndirilib.Dərsin materialı slaydlar vasitəsi ilə əyani şəkildə və lövhədə üçrəngli Azərbaycan bayrağının simvolu kimi təqdim olunub. Kiçik qruplar şəklində çıxış edən tələbələr də üçrəngli bayrağımızı öz geyimləri ilə tərənnüm edərək  böyük ruh yüksəkliyi ilə alman dilində Ulu öndərin müdrik kəlamlarını səsləndiriblər.Dərsin sonunda magistratura şöbəsinin müdiri, dosent Firuzə Rzayeva çıxışında U. Aslanovanın kreativ bacarığını, pedaqoji ustalığını və zəhmətini yüksək qiymətləndirib, tələbələrə və iştirak edən müəllimlərə təşəkkürünü bildirib.

01.05.2023

Quba şəhərində “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda regional konfrans keçirib

Quba şəhərində “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda regional konfrans keçirib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Quba şəhərində “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda regional konfrans keçirib. “Heydər Əliyev ili”nə həsr olunuş konfransda ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, ATİAHİ-nin Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayon komitələrinin sədrləri, həmkarlar ittifaqı fəalları iştirak edib. Konfrans Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu Öndərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak omuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.   İclasda çıxış edən ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə  bildirib ki, Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Bununla əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzvü olan sahə həmkarlar ittifaqları da müvafiq tədbirlər planı tərtib etmiş və həyata keçirirlər. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi də “Heydər Əliyev İli” ilə bağlı tədbirlərin keçirilməsinə başlayıb. Zona konfransı da Respublika Komitəsinin silsilə tədbirlərindən biridir.   Sonra M.Cəfərzadə Azərbaycanda həmkarlar ittifaqlarının inkişafında ümummilli lider Heydər Əliyevin rolundan danışıb. Qeyd edib ki, Azərbaycanda bütün sahələrin, o cümlədən də həmkarlar ittifaqları institutunun davamlı inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün, Heydər Əliyevin bu sahədə olan ideyaları onun mənəvi-siyasi irsinin ən layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  Daha sonra konfransda Quba rayon Xucbala kənd tam orta məktəbin tarix müəllimi Ayişə Şabutova, Qusar rayon Müəllimlər Evinin direktoru Həsənov Robert, Quba şəhər Texniki Təmayüllü liseyin tarix müəllimi Elxan Məmmədov, Qaraçay kənd tam orta məktəbin tarix müəllimi Bariz Allahverdiyev, Quba-Xaçmaz RTİ-nin Quba sektorunun tarix fənni üzrə metodisti Mənsur İlyasov çıxış edərək mövzu ilə bağlı məruzə ediblər. Tədbirin sonunda şagirdlərin ifasında şeirlər, mahnılar dinlənilib.  IMG_9900.JPG 1.67 MBIMG_9943.JPG 1.59 MB

01.05.2023

ADU-da professor Fəxrəddin Veysəllinin 80 illik yubileyi qeyd olunub

ADU-da professor Fəxrəddin Veysəllinin 80 illik yubileyi qeyd olunub

 Aprelin 28-də Azərbaycan Dillər Universitetində Azərbaycanın görkəmli dilçisi, filologiya elmləri doktoru, professor Fəxrəddin Veysəllinin 80 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə professor-müəllim heyəti, tələbələr iştirak edib.       ADU-nun rektoru, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, professor Fəxrəddin Veysəllinin elmi fəaliyyəti haqqında danışıb. Qeyd olunub ki, elmdə öz sözü və yolu olan görkəmli alim Fəxrəddin Veysəllinin dilçilikdə seqment və supraseqment vahidlərin variativliyi probleminin öyrənilməsində xidmətləri danılmazdır.    Tanınmış alim olaraq o, Daşkənd, Tbilisi və Bakıda ixtisaslaşmış elmi şuraların üzvü kimi fəaliyyət göstərmiş, onlarla namizədlik və doktorluq dissertasiyalarına opponentlik etmiş və ya rəy vermişdir. Qazax A.Cunusbəyov, özbək A.Avazbayevin, türkmən S.Kurenovun doktorluq dissertasiyalarının müdafiəsi onun opponentliyi ilə keçmişdir. O, Leninqradda, Moskvada, Tbilisidə və Bakıda onlarla namizədlik dissertasıyalarına opponentlik etmişdir: “Fəxrəddin müəllim dilçilik elminin inkişafında böyük əməyi və xidmətləri olan görkəmli alimlərimizdən biridir.Onun elmi fəaliyyəti nəinki Azərbaycan, həm də dünya elminə də öz töhfələrini verib. Müəllifi olduğu elmi metodik vəsaitlər, dərsliklər ali təhsil ocaqlarının əsas tədris bazası rolunu oynayır. Fəxrəddin müəllim elmi fəaliyyətində olduğu kimi, həyat yolunda da sadiq dost, qayğıkeş yoldaş kimi tanınır.   Fəxrəddin müəllimə can sağlığı və könül xoşluğu arzu edirik”. Rusiya Elmlər Akademiyasının kollektivinin yubilyara ünvanlanan təbrik məktubu oxunub. Məktubda Fəxrəddin Veysəllinin elmi yaradıcılığının yüksək dəyəri və əhəmiyyəti qeyd olunub.    Daha sonra BDU-nun tələbəsi Aişə Heybətlinin qiraətində Cabir Novruzun “Sağlığında qiymət verin insanlara” şeiri səsləndirilib. Professor Fərman Zeynalov yubilyarın elmi fəaliyyəti ilə bağlı məruzə ilə çıxış edib. Qeyd olunub ki, Fəxrəddin Veysəlli 1989-cu ildə alman dilində çap etdirdiyi "Lehrbuch der deutschen Phonetik" monoqrafiyası mütəxəssislər tərəfindən çox yüksək dəyərləndirildi. Bir qədər sonra o, öz dilimizdə "Fonetika və fonologiya məsələləri" adlı kitab çap etdirir, dünya şöhrətli alim R.O.Yakobsonun uşaq dili sahəsində şedevr sayılan kitabını ruscaya çevirib çap etdirdi.    Fəxrəddin müəllim məşhur fonoloq N.S.Trubeskoyun dünya dilçilik elminin incisi sayılan "Fonologiyanın əsasları" kitabını Azərbaycan dilinə tərcümə edərək onu öz vəsaiti hesabına çap etdirməklə dilçiliyimizin inkişafına güclü təkan vermişdir. F.Veysəlli öz qələmini bədii əsərlərin də tərcüməsində sınamışdır. Alman yazıçısı T.Ştormun "İmmen gölü" novellasının dilimizə, Cəlil Məmmədquluzadənin "Poçt qutusu" hekayəsinin isə almancaya tərcüməsi buna misal ola bilər.   Onun dilmanclıq fəaliyyəti, sinxron və ardıcıl tərcüməçiliyi də çoxşaxəli yaradıcılığının tərkib hissəsidir. Dilçilik İnstitunun direktoru, professor Nadir Məmmədli, professor Azad Məmmədov, şair Zakir Fəxri, professor Əsmətxanım Məmmədova, BDU-nun dosenti Yaşar Alxasov yubilyarı təbrik edib, ürək sözlərini söyləyiblər. Tədbirin sonunda ADU tələbələrin hazırladıqları bədii kompozisiya nümayiş olunub.

30.04.2023

AHİK tərəfindən 2022-ci ilin ən yaxşı müəssisələri mükafatlandırılıb

AHİK tərəfindən 2022-ci ilin ən yaxşı müəssisələri mükafatlandırılıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2022-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən müəyyən olunmuş 2023-ci ildə Ümumdünya Əməyin Mühafizəsi Günü – “Əmək sferasında sağlam və təhlükəsiz əmək şəraiti əsas prinsip və hüquq kimi” devizi altında baş tutan tədbirdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov, BƏT-nin Azərbaycan üzrə əlaqələndiricisi Yaşar Həzəyev, AHİK-in üzv və tabe təşkilatlarının sədrləri, müsabiqədə qalib olmuş müəssisələrin rəhbərləri, KİV nümayəndələri və digər şəxslər iştirak ediblər.Tədbirdə çıxış edən Səttar Möhbalıyev öncə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, dövlət quruculuğu siyasətindən, xilaskarlıq missiyasından, həmçinin dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi nailiyyətlərdən, iqtisadi qüdrətindən, uğurlu beynəlxalq siyasətindən danışıb. Sonra AHİK sədri bildirib ki, 2022-ci il ərzində həmkarlar ittifaqlarının texniki əmək müfəttişləri əməyin mühafizəsi üzrə ictimai müvəkkillərlə birlikdə 313 müəssisə və təşkilatda ictimai müayinə həyata keçirib, 1212 pozuntu aşkar edib, onların 89 %-nin aradan qaldırılmasına nail olunub: “Nəticədə 39 texnoloji avadanlıq və dəzgah təhlükəsizlik norma və qaydalarına uyğun vəziyyətə gətirilib, 251 nəfərin iş şəraiti yaxşılaşdırılıb. Həmkarlar ittifaqlarının xidmət dairəsinə daxil olan müəssisələrdə il ərzində xəsarət alanların sayı 31% azalaraq 126 nəfərdən 88 nəfərədək enib, bədbəxt hadisədən ölənlərin sayı isə 17 nəfərdən 18 nəfərədək artıb. Əməyin mühafizəsinə dair tədbirlərin həyata keçirilməsinə ayrılan vəsaitin düzgün və məqsədyönlü xərclənməsinə sahə həmkarlar ittifaqı komitələrinin texniki əmək müfəttişləri və əməyin mühafizəsi komissiyaları tərəfindən həyata keçirilən ictimai nəzarət sayəsində 349 tədbir keçirilib, attestasiya olunmuş iş yerlərinin sayı 90 %-ə, tibbi müayinədən keçirilən işçilərin sayı isə 92 %-ə çatdırılıb. Əməyin mühafizəsi sahəsində təbliğat işinin daha yaxşı təşkil edilməsi məqsədi ilə yeni 7 əməyin mühafizəsi kabineti və 73 güşə yaradılıb, bununla da kabinetlərin sayı 37-ə, guşələrin sayı isə 710-a çatdırılıb. Bütün bu tədbirlərin keçirilməsinə baxmayaraq, müəssisələrdə əməyin mühafizəsinə ayrılan maliyyə vəsaiti əvvəlki müvafiq dövrlə müqayisədə 9.5 %, hər işçiyə görə isə 11.3 % azalıb”.Səttar Möhbalıyev deyib ki, BƏT-nin məlumatına görə, hər il istehsalatda 2 – 2,3 milyon insan həyatını itirir. Onlardan 300 000 nəfəri istehsalat xəsarətləri nəticəsində, 1,7 – 2 milyon nəfəri isə müxtəlif peşə xəstəliklərdən ölür.Onun sözlərinə görə, müasir standartların tələbinə uyğun gəlməyən, tətbiq olunan texnoloji proseslərdə heç bir qayda və təlimatlara cavab verməyən iş yerləri hələ də mövcuddur. Qarşımıza qoyduğumuz hədəflərdən biri də, məhz bu müəssisələrdə normalara uyğun iş yerləri yaratmaqdır.Digər çıxış edənlər Azərbaycanın iqtisadi göstəricilərindən, bütün sahələrdə qaznılmış nailiyyətlərdən, ölkəmizdə əməyin mühafizəsi, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması istiqamətində görülən işlərdən, bədbəxt hadisələrin, istehsalat zədələrinin, peşə xəstəliklərinin qarşısının alınması məqsədilə müvafiq qurumların, o cümlədən həmkarlar ittifaqlarının atdığı addımlardan bəhs ediblər.Sonra müsabiqənin qalibi olmuş 23 sahə üzrə həmkarlar ittifaqını təmsil edən 48 müəssisəyə diplomlar və hədiyyələr təqdim olunub.Məlumat üçün əlavə edək ki, 2022-ci ildə “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə əlaqədar AHİK-in müsabiqə komissiyasına müsabiqədə iştirak etmiş 2150-dən artıq müəssisə, təşkilat, sex və sahədən yalnız 48 ən yaxşı müəssisənin sənədi daxil olub. Həmin 48 qurunun yüksək göstəriciləri müəyyənləşdirilərək İcraiyyə Komitəsinin müzakirəsinə verilib və onlar yekdilliklə qalib elan ediliblər.Qeyd edək ki, “Sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasında ilin ən yaxşı müəssisəsi (təşkilatı)” adı uğrunda müsabiqə AHİK-in təşəbbüsü ilə 2009-cu ildən hər il keçirilir. Müsabiqənin məqsədi işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, bu sahəyə cavabdeh olan şəxslərin məsuliyyətinin artırılması, həmçinin işəgötürənlərin əməyin mühafizəsi məsələlərinə daha diqqətlə yanaşmasına nail olmaqdır. Ötən dövr ərzində müsabiqəyə 22 000-dən çox müəssisə və təşkilat qatılıb, onlardan 530-u qalib elan olunaraq fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.

29.04.2023

ADU-da professor Adil Babayevin 85 illik yubileyi qeyd olunub

ADU-da professor Adil Babayevin 85 illik yubileyi qeyd olunub

Aprelin 27-də Azərbaycan Dillər Universitetində (ADU) Filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin, Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının, AMEA Orfoqrafiya Komissiyasının üzvü Adil Babayevin 85 illik yubileyi münasibətilə tədbir keçirilib.Tədbirdə professor-müəllim heyəti, tələbələr iştirak ediblər.ADU-nun rektoru, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, professor Adil Babayev haqqında ürək sözlərini bildirib. Qeyd olunub ki,  dilçilik, ədəbiyyatşünaslıq, jurnalistlika, habelə bədii yaradıcılıqla məşğul olan alim məhsuldar elmi fəaliyyəti ilə diqqət çəkir:“Adil müəllim uzun illər kafedra müdiri kimi fəaliyyət göstərib, müxtəlif vəzifələrdə çalışıb. O, həmişə kollektivin hörmətini qazanıb. Çünki Adil müəllim öz işini sevən, qayğıkeş və səmimi insandır. Onun işini sevməsi, qayğıkeşliyi, səmimiyyəti bu gün də müəllim və tələbələr üçün nümunədir, örnəkdir. Mən Adil müəllimə cansağlığı, könül xoşluğu və işlərində uğurlar arzu edirəm”.Daha sonra Adil Babayevin həyatından bəhs edən video rolik izlənilib. Adil Babayevin müəllifi olduğu pyes əsasında hazırlanan tamaşa təqdim olunub. Qeyd olunub ki, alimin indiyədək 20 kitabı, 24 proqramı, 200-ə qədər müxtəlif xarakterli məqaləsi çap olunub. Ali məktəblər üzrə 4 dərsliyin alternativsiz müəllifi olan Adil Babayev 12 nəfər elmlər namizədinin elmi rəhbəri, 3 nəfər elmlər doktorunun məsləhətçisi, 40 nəfərin opponenti olub. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən bəhs edən “Koroğlunun Çənlibelə qayıdışı” Naxçıvan Dövlət Musiqili Dram Teatrında 2008-ci ildən fasiləsiz nümayiş olunur.Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova Adil Babayev haqqında fikirlərini bölüşüb. Qeyd olunub ki, professor Adil Babayev gənc alimlər üçün elmi təcrübəsini, dərin biliyini heç vaxt əsirgəməyib:“Bu gün doğrudan da bayram təntənəsi var. Soyumuza, kökümüzə, dünənimizə bağlılıq, Adil müəllim kimi insanların yubiley mərasimlərini keçirmək, ona dəyər vermək böyüklükdür, buna görə Kamal müəllim sizə təşəkkürümü bildirirəm. Biz tələbə olanda Adil Babayevin “Dilçiliyə giriş” kitabını oxumuşuq. Bu gün də oxuyuruq. Adil müəllim, sizin imzanız publisistik sahədə, poeziyada, dramaturgiyada, elm sahəsində o qədər çoxşaxəlidir ki, bu haqda çox danışmaq olar”.ADU-nun Azərbaycan dilçiliyi kafedrasının əməkdaşları - baş müəllim Elnarə Yəhyayeva, müəllim Aytac Rüstəmova, filoloq Nəriman Seyidbəyli, ADU-nun MHİK sədri, dosent Misgər Məmmədov, professorlar İsmayıl Məmmədov, Arif Hüseynov, Şaban Şabanov yublyarın həyat və elmi fəaliyyəti haqqında təbrik nitqi söyləyiblər.Tədbirdə yubilyara xatirə hədiyyələri və gül dəstələri təqdim olunub.

28.04.2023

ADU-da “Böyük nəslin dastanı: Zərifə xanım Əliyeva” adlı tədbir keçirilib

ADU-da “Böyük nəslin dastanı: Zərifə xanım Əliyeva” adlı tədbir keçirilib

Aprelin 27-də Azərbaycan Dillər Universitetində Azərbaycan Respublikasının əməkdar elm xadimi, tibb elmləri doktoru Zərifə Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə “Böyük nəslin dastanı:  Zərifə xanım Əliyeva” adlı  tədbir keçirilib. Tədbir Elmi kitabxana və informasiya xidməti mərkəzi, Tibbi biliklərin əsasları və Mülki müdafiə kafedrasının baş müəllimi Rəna Əhmədova və Təhsil 2 fakültəsinin  326a qrup tələbələrinin birgə təşkilatçılığı ilə keçirilib. Tələbələr- Aygül Hacızadə, Riyad İbayev və Şahin Hacıyev təqdimatla çıxış ediblər.Aytəkin Əsgərova isə Mirvari Dilbazinin Zərifə Əliyevaya həsr olunmuş şerini səsləndirib.Tədbirdə universitetin və kafedranın digər əməkdaşları da iştirak ediblər.

28.04.2023

ADU-nun tələbələri Elman Bakuvi tərəfindən keçirilən vörkşopda iştirak edib

ADU-nun tələbələri Elman Bakuvi tərəfindən keçirilən vörkşopda iştirak edib

Aprelin 26-da Medianın İnkişafı Agentliyinin təşkilatçılığı və dörd ali təhsil müəssisəsinin - Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti və Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və Bakı Dövlət Universitetinin tərəfdaşlığı ilə həyata keçirilən “MEDİAlab” layihəsi çərçivəsində jurnalistika ixtisasında təhsil alan və jurnalistikaya marağı olan gənclər üçün Space Televiziyasının Xəbər departamentinin rəhbəri Elman Bakuvi tərəfindən “Müsahibənin götürülməsi və xəbərin hazırlanması” mövzusunda vörkşop keçirilib.Layihə zamanı tələbələr qruplara bölünüb. ADU-nun tələbələrindən ibarət iki komandası öz jurnalist bacarıqlarını göstərərək qalib gəlib.Qalib tələbələr Medianın İnkişafı Agentliyi tərəfindən hədiyyələrlə təltif olunub.

28.04.2023

ADU-da akademik Kamal Abdullanın elmi seminarı keçirilib

ADU-da akademik Kamal Abdullanın elmi seminarı keçirilib

Aprelin 26-da Azərbaycan Dillər Universitetində Xalq yazıçısı, akademik Kamal Abdulla və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin həmmüəllif olduqları “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabına həsr olunan elmi seminar keçirilib.Kitabın həmmüəllifi, professor Rafiq Əliyev kitabın ərsəyə gəlməsindən və kitabın yazılma səbəblərindən danışıb. Qeyd olunub ki, kitabın yazılma ideyasının əsas müəllifi akademik Kamal Abdulla olub. Qeyd olunub ki, Lütfi Zadənin məntiq nəzəriyyəsindən də bəhrələnərək ərsəyə gələn kitab qeyri-səlis məntiq nəzəriyyəsində söylənilən dörd sütun – ümumi məntiq sütunu, qeyri-səlis çoxluqlar sütunu, epistemik (epistemoloji) sütun və münasibətlər sütunu haqqında yazılıb.Akademik Kamal Abdulla bildirib ki, “Kitabi-Dədə Qorqud” dastanının mətni göstərir ki, qeyri-səlis məntiqin aparıcı ideoloji prinsipi olan seçim imkanı və demokratik yanaşma tərzi, başqa sözlə desək, tolerantlıq, xalqımıza qədim zamanlardan bəri xas olan əbədi bir dəyərdir:“Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabında dünya sivilizasiyalarının ortaq nöqtələrinin əsas elementləri önə çəkilib. Sivilizasiyaların toqquşduğu mütləq və nisbi anlamların mənalandırılması önəmlidir. Sivilizasiyaların kökündə təkcə elmi yox, həm də humanizm, tolerantlıq prinsipləri də yer alır”.Bildirilib ki, Türklərin qədim dastanı olan “Kitabi-Dədə Qorqud” dastanı qeyri-səlis məntiq prinsiplərinə öz dil məkanında bol-bol yer verir. Bu qədim dastanın dərinində gizlənən düşüncə tərzi qeyri-səlis məntiqin dörd sütununa aid olan spesifik məntiqi sxemlərin formalaşmasına gətirir. Qeyd edək ki, nəşrin redaktorları akademik Muxtar İmanov və Almaniyada yaşayan həmyerlimiz, professor Maqsud Əfəndiyev, rəyçiləri Xalq şairi Ramiz Rövşən və professor Fəxrəddin Sadıkoğlu, nəşriyyat redaktorları Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid və tərcüməçi Seyfəddin Hüseynlidir.

27.04.2023

ADU-da “İspan mətbəxi” mövzusunda dərs keçirilib

ADU-da “İspan mətbəxi” mövzusunda dərs keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) Tərcümə fakültəsinin baş müəllimi Lalə İbadovanın  təşəbbüsü ilə açıq havada “İspan mətbəxi” mövzusunda dərs keçirilib. “Tərcümə və mədəniyyətlərarası ünsiyyət” fənni üzrə, İspan dili ixtisasında təhsil alan 254 cü qrup tələbələr üçün keçirilən dərsdə ispan mətbəxinə aid müxtəlif təamlar- salat  və yeməklər hazırlanıb.

27.04.2023

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo