ADU tələbələri Ohanami bayramını qeyd ediblər

ADU tələbələri Ohanami bayramını qeyd ediblər

Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və Regionşünaslıq (BMR) fakültəsi nəzdində Xarici dillər kafedrasının yapon dili müəllimi Xanım Xəlilovanın təşəbbüsü ilə BMR fakültəsinin yaponşünalıq ixtisasında təhsil alan 172r, 269 və 365 qrup tələbələri  və Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşları, Yapon Bağında Ohanami bayramını  qeyd ediblər.Tədbirdə Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşı Cənab Amada Keiko ailəsi və Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçinin xanımı Vada xanım iştirak ediblər.  Cənab Amada Keiko uşaqları ilə Yapon və Azərbaycan oyunları oynayıblar. Ohanami bayramı əsasən sakura çiçəkləyən zaman insanların birlikdə sakura çiçəklərini izləyərək əylənmələridir.    Tədbir zamanı BMR fakültəsində təhsil alan tələbələr Yapon dilində şifahi nitqlərini təkmilləşdirərək Yaponiya mədəniyyəti ilə yaxından tanış olublar.

12.04.2023

ADU-nun müəllimləri şəhid Elvin Bayramovun ailəsini ziyarət ediblər

ADU-nun müəllimləri şəhid Elvin Bayramovun ailəsini ziyarət ediblər

Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin Regionşünaslıq kafedrasının müəllimləri Ramazan ayı münasibətilə fakültənin şəhid məzunu Elvin Bayramovun ailəsini ziyarət edərək bayram sovqatı aparıblar. Müəllimlər şəhid ailəsini yeni evə köçməsi münasibəti ilə təbrik etmiş və şəhidin xəstə, daun sindromlu bacısı Sitarə Bayramovanın ad gününü qeyd ediblər. 

12.04.2023

ADU-da

ADU-da "Heydər Əliyev irsi" mövzusunda açıq dərs keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) Təhsil -2 fakültəsi nəzdində Linqvokultrologiya kafedrasının təşkilatçılığı ilə "Heydər Əliyev irsi" mövzusunda açıq dərs keçirilib.Açıq dərsdə Linqvokultrologiya kafedrasının müdiri professor Məsməxanım Qazıyeva Ulu Öndərin keçdiyi böyük, mənalı və şərəfli həyat yolunun zaman və məkan anlayışına sığmadığını, Ümummilli liderin xarakterində doğma xalqına bağlılıq və təəssübkeşliyin hələ gənc yaşlardan özünü göstərdiyini  bildirib.Professor M. Qazıyeva qeyd edib ki, Heydər Əliyevin dövlətçilik konsepsiyasında  ədalət, qanunçuluq prinsiplərinə hər zaman üstünlük verilib. Məhz bu keyfiyyətlərə görə Ulu Öndər irsi hər zaman yaşayacaqdır.Açıq dərs tələbələrin təqdimatları ilə yekunlaşıb. 

12.04.2023

ADU-da “Mavi Dünya” adlı silsilə maarifləndirici tədbirlər çərçivəsində seminar keçirilib

ADU-da “Mavi Dünya” adlı silsilə maarifləndirici tədbirlər çərçivəsində seminar keçirilib

Azərbaycan Dillər Universitetində Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzi və “Birgə və Sağlam” İctimai Birliyinin birgə təşkilatçılığı ilə  “Mavi Dünya” adlı silsilə maarifləndirici tədbirlər çərçivəsində seminar keçirilib.Seminarda Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının müdiri və İnklüziv Təhsil Mərkəzinin rəhbəri dos. Nigar Zeynalova sağlamlıq imkanları məhdud (SİM) şəxslərə olan xüsusi və həssas münasibətdən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sahə üzrə həyata keçirdiyi islahatlardan, birinci xanım Mehriban Əliyevanın sağlamlıq imkanları məhdud uşaqlara göstərdiyi diqqət və qayğıdan, ADU-nun bu istiqamətdə reallaşdırdığı tədbirlərdən, İnklüziv Təhsil Mərkəzinin fəaliyyətindən, həyata keçirilən layihələr, həmçinin könüllülük, təcrübə mübadiləsi proqramından danışıb.Çıxışı zamanı N. Zeynalova bakalavriatura və magistratura səviyyələrində Korreksiyaedici təlim ixtisasının yaradılmasını, bu ixtisas üzrə təhsil alan tələbələrə Autizm adlı fənnin tədris olunmasını xüsusilə vurğulayıb.Seminarda "Birgə və Sağlam" İctimai Birliyinin sədri Aytən Eynalova, birliyin mütəxəssisi Nərmin Rəhimli autizmli şəxslərin davranış xüsusiyyətləri, onların təhsilinə düzgün yanaşma və ailələrə dəstək mövzusunda təqdimatla ətraflı çıxış edib.Qeyd edək ki, keçirilən “Mavi Dünya” adlı silsilə maarifləndirici tədbirlər,  Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzi və “Birgə və Sağlam” İctimai Birliyi arasında imzalanan qarşılıqlı əməkdaşlıq memorandumuna əsasən aprel – dünya autizm maarifləndirmə ayı çərçivəsində həyata keçirilir.Tədbirlərin məqsədi ictimaiyyəti autizm spektr pozuntusu haqqında məlumatlandırmaq və autizmli şəxslərə düzgün münasibət aşılamaqdır.

12.04.2023

Argentina konsulu ADU-da dərs keçib

Argentina konsulu ADU-da dərs keçib

Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin Regionşünaslıq kafedrası regionlar üzrə fənlərin tədrisində region və ixtisas ölkəsinin rəsmi nümayəndələri ilə birgə keçirilən dərslərə üstünlük verir. Bu dəfə Argentinanın Azərbaycandakı Səfirliyinin nümayəndələri - konsul Xose Kintana və səfirin assistenti Tutu Yunusova Regionşünaslıq kafedrasının müəllimi Ələsgərova Saranın "Cənubi Amerika ölkələrində turizm" fənni üzrə dərsində iştirak edibXose Kintana Cənubi Amerikaşünaslıq üzrə təhsil alan 369 qrup tələbələrinə "Argentina turizmi" mövzusunda mühazirə keçib.Cənubi Amerika ekoloji və ekzotik yerlərin turizmi üzrə ön sıralarda gedir. Argentina bu baxımdan maraqlı relyef, flora və faunaya məxsusdur. Xose Kintana Argentinanın turistik potensialı, məşhur muzeyləri və tarixi abidələri, maraqlı təbi landşaftı, plantasiyaları və fermaları haqqında da dərin məlumat verib.Dərsin sonunda Xose Kintana tələbələrin suallarını cavablandırıb.

12.04.2023

Bədii yaradıcılıq festival-müsabiqəsinin növbəti mərhələsi ADU-da keçirilib

Bədii yaradıcılıq festival-müsabiqəsinin növbəti mərhələsi ADU-da keçirilib

Azərbaycan Dillər Universitetində Ali təhsil müəssisələrinin tələbələri arasında  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş bədii-yaradıcılıq festivalının növbəti seçim mərhələsi keçirilib.Müsabiqə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Həmkarlar İttifaqları Konfederasiyası və ADU Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə gerçəkləşib.Gənclər musiqi və rəqs üzrə öz bacarıqlarını nümayiş etdiriblər. Onların çıxışları münsiflər heyəti tərəfindən qiymətləndirilib.Qeyd edək ki, bədii yaradıcılıq müsabiqə festivalının keçirilməsinin məqsədi gəncləri milli vətənpərvərlik ruhunda hazırlamaq, onları mədəniyyətimizə, incəsənətimizə, adət- ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, bədii-estetik zövqlərinin formalaşmasına kömək göstərmək, incəsənətin ayrı-ayrı növləri üzrə istedadlı gəncləri üzə çıxarmaq, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir.Müsabiqənin münsiflər heyətində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Xalq artisti Təranə Muradova, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Samir Cəfərov, xanəndə, Xalq artisti Gülyanaq Məmmədova, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, tarzən Arslan Növrəsli yer alıb.Festival qaliblərinin yekun konserti may ayında Bakı şəhərində keçiriləcək.

12.04.2023

“Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda növbəti zona konfransı Şəkidə keçirilib

“Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda növbəti zona konfransı Şəkidə keçirilib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi “Heydər Əliyev ili” ilə bağlı silsilə tədbirlərini davam etdirir. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş növbəti zona konfransı Şəki şəhərində keçirilib. Şəki Heydər Əliyev Mərkəzində təşkil edilən konfransın mövzusu “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” olub. Tədbirdə ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, Şəki şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova, Şəki - Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Günay Mahmudova, ATİAHİ-nin Ucar, Yevlax, Zərdab, Göyçay, Ağdaş, Şamaxı, Ağsu, Mingəçevir, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Şəki, Zaqatala, Balakən rayon komitələrinin sədrləri, həmkarlar ittifaqı fəalları iştirak edib. Konfrans iştirakçıları əvvəlcə Ümummilli Liderin Şəki şəhər Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsi önünə tər çiçəklər qoymuşlar. Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu öndərin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. İclasda çıxış edən ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə  bildirib ki, Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Bununla əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzvü olan sahə həmkarlar ittifaqları da müvafiq tədbirlər planı tərtib etmiş və həyata keçirirlər. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi də “Heydər Əliyev İli” ilə bağlı tədbirlərin keçirilməsinə başlayıb. Zona konfransı da Respublika Komitəsinin silsilə tədbirlərindən biridir. Sonra M.Cəfərzadə Azərbaycanda həmkarlar ittifaqlarının inkişafında ümummilli lider Heydər Əliyevin rolundan danışıb. Qeyd edib ki, Azərbaycanda bütün sahələrin, o cümlədən də həmkarlar ittifaqları institutunun davamlı inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün, Heydər Əliyevin bu sahədə olan ideyaları onun mənəvi-siyasi irsinin ən layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Daha sonra konfransda Şəki şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir  müavini  Günay Mahmudova, ATİAHİ İsmayıllı  rayon komitəsinin sədri  Hafiz Kərimov, Qax rayonu 2 saylı tam orta  məktəb - liseyin  direktoru Aybəniz Məmmədova, Əməkdar müəllim, HİK veteranı Şəfaqət Rəsulov, Zaqatala rayonu üzrə Təhsil Sektorunun  metodisti  Rəcəb Əlizadə, Oğuz  rayonu üzrə Təhsil Sektorunun metodisti Günel Abdullayeva və başqaları çıxış ediblər. Sonra ATİAHİ Şəki rayon komitəsinin Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar müəllim  arasında  keçirdiyi «Heydər  Əliyev mənim üçün kimdir?» və şagirdlər arasında keçirilmiş «Ürəklərdə yaşayan lider» inşa-yazı müsabiqəsində yer tutmuş qaliblər mükafatlandırılıb. Mükafatlandırma mərasimində çıxış edən ATİAHİ Şəki rayon komitəsinin sədri Ziyafət Xasıyeva bildirib ki, iştirakçılara təşəkkür edib və rayon komitəsinin bu kimi tədbirləri il ərzində davam etdirəcəyini bildirib. Tədbirin sonunda şagirdlərin ifasında şeirlər, mahnılar dinlənilib, rəqs nömrələri nümayiş etdirilib. CSC_9896 (1).JPG 10.58 MBDSC_9837.JPG 8.23 MBDSC_9903.JPG 7.34 MBDSC_9924.JPG 7.21 MBDSC_9990.JPG 7.23 MBDSC_0025.JPG 7.62 MBDSC_9958.JPG 7.16 MBDSC_9950.JPG 6.96 MBDSC_9945.JPG 7.09 MBDSC_9942.JPG 6.56 MBDSC_9928.JPG 7.64 MBDSC_9877.JPG 6.35 MBDSC_0010.JPG 6.33 MBCSC_9916.JPG 10.01 MB

10.04.2023

Kembric kvalifikasiyalarına dair məlumat sessiyasının təqdimatı keçirilib

Kembric kvalifikasiyalarına dair məlumat sessiyasının təqdimatı keçirilib

Aprelin 7-də Azərbaycan Dillər Universitetində Tədris məsələləri üzrə prorektorluğun təşkilatçılığı ilə DİM tərəfindən təşkil olunan Kembric kvalifikasiyalarına dair məlumat sessiyasının təqdimatı keçirilib.Məlumat sessiyasında hədəf qrupları olaraq həm müəllim heyəti, həm də bakalavr və magistratura tələbələri iştirak ediblər. 

07.04.2023

Doktorantura və dissertanturaya qəbul üçün portalda yerləşdirilməsi tələb olunan sənədlərin siyahısı

Doktorantura və dissertanturaya qəbul üçün portalda yerləşdirilməsi tələb olunan sənədlərin siyahısı

Doktorantura və dissertanturaya qəbul üçün portalda yerləşdirilməsi tələb olunan sənədlərin siyahısıFəlsəfə doktoru proqramı üzrə:Kadrların şəxsi-qeydiyyat vərəqiTərcümeyi-halİş yerindən xasiyyətnamə (möhürlənmiş şəkildə)Ali təhsil müəssisəsini bitirmək haqqında diplomların notarial qaydada təsdiq edilmiş surətləri (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının     vətəndaşları  təhsil  sənədlərinin tanınması haqqında şəhadətnamə) İş stajı olanlar - əmək kitabçasının surəti (möhürlənmiş şəkildə), əmək fəaliyyəti ilə məşğul olmayanlar isə - müvafiq arayış   Çap olunmuş elmi əsərlərin siyahısı (seçilmiş ixtisas üzrə minimum 2 məqalə, məqaləsi olmayan və doktoranturaya sənəd verənlər - seçilmiş ixtisas üzrə  25 səhifəlik referatDigər sənədlər bölməsində:Elmi rəhbərin razılıq məktubu (imzalı və möhürlü şəkildə)Şəxsiyyəti təsdiq edən sənədin surətiÇap olunmuş elmi əsərlərin surəti (jurnalın üz qabığı və mündəricatının surəti əlavə olunmaqla)3 ədəd fotoşəkil  (3x4 sm ölçüdə)İddiaçının malik olduğu sertifikatların (diplomların və s.) surətləri sənədlərə əlavə oluna bilər.Elmlər doktoru proqramı üzrə:Kadrların şəxsi-qeydiyyat vərəqiTərcümeyi-halİş yerindən xasiyyətnamə (möhürlənmiş şəkildə)Ali təhsil müəssisəsini bitirmək haqqında diplomların notarial qaydada təsdiq edilmiş surətləri (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının     vətəndaşları   təhsil   sənədlərinin tanınması haqqında şəhadətnamə) Elmlər namizədi (fəlsəfə doktoru)  diplomunun və dosent attestatının (əgər varsa) surətiİş stajı olanlar - əmək kitabçasının surəti (möhürlənmiş şəkildə), əmək fəaliyyəti ilə məşğul olmayanlar isə - müvafiq arayış   Çap olunmuş elmi əsərlərin siyahısı (fəlsəfə doktoru olduqdan sonrakı dövrə  aid məqalələr nəzərdə tutulur)Digər sənədlər bölməsində:Elmi məsləhətçinin razılıq məktubu (imzalı və möhürlü şəkildə)Şəxsiyyəti təsdiq edən sənədin surətiÇap olunmuş elmi əsərlərin surəti (jurnalın üz qabığı və mündəricatının surəti əlavə olunmaqla);3 ədəd fotoşəkil  (3x4 sm ölçüdə)İddiaçının malik olduğu sertifikatların (diplomların və s.) surətləri sənədlərə əlavə oluna bilər. 

07.04.2023

ADU-da Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş

ADU-da Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Azərbaycan–Böyük Britaniya ictimai-siyasi və ədəbi əlaqələri" mövzusunda tədbir keçirilib

Azərbaycan Dillər Universitetində  Xarici ölkələr ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Azərbaycan - Böyük Britaniya ictimai-siyasi və Ədəbi əlaqələri" adlı tədbir keçirilib.Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, fil.e.d., professor Aynur Sabitova "Azərbaycan - Böyük Britaniya ictimai-siyasi əlaqələrinin qurulmasında Ulu Öndər Heydər Əliyevin rolu" mövzusunda çıxış edib.O, Heydər Əliyevin keçmiş sovetlər dövründə və müstəqillik illərində ölkəmizin dünya arenasında tanınması yolunda atdığı mühüm addımlardan söz açıb. Eyni zamanda,  A.Sabitova ölkəmizin Böyük Britaniya ilə tarixi əlaqələrinin bərqarər olunmasında Ulu öndərin müstəsna rolunu, bu ölkəyə tarixi səfərlərini və ikitərəfli münasibətlərin inkişafına xidmət edən mühüm sənədlərin imzalanmasını qeyd edib.Ulu Öndərin əziz xatirəsinə həsr olunmuş tədbirlər sırasında bugünkü tədbirin xüsusi əhəmiyyət daşıdığını qeyd edən professor ölkəmizin Böyük Britaniya ilə əlaqələri çərçivəsindəki xüsusi tarixi günləri vurğulayaraq Heydər Əliyevin apardığı siyasətin cənab prezident İlham Əliyevin uğurla həyata keçirilməsindən, ölkəmizin hərtərəfli inkişafından bəhs edib.Kafedranın dosenti fil.f.d. Ülviyyə Əliyeva "Azərbaycan-Britaniya əlaqələrində milli mənəvi dəyərlər Heydər Əliyev simasında" mövzusunda çıxış edərək, Ümummilli liderin Britaniyaya rəsmi səfərləri zamanı diqqət çəkən maraqlı məqamlara toxunub.Ü. Əliyeva qədim tarixə malik Azərbaycan və Böyük Britaniya arasında iqtisadi, siyasi, sosial və ədəbi əlaqələrin möhkəmləndirilməsi yönündə Heydər Əliyevin ölkənin müxtəlif bölgələrinə etdiyi rəsmi səfərləri haqqında məlumat verib, Ümummilli liderin tarix, dil və mədəniyyət kontekstindəki çıxışlarından əhəmiyyətli nümunələri iştirakçıların diqqətinə çatdırıb.Azərbaycan - Böyük Britaniya ədəbi əlaqələrinin daha çox bilinqvistik aspektlərini qeyd edən kafedranın müəllimi, şair və tərcüməçi Qismət Rüstəmov müstəqillik illərində hər iki dil üzrə həyata keçirilmiş tərcümə işləri barədə qonaqlara ətraflı məlumat verib.O, Filologiya fakültəsinin dekanı, professor Şahin Xəlillinin bu istiqamətdə gördüyü çoxşaxəli işlərini, xüsusilə tərcümə və tadqiqatlarla bağlı kitablarının əhəmiyyətindən danışıb, Azərbaycan Tərcümə Mərkəzinin, "Dünya ədəbiyyatı", "Xəzər" jurnalının bu iki dildə apardığı tərcümə işləri haqqında söhbət açıb.Çıxış zamanı ingilis ədəbiyyatının klassik və müasir yazıçı və şairlərinin tərcümələri və Azərbaycanın klassik müəllifləri ilə yanaşı görkəmli şairimiz Zakir Fəxrinin və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirlər kitabının təcümələri xüsusi vurğulanıb.Filologiya fakültəsi üzrə IV kurs tələbəsi Sənan Cabbarlı “Azərbaycan-B.Britaniya əlaqələri mətbuat və təhsil kontekstində” mövzusunda çıxış edib.Londonda yerləşən “Azərbaycan mədəniyyəti mərkəzi”, “Böyük Britaniya azərbaycanlıları cəmiyyəti”, o cümlədən 2000-ci ildə əsası qoyulan “Azərbaycan-B.Britaniya gənclər cəmiyyəti”nin məqsədyönlü fəaliyyətləri barədə məlumat verən Sənan Cabbarlı BBC kanalının Azərbaycan studiyasının Azərbaycan həqiqətlərinin dünyaya tanıdılması istiqamətində gördüyü işlərin əhəmiyyətini vurğulanıb, həmçinin, ölkəmizdə fəaliyyət göstərən Britaniya şurasının (British Council) tələbələrimiz üçün yaratdığı imkanlardan bəhs edib.Sonda professor Aynur Sabitova tədbiri yüksək qiymətləndirib, növbəti aylarda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə  həsr olunmuş Azərbaycanın digər ölkələrlə də əlaqələri mövzusunda silsilə tədbirlər keçirməyi və bunun konfrans səviyyəsində təşkil olunması təklifini irəli sürüb.

07.04.2023

Çin dilinin təbliğində ADU-nun Konfutsi İnstitutunun mühüm rolu var

Çin dilinin təbliğində ADU-nun Konfutsi İnstitutunun mühüm rolu var

Son illərdə tarixi Böyük İpək Yolunun birləşdirdiyi iki ölkə - Azərbaycanla Çin arasında humanitar sahədə əməkdaşlıq yüksək templə inkişaf etməkdədir. Bu, hər şeydən əvvəl, Çin tərəfinin Avrasiya iqtisadi-nəqliyyat dəhlizlərinin yaradılması, həmçinin İpək Yolu ölkələri arasında humanitar mübadilə, mədəniyyətlərarası dialoq və siyasi ünsiyyətin təmin olunması istiqamətində nəzərdə tutulmuş “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsində ölkəmizin fəal iştirakı ilə əlaqədardır.Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Dillər Universitetinin nəzdində Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov deyib. O, 2015-ci ilin dekabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə tarixi səfərini yada salaraq qeyd edib ki, bu səfər zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpinlə dövlətimizin başçısı “Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının dostluq münasibətlərinin və əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannamə” imzalayıb. Məhz bu sənəd gələcəkdə iki ölkə arasında çoxtərəfli əməkdaşlıq istiqamətində möhkəm zəmin olub. Bundan sonra “Bir kəmər-bir yol” təşəbbüsünün həyata keçirilməsi sayəsində Çin tərəfinin “yumşaq güc” strategiyası çərçivəsində humanitar sahədə əməkdaşlıq inkişaf etməyə başladı, əməkdaş ölkələr arasında ictimai-siyasi dialoq fəallaşdı, həmçinin Konfutsi İnstitutu şəbəkəsi genişləndi. Azərbaycan və Çin arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi, Çin dilinin tədrisinin inkişafı üçün iki xalq arasında qarşılıqlı anlaşma və dostluq münasibətlərini artırmaq məqsədilə 2016-cı ildə Azərbaycan Dillər Universitetində (ADU) Konfutsi İnstitutu yaradıldı. Bu institutun əsas məqsədi Azərbaycanda Çin dili və mədəniyyətini daha geniş təbliğ etməkdir. Azərbaycanın Çinlə siyasi və iqtisadi əməkdaşlığının inkişaf etdiyi bir zamanda ölkəmizdə Çin dilinə maraq artmaqdadır. Xüsusən Azərbaycan gəncləri, tələbələr arasında Çin dilinə maraq ildən-ilə artır. Çin son illərdə iqtisadi sahədə əldə etdiyi uğurlarına görə dünyanın diqqətini çəkən ölkələrdən birinə çevrilib. İqtisadi cəhətdən inkişaf etməsi bu dövlətin digər sahələrdə də önə çıxmasına səbəb olub. Son statistikaya görə, Çin dili dünyada ən çox yayılan dil hesab olunur. Ümumilikdə 38 əyalətdə 1 milyard 299 milyon insan Çin dilində danışır. Çin dilinin daxilində qan, hakka, huizhou, cinyu, mandarin, min bei, min donq, min nan, min zhong pu-xian, Wu, xiang və yue kimi fərqli ləhcələri var. Ən çox istifadə olunan ləhcə isə mandarindir.Çin dilinin təbliğində, tədrisin müasir təlim metodları əsasında keçirilməsində, Çin dili üzrə milli dərsliklərin hazırlanmasında Konfutsi İnstitutunun mühüm rolu var. Bununla yanaşı, Konfutsi İnstitutu Çin dili kurslarının dinləyicilərini Çinə birillik təhsil almağa göndərir, məktəblilər və tələbələr üçün “Çin dili körpüsü” kursları təşkil edir. Ölkəmizin “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsində fəal iştirak etdiyi bir vaxtda Azərbaycanda onlarca Çin şirkəti fəaliyyət göstərir, turizm sahəsində mübadilə genişlənir, müntəzəm olaraq Çin dili üzrə ixtisaslaşmış tərcüməçilərə tələb artır. Digər tərəfdən isə Çin dilini öyrənməyə artan maraq Çin mədəniyyətinə daha dərindən nüfuz etməklə əlaqədardır. Bu gün Azərbaycanda elmi mübadilə genişlənir, Çində ticarət qurmaq istəyən biznesmenlərin sayı çoxalır. Bütün bunlar Çin dili kurslarına gələnlərin sayının artımında da özünü göstərir.ADU-nun Konfutsi İnstitutu Azərbaycanda Çin mədəniyyətinin ölkəmizdə təbliği sahəsində əlindən gələni əsirgəmir. Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti ilə birgə bədii və ədəbi gecələr təşkil edir, ölkəmizdə Çinin mədəni irsinin qorunduğu müəssisələrlə əməkdaşlıq edərək Çinin ənənəvi bayramlarını qeyd edir.İnstitutun 2020-2021-ci illərdəki aktiv fəaliyyətindən bəhs edən Rafiq Abbasov Azərbaycan Milli Xalça Muzeyində Çin təqvimi üzrə Yeni ilin “Bakı” adlı silsilə tədbirlər əsasında qarşılandığını xatırladıb. Qeyd edib ki, Konfutsi İnstitutu fəaliyyətini daha da genişləndirmək məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetində yaradılan distant Çin dili kurslarını uğurla bitirən tələbələri sertifikatlarla təltif edib. Dünyanı hədəf almış, həyat tərzimizi dəyişdirən koronavirus (COVID-19) pandemiyası Konfutsi İnstitutunun aktiv fəaliyyətinə zərər gətirə bilməyib. Belə ki, institutda dəfələrlə onlayn tədbir və seminarlar keçirilib, tələbə və müəllim heyəti ilə görüşlər təşkil olunub. Konfutsi İnstitutu koronavirus epidemiyası şəraitində işinin optimallaşdırılması və Çin mədəniyyətinin öyrənilməsində tövsiyələrin işlənib hazırlanmasına dair bir sıra tədbirlər görüb. İlk növbədə, Çin dili kursu üçün onlayn tədris rejimində proqram, metodik materiallar və videodərslərin ssenariləri işlənib-hazırlanıb. Ardınca Çin dili və mədəniyyətini inkişaf etdirmək məqsədilə “Həmrəy olaq və gələcəyə inamla baxaq” devizi altında onlayn xəttatlıq müsabiqəsi təşkil olunub.Konfutsi İnstitutu 2020-ci ilin aprelində Azərbaycan-Çin arasında diplomatik əlaqələrin qurulmasının 28-ci ildönümünə həsr olunmuş elektron layihə hazırlayıb. Layihənin informasiya bazasında Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin Azərbaycan-Çin əməkdaşlıq və dostluq əlaqələrinin inkişafı istiqamətlərində fəaliyyətini əks etdirən elektron kitablar təqdim olunub. Həmçinin Konfutsi İnstitutunda Çinin “Bir kəmər, bir yol” qlobal iqtisadi layihəsi çərçivəsində elmi araşdırmalar aparılıb, Prezident İlham Əliyevin ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafına yönələn çoxşaxəli fəaliyyəti barədə “İlham Əliyev - qədim xalqların müasir davamçısı (2003-2020)” adlı elektron kitab Çin və Azərbaycan dillərində hazırlanıb.Rafiq Abbasovun sözlərinə görə, Konfutsi İnstitutu təkcə Çin dilini deyil, həmçinin Çin mədəniyyətini yüksək səviyyədə təbliğ edir, buna nümunə olaraq təşkil olunmuş “Çinin ənənəvi musiqisi” adlı onlayn layihəni, “Duan-u” bayramına həsr olunmuş poetik onlayn seminarı, “Çin dili körpüsü” beynəlxalq müsabiqəsini, “Çin yelpiyinin incəsənəti” adlı onlayn tədbiri, “Arşın mal alan” operettasının Çin tarixi” adlı onlayn seminarı, “İki doqquzluq bayramı”na həsr olunmuş “Balaca vətənpərvərlər – Azərbaycanın böyük qurucuları” adlı onlayn tədbiri, “Qarabağ xalçaçılıq məktəbinin inkişafına Çin mədəni təsiri” adlı onlayn tələbə elmi seminarı, “Azərbaycan rəssamlarının yaradıcılığında Çin” mövzusunda onlayn seminarı, Çinin ənənəvi Dunçji (Qışın zirvəsi) bayramına həsr olunmuş onlayn tədbiri və s. nümunə göstərmək olar.O bildirib ki, Konfutsi İnstitutu məktəbliləri də unutmayaraq “Salam, Çin!” adlı silsilə onlayn seminarlar da keçirib. Tədbirlərin təşkilatçıları tərəfindən Çin dili və mədəniyyətinə marağı olan məktəblilərə iki ölkənin təhsil əlaqələrinin səmərəli inkişaf tarixindən danışılıb, Azərbaycan-Çin əməkdaşlığının bu inkişafa, ən əsası da “Bir kəmər, bir yol”un uğurlu icrasına ciddi töhfə verəcəyindən bəhs edilib, Çin mədəniyyətinin inciləri olan çay dəstgahı və Tay çi çuan ənənəvi döyüş sənəti haqqında ətraflı məlumatlar verilib, Çin sivilizasiyasının çoxəsrlik adət-ənənələrini əks etdirən “Böyük Çin” rəqsi canlandırılıb.Bu il martın 28-də isə Konfutsi İnstitutu tələbələr və Çin dili kurslarının dinləyiciləri üçün “Heydər Əliyevin Çinə tarixi səfəri” mövzusunda inşa müsabiqəsi elan edib. Müsabiqə Ulu Öndərin anadan olmasının 100-cü ildönümünə həsr edilib. Müsabiqənin məqsədi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi irsinin öyrənilməsində tələbələrin elmi-tədqiqat potensialını inkişaf etdirməkdir.© 2023Azərbaycan Dil

07.04.2023

ADU-da Rektoryanı şuranın növbəti iclası keçirilib

ADU-da Rektoryanı şuranın növbəti iclası keçirilib

Aprelin 7-də Azərbaycan Dillər Universitetində Rektoryanı şuranın növbəti iclası keçirilib.ADU-nun rektoru, akademik Kamal Abdulla şura üzvlərini salamlayıb, gündəlikdə duran məsələlər haqqında məlumat verib. Qeyd olunub ki, Azərbaycan Dillər Universitetinin beynəlxalq nüfuzu yüksəlib, dünya təhsil sisteminə inteqrasiyası istiqamətində bir sıra vacib uğurlara imza atılıb. Bildirilib ki, QS 2023 sahələr üzrə dünya universitetlərinin reytinqi (QS World University Rankings by Subject 2023) açıqlanıb. Reytinqdə 161 ölkədən 1594 ali təhsil müəssisəsi iştirak edib. QS sahələr üzrə dünya universitetlərinin reytinqi 5 kateqoriya üzrə qruplaşdırılmış 54 sahəni əhatə edir. Reytinqin qiymətləndirmə metodologiyasında 5 əsas indikator nəzərə alınır: akademik nüfuz, işəgötürənlər arasında nüfuz, istinadlar, H-indeks və beynəlxalq elmi əməkdaşlıq. Azərbaycandan ilk dəfə iki ali təhsil müəssisəsi QS sahələr üzrə dünya universitetlərinin reytinqinə daxil olub. Azərbaycan Dillər Universiteti “Müasir dillər” üzrə dünyada ən yaxşı 301 - 340 universitetlər qrupuna daxil olub. QS reytinq cədvəli ilə bağlı ADU-nun rektoru, akademik Kamal Abdulla  görüləcək işlərin əhəmiyyətini vurğulayıb və müvafiq strukturlara göstərişlərini verib:“Bu uğurun qazanılmasında hər bir universitet əməkdaşının payı var. Bu mənada hər bir universitet əməkdaşını təbrik edirəm. Bu nailiyyət təkcə universitetimiz üçün deyil, həmçinin Azərbaycan elmi və təhsili üçün də böyük uğurdu. Biz bundan sonra da çalışmalıyıq ki, uğurlarımızın davamı gəlsin, digər sahələr üzrə də reytinq cədvəlində özümüzə yer qazana bilək. Elm və təhsil reytinqlərində daha ön cərgələrdə yer almağımız üçün lazım olan bütün tədbirləri yüksək səviyyədə həyata keçirməliyik. Bu istiqamətdə kafedralara, mərkəzlərə, tədqiqatçılara, alim və professorlarımızın üzərlərinə daha çox iş düşür. İnanıram ki, bundan sonra da alimlərimiz üzərlərinə düşən işin öhdəsindən layiqincə gələcək”.Tarix üzrə fəlsəfə doktoru Pərviz Kazımi QS reytinq cədvəli və onun iş prinsipləri haqqında məlumatlandırıcı slayd təqdim edib. Qeyd olunub ki, universitetin dünya reytinq cədvəlində yer alması əlamətdar hadisədir. Bu onu göstərir ki, Azərbaycan Dillər Universiteti öz sahəsi üzrə qabaqcıl ali təhsil müəssisələrindən biridir.Rektoryanı şura müzakirələrlə davam edib. 

07.04.2023

ADU və Çeçenistan Dövlət Pedaqoji Universiteti arasında saziş imzalanıb

ADU və Çeçenistan Dövlət Pedaqoji Universiteti arasında saziş imzalanıb

Aprelin 5-də Azərbaycan Dillər Universitetində Çeçenistan Dövlət Pedaqoji Universitetinin əməkdaşları ilə görüş keçirilib.ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Qeyd olunub ki, elmi əməkdaşlığın qurulması və inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm addımlar atılmaqdadır. Görüşün əhəmiyyətindən danışan rektor universitetdə fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri haqqında qonaqlara məlumat verib: “İnanıram ki, qarşılıqlı elmi əməkdaşlıq istiqamətində zəruri tədbirlər həyata keçiriləcək. Bu əməkdaşlıq həm elmi, həm də təcrübə baxımından hər iki universitet üçün yeni perspektivlərə yol açacaq. Buna görə də sizi universitetimizdə fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri ilə yaxından tanış olmağa dəvət edirəm”.Çeçenistan  Dövlət Pedaqoji Universitetinin əməkdaşları Tamara Avtaeva, Raisa Buralova səmimi qarşılanmaya və xoş sözlərə görə təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, universitetlər arasında bir sıra layihələrin birgə həyata keçirilməsi nəzərdə tutulur. Bu layihələrdə konkurslar, görüşlər, yeni elmi əməkdaşlıq platforması üçün əlverişli imkanların mümkünlüyü yer alıb.Görüşdə multikulturalizm siyasətinin önəmindən danışılıb, qarşılıqlı şəkildə dil və mədəniyyət mərkəzlərinin açılması kimi təkliflər səsləndirilib.Daha sonra ADU və Çeçenistan Dövlət Pedaqoji Universiteti arasında saziş imzalanıb. 

06.04.2023

Tədrisdə tədqiqat metodikası istiqamətində silsilə məşğələlər başlayıb

Tədrisdə tədqiqat metodikası istiqamətində silsilə məşğələlər başlayıb

Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzində tədrisdə tədqiqat metodikası istiqamətində silsilə məşğələlərə start verilmişdir. Məşğələlər Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva tərəfindən həyata keçirilir. Məşğələdə Pedaqogika və Xarici dillərin tədrisi metodikası kafedralarının müəllimləri iştirak edir.Ülkər Babayeva İnstitutun qısa və uzunmüddətli strateji planlaşdırılmasına töhfə verir, strateji layihələrin həyata keçirilməsinə nəzarət edir, mövcud proqramların və/və ya təhsil siyasətinin qiymətləndirilməsini təmin edir, illik fəaliyyət planına uyğun olaraq yeni təşəbbüslər hazırlayır.O, həmçinin ABŞ–ın  Cons Hopkins Universitetində Təhsil üzrə elmi dərəcəyə malikdir. Onun tədqiqat maraqlarına təhsil texnologiyası, kurikulum, təlimat, qiymətləndirmə, peşəkar öyrənmə və tədris dizaynı daxildir.Ülkər Babayeva həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda bir sıra universitetlərdə köməkçi professordur. Bir neçə ölkə miqyasında təhsil layihələrinə rəhbərlik edir və bir sıra konfrans, müsabiqə və/yaxud forumlarda ekspert və ya münsiflər heyətinin üzvü kimi çıxış edir.

05.04.2023

Macarıstan səfiri ADU tələbələrinə kitablar hədiyyə edib

Macarıstan səfiri ADU tələbələrinə kitablar hədiyyə edib

Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torman Azərbaycan Dillər Universitetində (ADU) fəaliyyət göstərən Macar Dili və Mədəniyyəti Mərkəzinə müxtəlif kitablar hədiyyə edib. Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, səfir əvvəlcə ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova ilə görüşüb. Görüşdə səfirlik və universitet arasında olan mövcud əlaqələr müzakirə olunub, Macar Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb:“Bizim Azərbaycan Dillər Universiteti ilə uzun zamandır çox faydalı, gözəl əlaqələrimiz var. Ötən il universitetin qonağı oldum. Macar Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyəti, macar dilini öyrənən tələbələrin həvəsi, marağı bizi çox sevindirir. İnanıram ki, macar dilində olan bu kitablar tələbələr üçün faydalı olacaq. Tələbələr bu kitablar vasitəsi ilə Macarıstanın tarixini, mədəniyyətini daha yaxından öyrənə biləcəklər”.Prorektor Jalə Qəribova səfirə ADU-nun rektoru, akademik Kamal Abdullanın və macar dilini öyrənən tələbələrin adından təşəkkürünü bildirib, hədiyyə olunan kitabların tələbələr üçün faydalı vəsaitlər olduğunu diqqətə çatdırıb.Daha sonra səfir Tamaş Torman Macar Dili və Mədəniyyəti Mərkəzində olub, tələbələrlə görüşüb.

05.04.2023

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo