Rusiyanın ölkəmizdəki səfiri ADU-nun qonağı olub

Rusiyanın ölkəmizdəki səfiri ADU-nun qonağı olub

Oktyabrın 6-da Rusiya Federasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Azərbaycan Dillər Universitetinin qonağı olub.ADU-nun rektoru, akademik Kamal Abdulla səfiri salamlayıb, onu universitetdə görməkdən məmnun olduğunu bildirib. Səfirə yeni işində uğurlar arzu edən rektor qarşılıqlı əlaqələrin yüksək etimad və inam üzərində qurulduğunu deyib.Qeyd olunub ki, Azərbaycan və Rusiya arasında iqtisadi, siyasi və mədəni əlaqələr yüksələn xəttlə inkişaf etməkdədir:“Bu gün əlaqələrimizin yüksələn xətlə inkişafı özünü bir sıra sahələrdə göstərməkdədir. Bu sahələrdən biri də elm və mədəniyyət sahəsidir. Biz bu sahədə olan əlaqərimizin daha da inkişaf etdirilməsində maraqlıyıq. Qarşılıqlı mədəniyyət və elm mərkəzlərinin fəaliyyət göstərməsi yeni elmi və mədəni əlaqələrin qurulması baxımından olduqca önəmlidir.Belə əlaqələr sırasında bu yaxınlarda ADU ilə Çeçenistan Dövlət Pedaqoji Universiteti arasında keçirilən əməkdaşlıq görüşlərini qeyd etmək olar. İnanırıq ki, bu kimi elmi görüşlər həm müəllimlərimiz, həm də tələbələrimiz üçün faydalı olacaqdır”.Səmimi qarşılanmaya və xoş sözlərə görə minnətdarlığını bildirən səfir elmi və mədəni əlaqələrin perspektivləri, yeni üfüqləri və imkanları haqqında danışıb. Qeyd olunub ki, qarşılıqlı şəkildə mədəni mərkəzlərin fəaliyyəti müsbət haldır. Dillərin öyrənilməsi və istifadə imkanlarını müzakirə edən qonaq Azərbaycan dilinin əhəmiyyətindən danışıb.Bildirilib ki, Azərbaycan və rus dillərinin qarşılıqlı şəkildə öyrənilməsi əlaqələrin qurulması və inkişaf etdirilməsi baxımından mühüm önəm kəsb edir.  Görüşdə hər iki dilin – həm Azərbaycan, həm də rus dilinin öyrənilməsi və tədqiqi yönündə dərsliklərin hazırlanması, mütəxəssislər tərəfindən dərslərin keçirilməsi məsələləri, həmçinin Rusiyada fəaliyyət göstərən universitetlərlə ADU arasında elmi əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub.Daha sonra universitet kollektivi adından səfirə xatirə hədiyyəsi təqdim olunub, qonaq ADU-nun Rusiyaşünaslıq Mərkəzi və Heydər Əliyev Lektoriyası ilə tanış olub. 

06.10.2024

Rus dilində «Novruz bayramı» adlı tədbir keçirilib

Rus dilində «Novruz bayramı» adlı tədbir keçirilib

Azərbaycan Dillər Universitetində Regionşünaslıq kafedrası, Rusiyaşünaslıq və Azərbaycanşünaslıq Mərkəzlərinin birgə təşkilatçılığı ilə Rus dilində “Novruz bayramı” adlı tədbir keçirilib.Tədbirdə  Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı prof. İbrahim Kazımbəylinin Novrüz bayramı münasibəti ilə iştirakçıları təbrik edib, Novruz bayramının xalqımızın mədəniyyətinin qorunub saxlanılmasında xüsusi yeri olduğunu bildirib.MBR fakültəsinin birinci kursda olan rus bölməsi qrupları arasında xonça müsabiqəsi keçirilib. Britaniyaşünaslıq ixtisası üzrə 165-R, Amerikaşünaslıq ixtisası üzrə 170-R,  Yaponiyaşünaslıq ixtisası üzrə 179 –R qrupları milli adət ənənələri nəzərə alaraq, Novruz atributlarına uyğun xonça dizayn etdiklərinə görə münsiflər heyəti tərəfindən yüksək qiymətləndiriblər.Rusiyaşünaslıq Mərkəzinin direktoru baş müəllimə Diana Hüseynzadə Novruz ərəfəsində hazırlıq işləri haqqında tələbələrə geniş məlumat verib.170- R qrup tələbəsi Milana Muradova –Novruzun tarixi kökləri, həmin qrupun tələbələri Aysel Məmmədzadə və Aliyə Məmmədova Novruz süfrəsi qurub, onun qaydaları haqqında danışıblar.165-ci qrupun tələbələri Radmila Dadaşova, Zemfira Rəcəbli və Şərqiyyə Salayeva Novruzda falları ilə bağlı əyləncəli səhnə göstəriblər.179-cu qrupun tələbələri Rəna Quliyeva, Yaşar Osmanov, Ülkər Osmanova, Vəsilə Hacıyeva, Nigar Məmmədova Azərbaycanda qeyd edilən çərşənbə axşamları ilə yaponların çərşənbə gününə münasibət haqqında müqayisəli təhlillə çıxış ediblər. Tədbirin sonunda bütün iştirakçılar yumurta döyüşüb və qədim xalq oyunları oynayıblar.Qaliblər hədiyyə ilə mükafatlandırılıb.

18.05.2024

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib

Martın 12-də Azərbaycan Dillər Universitetində (ADU) BMR fakültəsi nəzdində Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyinə həsr edilmiş “Naxçıvanın Azərbaycanın tərkibində saxlanılmasında Türkiyənin tarixi missiyası” adlı tədbir keçirilib.Tədbirdə prorektorlar, kafedra müdirləri, müəllimlər və tələbələr iştirak ediblər.Tədbiri giriş sözü ilə açan fakültə dekanı, professor İbrahim Kazımbəyli Naxçıvanın Azərbaycanın tərkibində saxlanılması və bu prosesdə Türkiyənin tarixi missiyası barədə danışıb.Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Namiq Kərimov “Türkiyənin Cənubi Qafqaz siyasəti və Naxçıvan” mövzusunda çıxış edərək Türkiyənin Naxçıvanla bağlı siyasətini hərbi, siyasi və diplomatik aspektdə dəyərləndirib.Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müəllimi Günay Məmmədzadə “Naxçıvanın statusu ilə bağlı Qars və Moskva müqavilələrinin imzalanmasında Türkiyənin rolu” mövzusunda çıxış edib. O, çıxışında hər iki müqavilədə Naxçıvanın statusu məsələsi ilə bağlı Türkiyənin göstərdiyi səylər nəticəsində Azərbaycanın ərazi bütövlüyünün təmin olunduğunu bildirib.Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müəllimi Zeynəb Qubiyeva “Könül körpüsü – Naxçıvanın xilası” adlı məruzəsində Könül körpüsünün yaranması, onun əhəmiyyəti və Naxçıvan Türkiyə münasibətlərindən bəhs edib.Sonda müzakirələrdə iştirak edən Elmi işlər üzrə prorektor Novruz Məmmədov mövzu ilə bağlı fikirlərini bildirib.

12.05.2024

“Azərbaycan Xalq Cümhuriyyəti: dövlətçilik tariximizin siyasi təhlili” mövzusunda dəyirmi masa keçirilib

“Azərbaycan Xalq Cümhuriyyəti: dövlətçilik tariximizin siyasi təhlili” mövzusunda dəyirmi masa keçirilib

Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsi nəzdində Beynəlxalq münasibətlər kafedrası, Doktorantura şöbəsi və Siyasi araşdırmalar mərkəzinin birgə təşkilatçılığı ilə 28 mart 2024-cü il tarixində “Azərbaycan Xalq Cümhuriyyəti: dövlətçilik tariximizin siyasi təhlili” mövzusunda dəyirmi masa keçirilib. Tədbiri giriş sözləri ilə açan moderator Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı prof. İbrahim Kazımbəyli  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2023-cü il sərəncamına əsasən Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi münasibətilə “Azərbaycan Xalq Cümhuriyyəti: dövlətçilik tariximizin siyasi təhlili” mövzusunda dəyirmi masanın keçirilməsinin vacibliyini vurğulayıb. İbrahim Kazımbəyli açılış nitqində Məmməd Əmin Rəsulzadənin şəxsiyyəti timsalında onun siyasi fəaliyyətindən, Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu və mühacirət dönəmində Azərbaycan üçün gördüyü işlərdən bəhs edib. Tədbirin məruzəçisi Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri t.e.d Firdovsiyyə Əhmədova  “M.Ə.Rəsulzadə şəxsiyyəti nümunəsində düşüncə və əməlin vəhdəti” mövzusunda çıxış edərək M.Ə.Rəsulzadənin vətənpərvər, dahi və görkəmli şəxsiyyət kimi Azərbaycan xalqının, ümumillikdə  dövlətçiliyimizin inkişafındaki xidmətlərindən bəhs edib. Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb. Mövzu ilə bağlı  ADU-nun Elm və innovasiyalar məsələləri üzrə prorektoru Novruz  Məmmədov və siyasi araşdırmalar mərkəzinin müdiri Əli Məmmədov öz fikirlərini bildiriblər.  

29.03.2024

ADU-da “Novruz adətləri” adlı tədbir keçirilib

ADU-da “Novruz adətləri” adlı tədbir keçirilib

Azərbaycan Dillər Universitetinin Regionşünaslıq kafedrası, Azərbaycanşünaslıq Mərkəzi və Magistratura şöbəsi tərəfindən “Novruz adətləri” adlı tədbir keçirilib.Tədbiri giriş sözü ilə açan Regionşünaslıq kafedrasının müdiri professor Sevdagül Əliyeva Novruzun gəlişindən və əhəmiyyətindən bəhs edib.Regionşünaslıq kafedrasının baş müəllimi t.ü.f.d Təranə Quluzadə “Novruz Bayramının əsas atributları” haqqında məlumat verib. Novruz öncəsində qeyd edilən hər çərşənbə axşamı onların qeyd edilməsi qaydaları və həmin günlərdə istifadə edilən atributlardan danışılıb.Regionşünaslıq kafedrasının baş müəllimi Şəfa Əbdürrəhmanova “Novruz oyunları”  mövzusunu təqdim edib.Tədbirdə, həmçinin, yaddan çıxan, müasir gənclər və uşaqların demək olar ki oynamadığı və hətta adları belə bilmədiyi oyunlar haqqında danışılıb. “Çövkən”, “Baharbənd”, “Bənövşə”, “Çilingağac” oyunlarının  şərtləri və real gedişatı barəsində geniş məlumat verilib, “Çilədi” və  “Beşdaş” oyunları tələbələr tərəfindən oynanılıb.Magistratura şöbəsinin Regionşünaslıq kafedrasında pedaqoji təcrübə keçən  tələbəsi “Novruz bayramının tarixi kökləri” barəsində  Hənifə Əhmədova “Novruz falları” haqqında magistrant Bənövşə Behudova, “Novruz süfrələri və şirniyyatları” haqqında magistrant Gülnar Tahirli məlumat veriblər.“Novruz mərasimləri” haqqında Regionşünaslıq kafedrasında istehsalat təcrübəsi keçən  IV kurs tələbəsi Hüseyn Nağıyev  Novruzun simvolları haqqında məlumat verdi.Beynəlxalq Münasibətlər və Regiuonşünaslıq fakültəsinin dekanı prof. İbrahim Kazımbəyli tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, milli adət ənənələrimizin yaşadılması və qorunmasının vacibliyini qeyd edib və iştirakçılara və təşkilatçılara təşəkkürünü bildirib.Tədbirin sonunda bütün iştirakçılar yumurta döyüşüb və qədim xalq oyunları oynayıblar. Qaliblər hədiyyə ilə mükafatlandırılıb.

18.03.2024

ADU-da “Məhəmməd Əmin Rəsulzadə görkəmli ictimai-siyasi və dövlət xadimi kimi” mövzusunda dəyirmi masa keçirilib

ADU-da “Məhəmməd Əmin Rəsulzadə görkəmli ictimai-siyasi və dövlət xadimi kimi” mövzusunda dəyirmi masa keçirilib

Martın 15-də Azərbaycan Dillər Universitetində BM və Regionşünaslıq fakültəsi, “Azərbaycanşünaslıq” Elmi Mərkəzi və Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə “Məhəmməd Əmin Rəsulzadə görkəmli ictimai-siyasi və dövlət xadimi kimi” mövzusunda dəyirmi masa keçirilib.Dövlət Himni səsləndirilib.Daha sonra BM və Regionşünaslıq fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli dəyirmi masanın əhəmiyyətindən danışıb.Qeyd olunub ki, Məhəmməd Əmin Rəsulzadə böyük tarixi şəxsiyyət olmaqla yanaşı, həm də gözəl insan, xalqına bağlı ictimai-siyasi xadim olub.“Azərbaycanşünaslıq” Elmi Mərkəzinin baş elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidi M.Ə.Rəsulzadənin ictimai-siyasi fəaliyyətinə, həyat və yaradıcılığına nəzər salıb.Qeyd olunub ki, Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının böyük tarixi əhəmiyyəti var.Bildirib ki, Rəsulzadə sosial-demokratik, ictimai siyasi, maarifçilik, milli özünüdərk və milli kimliyin dərk edilməsi istiqamətində fəaliyyəti ilə milli ideologiyanın nəzəri əsaslarını qoyub. Tarixçi ictimai fikirdə azərbaycançılıq ideyasının yaranması, milli dövlətin formalaşmasına əngəl yaradan rus çarizminə qarşı mübarizə və cəmiyyətin siyasi fəallığa cəlb edilməsində Rəsulzadənin xidmətlərindən söz açıb.Tədbir tələbələrin sualları ilə davam edib.

18.03.2024

8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib

8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib

Martın 7-də Azərbaycan Dillər Universitetində (ADU) 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.ADU-nun Elmi işlər üzrə prorektoru, professor Novruz Məmmədov rektor, akademik Kamal Abdullanın xanım əməkdaşlara ünvanladığı təbrikləri çatdırıb. Prorektor xanım əməkdaşlara ən xoş arzularını bildirib.  Qeyd olunub ki, Azərbaycan qadınları tarixin bütün dönəmlərində cəmiyyətin hərəkətverici qüvvəsi, milli-mənəvi dəyərlərimizin əsas daşıyıcısı olub. ADU-nun MHİK-nin sədri, dosent Misgər Məmmədov bütün xanımlara sağlıq və xoşbəxt həyat arzu edib.Qeyd olunub ki, qadınların dövlət strukturlarında iştirakını təmin etmək və onları həyatın bütün sahələrində fəal iştiraka cəlb etmək cəmiyyətin davamlı inkişafının bir hissəsinə çevrilib. Tədbir bədii hissə ilə davam edib.

07.03.2024

Xarici dillərin tədrisi metodikası kafedralarının müəllimləri üçün növbəti seminar keçirilib

Xarici dillərin tədrisi metodikası kafedralarının müəllimləri üçün növbəti seminar keçirilib

Azərbaycan Dillər Universitetinin Pedaqogika və Xarici dillərin tədrisi metodikası kafedralarının müəllimləri üçün növbəti seminar keçirilmişdir.Pedaqogika kafedrasının müdiri dos.N.Zeynalova, Təhsil 1 fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri dos.G.Şirəliyeva, Əlavə Təhsil, Təcrübə və Karyera şöbəsinin müdiri N.Aşurov seminarda iştirak etmiş, giriş nitqi söyləmişdir.Pedaqoji təcrübənin təşkili, yeni qiymətləndirmə meyarları, hesabatın hazırlanması, təqdimatı və s. məsələlər haqqında geniş məlumat verilmiş, müəllimləri maraqlandıran suallar əsasında müzakirə olunmuşdur. 

07.03.2024

Rumıniyalı professor tərəfindən ustad dərs keçirilib

Rumıniyalı professor tərəfindən ustad dərs keçirilib

Azərbaycan Dillər Universitetində Rumıniyanın İvan Kuza adına Yassı Univeristetinin professoru İulian Moganın universitetin Regionşünaslıq kafedrasının müəllimləri və kafedrada təcrübədə olan magistr və tələbələrinə ustad dərsi keçirilib.İ.Moga “Qərbi Roma İperiyası dönəmində Anadoluda dini yazılar” adlı təqdimatla çıxış edib, bu mövzuda sualları cavablandırıb. Dərsin sonunda həmçinin Rumuniya və xüsusilə də Yassı şəhərinin tarixi və görməli yerlərindən bəhs edilib.İ.Moga Erasmus Mundus programı çərçivəsində ADU-da tədqiqatdadır və o Regioşünaslıq kafedrsının müəllimlərinin  dərslərində olub, kafedranın işi ilə tanış olub.Bildirilib ki, İulian Moga 20 ildən çoxdur ki, Yassı Unversitetində çalışır, o 40 dan çox məqalənin və Qədim Anadoluda dini həyəcan: Günəş və Ay tanrıları üçün kult və sədaqət formaları (Colloquia Antiqua)” və “Menora və Tövrat arasında: Antik dövrdə Avropa yəhudi diasporunun yaranması” kitablarının müəllifidir. İ.Moga öz fəlsəfə doktorluq dərəcəsini Fransada müdafiə etmiş və əsasən “Roma imperiyası dövründə qədim Anadoluda din və yəhudilər, xristianlar və bütpərəstlər arasında qarşılıqlı əlaqə” üzrə ixtisaslaşıb.Ustad dərs müəllim və tələbələrin suallarına cavablar və ümumi şəkil çəkdirməklə başa çatıb.

06.03.2024

Türkiyədə Kamal Abdullanın yaradıcılığına həsr olunan kitab işıq üzü görüb

Türkiyədə Kamal Abdullanın yaradıcılığına həsr olunan kitab işıq üzü görüb

Türkiyədə Xalq yazıçısı, akademik Kamal Abdullanın yaradıcılığından bəhs edən “Psikanalitik, Arketipsel ve Postmodern Göstergeler Çerçevesinde Kamal Abdulla'nın Romanları” adlı yeni kitab işıq üzü görüb.Kitab Türkiyənin Hacı Bayram Vəli Universitetinin Çağdaş Türk Dialektləri və Ədəbiyyatı Bölməsinin professoru Figen Güner Dilekin rəhbərliyi ilə Fatih Kəskin tərəfindən yazılmış “Kamal Abdullanın romanlarında struktur, mövzu və təhkiyə” adlı doktorluq dissertasiyasının yenidən təşkili ilə ərsəyə gəlib.Kitabın müəllifi Fatih Kəskin çağdaş ədəbi-nəzəri fikrə, sufizm, buddizm, freydizm, yunqçuluq və s. kimi təlimlərə, ən başlıcası isə özünün söz və sənət duyumuna arxalanıb sistemli şəkildə Kamal Abdulla romanlarındakı incəliklərə varır və inandırıcı fikirlər irəli sürür.Müxtəlif elektron kitab satışı saytlarında oxucuların ixtiyarına verilən yeni nəşr akademik Muxtar İmanovun bu fikirləri ilə təqdim olunub:“Kamal Abdullanın romanları (bütövlükdə bədii yaradıcılığı) oxucunu müxtəlif cavablı suallar qarşısında qoyur və oxucu düşüncəsini hərəkətə gətirir. Mütləq həqiqətdən qaçıb “çoxhəqiqətlilik” səhnələrini qələmə alan yazıçı imkan yaradır ki, bu səhnələrdə oxucu öz həqiqətini və yaxud həqiqətlərini tapa bilsin. Fatih Kəskin sıravi oxucu yox, ciddi araşdırmalar aparan oxucudur.Fatih Kəskinin böyük zəhmət və istedad bahasına ərsəyə gəlmiş Kamal Abdulla romanlarında struktur, mövzu və ideya istiqamətləri əsaslı monoqrafiyasının ədəbi camiədə maraqla qarşılanacağı şəksiz-şübhəsizdir”.Fatih Keskin isə qeyd edib ki, əsərləri sürətlə müxtəlif dünya dillərinə tərcümə olunan Kamal Abdulla həm türk mədəniyyətinin dərin qatlarını, həm də çağdaş ədəbi istiqamətləri əsərlərinə uğurla tətbiq edib. Belə ki, Kamal Abdulla Azərbaycanın Sovet İttifaqından ayrılaraq müstəqilliyini qazanmasıyla birlikdə postmodernizmə meyillənən çağdaş Azərbaycan ədəbiyyatının getdiyi istiqamətin müəyyənləşməsində örnək göstəriləcək müəllifdir. Bu araşdırmada Kamal Abdullanın roman janrındakı əsərlərinin tədqiqata cəlb olunmasının əsas səbəblərindən biri onun romanlarının təhlil edilməsi ilə Azərbaycan ədəbiyyatının hal-hazırkı inkişaf mərhələsiylə bağlı vacib qənaətlər hasil etməyin mümkünlüyüdür. Bununla yanaşı, Kamal Abdulla ilə bağlı olan bu araşdırmanın bir məqsədi də gələcəkdə Azərbaycan ədəbiyyatının inkişafı haqqında tədqiqatlar aparacaq ədəbiyyat tarixçilərinə elmi meyarlar daxilində bəzi əsas məlumatları təqdim etməkdir.Alim daha sonra bildirib ki, tədqiq edilən mətnlərin reseptiv estetikaya və multidisiplinar metoda əsasən yazıldığını nəzərə alaraq, araşdırmadakı təhlillərdə ənənəvi analiz metodları ilə yanaşı, postmodern nəzəriyyəyə də müraciət edilib. Bundan başqa romanların dərindən təhlil edilməsi və mətn içindəki semiotik işarələrin daha açıq şəkildə anlaşılması üçün ədəbiyyatdan başqa psixologiya, sosiologiya, fəlsəfə, fenomenologiya, semiotika, mifologiya, teologiya və tarix kimi müxtəlif sahələrin metodlarından da istifadə edilib.Qeyd edək ki, kitab Kutlu Yayınevində, Akademik Bilim yayınlarında nəşr olunub.

06.03.2024

“Keyfiyyətin təminatı və strateji inkişaf planının icrasına nəzarət komissiyası”nın ilk iclası keçirilib

“Keyfiyyətin təminatı və strateji inkişaf planının icrasına nəzarət komissiyası”nın ilk iclası keçirilib

Azərbaycan Dillər Universitetində Filologiya fakültəsi nəzdində fəaliyyət göstərən “Keyfiyyətin təminatı və strateji inkişaf planının icrasına nəzarət komissiyası”nın ilk iclası keçirilib.İclasda 2020-ci ildə təsdiqlənmiş Filologiya fakültəsi üzrə ixtisas proqlamları (İngilis, alman, fransız, ispan, azərbaycan, rus dilləri və ədəbiyyatı, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, İngilis, alman, fransız dilləri və ədəbiyyatı müəllimliyi, Jurnalistika) müzakirə edilib. Bəzi seçmə fənlərin adları ilə bağlı dəyişikliklər, fənlərin tədris semestrləri ilə bağlı kafedralar tərəfindən təklif olunan dəyişikliklər komissiya üzvləri tərəfindən təhlil olunub. Bundan başqa, təhsil proqramlarında fənlərin təlim nəticələrinin yenidən redaktəsi, onların imtahan təlim nəticələri ilə müqayisəsi aparılıb, məzun və peşə kompetensiyalarının fənlər ilə uyğunluğu təhlil olunub və kompetensiya xəritəsində öz əksini tapıb.Müzakirə olunan məsələlərdən biri də imtahanda yazı modulunun (essenin) qiymətləndirmə meyarı olub.

05.03.2024

ADU Konfutsi İnstitutu ilə Qərbi Kaspi Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

ADU Konfutsi İnstitutu ilə Qərbi Kaspi Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu ilə Azərbaycan Qərbi Kaspi Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.Sazişi Qərbi Kaspi Universitetinin Qəyyumlar Şurasının sədri, professor Hüseyn Bağırov və Konfutsi İnstitutunun direktorları Li Jihua və Rafiq Abbasov imzalayıb.Sazişin əsas məqsədi Azərbaycan və Çin arasında təhsil və elm sahəsində əməkdaşlığın genişləndirilməsi, humanitar elmlər sahəsində mütəxəssislərin hazırlanması, Çin dili və mədəniyyətinin tədrisi, birgə tədqiqat layihələrinin həyata keçirilməsi, tələbə, tədris və elmi kadrlar mübadiləsi, birgə elmi konfrans və seminarların təşkili, elmi-metodiki ədəbiyyatın nəşr edilməsidir.İmzalanma mərasimində çıxış edən Qərbi Kaspi Universitetinin Qəyyumlar Şurasının sədri, professor Hüseyn Bağırov Azərbaycan gənclərinin Çin dili və mədəniyyətinin öyrənilməsinə marağının artdığını, Çin və Azərbaycan universitetləri arasında tələbə mübadiləsinin və əməkdaşlığın genişləndiyini qeyd edib.O, Qərbi Kaspi Universitetində yaradılan Konfutsi İnstitutu sinfinin Çin dilinin tədrisi üçün mühüm platformaya çevriləcəyinə və ənənəvi Çin-Azərbaycan dostluğunun möhkəmlənməsinə, iki ölkə arasında təhsil və humanitar sahədə əməkdaşlığın genişləndirilməsinə və Azərbaycanda peşəkar çinşünaslıq təhsilinin inkişafına töhfə verəcəyinə əmin olduğunu ifadə edib.Professor, həmçinin, Qərbi Kaspi Universitetinin Çin dilinin tədrisinə, müasir Çinin öyrənilməsinin aktual istiqamətləri üzrə tələbə elmi-tədqiqat işlərinin təşkilinə və ölkələrimiz arasında mədəniyyətlərarası dialoqun təşviqinə böyük önəm verdiyini vurğulayıb.Tədbirdə çıxış edən Çinin Azərbaycandakı səfirliyinin müşavir-elçisi Din Tao deyib: “İki dövlət başçılarının strateji rəhbərliyi altında Çin və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasından ötən 31il boyunca Çin-Azərbaycan münasibətləri hər iki xalqın rifahı naminə müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq davamlı şəkildə inkişaf edib, dərinləşib və möhkəmlənib.Çinin Sədri Si Cinpin dünya sivilizasiyalarının müxtəlifliyinə hörmətlə yanaşmağı tövsiyə edərək, sivilizasiyalar arasında bərabərlik, qarşılıqlı öyrənmə, dialoq və tolerantlıq prinsiplərinə sadiqliyin vacibliyini vurğulayaraq Qlobal Sivilizasiya Təşəbbüsünü irəli sürüb. Bu kontekstdə Çin-Azərbaycan münasibətləri arasında humanitar əməkdaşlıq yüksək perspektivlər göstərərək, Çin dilini öyrənən və Çin mədəniyyətindən ilham alan azərbaycanlı gənclərə daha əlverişli imkanlar yaradıb. Gələcəkdə daha çox azərbaycanlı tələbələr Çin mədəniyyətinin dərinliyini yaxından öyrənəcək, Çin xalqının mehribanlığını və səmimiliyini duyacaq, Çin modernləşmə üslubu dövrünün nəbzini hiss edərək, Çinə səfər edəcək və orada oxuyub işləyəcəklər. Onlar iki ölkə arasında dostluq səfiri və əməkdaşlıq “körpüsü”nə çevriləcəklər, eləcə də, Çin-Azərbaycan ortaq gələcəyi olan icmanın qurulmasına öz müsbət töhfələrini verəcəklər.”Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığının inkişafından, Azərbaycan və Çin dillərinin, mədəni irsinin öyrənilməsi və təbliği ilə bağlı Konfutsi İnstitutunun proqramlarının həyata keçirilməsindən danışıb.R. Abbasov xüsusilə, qeyd edib ki, Avrasiya nəqliyyat-iqtisadi dəhlizlərinin yaradılması, eləcə də, İpək Yolu ölkələri arasında humanitar mübadilə və mədəniyyətlərarası dialoqun təmin edilməsi üzrə Çinin “Kəmər və yol” təşəbbüsünün həyata keçirilməsində Azərbaycanın fəal iştirakı təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığının inkişafına yeni təkan verib.R. Abbasov Qərbi Kaspi Universitetinin kitabxanasına ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan-Çin əlaqələrinin inkişafı sahəsində fəaliyyətlərinə həsr olunub, Çin dilində nəşr edilmiş “Heydər Əliyev və Çin”, “Azərbaycan Respublikası və Çin Xalq Respublikası: diplomatik əlaqələrin qurulmasından keçən 30 il. Prezident salnaməsi”, “İlham Əliyev – iki qədim xalqın dostluğunun müasir davamçısı” və “Heydər Əliyev-100. Tarixi səfərin xronikası” adlı kitablarını hədiyyə edib.Tədbirin sonunda ADU-nun Konfutsi İnstitutunun müəllim və tələbələri rəngarəng konsert proqramı ilə çıxış edib, proqramda ənənəvi Çin musiqi alətlərində milli Çin mahnı və melodiyaları səsləndiriblər. Həmçinin, xəttatlıq və kağız sənəti üzrə ustad dərsləri təşkil olunmuş, ənənəvi çay mərasimi keçirilib.

29.02.2024

ADU-da “Xоcalı sоyqırımı – ümumxalq hüzn günü” adlı dəyirmi masa keçirilib

ADU-da “Xоcalı sоyqırımı – ümumxalq hüzn günü” adlı dəyirmi masa keçirilib

Azərbaycan Dillər Universitetinin Multikulturalizm Mərkəzi  və “Azərbaycanşünaslıq” elmi Mərkəzinin birgə təşkilatçılığı ilə “Xоcalı sоyqırımı – ümumxalq hüzn günü” adlı dəyirmi masa keçirilib.Dəyirmi masada qonaq qismində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi,  Nəsimi rayоn şöbəsinin nümayəndələri, Qarabağ döyüşlərinin qaziləri iştirak ediblər.Öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.ADU Multikulturalizm Mərkəzinin müdiri Lоğman Rəşidzadənin mоderatоrluğu ilə baş tutan görüşdə universitetin Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dоsenti Qоrxmaz Mustafayev giriş sözü ilə çıxış edib.Çıxışlarda təqaüddə оlan hərbçi, 1990-1992-ci illərdə Şuşa pоlisinin kоmandiri оlmuş Fərman Xəlilоv, təqaüddə оlan pоlkоvnik, 1991-1992-ci illərdə Şuşa pоlisində rоta kоmandiri işləmiş, “Azərbaycan Bayrağı” оrdenli, “Vətən uğrunda” medal laureatı Mübariz Quliyev, veteran döyüşçü, Kərçicahan və Xоcalı döyüşlərinin iştirakçısı Musa Əliyev çıxış edərək Xоcalı faciəsinin tarixi köklərindən, baş vermə şəraitindən, erməni vandallarının vəhşiliklərindən, şahidi оlduqları hadisələrdən danışıblar.Universitetin Beynəlxalq münasibətlər və regiоnşünaslıq fakültəsinin dekanı İbrahim Kazımbəyli Xоcalı sоyqırımı, ümumiyyətlə, erməni vandalizminin tarixi kökləri haqqında çıxış edib.Elmi işlər üzrə prоrektоr, prоfessоr Nоvruz Məmmədоv isə çıxışında Xоcalı faciəsinin siyasi təsirlərindən danışıb, beynəlxalq aləmdə əks-sədasına tоxunmuş, faciənin azərbaycanlıların yaddaşından silinməyəcəyini qeyd edib.

26.02.2024

ADU-da Beynəlxalq ana dili günü qeyd olunub

ADU-da Beynəlxalq ana dili günü qeyd olunub

Azərbaycan Dillər Universitetində Beynəlxalq Ana dili gününə həsr olunmuş “Ana dilimiz milli varlığımızdır” mövzusunda dəyirmi masa keçirilib.Tədbiri giriş sözü ilə açan universitetin Azərbaycan dilçiliyi kafedrasının müdiri, dosent Fərəh Niftəliyeva Beynəlxalq Ana dili gününün təsis olunmasının tarixi barədə tədbir iştirakçılarına məlumat verib.Daha sonra ADU-nun Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi Aytac Rüstəmli “Ana dilimizə dövlət qayğısı”, Türk Dünyası Araşdırmaları Mərkəzinin mütəxəssisi Firuzə Ağaməmmədova “Azərbaycanda yaşayan azsaylı xalqların ana dillərinə dövlət dəstəyi” mövzularında məruzələri dinlənilib.Tədbirdə ADU-nun Elmi işlər üzrə prorektoru, professor Novruz Məmmədov, professor Adil Babayev, Türk Dünyası Araşdırmaları Mərkəzini müdiri, filologiya elmləri doktoru, dosent Elçin İbrahimov dəyirmi masanın əhəmiyyətindən danışıb, Beynəlxalq Ana dili gününün qeyd olunmasının önəmi haqqında fikirlərini bölüşüblər.Qeyd olunub ki, millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir.

22.02.2024

İsveç səfiri ADU-nun qonağı olub

İsveç səfiri ADU-nun qonağı olub

Fevralın 13-də İsveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tobias Lorentzson ADU-nun qonağı olub.ADU-nun rektoru, akademik Kamal Abdulla səfiri və qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib.Qeyd olunub ki, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, xarici təcrübə proqramlarının öyrənilməsi vacib elementlərdən biridir. ADU-da həyata keçirilən müxtəlif layihələr, müəllim-tələbə mübadiləsi proqramları haqqında qonaqlara məlumat verilib.“Səfir saatı” layihəsinin tarixindən və tələbələr üçün əhəmiyyətindən danışan rektor, ADU-da tez-tez belə görüşlərin keçirildiyini vurğulayıb:“Azərbaycan Dillər Universiteti dünyanın müxtəlif ölkələrinin universitetləri ilə beynəlxalq elmi əməkdaşlıq və tərəfdaşlıq münasibətlərini inkişaf etdirir. Bu inkişaf həm müəllimlərimizin, həm də tələbələrimizin bilik və bacarıqlarının artırılması istiqamətində mühüm əhəmiyyət kəsb edir. Tələbələrimiz müxtəlif yerli və beynəlxalq layihələrdə uğurla iştirak edirlər. Belə layihələrdən biri də “Səfir saatı” layihəsidir.İnanıram ki, Azərbaycan və İsveç arasında olan dostluq və  tərəfdaşlıq münasibətləri bütün sahələrdə olduğu kimi, elm, mədəniyyət və təhsil sahəsində də yüksələn xətlə inkişaf edəcək”.Səmimi qarşılanmaya və xoş sözlərə görə minnətdarlığını bildirən səfir gələcək elmi əməkdaşlığın yeni istiqamətlərindən danışıb. Qeyd olunub ki, elmi, mədəni əməkdaşlıq hər iki ölkə üçün böyük önəm kəsb edir.Görüşdə ADU-nun kollektivi adından səfirə xatirə hədiyyələri təqdim olunub.Daha sonra “Səfir saatı” layihəsi çərçivəsində tələbələrlə görüş keçirilib. Görüşdə eyni zamanda “Online Swedish” akademiyasının İsveç dili müəllimi Robert Melwitz də iştirak edib.

13.02.2024

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo