Alman oxu zalının əməkdaşı sertifikatla təltif edilib

Alman oxu zalının əməkdaşı sertifikatla təltif edilib

Azərbaycan Dillər Universitetində (ADU) fəaliyyət göstərən Alman oxu zalının əməkdaşı Lamiyə Mustafayeva Eskişehirde keçirilən "Haydar Aliyev and Development Strategy fo Azerbaijan: New Trends in Modernization" adlı beynəlxalq konfransda iştirak edib. Konfransda əməkdaşımız Lamiyə Mustafayeva  "44 günlük Vətən  müharibəsində Heydər Əliyevin yeri və rolu" adlı məqalə ilə çıxış edib və sertifikatla təltif edilib.

10.05.2023

ADU-nun müəllimi Sədaqət Musayeva konfransda məruzə ilə çıxış edib

ADU-nun müəllimi Sədaqət Musayeva konfransda məruzə ilə çıxış edib

ADU-nun Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının baş müəllimi, yazıçı Sədaqət Musayeva mayın 5- də Fövqəladə Hallar Nazirliyinin Akademiyasında keçirilən və Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100- cü ildönümünə həsr olunmuş “Fövqəladə hallarla mübarizənin aktual problemləri” mövzusunda professor-müəllim heyətinin VIII elmi-texniki konfransında məruzəylə çıxış edib.Sədaqət Musayevaya məruzəsinə görə akademiyanın rəisi, general-mayor Baba Salayevin imzası ilə sertifikat təqdim olunub

10.05.2023

ADU-da kadr hazırlığının sosial-psixoloji xüsusiyyətləri

ADU-da kadr hazırlığının sosial-psixoloji xüsusiyyətləri

Azərbaycan Dillər Universiteti - 75 Ali məktəbdə kadr hazırlığı cəmiyyəti narahat edən məsələlərdən biridir. Kadr hazırlığının səviyyəsi ilə elmi-texniki tərəqqi arasında keyfiyyət fərqi cəmiyyəti günün bu vəzifəsi ətrafında toparlanmağa təhrik edir. Qeyd etmək istərdim ki, bu hal bütün ölkələr və dövlətlərə xas olan amildir.  ADU-da ali təhsil sistemində əhəmiyyətli dönüşə nail olmaq üçün səylər və qüvvələr Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində kafedralar və laboratoriyalarda aparılan planlı, məqsədyönlü fəaliyyət ilə cəhdlər artırılıb.  Koordinasiya olunmuş pedaqoji rəftarların icrası auditoriyalarda təlim paradiqmasından irəli gələn bilik, bacarıq və vərdişə yiyələnməyi deyil, təhsil paradiqması əsasında bilik, bacarıq, yaradıcılıq, ünsiyyət və ya bilik, bacarıq, kompetensiya və istək formuluna yiyələnməyi ehtiva edir.Təhsil paradiqmasında icra olunan istiqamətlər, həmçinin Avropa Təhsil məkanına inteqrasiya edən ölkələr üçün Avropa Şurası tərəfindən nəzərdə tutulan 1996, 1999, 2001-ci il proqramlarına uyğundur. Bu gün ADU-nun kafedralarında, Universitetdə təşkil olunmuş elmi seminarlarda, “dəyirmi masa”larda bu vəzifələrin icrasının linqvodidaktik üsullarının axtarışı, tətbiqi, icra üsulları ilə bağlı ciddi müzakirələr aparılır.Universitet rəhbərliyi tərəfindən koordinasiya edilən təhsil paradiqmasının formaların mənimsənilməsi, icrası ilə bağlı rektoryanı şuralarda, Elmi Şurada, kafedra iclaslarında, kiçik elmi şurada problemin incələnməsi detallarına qədər pedaqoji heyətə çatdırılır.Universitet rəhbərliyinin şəxsi təşəbbüsü ilə bu proseslərin inkişafı, metodik tövsiyələrin hazırlanması və onların həyata keçirilməsi üçün işlək mexanizmlərin hazırlanması istiqamətində axtarışlar aparılır. Pilot layihələr və ona müvafiq pedaqoji proyektlər dəyərləndirilir və auditoriyaya daxil edilir.Təhsil sahəsində Dövlət Strategiyasının və Dövlət Proqramının həyata keçirilməsindən irəli gələn pedaqoji meyillərin icrası ADU-da 3 səviyyədə həyata keçirilir: 1)Laboratoriyaların köməyi ilə; 2)Kafedraların iştirakı ilə; 3)Universitet səviyyəli elmi seminarların, “dəyirmi masa”ların və seminar-müzakirələrin elmi istiqamətləndirici rolu ilə.Yuxarıda qeyd etdiyimiz kimi, auditoriyalarda linqvodidaktik məqsədlərə nail olmaq üçün həm hüquqi-normativ sənədləri, həm də müəllim-tələbə münasibətlərində tələbə şəxsiyyətini formalaşdırmaq mühüm əhəmiyyət kəsb edir. Qeyd etdiyimiz 3 səviyyə, həm də kadr hazırlığında ixtisas və peşə istiqamətinin sosial-psixoloji xüsusiyyətlərinə yiyələnməyi, gənc kadrın şüurunun, əqidəsinin, dünyagörüşünün formalaşmasını auditoriyalarda pedaqoji kollektiv yerinə yetirməsini ehtiva edir.ADU-da yaradılmış Azərbaycanşünaslıq, Multikulturalizm laboratoriyaları son 5 ildə keçirdikləri tədbirlərdə əqidə və dünyagörüşün formalaşmasında müzakirə olunan mövzuların azərbaycançılıq, dövlətçilik, dövlətə sədaqət, vətəndaşlıq və vətənpərvərlik, torpağa, dövlətə, millətə sevgi ruhu əsas prioritet olmuşdur. Bu laboratoriya vasitəsi ilə müəllim və tələbələrin qarşılıqlı iştirakı gələcək mütəxəssisin şüurun informasiya dayaqlarının ən emosional qatını təşkil etmişdir və edir. Seminar, “dəyirmi masa”larda tələbələrin iştirakının təmin olunması, bəzən təşəbbüsün təşkiledicisinə çevrilməsi gələcək mütəxəssislərin sosial şüurunun formalaşmasını motivləşdirir. Laboratoriyanın təşkil etdiyi tədbirlər şəxsiyyətlərarası münasibətlərin həm sosial, həm də konkret pedaqoji təfəkküründə qarşılıqlı münasibətlərin dinamik törəməsi kimi yaddaşlarda təkrar olunur.Məlum olduğu kimi, gənc kadrların müasir tələblərə cavab verməsi elmi-texniki tərəqqinin tələbatlarından asılıdır. Sürətli rəqəmsal inkişaf, insan morfologiyasının informasiyanın təsiri ilə dəyişməsi ətraf aləmə baxışlarda tələbə təfəkkürünə təsir edən amillərdəndir.ADU-da yaradılmış laboratoriyalarda keçirilən tədbirlər hətta dərsliklərin və dərs vəsaitlərinin inikas etdirməsindəki gecikmələr, laboratoriyaların dinamizmi və plastikliyi ilə aradan qaldırılır. Ətraf aləmdə baş verən hadisələr laboratoriyalarda, “dəyirmi masa”larda və seminarlarda müzakirə olunaraq, rəy bildirilərək, dövlətin mövqeyi nəzərə alınaraq qiymətləndirilir. Müəllim və tələbələrin sosial şüurun emosional halətləri zamanı uyğun qiymətləndirilməsi yolunda cəhdlər davam etdirilir.Auditoriyada, auditoriyadan kənar, ictimai birliklərdə sosial şüurun formalaşmasının çoxlu emosional təsir dairələri var ki, bunlardan biri də multikulturalizm laboratoriyasıdır.Bir neçə il bundan öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan brendi elan etdiyi multikulturalizmlə bağlı ADU-nun keçirdiyi beynəlxalq tədbir Avro-Asiyadan 11 dövləti və 15 Universiteti əhatə etmişdi. Bu beynəlxalq tədbir zaman etibarı ilə 365 günü, məkan etibarı ilə Çindən tutmuş Serbiyaya qədər sosial həyatı məşğul etmişdi, Azərbaycan dəyərləri, mədəniyyət, elm, təhsil müstəvisində milyonların hafizələrində təkrarlanmışdır. Bu ideyanın müəllifi isə Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulladır. Sosial şüurun formalaşmasında mədəniyyətlərin qarşılıqlı təsiri müasir Avropada inteqrasiyanın əsas tələblərindən biridir. Mədəniyyət amilinin pedaqoji prosesdə prioritet olaraq nəzərdə tutulması, bunun sayəsində xarici dilə yiyələnmək və Avropa mədəniyyətilə inteqrasiyası Avropa Şurasının təhsil haqqında sənədlərində öz əksini tapıb. ADU bu sahədə məqsədyönümlü fəaliyyət göstərir, belə ki, mədəniyyətlərarası kommunikativ kompetensiyaya yiyələnmək təhsil sahəsində Avropaya inteqrasiyasının istəklərindən biridir.“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı”nın ruhu səriştəliliyi həmçinin xarici dilin tədrisi prosesində icrasını nəzərdə tutur və konkret olaraq kommunikativ kompetensiya kimi pedaqoji prosesə daxil edilib. Kommunikativ kompetensiya 2013-cü ildə təsdiq olunmuş Dövlət Strategiyasının xarici dil tədris olunan ali məktəblərdə əsas vəzifələrdən biridir. Avropa Şurasının Təhsil islahatı ilə bağlı sənədlərdə ünsiyyətə səriştəlilik xarici dilin tədrisini ehtiva etməklə, həm də zəruri bir qabiliyyətin tələbələr arasında inkişafını nəzərdə tutur. Sosial şüurun ünsiyyət qatına yiyələnməyi ehtiva edən səriştəlilik təkcə psixoloji qabiliyyət deyil, həm də peşə hazırlığını gündən-günə təkmilləşdirən Universitet üçün tələbələrə aşılanan çətin situasiyalardan çıxış yolunun tapılmasında istiqamətlənmiş cəhdidir. Dövlət sənədlərində konturları müəyyən edilmiş bu qabiliyyətin aşılanması, onun tələbənin təfəkkürünün emalına çevrilməsi yolunda ADU-nun ixtisas və peşə kafedralarında məqsəd olaraq həyata keçirilir.ADU-da bu sahədə həm dilçilik, həm də linqvo-didaktik sahədə tədqiqatlar aparılıb, elmi məqalələr Avropa və Asiya məkanında çap olunub, dissertasiyalar müdafiə edilib, multikulturalizmə aid dərslik, dərs vəsaitləri çap olunub. Multikulturalizm laboratoriyasının və onunla birgə çalışan kafedraların elmi-tədqiqat istiqamətləri, dərslik və dərs vəsaitləri gənc kadrların sosial şüurunun davranış formasına səbəb olur və bu ADU-nun auditoriyalarında çox cidd-cəhdlə tədris olunur. Mədəniyyətin təlim obyekti kimi tədris prosesinə daxil edilməsi Universitetdə mədəni-təhsil situasiyasının yaranmasına səbəb olur. Hər iki laboratoriyanın sosial şüurun formalaşmasında təşəbbüsləri Azərbaycanın görkəmli elm və sənət adamları ilə pedaqoji kollektiv və tələbələrə emosional görüşləridir, bu prosesin gənc mütəxəssisin gələcək həyatında necə böyük rol oynadığı ictimai fikir adamlarına bəllidir.ADU-nun fəaliyyətdə olan qurumları bir ümumi istiqamət əsasında formalaşmışlar: tələbəyönümlü təhsilin perspektivlərini formalaşdırmaq, tələbə şəxsiyyətini cəmiyyətin tələbatlarına yönəltmək, kadr hazırlığının rəqəmsal əsrin istəklərinə uyğunlaşdırmaq müstəvisində təlim fəaliyyətini qurmaq.Sosial şüurun formalaşmasına təsir edən daha maraqlı bir məqam Universitetin hesabına tələbələrin elmi-bədii ədəbiyyatın-tələbənin oxumağı şərti ilə pulsuz paylanmasıdır. Hamı bilir ki, şüur - biliyin məcmusudur, bilik şüurun birinci xarakteristikasıdır. Universitet rəhbərliyi bu prosesdə tələbəyə qabaq-qarşı gəlib, onun biliyə yiyələnməsi üçün yataqxanada, tədris korpuslarında, koridorlarda təşkil etdiyi kitabxanalarla yanaşı tələbəyə evində kitabxana yaratmağa, şüurunu zənginləşdirməyə, kadr kimi yetişməyə həm maliyyə, həm də mənəvi dəstək olmuşdur.Qeyd etmək istərdim ki, tələbənin şüurun formalaşmasında ADU-da təhsil məkanı kifayət qədər mükəmməldir.Gələcək mütəxəssislərin ixtisas və peşə şüurunun formalaşmasında Universitetin rektoru şəxsən tələbələrin sosial təşəbbüslərinə, dövlət əhəmiyyətli tədbirlərin keçirilməsində iştiraklarına, 44 günlük Vətən müharibəsi ilə bağlı keçirilən tədbirlərdə, Ümummilli Lider Heydər Əliyevin anım və ad günlərində bu irsin mənimsənilməsində tələbənin sosial fəallığına xüsusi önəm verir. Tələbə çıxışları stimullaşdırılır, mükafatlandırılır, onlar pedaqoji prosesin idarə olunmasında vəzifələrə cəlb edilir. Tələbə şəxsiyyət olaraq Universitet həyatında özünü təsbit etmiş olur, ona səbəb isə Universitetdə yaradılmış sağlam əhvali-ruhiyyədir, informasiya və müəllim-tələbə qarşılıqlı münasibətlərinə istiqamətlənmiş məqsədli təhsil müstəvisidir.Rəqəmsal təfəkkürə və informasiyanın təsiri ilə morfologiyası dəyişmiş gənc insan auditoriyada tələbatlarının çoxfunksiyalılığı ilə fərqləndiyi ADU-nun professor-müəllim heyəti üçün reallıqdır. Bu qrup tələbələrlə iş Universitet rəhbərliyindən həddən artıq səy tələb edən dinamik davranış forması tələb edir, ona görə də tələbənin şəxsiyyətlərarası münasibətlərinin perspektivlərini müəyyənləşdirmək müvafiq strukturların vəzifə borcu olması Elmi Şuranın qərarlarında öz əksini tapır.Son olaraq qeyd etmək istərdik ki, ADU-da gələcək peşə sahiblərinin də dinamizm, mobillik, tolerantlıq, təşəbbüskarlıq və yeniliyə hazırlıq kimi şəxsi keyfiyyətlərin aşılanması bilik, bacarıq, yaradıcı fəallıq və istək üzərində formalaşdırılması prosesində məqsədəuyğun pedaqoji fəaliyyət həyata keçirilir. Universitetin tədris-təlim fəaliyyəti cəmiyyətin tələblərinə uyğun peşə və məqsədlərini həyata keçirmək üçün tələbələrin şüurunda zəmin hazırlayır.Məlum olduğu kimi, Dünya Universitetləri Reytinqi QS sahələri üzrə reytinqini (Subject Rankings 2023) açıqlayıb və yuxarıda qeyd edilən pedaqoji davranışların müvəffəq həllinə görə Azərbaycan Dillər Universiteti müasir dillər bölməsi üzrə 1500 təhsil müəssisəsi içərisində (301-304) yer alıb.Misgər MƏMMƏDOV,Əməkdar mədəniyyət işçisi © 2023Azərbaycan Dillər Universiteti

10.05.2023

ADU-nun tələbələri bədii yaradıcılıq müsabiqə festivalında iştirak edib

ADU-nun tələbələri bədii yaradıcılıq müsabiqə festivalında iştirak edib

Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) birgə qərarı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilmiş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan bədii yaradıcılıq müsabiqə festivalında iştirak ediblər.ADU-nun tələbələri adıçəkilən festivalda bədii qiraət, mahnı, rəqs nominasiyaları üzrə çıxış ediblər.Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, ADU-nun Elmi işlər üzrə prorektoru, professor Novruz Məmmədov, ali təhsil müəssisələrinin rəhbərləri, tələbələr və digər qonaqlar iştirak ediblər.Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə təşkil olunan bədii yaradıcılıq festivalı 2004-cü ildən başlayaraq hər il keçirilir. Layihənin məqsədi tələbələri milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltməkdir. Festival həmçinin tələbələrin mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərmək, incəsənət və mədəniyyətimizin ayrı-ayrı sənət növləri üzrə istedadlı gənclərin üzə çıxarılması, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək məqsədi daşıyır. Eyni zamanda festivalın keçirilməsi tələbə həmkarlar ittifaqı komitələrinin tələbələrin asudə vaxtlarının səmərəli və mənalı təşkilində, tələbə gənclərin cəmiyyət tərəfindən qəbul edilməyən mənfi hallara meylinin qarşısını almağa yönəldilib.

10.05.2023

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi Biləsuvar Təhsil Kompleksində qeyd olunub

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi Biləsuvar Təhsil Kompleksində qeyd olunub

Azərbaycan Dillər Universitetinin Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrası Təhsil-2 fakültəsinin tələbələri ilə birgə müasir Azərbaycanın memarı, Ümummilli Lider H.Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “H.Əliyev və dil siyasəti” adlı ədəbi-bədii kompozisiya və “Dil və mədəniyyət” adlı elmi-praktik seminardan ibarət 2 hissəli tədbir proqramı ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində oldu.“Təhsil millətin gələcəyidir”, deyən ulu öndərin ənənələrinə sədaqət göstərən Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullanın Biləsuvar Təhsil Kompleksi ilə imzaladığı qarşılıqlı əməkdaşlıq memorandumu xüsusi əhəmiyyət kəsb edir və orta təhsillə ali təhsil arasındakı körpünün daha əlçatan olduğunu göstərir. “Dil və mədəniyyət” adlı seminarı giriş sözü ilə açan Biləsuvar Təhsil Kompleksinin icraçı direktoru Aqşin Bağırov Azərbaycan Dillər Universitetinin Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının əməkdaşlarını salamladı və “Azərbaycan Dillər Universiteti bizim Təhsil Kompleksimizlə qarşılıqlı əməkdaşlıq memorandumu imzalamış ilk ali təhsil müəssisəsidir və bu əməkdaşlıq çərçivəsində biz çox əhəmiyyətli tədbirlər təşkil etmişik. Bu tədbirin də həmin tədbirlər kimi uğurlu olacağına inanıram”, fikirlərini söylədi. Sonra Aqşin müəllim seminar iştirakçılarına (Biləsuvar rayonu üzrə orta ümumtəhsil məktəblərinin fransız dili müəllimləri, Təhsil Kompleksinin müəllimləri, ADU-nun tələbələri və liseyin şagirdlərinə) Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının əməkdaşları məsləhətçi professor Çəmən Babaxanova, baş müəllimlər Kəmalə Kərimova və Anar Hacıyev, baş laborant Ləman Rüstəmovanı təqdim etdi.Seminarın moderatoru K.Kərimova bu qonaqpərvərliyə və təşkilatçılığa görə Aqşin Bağırovun şəxsində bütün Biləsuvar Təhsil Kompleksi əməkdaşlarına təşəkkürünü bildirdi və Universitet rəhbərliyinin və Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri professor Gülnarə Sadıxovanın salamlarını çatdırdı. Moderator qeyd etdi ki, Gülnarə xanımın “gələcəkdə bu təhsil ocağında fransız dilinin tədrisi nəzərdə tutularsa Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrası olaraq əlimizdən gələn metodik köməkliyi göstərməyə və tədris vəsaitləri ilə təminat baxımından sizlərə dəstək olmağa hazırıq”, fikrini sizə çatdırıram və bu gün burada təşkil etdiyimiz fransız dilinə və ədəbiyyatına dair nümunələrdən ibarət olan kitab stendi bu sahədə atılan ilk addımımızdır.Seminarda, Çəmən xanım “Xarici dilin tədrisində fənnlərarası inteqrasiya” mövzusunda çıxış etdi və orta ümumtəhsil məktəblərinin 9-cu sinif dərsliyində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr edilmiş mətnin bazasında öyrənilən dilin müxtəlif bölmələri arasında əlaqə; qrammatik, leksik materialların tədrisinə dair vacib metodik tövsiyyələrini verdi. Natiq xarici dil dərslərində mili şüur, sivilizasiya, özünü düzgün dərketmə və düzgün ifadəetmə məsələlərinə də toxundu.Seminarda 6-cı sinif şagirdlərinə “Özünü təqdimetmə” mövzusunda ilk fransız dili dərsi keçən Anar Hacıyevin dərsi həm şagirdlər, həm də müəllimlər tərəfindən çox bəyənildi. Özlərinin də qeyd etdiyi kimi həyatlarında “ilk dəfə fransızcanı eşidən şagirdlər, bəyəndikləri bu dərsdən sonra rəhbərliyə artıq liseydə fransız dili açmaq lazımdır”, mesajını verdilər.Kəmalə Kərimova “Dil və mədəniyyət” mövzusunda çıxışında fransız və Azərbaycan dili və ədəbiyyatındakı bəzi paralellərdən bəhs etdi və mövzu ilə əlaqədar qonaqlar da interaktiv şəkildə öz mülahizələrini bildirdilər. Liseydə təcrübədə olan ADU-nun Xarici dillərin tədrisi metodikası kafedrasının dosenti Akif Qasımovun və Biləsuvar 4 saylı orta məktəbin fransız dili müəllimi Cəlil Qurbanovun söylədikləri şeir nümunələri də bu təhlillərə xüsusi rəng qatdı.Seminarda III kurs tələbəsi Hacıyeva Lamiyə Əhməd bəy Ağaoğluna dair tədqiqatla çıxış etdi və IV kurs tələbəsi Namazova Fatimə “Si tu n’existais pas” adlı mahnını ifa etdi. İştirakçılar onları maraqlandıran suallara cavab verdilər və öz mülahizələrini də bildirdilər. Seminar iştirakçıları qeyd etdilər ki, interaktiv formada aparılan bu seminar elmi əsaslandırmalarla yanaşı, çox öyrədici, praktik və yaddaqalandır.“Heydər Əliyev və dil siyasəti” adlanan ədəbi-bədii kompozisiya adlı ikinci tədbirdə Ulu öndərə aid slaydlar, sevdiyi nəğmələr, ədəbiyyat nümunələri nümayiş etdirildi. “Azərbaycan” şeirinin müxtəlif dillərdə səsləndirilməsi zamanı səhnədə yer alan A.Qasımov və C.Qurbanovun spontan çıxışları hamının marağına səbəb oldu. Ulu öndərin Azərbaycana və öz xalqına olan sevgisi ilə yoğrulmuş, özünün də qeyd etdiyi kimi “ləzzətli Azərbaycan dili”ndə təşkil olunmuş bu tədbirdə Təhsil-2 fakültəsinin tələbələri həm də türk, rus, fransız və ingilis dillərində də materiallarla çıxış etdilər. Bir-birindən maraqlı səhnələrlə çıxış edən Bəxşəliyeva Zəhraxanım, Sadıqova Fatimə, Kərimzadə Fərid, Əliyeva Əsmər, Haqverdiyeva Nərmin (II kurs), Ağayeva Ceyla, Droşneva Yekaterina, Mursaqulova Səma, Hacıyeva Lamiyə (III kurs), Namazova Fatimə (IV kurs) hər dəfə zalın sürəkli alqışları ilə qarşılandılar.Tədbirin sonunda çıxış edən direktor müavini Təranə Orucova ADU-nun Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrası əməkdaşlarına və Təhsil-2 fakültəsinin tələbələrinə təşəkkürünü bildirdi və “Öyrənmənin yaşı yoxdur, mən bu gün sizin tədbirinizdən çox şeylər öyrəndim, bu gün nümayiş etdirdiyiniz bütün fəaliyyətiniz öyrətməyə istiqamətləndirilibdir”, deyə fikrini tamamladı.Sonda kafedranın əməkdaşları iştirakçılara bu diqqətə görə təşəkkürünü bildirdi. Ulu öndərin də qeyd etdiyi kimi “insan təhsilin əsasını orta məktəbdə alır, ona görə də təhsil sistemində orta məktəb önəmli yer tutmalıdır”, fikirlərini ifadə edən K.Kərimova şagirdlərə belə xitab etdi: “Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin Respublikamızın Azərbaycan Dillər Universiteti, Ali Neft Məktəbi, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Un iversitetləri kimi ali təhsil ocaqları ilə birgə sazişlərinin olması sizin şansınızdır. Çünki sizin hər birinizin qazana biləcəyiniz uğurların dəyərləndirilməsi üçün seçəcəyiniz ünvanlar lap yaxınınızdadır”.Tədbir çərçivəsində ADU-nun kollektivi Azərbaycan xalqının sevimli oğlu H.Əliyevin adına olan guşə və Milli Qəhrəman Mübariz İbrahimovun abidəsi önünə qərənfillər qoydular və xatirə şəkilləri çəkdirdilər.Tələbələr Təhsil Kompleksi ilə tanış oldular və şagirdlərin asudə vaxtlarının təşkili zamanı onlarla müxtəlif maraqlı mövzularla həmsöhbət oldular. 

08.05.2023

ADU-nun tələbələri tərəfindən Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib

ADU-nun tələbələri tərəfindən Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil-1 fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının baş müəllimi Fatimə Səmədzadənin rəhbərliyi ilə 20 saylı orta məktəbdə təcrübədə olan  tələbələr Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.Tədbirdə 6-cı sinif şagirdləri arasında müxtəlif viktorina və müsabiqələr keçirilib.Şagirdlər konsert proqramında müxtəlif xalqların rəqs və mahnılarını ifa  ediblər.Tədbirdə Moldova Respublikasının Azərbaycandakı səfiri Aleksandr Esaulenko iştirak edib. Cənab səfir tədbirin sonunda öz ürək sözlərini deyib, şagirdlərə patriotizm və multikulturalizm dəyərlərinin aşılanılmasına görə tələbələrimizə təşəkkürünü bildirib.Tədbirdən sonra tələbələrimiz metodist F. Səmədzadə ilə birlikdə Fəxri xiyabana gedib, H. Əliyevin məzarını ziyarət ediblər.

08.05.2023

ADU-da “Ümummilli lider Heydər Əliyev yolu Azərbaycan tarixinin uğur səhifəsi” mövzusunda inşa müsabiqəsi keçirilib

ADU-da “Ümummilli lider Heydər Əliyev yolu Azərbaycan tarixinin uğur səhifəsi” mövzusunda inşa müsabiqəsi keçirilib

Mayın 5-də Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi nəzdində Xarici dillər kafedrasının təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyev yolu Azərbaycan tarixinin uğur səhifəsi” mövzusunda  fransız, alman və ingilis  dillərində inşa müsabiqəsi keçirilib.  Müsabiqədə Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin müxtəlif kurslar üzrə 22 tələbəsi iştirak edib.Müsabiqənin münsif  heyətində f.e.d., dosent.N. Seyidova, f.e.n.dosent.Q. Əbdülrəhimova, b/m.K. Əliyeva, b/m.V. Əliyeva, b/m.A. Xudiyeva olub.Qaliblər təqdim olunmuş inşalar müsabiqəsi komissiyası tərəfindən seçilərək müəyyən olunub.Qaliblər:1. Günel Zeynallı - 262a - (Fransaşünaslıq ixtisası)2. Naura Əliyeva - 262a - (Fransaşünaslıq ixtisası)3. Ayşən Rzayeva - 262a - (Fransaşünaslıq ixtisası)4. Ayla Əhmədzadə -264r-(Amerikaşünaslıq ixtisası)5. Aytən Mirişova -264r-(Amerikaşünaslıq ixtisası)6. Ülviyyə Verdiyeva -358-(Almaniyaşünaslıq ixtisası)7. Ülviyyə Əliyeva -162r-(Amerikaşünaslıq ixtisası) İnşa müsabiqəsi bir daha göstərdi ki, Ümummilli lider Heydər Əliyev gənc nəslimizin yaddaşında daima qalacaq.

08.05.2023

Pedaqogika kafedrasının müəllimləri Təcrübə Mübadiləsi Proqramında iştirak ediblər

Pedaqogika kafedrasının müəllimləri Təcrübə Mübadiləsi Proqramında iştirak ediblər

Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzi və “Birgə və Sağlam” İctimai Birliyi arasında imzalanan qarşılıqlı əməkdaşlıq memorandumuna əsasən silsilə tədbirlər həyata keçirilir. Həmin tədbirlərin başlıca məqsədi ictimaiyyəti inklüziya, o cümlədən Autizm Spektr Pozuntusu haqqında məlumatlandırmaq və SİM şəxslərə düzgün münasibət aşılamaqdır.Tədbirlər çərçivəsində 26 aprel-05 may 2023-cü il tarixlərində Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının müəllimləri Autizm Mərkəzində Təcrübə Mübadiləsi Proqramında iştirak etmiş, mərkəzin fəaliyyəti, ABA (Tətbiqi Davranış Analizi) əsaslı Fərdi Təlim Planları ilə əyani şəkildə tanış olmuş, innovativ resursların uğurlu tətbiqini müşahidə etmişlər. Qeyd etmək lazımdır ki, imzalanmış memorandum çərçivəsində bundan əvvəl də universitet və mərkəzin birgə təşkilatçılığı ilə “Könüllü Proqram”ı həyata keçirilmiş, yüksək təlim göstəricilərinə malik, imtahan və müsahibə əsasında seçilmiş tələbələr Autizm Mərkəzində işlə təmin edilmişlər. 

08.05.2023

ADU-nun professoru “Fəxri doktor” diplomu ilə təltif edilib

ADU-nun professoru “Fəxri doktor” diplomu ilə təltif edilib

Azərbaycan Dillər Universitetinin (ADU) Fəlsəfə və ictimai elmlər kafedrasının professoru, iqtisad üzrə fəlsəfə doktoru Şəfəq Abdullayeva Beynəlxalq Psixologiya Akademiyasının “Fəxri doktor” diplomu ilə təltif edilib. Beynəlxalq Psixologiya Akademiyasının rektoru Valentina Kaçmala rəhbərlik etdiyi akademiyanın Fəxri doktor diplomunu təqdim etməkdən şərəf duyduğunu vurğulayıb.Şəfəq Abdullayeva ona verilən fəxri ada və göstərilən diqqətə görə Beynəlxalq Psixologiya Akademiyasının rəhbərliyinə və Elmi Şura üzvlərinə öz minnətdarlığını bildirib.Qeyd edib ki, bu ali mükafat iki ölkə arasındakı dostluq münasibətlərinin göstəricisidir və Ukrayna ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün atılan addımlardandır. Dostluq və qarşılığın etimad şəraitində Ukrayna ilə əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi və yeni perspektivlərin yaranması üçün bundan sonra da imkan və səy göstəriləcək.

08.05.2023

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan müsabiqə-festivalın yekun konserti keçirilib

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan müsabiqə-festivalın yekun konserti keçirilib

Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) birgə qərarı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilmiş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib.Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, ali təhsil müəssisələrinin rəhbərləri, tələbələr və digər qonaqlar iştirak ediblər.Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.Tədbirdə Ulu Öndər Heydər Əliyevin ötən əsrin 70-ci illərində respublikamızın həyatında gördüyü misilsiz işlərdən, o cümlədən kənd təsərüffat və sənaye sahəsinin inkişafında xidmətlərindən, elm və təhsilə olan diqqətindən, azərbaycanlı tələbələrin ittifaqının nüfuzlu ali təhsil müəssisələrinə oxumaq üçün göndərilməsindən, Bakıda hərbi liseyin açılmasından, ədəbiyyat və incəsənət xadimlərinə qayğısından, eləcə də müstəqil yaşamağı bacaran Azərbaycanı formalaşdırmasından danışılıb. Həmçinin Ümummilli Liderin müasir müstəqil Azərbaycanı qurmasından, xilaskarlıq missiyasından, dövlət quruculuğu strategiyasından, onun müəllifi olduğu siyasi kursun dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurlu davamı və bugünkü parlaq nəticələrindən bəhs olunub.Ardınca konsertdə ali təhsil müəssəsələrinin tələbələrinin ifasında müxtəlif musiqi və rəqs nömrələri, şerlər səsləndirilib.Müsabiqə-festivalda respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinin (musiqi təmayüllü ali təhsil müəssisələri istisna edilməklə) əyani şöbələrində təhsil alan tələbələrdən ibarət özfəaliyyət yaradıcılıq kollektivləri, dərnək və studiyaları, onlardakı solo ifaçılar, həvəskar müğənni, rəqqaslar, bədii qiraətçi, musiqiçilər, həmçinin orkestr və ansambllar (xor, xalq çalğı alətləri, estrada, vokal-instrumental, simli alətlər, aşıqlar və s.), rəqs kollektivləri (milli, müasir, bal və s.), solo ifaçılar (bədii qiraətçilər, müxtəlif musiqi alətlərində ifa edən fərdi ifaçılar, solo ifaçılar və s.) iştirak ediblər. Bədii yaradıcılıq müsabiqə-festivalına ümumilikdə respublika üzrə 25 ali təhsil müəssisəsi qatılıb.Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə təşkil olunan bədii yaradıcılıq festivalı 2004-cü ildən başlayaraq hər il keçirilir. Layihənin məqsədi tələbələri milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltməkdir. Festival həmçinin tələbələrin mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərmək, incəsənət və mədəniyyətimizin ayrı-ayrı sənət növləri üzrə istedadlı gənclərin üzə çıxarılması, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək məqsədi daşıyır. Eyni zamanda festivalın keçirilməsi tələbə həmkarlar ittifaqı komitələrinin tələbələrin asudə vaxtlarının səmərəli və mənalı təşkilində, tələbə gənclərin cəmiyyət tərəfindən qəbul edilməyən mənfi hallara meylinin qarşısını almağa yönəldilib.9-1.jpg 119.33 KB8-2.jpg 141.47 KB7-3.jpg 152.28 KB6-5.jpg 150.97 KB4-5.jpg 173.72 KB3-5.jpg 168.64 KB2-5.jpg 109.11 KB1-6.jpg 223.58 KB

07.05.2023

“Heydər Əliyev və diaspor quruculuğu” - dəyirmi masa

“Heydər Əliyev və diaspor quruculuğu” - dəyirmi masa

Azərbaycan Dillər Universitetinin Multikulturalizm Mərkəzi “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin təşkilatçılığı ilə 5 may 2023–cü il tarixdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və diaspor  quruculuğu” mövzusunda dəyirmi masa keçirilib. Multikulturalizm Mərkəzinin müdiri Loğman Rəşidzadənin moderatorluğu ilə keçən tədbirdə AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, t.ü.f.d. Zaur Əliyev geniş məzmunlu məruzə ilə çıxış edib.  Məruzədə Azərbaycan diasporunun bugünkü vəziyyətindən, strukturundan, xüsusiyyətlərindən geniş bəhs edilib. Göstərilib ki, azərbaycanlılar tarixən pərakəndə şəkildə uzun illərdir ki, dünyaya yayılmışlar. Təşkilatlanma, diaspora şəklində formalaşma son illərin məhsuludur. Bu da Ulu Öndər Heydər Əliyevin xarici siyasətinin prioritetlərindən birini təşkil edir. Məruzədə ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu bütün illərdə xüsusən, Azərbaycan müstəqillik əldə etdikdən sonra dünyaya səpələnmiş soydaşlarımızın təşkilatlanması, bir araya gəlib milli sifətlərini qoruması, Azərbaycan həqiqətlərinin bütün dünyaya bəyan edilməsinin təşkili barədə geniş bəhs edilib.Məruzə ətrafında geniş müzakirələr, sual cavab formatında diskussiya keçirilib Müəllim - professor heyətindən Qorxmaz Mustafayev, İbrahim Kazımbəyli, Asif Abbasov, Sevdagül Əliyeva, Əli Məmmədov və başqaları çıxış edərək xarici ölkələrdə formalaşan Azərbaycan diasporunun inkişaf yollarından, problemlərindən və Ulu Öndərin bu qurumlara qayğı və diqqətindən söz açmışlar. Çıxışlar debat şəklində müqayisəli təhlillərlə aparılmış, diaspora quruculuğunun spesifik məsələlərini əhatə edib.Tədbiri Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla yekunlaşdırıb. Maraqlı çıxış üçün məruzəçiyə təşəkkür edən rektor diaspor probleminə elmi – nəzəri cəhətdən yanaşmanın vacibliyini qeyd etdi və bu mühüm məsələnin Ulu Öndərin siyasi varisi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla aparıldığını vurğulayıb. Göstərib ki, 44 günlük Zəfər müharibəsi diaspor təşkilatlarına da mənəvi güc vermiş, onların yenidən toparlanması üçün stimul yaratmışdır. Onlar Azərbaycan dövləti ilə tərəfdaş və müttəfiq ölkələrin axtarışlarına daha intensiv qoşulmuşlar. Bunula da dəyirmi masa öz işini yekunlaşdırmışdır.

05.05.2023

Kamal Abdulla Yaponiyanın xarici işlər nazirinin müavini ilə görüşüb

Kamal Abdulla Yaponiyanın xarici işlər nazirinin müavini ilə görüşüb

Mayın 5-də Azərbaycan Dillər Universitetində (ADU) Yaponiyanın xarici işlər nazirinin parlamentar müavini xanım Yoşikava Yuumin və Yaponiyadan gələn nümayəndə heyəti ilə görüş keçirilib.ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnun olduğunu bildirib.Qeyd olunub ki, Yaponiya və Azərbaycan arasında sıx iqtisadi, siyasi, elmi və mədəni əlaqələr mövcuddur. Bu əlaqələrin inkişafı və daha da genişləndirilməsi istiqamətində bir sıra zəruri tədbirlər görülməkdədir:“Bu gün Yaponiya və Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətləri var. Bu münasibətlər özünü ən yüksək səviyyədə göstərməkdədir. Elmi və mədəni əməkdaşlıq baxımından da olduqca əlverişli imkanlarımız var. Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri beynəlxalq müstəvidə bizə yeni əməkdaşlıq və mübadilə imkanlarını təqdim edir. Bu gün universitetimizdə iyirmidən çox dil tədris olunur. Bu dillər arasında Yapon dilinin xüsusi yeri var. Tələbələrimiz Yapon dilinə, tarixinə, mədəniyyətinə böyük maraq göstərir.İstərdik ki, Yaponiyada fəaliyyət göstərən universitetlərin birində Azərbaycan dili və mədəniyyətini təmsil edən mərkəz də fəaliyyət göstərsin. Bu qarşılıqlı əməkdaşlıq baxımından olduqca əhəmiyyətli məna kəsb edir.  Yaponiyada fəaliyyət göstərən universitetlərin birində Azərbaycan dili və Mədəniyyəti mərkəzinin fəaliyyətə başlaması  ADU-da fəaliyyət göstərən Yapon Araşdırmaları Mərkəzi ilə həmin mərkəz arasında  sıx əməkdaşlıq münasibətlərinin qurulmasına da münbit şərait yaratmış olar. İnanıram ki, tezliklə bu istiqamətdə sizin də dəstəyinizlə mühüm addımlar atılacaqdır”.Yaponiyanın  Xarici işlər Nazirinin Parlamentar müavini xanım Yoşikava Yuumin səmimi qarşılanmaya və qonaqpərvərliyə görə universitet rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib.Qeyd olunub ki, ölkələr arasında bir çox sahələrdə əməkdaşlıq imkanları yüksək dəyərləndirilir və həyata keçirilir. ADU ilə Yaponiyada fəaliyyət göstərən universitetlərdən biri ilə əməkdaşlıq əlaqələrinin qurulmasının önəmindən danışan qonaq elmi, mədəni mübadilənin mümkünlüyünü diqqətə çatdırıb.Daha sonra qonaqlar ADU-da fəaliyyət göstərən Yaponiya Araşdırmalar Mərkəzi ilə tanış olublar. Yapon dilini öyrənən tələbələrlə söhbət edən xanım Yoşikava Yuumin xoş təssüratlarını ifadə edib. Yapon dilinə və mədəniyyətinə olan maraqdan məmnun olan qonaqlar tələbələrin suallarını cavablandırıblar. Gələcəkdə Yaponiyada təhsil almaq istəyən tələbələrin arzu və təklifləri dinlənilib.

05.05.2023

Yeni qitəyə

Yeni qitəyə "İki dahi" ilə... - Aynur Sabitova yazır

Azərbaycan Dillər Universitetinin Fransız dili və Mədəniyyəti Mərkəzinin müdiri, filologiya elmləri doktoru, professor Əsgər Zeynalovun "İki dahi" adlı əsəri Avstraliyada işıq üzü görüb. Kitab Adelaide şəhərində, "Digital Print Australia" nəşriyyatında çap olunub.Ölkəsinə, elinə, doğulduğu torpağa qəlbən bağlı olan vətənpərvər alimin əsərlərinin xarici ölkələrdə çıxan bütün nəşrləri kimi, bu kitabı da "Əsgər Məmməd oğlu Zeynalov 1951-ci il sentyabr ayının 27-də İrəvan yaxınlığındakı Zəngibasar mahalının Yuxarı Necili kəndində anadan olmuşdur" cümləsi ilə başlayır və həmin ifadə ilə də tamamlanır. Kitabda ədəbiyyatşünas alimin uzun illər Azərbaycan Dillər Universitetinin Praktik fransız dili və Qafqazşünaslıq kafedralarının müdiri, Tələbə Elmi Cəmiyyətinin sədri, hazırda həmin ali məktəbin Fransız dili və Mədəniyyəti Mərkəzinin müdiri olduğu diqqətə çatdırılır.Ə.Zeynalovun 40-a qədər kitabın, 400-dən artıq elmi-publisistik məqalənin müəllifi olduğu, İranda, Türkiyədə, Rusiyada, Serbiyada, Çində məqalələrinin, Rusiya, ABŞ, Fransa, Almaniya, İngiltərə, Kanada, Hindistan və İsveçdə monoqrafiyalarının çap edildiyi göstərilir. O da qeyd olunur ki, professor Ə. Zeynalov 2003-cü ildə "Fransız ədəbiyyatında Şərq" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib, müəllifin "Hüqo" monoqrafiyası 2012-ci ildə Azərbaycan Respublikası  Dövlət Mükafatına  təqdim olunub, Türk Dünyası Araşdırmalar Beynəlxalq Akademiyasının qızıl medalına layiq görülüb (2019). Müəllif müxtəlif vaxtlarda dahi fransız ədibləri La Fonten, Volter, Hüqo, Balzak, Stendal, Düma, Flobert , Merime və Mopassan haqqında məqalələr dərc etdirib.Azərbaycan dilindən ingiliscəyə dosent F.Abdullayevanın tərcümə etdiyi "İki dahi" əsərinin mühüm bir qismi Azərbaycanla bağlıdır. Volterin Astiaq əfsanəsinə baxışı, Zərdüştlük haqqında düşüncələri, Uzun Həsən, Şah İsmayıl Xətai, Nadir Şahla bağlı fikirləri son dərəcə maraq doğurur. Əsərdə diqqətə çatdırılır ki, Volterin "Zadiq, yaxud Tale" əsərində Zərdüştə tez-tez müraciət olunur, nümunələr gətirilir ki, bu da həm Anketil du Perronun 1771-ci il nəşrini, eləcə də fransız ədibinin "Esse"lərini bir neçə il qabaqlayır.Professor  Ə. Zeynalov bu monoqrafiyasında Volter yaradıcılığının Şərq qaynaqlarına, onun şərq mədəniyyətinə baxışlarını geniş surətdə təqdim edərək belə qənaətə gəlir ki, fransız ədibi bütün elmlərə - kimya, astrologiya, riyaziyyat, tibb, poeziyaya toxunaraq bu sahələrdə Şərq mədəniyyətinin güclü inkişafını və Avropanı bir neçə əsr qabaqladığını tutarlı faktlarla, müqayisələrlə təsdiqləyib.Fransız ədibin esselərində geniş söz açılan şərq xalqlarından biri də türklərdir: "V əsrdə onlar Roma imperiyasını darmadağın etdilər. İspaniyanı  və romalıların Afrikada malik olduğu yerləri tutdular, sonra Babilistan xəlifələrini özlərinə tabe etməsinin şahidi olduq". Volter türklərin, tatarların, skiflərin eyni mənşəli olduğunu, Atillanın da bu kökə mənsubluğunu yazır.Fransız ədibi türklərin son dərəcə məğrur olduğunu, sərtliklərini əcdadları skiflərdən alaraq qoruyub saxladıqlarını bildirdikdən sonra, 1453-cü ildə  Sultan II Mehmed tərəfindən İstanbulun fəthi üzərində geniş şəkildə dayanır. Konstantinopolu o dövr üçün dünyanın paytaxtı adlandıran Volter, 21 yaşlı II Mehmedin yüksək sərkərdəlik qabiliyyətini, üstün döyüş taktikasını, İstanbulu necə məharətlə aldığını heyranlıqla  təsvir edir.Monoqrafiyada Volterin "Zairə" və "Skiflər" faciələri də geniş surətdə təhlil süzgəcindən keçirilib.Ə.Zeynalov fransız ədibinin fikirlərini ehkam kimi qəbul etməyərək, məqamı gəldikdə, məsələlərə öz münasibətini bildirir.Monoqrafiyada bəhs olunan ikinci dahi Viktor Hüqodur. Əgər  Volter XIII əsr fransız maarifçiliyinin ən böyük simasıdırsa, Hüqo XIX əsr fransız romantizminin ən böyük nümayəndəsidir.Tədqiqatçı bu iki mütəfəkkir ədibin yaradıcılığı, həyatı, xarakterləri arasında bir sıra oxşar cəhətləri qabarıq şəkildə təqdim etməyə çalışıb. Bunlardan ən başlıcası hər iki ədibin  Şərqə müraciət edib, Şərq mövzusunda əsərlər yazmasıdır. Hüqonun öz sələfi haqqındakı məqalələri də diqqətdən qaçmır.Araşdırmada Hüqonun həyatının o qədər də asan olmadığı barədə tutarlı faktlar, mülahizələr var və monoqrafyada bu cəhətlər aydın şəkildə təqdim olunub.Kitabın "Hüqonun müasirləri" bölməsində, əvvəlki nəşrlərdən fərqli olaraq, yeni bir ad diqqət çəkir: "Jozef Artur dö Qobino". Əsərdə Qobinonun yaradıcılığı - şair, dramaturq, yazıçı, ədəbiyyatşünas, eyni zamanda, siyasi xadim kimi fəaliyyəti təqdim olunur. Onun Yunanıstanda, İranda, İsveçdə, Avstraliyada diplomat kimi fəaliyyət göstərməsi haqqında müəyyən qədər məlumat verilir və fransız ədibinin 80 səhifədən ibarət olan "Şamaxı rəqqasəsi" üzərində xüsusi dayanılır.1862-ci ildə qələmə alınmış "Şamaxı rəqqasəsi" əsərindəki  hadisələr rusların Şimali Azərbaycanı işğalından sonrakı vaxtlarda cərəyan  edir. Əsərdə Azərbaycan xalqının bir sıra adət-ənənələri, mədəniyyəti, etnoqrafiyası çox gözəl şəkildə öz əksini tapıb, bəzən də incəlikləri ilə təqdim olunub. Qobino Şamaxıda məşhur adamların təşrif buyurduqları bir məclisi təsvir edərkən oraya gətirilmiş musiqi alətlərindən söhbət açaraq yazır ki, "burada bizim gitaraya oxşar bir musiqi aləti var, onu tar adlandırırlar. Skripkaya oxşar, lakin qolu olan digər bir alətin adı kamançadır. Üçüncü, simli bir alət rübab adlanır. Dörduncü alət isə öz ritmləri ilə xüsusi qeyd olunmağa layiq və bütün Asiya musiqi alətlərindən fərqlənən tambur idi". Tar, kamança, rübab, tambur sözlərinin Qobinonun əsərində eynilə Azərbaycan dilində olduğu kimi təqdim edilməsi, əlbəttə, hər bir azərbaycanlı oxucuda fərəh hissi doğurur.Yaxud Qobino "Şamaxı rəqqasəsi" əsərində göstərir ki, "Şamaxıda məclisin təşkil olunduğu çox səliqəli, möhtəşəm zalda rəqs başladı və xeyli müddət davam etdi. Musiqi qurtaranda cuşa gəlmiş tamaşaçıların gurultulu alqışları az qala partlayışa çevrildi. Yalnız ispan Moreno yerində  donub qalmışdı. Morenonu müşaiyət edən, fransız dilini gözəl bilən, rəqs məclisindən cuşa gəlib, xüsusilə Um-Ceyhanənin rəqsinə heyran olub, "Cənnət" deyib qışqıran  Həsənov bəyan edir ki, mən mədəni bir adamam, Sankt-Peterburqda hərbi məktəbdə təhsil almışam, belə bir şey görməmişəm"."Hüqo və Azərbaycan" bölməsində ədibin əsərlərinin ölkəmizdə tədqiqi və tərcüməsi tarixinə ekskurs edilib, maraqlı mülahizələr irəli sürülüb. "Hüqonun poeziyası" bölməsində  Ə.Zeynalov Hüqonun 1843-cü il sentyabr ayının 4-də qızı Leopoldinanın faciəli ölümündən sonra 13 il müddətində yazdığı şeirlər, daha doğrusu qızının ölümünə həsr etdiyi və 1829-cu ildə yanvarın 14-də işıq üzü görmüş məşhur "Şərq motivləri" şeirləri tədqiqata cəlb olunub.Hüqonun 1831-ci ildə nəşr etdirdiyi "Paris Notr Dam kilsəsi" və böyük rus yazıçısı Lev Tolstoyun "fransız ədəbiyyatının ən yaxşı romanı" adlandırdığı "Səfillər" (1862) romanları müfəssəl araşdırılıb.Monoqrafiyada Hüqonun aforizmləri də yer alıb: "Ağız təkcə yemək üçün deyil, həm də yemək üçündür", "Dərdli adamlar yol getdikləri zaman heç vaxt geriyə dönüb baxmırlar, çünki onlar öz qara talelərinin dalınca gəldiklərini çox gözəl bilirlər", "Hamı xoşbəxt olmağı bacarmır", "Dünyada körpə qığıltısından gözəl himn yoxdur" və sair."Hüqonun mülahizələri" hissəsində XIX əsr fransız ədəbiyyatının görkəmli nümayəndələrindən Honore dö Balzak, Aleksandr Düma, Jorj Sand, Qustav Flober, Qui dö Mopassan, Jozef Artur dö Qobino haqqında oçerklər kitabın daha da zənginləşməsinə səbəb olub. Bu oçerklərdə Hüqonun həm də sadiq dost olduğu faktlarla oxucunun diqqətinə çatdırılır."Hüqo İslam dinini qəbul etmişdirmi?" oçerki monoqrafiyanın ən maraqlı hissələrindəndir. Bu barədə bir çox faktların üzə çıxarılmasında professor Ə.Zeynalov seneqallı alim Han İbrahimin zəhmət və xidmətlərini də dəyərləndirir.Monoqrafiyada Hüqonun islam dininə meyillənməsi haqqında bir sıra mülahizələr irəli sürülür, şəxsi düşüncələrlə yanaşı, qaynaqlara istinad da diqqət çəkir. Belə bir mülahizə maraq doğurur ki, o dövrün sıxıcı, əzici mühitində bir çox Qərb yazıçı, şair və mütəfəkkirləri azad, sakit, rahat bir dünya axtarırdı. Belə bir aləmin onlar üçün Şərqdə tapıla biləcəyini düşünürdülər. Məsələn, 1854-cü ildə İrana səfir kimi gələn Qobino 2 ildən sonra həyat yoldaşı və qızlarına Avropaya - Fransaya getməyi məsləhət bilir, özünü isə şərqli elan edərək burada qalacağını söyləyir.1840-cı ildə fransiz dilinə tərcümə edilmiş "Qurani-Kərim"i dərindən mənimsəyən Viktor Hüqonun İslam dinini qəbul etmək fikrinə gəlməsi, görünür, həyatın yaratdığı zərurətlərdən biri idi. Monoqrafiyada göstərildiyi kimi, 1885-ci il may ayının 22-də Hüqo dünyasını dəyişərkən Katolik kilsəsinin orqanı olan "Xaç" qəzetində yazılmışdı: "30 ildən bəridir ki, o (Hüqo) dəli olmuşdur". Müəllif qeyd edir ki, 30 il, təxminən fransız ədibinin Məhəmməd (s.a.s) Peyğəmbərə həsr etdiyi "Hicrinin doqquzuncu ili" poemasını yazdığı vaxta düşür.Professor Ə.Zeynalovun fransız mütəxəssisi, Parisdə fəaliyyət göstərən Viktor Hüqonun Dostları Cəmiyyətinin sədri Arno Lasterlə məktublaşması da kitabın diqqətçəkən səhifələrindəndir.Professor Əsgər Zeynalovun indiyədək Avropa, Asiya, Amerika qitələrində kitabları nəşr olunmuşdu. Avstraliyada azərbaycanlı ədəbiyyatşünasın "İki dahi" kitabının işıq üzü görməsi ilə onun yaradıcılığının yayıldığı  qitələrin sayı 4-ə çatdı. Sözsüz ki, onun "İki dahi" monoqrafiyasının Avstraliyada nəşr olunması Azərbaycan elminin mühüm nailiyyətidir. Fədakar və  zəhmətkeş alim, dəyərli ziyalı professor Əsgər Zeynalovu bu münasibətlə ürəkdən təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq. 

05.05.2023

ADU-nun tələbələri “Əbədi müstəqilliyimizin banisi” adlı tədbir keçirilib

ADU-nun tələbələri “Əbədi müstəqilliyimizin banisi” adlı tədbir keçirilib

Mayın 5-də Azərbaycan Diller Universitetinin Təhsil 2 fakültəsi nəzdində fəaliyyət göstərən Pedaqogika kafedrasının müəllimi Roza İsmayılovanın təşkilatçılığı ilə Natiq Tağıyev adına 212 nömrəli  tam orta məktəbdə təcrübədə olan tələbələr tərəfindən “Əbədi müstəqilliyimizin banisi” adlı tədbir keçirilib.Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Tələbə C. Gülçin tədbirlə bağlı məlumat verib.Məktəbin Təşkilatı işlər üzrə direktor müavini Rəna İsmayılova da çıxış edərək, Ulu öndərin Azərbaycan xalqının milli azadlıq və istiqlaliyyət tarixinin xilaskarı rolunu oyanmasından, müasir dünya tarixinə parlaq və silinməz iz qoymasından danışıb.Pedaqoq R.İsmayılova Ulu öndərin şərəfli həyat yolundan, gəncliyə, şagirdlərə, təhsilə göstərdiyi böyük diqqətindən söz açıb.  Tədbirdə Ümummilli lider Heydər Əliyevin şərəfli həyat yolundan və müdrik siyasi fəaliyyətindən bəhs edən şeirlər səsləndirilib, videoçarxlar və şəkillər nümayiş olunub. Tələbə və şagirdlərin Ulu öndər haqqında hazırladıqları məruzələr dinlənilib.Azərbaycanın memarı və qurucusu Ulu öndərin dövlətimizin müstəqilliyi, inkişafı, bu günü və gələcəyi üçün zəngin irs qoyduğu vurğulanıb.Ulu öndərin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin apardığı düzgün və məqsədyönlü siyasətin nəticəsi olaraq, torpaqlarımızın işğaldan azad edilməsi və bu şanlı Qələbənin tarixə qızıl hərflərlə yazılması Ulu öndərimizin ideyalarının əbədi yaşadığının bariz nümunəsi kimi qeyd edilib.

05.05.2023

ADU-da “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur” adlı tədbir keçirilib

ADU-da “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur” adlı tədbir keçirilib

Mayın 5-də Azərbaycan Dillər Universitetində (ADU) Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının dosenti K. Fərəcbəylinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev -- müasir Azərbaycan dövlətinin qurucusudur” adlı tədbir keçirilib.Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.İştirakçılarını salamlayan kafedra müdiri dosent Ə. Şirəliyev belə bir tədbirin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib.Təhsil-1 fakültəsinin 408b qrup tələbəsi Kübra Mustafazadə Heydər Əliyevin SSRİ dövründən başlayaraq siyasi kursu baradə geniş məlumat verib.ADU-nun Təhsil-1 və Təhsil-2 fakültələrinin tələbələri Səbuhi Mehdiyev, Həcər Mahmudova, Lamiyə Hüseynzadə, Xədicə Bəhmənli, İlahə Cəfərli, Gülsüm Xəlilova, Gülpəri Muradova Ulu Öndərin respublikamızın inkişafında göstərdiyi misilsiz xidmətlərindən bəhs ediblər.Tələbələr “Heydər Əliyev və multikulturalizm”,  “Heydər Əliyev və gənclər siyasəti”, “1993-2003 illər ərzində ulu öndərin daxili və xarici siyasəti”, “Heydər Əliyevin ordu quruculuğundakı rolu”, “Heydər Əliyevin Azərbaycan təhsilinə və elminə göstərdiyi qayğı” mövzularında çıxış ediblər.Kafedranın müəllimləri dos. Z. Quliyeva, b/m. J. Mehrəliyeva, b/m.  İ. İsgəndərova Ümummilli liderin müəllim peşəsinə verdiyi diqqət və qayğıdan, elm və təhsilə verdiyi töhfələrdən bəhs ediblər.

05.05.2023

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo