Tədrisdə tədqiqat metodikası istiqamətində silsilə məşğələlər başlayıb

Tədrisdə tədqiqat metodikası istiqamətində silsilə məşğələlər başlayıb

Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzində tədrisdə tədqiqat metodikası istiqamətində silsilə məşğələlərə start verilmişdir. Məşğələlər Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva tərəfindən həyata keçirilir. Məşğələdə Pedaqogika və Xarici dillərin tədrisi metodikası kafedralarının müəllimləri iştirak edir.Ülkər Babayeva İnstitutun qısa və uzunmüddətli strateji planlaşdırılmasına töhfə verir, strateji layihələrin həyata keçirilməsinə nəzarət edir, mövcud proqramların və/və ya təhsil siyasətinin qiymətləndirilməsini təmin edir, illik fəaliyyət planına uyğun olaraq yeni təşəbbüslər hazırlayır.O, həmçinin ABŞ–ın  Cons Hopkins Universitetində Təhsil üzrə elmi dərəcəyə malikdir. Onun tədqiqat maraqlarına təhsil texnologiyası, kurikulum, təlimat, qiymətləndirmə, peşəkar öyrənmə və tədris dizaynı daxildir.Ülkər Babayeva həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda bir sıra universitetlərdə köməkçi professordur. Bir neçə ölkə miqyasında təhsil layihələrinə rəhbərlik edir və bir sıra konfrans, müsabiqə və/yaxud forumlarda ekspert və ya münsiflər heyətinin üzvü kimi çıxış edir.

05.04.2023

Macarıstan səfiri ADU tələbələrinə kitablar hədiyyə edib

Macarıstan səfiri ADU tələbələrinə kitablar hədiyyə edib

Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torman Azərbaycan Dillər Universitetində (ADU) fəaliyyət göstərən Macar Dili və Mədəniyyəti Mərkəzinə müxtəlif kitablar hədiyyə edib. Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, səfir əvvəlcə ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova ilə görüşüb. Görüşdə səfirlik və universitet arasında olan mövcud əlaqələr müzakirə olunub, Macar Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb:“Bizim Azərbaycan Dillər Universiteti ilə uzun zamandır çox faydalı, gözəl əlaqələrimiz var. Ötən il universitetin qonağı oldum. Macar Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyəti, macar dilini öyrənən tələbələrin həvəsi, marağı bizi çox sevindirir. İnanıram ki, macar dilində olan bu kitablar tələbələr üçün faydalı olacaq. Tələbələr bu kitablar vasitəsi ilə Macarıstanın tarixini, mədəniyyətini daha yaxından öyrənə biləcəklər”.Prorektor Jalə Qəribova səfirə ADU-nun rektoru, akademik Kamal Abdullanın və macar dilini öyrənən tələbələrin adından təşəkkürünü bildirib, hədiyyə olunan kitabların tələbələr üçün faydalı vəsaitlər olduğunu diqqətə çatdırıb.Daha sonra səfir Tamaş Torman Macar Dili və Mədəniyyəti Mərkəzində olub, tələbələrlə görüşüb.

05.04.2023

“Heydər Əliyev və televiziya” mövzusunda tədbir

“Heydər Əliyev və televiziya” mövzusunda tədbir

05.04.2023-cü il tarixində Azərbaycan Dillər Universitetinin 3 saylı tədris korpusunda Beynəlxalq jurnalistika şöbəsinin müdiri b/m. Nərgiz Çərkəzqızının təşkilatçılığı ilə “Heydər Əliyev və televiziya” adlı tədbir keçirilib.Tədbirdə qonaq qismində Bakı Beynəlxalq Multikulturalizm mərkəzinin aparıcı məsləhətçisi və Azərbaycan Dövlət Televiziyasında redaktor kimi fəaliyyət göstərən f.f.d. Billurə Aslanova iştirak edib. Tədbiri giriş sözü ilə b/m. Nərgiz Çərkəzqızı açıb, qonağı təqdim edərək Billurə xanımla tələbəlik illərinin xoş anlarını paylaşıb, öz təcrübələrindən çıxış edərək tələbələrə müəyyən məsləhətlər verib.F.f.d. Billurə Aslanova müstəqillik dövrünə qədər televiziyada olan çatışmazlıqlardan, jurnalistlərin çətin şəraitdəki iş prinsiplərdən danışıb. 1993-cü ildə Heydər Əliyevin Azərbaycana qayıdışından sonra jurnalistlərə yaradılmış əlverişli şəraitdən, mətbuat orqanlarında maddi-texniki bazanın inkişafından, senzuranın ləğvindən bəhs edib. Eyni zamanda özünün müxtəlif televiziyalardakı fəaliyyətindən və fəaliyyət müddətində qarşılaşdığı müxtəlif çətinliklərdən danışıb. Billurə Aslanovanın ikinci Qarabağ savaşından sonrakı dönəmdə, azad olmuş ərazilərimizdə bərpa işlərinin geniş miqyasda aparıldığı bir vaxtda həmin ərazilərə etdiyi səfərlərdən danışması tələbələrin xüsusi marağına səbəb olub.Sonda qonaq tələbələrin televiziya jurnalistikası ilə, eləcə də mətbuatın müxtəlif problemləri ilə bağlı suallarını ətraflı cavablandırıb və sual-cavabda aktiv iştirak edən tələbələrə şəxsi kitabını hədiyyə edib.

05.04.2023

Sumqayıt Dövlət Universitetində bədii yaradıcılıq festivalının baxış-müsabiqəsi keçirildi

Sumqayıt Dövlət Universitetində bədii yaradıcılıq festivalının baxış-müsabiqəsi keçirildi

Aprelin 4-də Sumqayıt Dövlət Universitetində ali təhsil müəssisələrinin tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan bədii yaradıcılıq festivalının baxış-müsabiqəsi keçirildi.Azərbaycan Respublikası  Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi Rəyasət Heyətinin qərarı ilə ali, orta və ilk peşə ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən festival milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörməti inkişaf etdirmək məqsədi daşıyır.Müsabiqədə tələbələrimiz incəsənətin müxtəlif janrlarında öz bacarıqlarını nümayiş etdirdilər. Tələbələrin müxtəlif sahələr üzrə -ifaçılıq, rəqs, bədii qiraət, aşıq havalarını ifaetmə bacarıqları münsiflər heyəti tərəfindən maraqla qarşılandı.İstedadlı tələbələrin müəyyən edilməsi Azərbaycan Respublikasının tanınmış mədəniyyət və incəsənət xadimlərindən ibarət münsiflər heyəti - Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Xalq artisti Təranə Muradova, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Samir Cəfərov, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi, yekun konsertin quruluşçu rejissoru Hafiz Quliyev, Xalq artisti Gülyanaq Məmmədova, Azərbaycan Milli Konservatoriyasının müəllimi Arslan Növrəsli tərəfindən həyata keçirildi.Müsabiqənin sonunda münsiflər heyəti iştirakçılara təklif və tövsiyələrini verdi, tələbələrə uğurlar arzulayaraq, yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə dərin təşəkkürlərini bildirdilər.Qeyd edək ki, festival qaliblərinin yekun konserti may ayında keçiriləcək. Qaliblər Elm və Təhsil Nazirliyi və ATİAHİ-nin diplom və hədiyyələri ilə mükafatlandırılacaq.DSC_4396.JPG 8.55 MBDSC_4312.JPG 9.04 MB

05.04.2023

Ali təhsil müəssisələrinin işçiləri arasında spartakiada keçiriləcək - ELAN

Ali təhsil müəssisələrinin işçiləri arasında spartakiada keçiriləcək - ELAN

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Ali təhsil müəssisələri işçiləri arasında aşağıda qeyd olunan idman növü üzrə spartakiada keçiriləcək.Şahmat (kişi,qadın)Dama (kişi,qadın)Tennis (kişi,qadın)Nərd (kişi)futzal (kişi)Voleybol (kişi)Bu idman növləri üzrə yarışlarda iştirak etmək istəyən işçilər 15 aprel tarixinədək ADU-nun İdman klubuna müraciət edə bilərlər. 

04.04.2023

Aprel döyüşlərinə həsr olunmuş tədbir həyata keçirilib

Aprel döyüşlərinə həsr olunmuş tədbir həyata keçirilib

Xarici Dillərin Tədrisi Metodikası kafedrasının dosenti Qələmşah Heybətovun rəhbərliyi altında Azərbaycan Dillər Universitetinin təcrübəçi tələbələri və 159 saylı tam orta məktəbin şagirdləri ilə birgə Aprel döyüşlərinə həsr olunmuş tədbir həyata keçirilib.Tədbir təcrübəçi tələbələrdən birinin Aprel döyüşləri haqqında məlumatı ilə başlayıb və Aprel döyüşlərinə dair videoçarxın nümayişi ilə davam etdirilib.Sonra isə həmin məktəbin şagirdlər şeirlərini ifa ediblər. Şagirdlərin və təcrübəçi tələbələrin hazırladıqları kompozisiya təqdim olunub. Həmçinin Aprel döyüşlərində Milli Qəhrəman adını almış Şükür Həmidov, Samid İmanov və Murad Mirzəyev haqqında məlumat verilib. Tədbir şagirdlərin “İgid əsgər, möhkəm dayan” ifası ilə davam etdirilib.Məktəbin direktoru Gülşən Novruzova tədbirin əhəmiyyətindən danışıb və təşəkkürünü bildirib.

04.04.2023

ADU-nun rektoruna təşəkkür məktubu ünvanlanıb

ADU-nun rektoruna təşəkkür məktubu ünvanlanıb

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullaya təşəkkür məktubu ünvanlayıb.Məktubda deyilir:“Bakı Beynəxalq Multikulturalizm Mərkəzi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə cari ilin 14-15 mart tarixlərində Bakıda “İslamofobiya ayrı-seçkiliyin spesifik forması kimi: yeni qlobal və transmilli çağırışlar” mövzusuna həsr edilən beynəlxalq konfrans keçirilib. Beynəlxalq konfransın uğurla başa çatmasında Sizin rəhbərlik etdiyiniz Azərbaycan Dillər Universitetinin tələbələrinin də xüsusi payı vardır. Belə ki, universitetin müxtəlif fakültələrindən olan 16 tələbəsinin könüllü olaraq konfransın keçirildiyi müddətdə 30 xarici ölkədən gələn araşdırmaçı alimlərin Heydər Əliyev Hava Limanında qarşılanmasında və yola salınmasında, Fairmont Bakı Hotelində yerləşdirilməsində, konfrans günlərində qeydiyyatın aparılmasında, panel müzakirələrində, eyni zamanda müxtəlif görüş və ziyarətlərdəki işlərin təşkilində fəallıq göstəriblər.Hörmətli Kamal müəllim,Rəhbərlik etdiyiniz Azərbaycan Dillər Universitetinin tələbələrinin beynəlxalq  konfransın təşkilində iştirakına yüksək səviyyədə şərait yaratdığınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk”. 

04.04.2023

Azərbaycan Dillər Universitetində Çinin ənənəvi bayramları qeyd olunub

Azərbaycan Dillər Universitetində Çinin ənənəvi bayramları qeyd olunub

Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə ənənəvi Çin bayramları olan “Hanşi” – soyuq qida bayramı və “Tsinmin” - təmiz aləm bayramına həsr edilən tədbir keçirilib.Tədbirdə Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov, yazın gəlişinin, həmçinin həlak olmuş qəhrəmanların xatirəsinin simvolu sayılan bayramların yaranma tarixindən danışıb.Tədbirdə ADU-nun çinşünas tələbələri bayramlarda ifa olunan nəğmələr və rəqslər, idman yarışları, ilanvari kağızların uçurdulması, şəhərkənarı gəzintilər və yaz fəslində əkin sahələrində görülən işlər barədə məlumat veriblər.Tədbirdə “Tsinmin” bayramının əcdadların anım günü kimi qeyd edilməsi ilə yanaşı, baharın gəlişini təcəssüm etdirən bayram olduğu qeyd olunub. Çinlilərin bu bayramı ölkənin müxtəlif regionlarının təamları - Tsinmin meyvələri, qara düyü, qovrulmuş xəmir filetləri, yaşıl düyü topları və digər milli yeməklərdən ibarət ailəvi nahar süfrəsi ətrafında qeyd edildiyi söylənilib. 

03.04.2023

Azərbaycan Dillər Universitetində Çinin ənənəvi bayramları qeyd olunub

Azərbaycan Dillər Universitetində Çinin ənənəvi bayramları qeyd olunub

Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə ənənəvi Çin bayramları olan “Hanşi” – soyuq qida bayramı və “Tsinmin” - təmiz aləm bayramına həsr edilən tədbir keçirilib.Tədbirdə Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov, yazın gəlişinin, həmçinin həlak olmuş qəhrəmanların xatirəsinin simvolu sayılan bayramların yaranma tarixindən danışıb.Tədbirdə ADU-nun çinşünas tələbələri bayramlarda ifa olunan nəğmələr və rəqslər, idman yarışları, ilanvari kağızların uçurdulması, şəhərkənarı gəzintilər və yaz fəslində əkin sahələrində görülən işlər barədə məlumat veriblər.Tədbirdə “Tsinmin” bayramının əcdadların anım günü kimi qeyd edilməsi ilə yanaşı, baharın gəlişini təcəssüm etdirən bayram olduğu qeyd olunub. Çinlilərin bu bayramı ölkənin müxtəlif regionlarının təamları - Tsinmin meyvələri, qara düyü, qovrulmuş xəmir filetləri, yaşıl düyü topları və digər milli yeməklərdən ibarət ailəvi nahar süfrəsi ətrafında qeyd edildiyi söylənilib. 

03.04.2023

ADU-da “TİPx 9:Sərhəddən kənarda” adlı konfrans keçirilib

ADU-da “TİPx 9:Sərhəddən kənarda” adlı konfrans keçirilib

Azərbaycan Dillər Universitetində Əlavə təhsil, təcrübə və karyera şöbəsinin təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialı tərəfindən “Tələbə İnkişaf Platforması” (TİPx) çərçivəsində növbəti  “TİPx 9:Sərhəddən kənarda” adlı konfrans keçirilib. ADU-nun rektor müşaviri Anar Osmanlı və Agentliyin İdarə Heyəti sədrinin müavini Ülvi Abasquliyev əmək bazarına keçid etməyə hazırlaşan tələbələr, məzunlar və gənclər üçün yaradılan imkanlar barədə ətraflı məlumat veriblər.Konfrans spikerlərinin “Dövlət  Proqramı çərçivəsində xaricdə təhsil”, “Beynəlxalq layihə və təqaüdlərin açdığı qapılar”, “Kim deyir ki,olmaz?” mövzusunda çıxışları iştirakçılar tərəfindən maraqla dinlənilib.Konfransda 160-a yaxın tələbə, Agentliyin rəsmiləri və ekspertlər iştirak edib.Sonda tələbələri maraqlandıran suallara aydınlıq gətirilib.

31.03.2023

ADU-da “Heydər Əliyev və İntellektual potensialın inkişaf dinamikası” adlı tədbir keçirilib

ADU-da “Heydər Əliyev və İntellektual potensialın inkişaf dinamikası” adlı tədbir keçirilib

Azərbaycan Dillər Universitetində Mülki müdafiə və Tibbi biliklərin əsasları kafedrasının b/m Rəna Əhmədova və  318 a qrup tələbələrinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və İntellektual potensialın inkişaf dinamikası” adlı tədbir keçirilib.Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.Kafedra müdiri dos.S. Zamanova və b/m Rəna Əhmədova Heydər Əliyevin Azərbaycan tarixindəki rolundan danışıblar.Tələbələr Arzu Abdullayeva, Ziba Mirzəli və Aytən Hüseyinzadə Ümummilli liderin həyat və fəaliyyəti ilə bağlı təqdimatla çıxış ediblər.Tələbələrin ifasında Ulu Öndərə həsr edilmiş mahnı və şeirlər səsləndirilib. Sonda qonaqlar da Ulu Öndərin fəaliyyəti haqqında çıxış ediblər.Tədbirdə rektor məsləhətçisi A. Osmanlı, Təhsil 1 fakültəsinin dekanı prof F. Cahangirov, kafedra müdiri S. Zamanova, prof. A. Hüseynov  və 320 a qrup tələbələri iştirak ediblər.

31.03.2023

ADU-da 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib

ADU-da 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib

Martın 31-də Azərbaycan Dillər Universitetində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə "Heydər Əliyevin 31 Mart - Azərbaycanlıların Soyqırımı ilə bağlı Fərmanı və onun Azərbaycan tarix elminə verdiyi töhfə" mövzusunda elmi-praktik seminar keçirilib. Öncə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. ADU-nun rektoru, akademik Kamal Abdulla seminarın əhəmiyyətindən söz açıb. Bildirilib ki, məhz ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunmağa başlanılıb:“Hər birimiz bu günün mahiyyətini, əhəmiyyətini yaxşı bilməliyik. Azərbaycanlı olmaq əqidəsi hər bir azərbaycanlının canında o qədər möhkəm əks olunub ki, buna dözməyən mənfur düşmənlərimiz bizə qarşı hər zaman xain münasibətlərini göstərib. Zaman-zaman bu xain münasibətlər yaddan çıxarılmağa çalışılıb, ancaq bu xain münasibəti biz heç vaxt unutmamalıyıq. Biz bu xain münasibətə ləyaqətlə cavab vermişik. Ən böyük cavabı isə 44 günlük Vətən Müharibəsində verdik. Bu cavab bizim bir xalq kimi nə qədər ləyaqətli və ədalətli xalq olduğumuzu göstərdi”.YAP İdarə Heyətinin üzvü, millət vəkili, professor Anar İsgəndərov 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı məruzə ilə çıxış edib. Söylənilib ki, hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1919-cu və 1920-ci il martın 31-i milli matəm günü kimi qeyd olunub:“Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra tarixi həqiqətlərin üzə çıxarılması istiqamətində mühüm addımlar atılıb. O zamandan etibarən Azərbaycan həqiqətlərinin, o cümlədən soyqırım həqiqətlərinin dünyada tanıdılması istiqamətində mühüm işlər görülür. Tarixçi alimlərimiz də bu baxımdan üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar. Azərbaycanlıların soyqırımı ilə əlaqədar xeyli sayda tədqiqat əsərləri nəşr olunub, sənədli filmlər çəkilib”.ADU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, millət vəkili Tamam Cəfərova 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı fikirlərini bölüşüb. Qeyd olunub ki, 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirib, 10 minlərlə insanı öz torpaqlarından qovmuşdur. Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb, Şamaxıda 58 kənd dağıdılmış 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilmişdir.Tədbir müzakirələrlə davam edib.

31.03.2023

“Qan yaddaşımızdan silinməyən soyqırım” mövzusunda tədbir

“Qan yaddaşımızdan silinməyən soyqırım” mövzusunda tədbir

Heydər Əliyev adına muzey-lektoriyada Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin təşkilatçılığı ilə 31 mart  Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Qan yaddaşımızdan silinməyən soyqırım” mövzusunda tədbir keçirilib. Tədbirin moderatoru prof. İbrahim Kazımbəyli 31 mart  Azərbaycanlıların Soyqırımı Günü haqqında məlumat verib, hadisənin baş vermə səbəblərinə toxunub.Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müəllimi Qarayeva Mina “31 mart soyqırımının tarixi aspektləri” haqqında çıxış edib. Qeyd edib ki, 1918-ci il mart ayının 30-da Bakıda erməni bolşevik qüvvələri tərəfindən türk müsəlman əhaliyə qarşı qırğınlar başlamış, kütləviliyinə görə “milli faciə” adlandırılmış və Azərbaycam xalqının tarixinə soyqırım məhfumunu daxil etmişdir.AXC dövründə, baş verən soyqırımı, qırğınları araşdırmaq üçün Fövqəladə Təhqiqat komissiyası yaradılmış və onun materialları Azərbaycan tarixinin öyrənilməsi üçün qiymətli mənbə olmuşdur.Regionşünaslıq kafedrasının müəllimi Ələsgərova Sara "31 mart soyqırımının hüquqi-siyasi qiymətləndirilməsi" haqqında çıxış edib. Həm AXC dövründə, həm də Ümummilli lider Heydər Əliyev və İlham Əliyevin dövründə də Soyqırım tariximizə sahib çıxıldığını, lakin beynəlxalq miqyasda hələ də hüquqi qiymət verilmədiyini vurğulayıb.Çıxışçı beynəlxalq aləmin laqeyd münasibətinin erməniləri azərbaycanlılara qarşı növbəti soyqırım və deportasiya aktlarının törədilməsinə stimul verdiyini qeyd edib.

31.03.2023

ADU-da “Erməni vandalizminin təzahürlərindən biri - 31 mart soyqrımı” mövzusunda tədbir keçirilib

ADU-da “Erməni vandalizminin təzahürlərindən biri - 31 mart soyqrımı” mövzusunda tədbir keçirilib

Martın 30-da Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsi, Beynəlxaq münasibətlər kafedrası, “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə “Erməni vandalizminin təzahürlərindən biri - 31 mart soyqrımı”  mövzusunda tədbir keçirilib.Tədbirdə Dövlət Himni səsləndirilib, faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırımdan danışıb:“Soyqırım xüsusi amansızlıqla milli əlamətə görə həyata keçirilən addımdır. Azərbaycan xalqı da XX əsrin əvvəllərindən başlayaraq erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasətinə məruz qalıb. Biz ən sonuncu soyqırımı Xocalının timsalında gördük. Xalqımız müstəqilliyi çətinliklə, müxtəlif istilalara uğraya-uğraya əldə edib. Sonuncu - böyük sovet istilasından sonra ölkəmizin müstəqilliyi tam şəkildə Ulu öndər Heydər Əliyevin zamanına təsadüf edib. Azərbaycanın müstəqilliyi də Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin gərgin əməyinin, siyasətinin nəticəsidir ki, biz bu günləri rahat yaşayırıq. Ölkəmizin müstəqilliyini hədəfə alan,  müstəqilliyimizi gözü götürməyən qüvvələrə qarşı daim bir olmalıyıq.”  “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin baş elmi işçisi, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi erməni daşnaklarının törətdiyi cinayətlər haqqında müəllifi olduğu “Qarabağ-Zəngəzur. 1918-ci il. Azərbaycan qırğınları sənədlərdə” adlı kitabından söz açıb, həmin kitabda mərhələli şəkildə qeyd olunan hadisələr haqqında geniş məlumat verib.Həmin hadisələrdə mindən çox dinc azərbaycanlı, o cümlədən qadınlar, uşaqlar və qocalar vəhşicəsinə qətlə yetirilib, yüzlərlə kənd, evlər, məscidlər, mülki obyektlər dağıdılıb, yandırılıb, azərbaycanlılara məxsus əmlak talan edilib. Toplunun dörd bölməsində sadalanan qəzaların sakinlərinin ifadələri türk-müsəlman əhaliyə qarşı qırğınların xronologiyasını yaratmaq, zərərçəkənlərin dəqiq sayını, qətlə yetirilənlərin cinsini, yaşını, adlarını, dəymiş ziyanın həcmini, dağıdılmış və viran qalmış kəndlərin adlarını və s. müəyyən etməyə imkan verir. Erməni birləşmələrinin cinayət əməllərini təfərrüatı ilə ifşa edən sənədlər sübut edir ki, Qarabağ və Zəngəzur hadisələri erməni millətçilərinin irihəcmli əməliyyatlarının və planlarının tərkib hissəsi olmaqla, bölgədə müsəlman əhalini azaltmaqla bu əraziləri Ermənistana birləşdirmək məqsədi güdürdü. Topluya, həmçinin məsələnin tarixinə dair elmi oçerk, ətraflı yardımçı informasiya aparatı və fotoşəkillər daxil edilib.

31.03.2023

ADU tələbələri “MEDİAlab” layihəsi çərçivəsində keçirilən infosessiyada iştirak edib

ADU tələbələri “MEDİAlab” layihəsi çərçivəsində keçirilən infosessiyada iştirak edib

Martın 29-da Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “MEDİAlab” layihəsi çərçivəsində ali təhsil müəssisələrinin tələbələri üçün keçirilən tədbirdə Beynəlxalq jurnalistika şöbəsinin müdiri b/m. Nərgiz Çərkəzqızı, Azərbaycan ədəbiyyatı kafedrasının jurnalistika ixtisası üzrə müəllimi f.f.d., Aynurə Hüseynova və jurnalistika ixtisasında təhsil alan 45 tələbə iştirak edib.Tədbirdə çıxış edən Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli bildirib ki, bu layihə media sahəsində innovasiya və inkişaf yönümlü fəaliyyətin davamlılığının təmin edilməsi, təhsil prosesində ənənəvi medianın rəqəmsal mediaya inteqrasiyasının dəstəklənməsi və gənclərin bacarıqlarının inkişafında müstəsna rol oynayacaqdır. MEDİA Agentliyinin nümayəndələri infosessiyanın məqsədini və “MEDİAlab” layihəsinin təqdimatını edərək layihənin əsasən iki komponentdən - maarifləndirmə və bacarıqların inkişafından ibarət olacağını bildirib və tələbələr arasında keçirilən sorğuların nəticələri haqqında məlumat verib.Tədbirin ikinci hissəsində Azərbaycan Televiziyasının “Xəbərlər” proqramının aparıcısı, telejurnalist Ruslan Həsənov tərəfindən “Newslab” - yaradıcı düşünmə, məzmun istehsalı və xəbər hazırlanması ilə bağlı bacarıqların inkişafı vörkşopu keçirilib. İnteraktiv müzakirə formatında keçirilən sessiyada Ruslan Həsənov iştirakçıları maraqlandıran sualları cavablandırıb, onlara praktik tapşırıqlar verib.Sonda vörkşopda qalib olan komandalar mükafatlandırılıb.

30.03.2023

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo