ADU-nun müəllimləri İstanbulda keçirilən beynəlxalq konfransda iştirak ediblər
Azərbaycan Dillər Universitetinin (ADU) Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müəllimi Ulduz Aslanova və Tərcümə fakültəsi nəzdində German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının müəllimi Mətanət İsgəndərova 8-10 may tarixlərində İstanbulda keçirilən Marmara Universiteti və Türk –Alman Universitetinin birgə təşkil etdikləri XVI Beynəlxalq Türk Alman Araşdırmaları Konqresində iştirak ediblər.Beynəlxalq konfransda ADU-nun müəllimləri dilçiliklə bağlı tezislə çıxış ediblər.Qeyd edək ki, həmin konfransda dünyanın 10 müxtəlif ölkəsindən 100-dən çox iştirakçı olub.
15.05.2023
TKTA ADU, ATU VƏ AƏSMA-YA TƏLİM XİDMƏTLƏRİ GÖSTƏRƏCƏK
Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Azərbaycan Dillər Universiteti, Azərbaycan Tibb Universiteti və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası arasında təlim xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq müqavilələri imzalanmışdır. İmzalanmış əməkdaşlıq müqavilələrinə əsasən Agentlik tərəfindən ADU, ATU və AƏSMA-da təlimlərə start verilib.Əməkdaşlıq müqavilələri çərçivəsində Agentliyin Keyfiyyət təminatı departamenti Təlim və metodologiya şöbəsi tərəfindən qeyd olunan ali təhsil müəssisələrində xarici keyfiyyət təminatına dair təlimlər təşkil olunacaqdır. Təlimlərin əsas məqsədi ADU, ATU və AƏSMA-nın akademik və inzibati heyətinə ali təhsil müəssisələrinin xarici keyfiyyət təminatı qaydalarına və qiymətləndirmə meyarlarına dair geniş məlumatların verilməsidir.Qeyd edək ki, daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlər təşkil etmək TKTA-nın öz Nizamnaməsinə əsasən fəaliyyət istiqamətlərindən biridir.
15.05.2023
ADU-da Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib
Mayın 12-də Azərbaycan Dillər Universitetində Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib.Dövlət Himni səsləndirilib.ADU-nun rektoru, akademik Kamal Abdulla Ulu Öndər Heydər Əliyevin doğma Vətən və xalq qarşısında müstəsna xidmətlərindən, zəngin dövlətçilik təcrübəsinin əhəmiyyətindən danışıb. Bildirilib ki, Azərbaycan xalqının qəlbində Heydər Əliyev sevgisi tükənməzdir:“Ulu öndər Heydər Əliyev haqq dünyasında olsa da, onun işığı bu gün də Azərbaycanın üzərindədir. Bu gün Qarabağda aparılan yenidənqurma, bərpa işləri hamımızı sevindirir, qalib xalq kimi bizi daha da güclü edir. Bu güc, bu inam gələcək işlərimizin daha uğurlu olmasına şərait yaradır.Ulu öndər hər zaman gənclərə inandığını və gələcək inkişafın gənclərlə bağlı olduğunu bildirirdi. O qeyd edirdi ki, gənclər mənim sizə əmanətimdir. Həmin gənclər bu gün Azərbaycanın inkişafı və daha da güclənməsi yolunda yorulmadan çalışırlar. Ulu öndər hər birimizin qəlbində yaşayır, hər birimizin həyatına işıq salır.”ADU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Misgər Məmmədov Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş müsabiqələrlə bağlı məlumat verib. Qeyd olunub ki, ADU-da tələbələr arasında keçirilən müxtəlif intellektual və idman növləri üzrə fərqlənən tələbələrə sertifikatlar və pul mükafatları təqdim olunub.Tədbir bədii hissə ilə davam edib.
12.05.2023
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib
ADU-nun Rusiyaşünaslıq mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib. Dəyirmi masa çərçivəsində Rusiyaşünaslıq mərkəzinin rəhbəri Diana Hüseynzadə, mərkəzin elmi işçisi Sergey Klimov, 164 nömrəli məktəbin VII sinif şagirdi Aylin Naibzadə, ADU-nun Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin I və II kurs tələbələri Nicat Kazımov, Lalə Əliyeva, Fatma Ənsari çıxış ediblər.Dəyirmi masanın moderatoru Diana Hüseynzadə müasir müstəqil Azərbaycanın formalaşmasında Heydər Əliyevin xüsusi rolunu vurğulayıb. Aylin Naibzadə çıxışında Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb. “Multikulturalizm Azərbaycan gəncliyinin səciyyəvi xüsusiyyətidir” mövzusunda məruzə ilə çıxış edən tədqiqatçı Sergey Klimov multikulturalizmin Azərbaycan modelinin və gənclər siyasətinin formalaşmasında və həyata keçirilməsində Heydər Əliyevin xüsusi rolunu qeyd edib.Tələbələr “Müstəqil Azərbaycanın təşəkkülündə Heydər Əliyevin rolu”, “Azərbaycan-Rusiya münasibətləri”, “Müslüm Maqomayevin həyatında Heydər Əliyevin rolu” mövzularında məruzələrlə çıxış ediblər.Dəyirmi masa iştirakçıların müzakirəsi ilə başa çatıb.
12.05.2023
ADU-da “Heydər Əliyev yeni media işığında” mövzusunda nümunəvi dərs keçirilib
Mayın 11-də Azərbaycan Dillər Universitetinin Beynəlxalq jurnalistika şöbəsinin təşkilatçılığı və Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi fil.f.d., Aynurə Hüseynovanın təşəbbüsü ilə “Heydər Əliyev yeni media işığında” mövzusunda nümunəvi dərs keçirilib.Jurnalistika ixtisasında təhsil alan B20-344 a,b qrup tələbələrinin iştirakı ilə keçirilən nümunəvi dərsdə qonaq qismində “Xalq qəzeti”nin əməkdaşı, fil.f.d. Namiq Əhmədov dəvət edilib.Dərsin əvvəlində fənn müəllimi fil.f.d. Aynurə Hüseynova “Heydər Əliyev jurnalistikanın inkişafında rolu” mövzusunda məruzə edib. O, Heydər Əliyevin Azərbaycan mətbuatının inkişafındakı rolu və jurnalistlərə göstərdiyi diqqət və qayğıdan bəhs edib.Fil.f.d. Namiq Əhmədov “Heydər Əliyevin siyasi fəaliyyətini Naxçıvan dövrü və mətbuat” mövzusunda məruzə edib və Ulu öndərlə bağlı xatirələrini tələbələrlə bölüşüb.Nümunəvi dərsdə Ulu öndər Heydər Əliyevin jurnalistlərlə görüşünə həsr olunmuş videoçarx nümayiş olunub. Sonda fil.f.d. Namiq Əhmədov dərslə bağlı xoş təəssüratlarını bölüşüb.
12.05.2023
ADU-da "Ulu öndərin Naxçıvanda fəaliyyət dövrü" mövzusunda tədbir keçirilib
Mayın 11-də Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və Regionşünaslıq (BMR) fakültəsi nəzdində Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrası və Magistratura şöbəsinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş "Ulu öndərin Naxçıvanda fəaliyyət dövrü" mövzusunda tədbir keçirilib.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli mövzu haqqında məlumat verərək, həmin dövrdə ağır şəraitdə yaşayan Naxçıvanın blokadadan çıxarılmasında Heydər Əlyevin misilsiz xidmətlərindən danışıb.Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Qorxmaz Mustafayev “Müstəqilliyə gedən yolun başlanğıcı (1990-1993-cü illər)” mövzusunda, Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müəllimi Reyhan Abbasova isə “Heydər Əliyevin Ümid körpüsü layihəsi” mövzusunda çıxış ediblər.Elmi işlər üzrə prorektor Novruz Məmmədov Heydər Əliyevin Naxçıvanda yaşıllıq və su probleminin həlli istiqamətində gördüyü işlərdən bəhs edib.Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Namiq Kərimov çıxış edərək ermənilərin vaxtilə Naxçıvanı susuz qoymaqla əhalinin buradan köçməsini reallaşdırmaq istəyinin Heydər Əliyevin gördüyü tədbirlər sayəsində qarşısı alınmış olduğunu qeyd edib.Tədbirdə Ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin çıxışlarını əks etdirən videoçarx nümayiş olunub.
12.05.2023
Bərdə şəhərində “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda regional konfrans keçirib
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda növbəti regional konfransını Bərdə rayonunda keçirib. Qarabağ Regional Təhsil İdarəsində keçirilən tədbirdə ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov, ATİAHİ-nin Bərdə, Beyləqan, Saatlı, Beyləqan, Ağcabədi, Cəbrayıl, Füzuli, Xocavənd, Ağdam, Yevlax rayon komitələrinin sədrləri iştirak edib. Konfrans iştirakçıları əvvəlcə Bərdə rayon Heydər Əliyev Mərkəzinin qarşısında ümummilli lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyublar. Sonra iştirakçılar Qarabağ Regional Təhsil İdarəsinin qarşısında regionun təhsil müəssisələrinin şagirdlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Konfrans Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu Öndərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. İclasda ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov, ATİAHİ Ağdam rayon komitəsinin sədri Xalidə Həsənova və başqaları çıxış edərək ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışıblar. Qeyd olunub ki, Azərbaycanda bütün sahələrin, o cümlədən də həmkarlar ittifaqları institutunun davamlı inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün, Heydər Əliyevin bu sahədə olan ideyaları onun mənəvi-siyasi irsinin ən layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. IMG_9989.JPG 1.23 MBIMG_9983.JPG 1.31 MBIMG_0003.JPG 1.3 MBIMG_0004.JPG 1.24 MBIMG_0007.JPG 1.35 MBIMG_0010.JPG 1.2 MBIMG_9978.JPG 1.4 MB
12.05.2023
ADU-nun professoru “XXl əsrin Dühası” beynəlxalq diplomu və “Dostluq” ordeni ilə təltif edilib
Azərbaycan Dillər Universitetinin (ADU) İngilis dilinin fonetikası kafedrasının müdiri prof. Fərman Zeynalov dünya elminə və təhsilinə xidmətlərinə görə Birləşmiş Millətlər Təşkilatının İctimai Mükafat Şurası (UNCOPA) tərəfindən “XXl əsrin Dühası” beynəlxalq diplomu ilə təltif edilib.Prof. Fərman Zeynalov həmçinin elmdə və təhsildə uğurlarına görə Almaniyanın Hanover şəhərində fəaliyyət göstərən Avropa Təbiət Elmləri Akademiyasi tərəfindən “Dostluq” ordeni ilə təltif edilib.
11.05.2023
ADU-nun təcrübəçi tələbələri tərəfindən Ulu öndərin 100 illiyinə həsr olunmuş anım tədbiri keçirilib
Azərbaycan Dillər Universitetinin (ADU) Yasamal rayonundakı 31№-li tam orta məktəbdə pedaqoji təcrübədə olan 401A, 406B və 409C qrupunun tələbələri ilə məktəbin 7a sinif şagirdlərinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş anım tədbiri keçirilib.Tədbirdə Məktəbin dərs hissə müdiri, tarix və ingilis dili müəllimləri və qrupların rəhbərləri - Təhsil 1 fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının müəllimləri A. Kazımova və T. Əliyeva da iştirak ediblər.Tədbiri giriş sözü ilə açan dərs hissə müdiri Naibə Rüstəmova bildirib ki, Ümmumilli lider Heydər Əliyev Azərbaycanı dönməz müstəqilliyə, inkişafa aparıb. Azərbaycan xalqı xoşbəxtdir ki, bu ölkəyə Heydər Əliyev kimi müdrik insan, siyasi lider rəhbərlik edib və bugün bu siyasət dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Məktəbin tarix müəllimi Aida xanım Ulu öndərin keçdiyi böyük, mənalı və şərəfli həyat yolundan və fəaliyyətindən bəhs edib.ADU-nun tələbəsi Nərgiz Muradova ingilis dilində Ulu öndər Heydər Əliyevin müasir dünyanın siyasi tarixində parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, müdrik dövlət xadimi kimi fəaliyyətindən danışıb. Bədii hissədə şagirdlər şeirlər səsləndirib.Tədbir iştirakçıların “Heydər Xalqım deyəcək, Xalq Heydər söyləyəcək”musiqisinin ifası ilə yekunlaşıb.
11.05.2023
ADU-da “Heydər Əliyev və Atatürkün sosial siyasətlərinin müqayisəli təhlili” mövzusunda açıq dərs keçirilib
Azərbaycan Dillər Universitetində Regionşünaslıq kafedrasının müəllimi Fidan Ələsgərova tərəfindən 278-ci qrupun tələbələrinə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “Heydər Əliyev və Atatürkün sosial siyasətlərinin müqayisəli təhlili” mövzusunda açıq dərs keçirilib.Azərbaycan xalqının Ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin qurucusu, qardaş türk xalqının öndəri Mustafa Kamal Atatürkün əziz xatirələri yad olunub.Fidan Ələsgərova təqdimatda bildirib ki, Ulu öndər Heydər Əliyev və Mustafa Kamal Atatürk çox çətin, keçməkeşli tarixi dövrdə sosial-iqtisadi sahədə gələcək inkişafa qədəm qoyan əsaslı islahatlara imza atmışlar. Heydər Əliyevin gender bərabərliyi, kənd təsərrüfatı və sənaye, təhsil, səhiyyə sahələrində, eyni zamanda fiziki məhdudiyyətli şəxslər, şəhid ailələri, qazilər və məcburi köçkünlər kimi həssas sosial qrupların rifah şəraitinin yüksəldilməsi sahəsində siyasəti Atatürkün eyni sahələrdə siyasəti tələbələrin sual-cavabları ilə müqayisə edilib.Sonda F. Ələsgərova xalqın sevgisini əbədi qazanmış Ulu öndər Heydər Əliyevin sosial sahədə uğurlu siyasəti ilə yanaşı din, multikulturalizm, ordu quruculuğu, mədəniyyət kimi sahələrdə də uğurlu siyasətçi olması faktını tələbələrin nəzərinə çatdırıb. Dərsin sonunda Ulu öndər və Mustafa Kamal Atatürk haqqında videoçarx nümayiş olunub.
11.05.2023
ADU- nun təcrübəçi tələbələri tərəfindən “Heydər Əliyevin anadan olmasının 100 illiyinə” həsr olunmuş tədbir keçirilib
Azərbaycan Dillər Universitetinin (ADU) Saleh Poladi adına 159 saylı tam orta məktəbdə pedaqoji təcrübədə olan tələbələri ilə həmin məktəbin şagirdlərinin birgə təşkil etdiyi “Heydər Əliyevin anadan olmasının 100 illiyinə” həsr olunmuş tədbir keçirilib. Tədbirdə metodist müəllim, dosent Q. Heybətov 2023-cü ilin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Heydər Əliyev ili” kimi elan olunması və bu mənada Respublikanın hər yerində silsilə tədbirlərin həyata keçirilməsi haqqında sərəncamını diqqətə çatdırıb. Təcrübəçi tələbələrdən Səbinə Əlizadə “Heydər Əliyev və Azərbaycançılıq”, Nigar Hacıyeva “Heydər Əliyev və Ana dili siyasəti” mövzularında çıxışlar ediblər.Tədbirin bədii hissəsində məktəb şagirdləri tərəfindən Heydər Əliyevə aid şeirlər söylənilib, “Ulu öndər” mahnısı səsləndirilib.
11.05.2023
Tələbələrə sertifikatlar təqdim edilib
Təhsil-2 fakültəsi İngilis dilinin leksikologiyası və üslubiyyatı-2 kafedrasında “Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarı kimi” tədbirində iştirak edən tələbələrə sertifikatlar təqdim edilib.8 may 2023-cü il tarixində tədbiri giriş sözü ilə Təhsil-2 fakültəsinin dekanı dos. Salman Nuriyev açaraq bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. İngilis dilinin leksikologiyası və üslubiyyatı-2 kafedrasının müdiri dos. Mehriban Hüseynova çıxış edərək qeyd edib ki, Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var. Və bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur.Sonda, kafedranın fakültə dekanı dos.Salman Nuriyev və kafedra müdiri dos. Mehriban Hüseynova tədbirdə iştirak edən Kərimova Nəzrin 221b, Ceyhunə Səmədli 228a, Sonara İsmayılova 220b, Cəvahir Ağacanova 220b, Elvin Məmmədov 220b, Ləman Cəfərova 220a, Səma Həsənova 220a, Pərvanə Allahverdi 220a, Aysu Qasımzadə 220a, Ella Güləhmədova 223b, Gülbahar İsmayılova 223b sertifikatlarla mükafatlandırılıblar.
11.05.2023
AHİK rəhbərliyi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Mayın 10-da – dövlətimizin qurucusu və banisi, xalqımızın xilaskar oğlu Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü günündə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, AHİK-in rəhbərliyi və kollektivi, həmçinin üzv təşkilatların sədrləri və əməkdaşları Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət ediblər.Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil qoyulub, xatirəsi ehtiramla yad edilib.Sonra Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi yad edilərək məzarı üzərinə gül dəstələri düzülüb.Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri qoyulub.6-7.jpg 515.11 KB3-11.jpg 504.4 KB5-7.jpg 518.25 KB
10.05.2023
ADU-da ödənişsiz portuqal dili kursları təşkil olunur
ADU Braziliyanın Espiritu Santus universiteti ilə əməkdaşlıq çərçivəsində Portuqal dilini başlanğıc səviyyədən öyrənmək istəyənlər üçün inanılmaz şans təklif edir:Portuqlar dili kursu Braziliyanın Espiritu Santu universitetinin mütəxəssisləri tərəfindən ÖDƏNİŞSİZ təşkil ediləcək.Kursun başlama vaxtı: 16 may, 2023Bitmə vaxtı sentyabr, 2023Maksimum tələbə sayı: 16Kurs saatı: 200 saatNeçə səviyyə: 4 dil səviyyəsiBir dərsin müddəti 1 saat 30 dəq.Dərs günləri: Həftənin çərşənbə axşamı, çərşənbə və cümə axşamı günləri.Dərsin başlanma və bitmə saatı: 17:30-19:00Dərslər başlanğıc səviyyədən öyrədiləcək və dərsliklər, eyni zamanda kursun özü tamamilə pulsuzdur. Maraqlananlar Anar Rəhimovla əlaqə saxlaya bilər. 419-cu otaq.050-305-36-36
10.05.2023
ADU-da Ulu öndər Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib
Mayın 10-da Azərbaycan Dillər Universitetində Beynəlxalq jurnalistika şöbəsinin təşkilatçılığı və jurnalistika ixtisasında təhsil alan I kurs tələbələrinin təşəbbüsü ilə Ulu öndər Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib.Tədbirdə rektorun məsləhətçisi Anar Osmanlı, Beynəlxalq jurnalistika şöbəsinin müdiri b/m. Nərgiz Qurbanlı və jurnalistika ixtisasında dərs deyən müəllimlər iştirak edib. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Sonra tələbələr Heydər Əliyevlə bağlı hazırladıqları süjetləri, Heydər Əliyev Mərkəzində çəkdikləri videoçarxları, ekspertlərdən aldıqları müsahibələri təqdim ediblər.Eyni zamanda tələbələrin Ulu öndərin həyat və fəaliyyəti ilə bağlı üç dildə təqdimatı olub.
10.05.2023
Bizimlə əlaqə