Dillər Universitetində Çin astronavtları ilə birbaşa əlaqə seansı keçirilib
Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunda ADU tələbələri ilə Çinin “Şençjou-15” kosmik gəmisinin ekipaj üzvləri arasında birbaşa əlaqə seansı keçirilib. Çin kosmik stansiyası ilə birbaşa əlaqə Şanxay Əməkdaşlıq Təşkilatının Dostluq və Əməkdaşlıq üzrə Çin Komitəsinin, Çinin Pilot Kosmik Proqramı Ofisinin və Ümumçin Gənclər Federasiyasının yardımı ilə təşkil edilib. Çin astronavtları ilə birbaşa əlaqə seansı Qazaxıstan, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan, Özbəkistan, Hindistan, İran, Belarus və Monqolustandan olan tələbə və məktəblilərlə eyni vaxtda onlayn rejimdə keçirilib.Çinli taykunavt Fei Junlonq Çinin “Tyanqonq” kosmik stansiyasında olarkən, ŞƏT ölkələrinin gəncləri ilə söhbət edib onların astronavtların gərgin əməyi, insanın kosmosu tədqiq etmək perspektivləri ilə bağlı suallarını cavablandırıb.ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov qeyd edib ki, 2023-cü ildə Çində ilk Çin peyki Dongfanghong-1-in orbitə buraxılması xatirəsinə həsr olunan Kosmonavtika Günü Çin Milli kosmik İdarə yaradılmasının 30 illiyinə təsadüf olub. O, həmçinin qeyd edib ki, bu il Konfutsi İnstitutu tərəfindən Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi ərəfəsində ADU-nun Konfutsi İnstitutu Azərbaycan və Çinin kosmosun tədqiqi üzrə siyasətinin həyata keçirilməsi məqsədlərini, prinsiplərini və xüsusiyyətlərini vurğulamaq üçün “Azərbaycan və Çin: Kosmosa İpək Yolu” adlı elmi tələbə seminarları keçirilir.
24.04.2023
ADU-nun təcrübədə olan tələbələri AMEA -da “Heydər Əliyevin təhsil siyasəti” mövzusunda dəyirmi masa keçiriblər
Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Tarixi etnoqrafiya” şöbəsində istehsalat təcrübəsi keçən tələbələri elmi rəhbərləri, Regionşünaslıq kafedrasının müəllimi Günay Feyziyeva ilə birgə “Heydər Əliyevin təhsil siyasəti” mövzusunda dəyirmi masa keçiriblər.Tədbiri Regionşünaslıq kafedrasının müdiri, professor Sevdagül Əliyeva açıb. Professor S. Əliyeva çıxışında Ulu öndər rəhbərlik etdiyi dövrdə Azərbaycanda təhsilin müxtəlif sahələrinin inkişafına xüsusi diqqət yetirdiyini, gənclərin dövrə uyğun yüksək səviyyədə təhsil alması, yaxşı mütəxəssislər olması üçün çox sayda tədbirlər həyata keçirdiyini qeyd edib.Tədbirdə iştirak edən t.ü.f.d. Kamran İsmayılov xaricdə təhsilin üstünlüklərindən, Respublikanın gələcək inkişafına yönəlmiş bir siyasət olduğundan danışıb.Çıxışı zamanı o, tələbələrə Azərbaycan prezidenti İlham Əliyevin dövlət proqramına əsasən qərb ölkələrinə gənclərin təhsil almaq üçün göndərməsi siyasətinə yüksək qiymət verdiyini vurğulayıb.AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Tarixi Etnoqrafiya” şöbəsinin müdiri, t.e.d. İlhamə Məmmədova çıxışında Ulu öndərin xaricə tələbə göndərmə siyasətindən danışarkən, xaricidə təhsilin tarixinə də toxunub: “Heydər Əliyevin xaricə tələbə göndərmə siyasəti uzunmüddətli inkişafa xidmət edir, Ulu öndərin Vətəninə, xalqına olan sevgisindən irəli gəlirdi. Azərbaycan tarixində xaricə tələbə göndərilməsi hələ Qacarlar dövründən məlumdur. XIX əsrin əvvəllərində Rus-İran müharibəsində məğlub olan ölkəni dirçəltmək üçün islahatlara başlandı. Qacarların vəliəhdi vətən sevgisi ilə yanan Abbas Mirzə Təbrizdən bir sıra gəncləri Avropaya, Peterburqa oxumağa göndərdi. Bu yolla çap sənəti, fotoqrafiya, dəqiq elmlər üzrə mütəxəssislər yetişdirildi. Ölkəyə qayıdan məzunların sayəsində islahatlar həyata keçirdi. İranda ilk çapxananı açdı.”Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin Qafqaz üzrə 458 –ci qrup tələbəsi Ayparə Səfərli “Heydər Əliyevin gənclər siyasəti” mövzusunda çıxış edərək, Ulu öndər Heydər Əliyevinin hakimiyyət illərində gənclərə yönəlik dövlət siyasətinin İlham Əliyevin hakimiyyəti dövründə də davam etdiyini bildirib.Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin Qafqaz üzrə 458-ci qrup tələbəsi Sevinc Dadaşova isə “Heydər Əliyevin Azərbaycan təhsil quruculuğunda rolu” mövzuda çıxışında təhsil sahəsində görülən işlərin, layihələr və sərəncamın elmin inkişafındakı önəmindən bəhs edib. Eyni zamanda Heydər Əliyevin hakimiyyət illərində təhsil sahəsində imzalanan sərəncamlar haqqında məlumat verib.Regionşünaslıq kafedrasının dosenti Bəhmən Əliyev təhsilin elmlə vəhdətini əsaslandıraraq bildirib ki, təhsilə yüksək qiymət verilməsi elmin inkişafını təmin edir. Ulu öndərin Təhsil və elmə daim diqqət yetirməsi Azərbaycan Respublikasının bugünkü inkişafına müsbət təsir göstərmişdir.
20.04.2023
“Heydər Əliyevin Azərbaycançılıq dünyası” adlı tədbir keçirib
20 aprel 2023-cü il tarixdə ADU-nun Fransız dili və Mədəniyyəti Mərkəzi Frankofoniya Mərkəzi, Təhsil-2 fakültəsi nəzdində Xarici Dillər kafedrası ilə birlikdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyevin Azərbaycançılıq dünyası” adlı tədbir keçirib.Tədbiri giriş sözü ilə Fransız dili və Mədəniyyəti Mərkəzinin müdiri, filologiya elmləri doktoru, professor Əsgər Zeynalov açıb, Heydər Əliyevin xalqı qarşısında xidmətlərindən yığcam şəkildə məlumat verib.Təhsil-2 fakültəsinin 222a qrupunun tələbələrindən Gülmira Hüseynova “Heydər Əliyev və Azərbaycan dili”, Bədirova Jalə “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”, Nərmin Muradova “Heydər Əliyevin Fransa səfərləri” mövzusunda geniş məruzə ilə çıxış ediblər.Tədbirdə Rəşid Behbudovun, Müslüm Maqomayevin, Xan Şuşinskinin, Niyaməddin Musayevin, Ağadadaş Ağayevin ifalarında mahnılar səsləndirilib.Tədbirin sonunda ADU rektorunun müşaviri Anar Osmanlı, Təhsil-1 fakültəsinin dekanı, professor Fikrət Cahangirov, Təhsil-2 fakültəsinin dekanı, dosent Salman Nuriyev, İngilis dili qrammatikası kafedrasının müdiri, professor Arif Hüseynov, Təhsil-2 fakültəsi nəzdində Xarici dillər kafedrasının müdiri, dosent Aida Sobor çıxış edərək tədbiri yüksək səviyyədə təşkil etdiklərinə görə təşkilatçılara və tələbələrə təşəkkürlərini bildiriblər.
20.04.2023
enesuela Bolivar Respublikasının səfiri ADU-da
19 aprel 2023-cü il tarixində Azərbaycan Dillər Universiteti İspan dili mərkəzinin təşkilatçılığı ilə Venesuela Bolivar Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Kristofer Martinez Berroteran “Səfir saatı” çərçivəsində Venesuelanın azadlığının dönüş nöqtəsi olan 19 aprel 1810-cu il tarixini qeyd etmək məqsədi ilə Universitetin qonağı olub.Görüşdə ADU-nun Tərcümə fakültəsinin İspan dili ixtisası üzrə təhsil alan 3-cü kurs tələbələri iştirak edib. İlk öncə Venesuela Respublikası üçün çox mühüm sayılan bu tarix haqqında qısametrajlı film nümayiş olunmuş və daha sonra film haqqında müzakirələr aparılmışdır.Sonda Venesuala Bolivar Respublikasının Azərbaycandakı Səfirliyində istehsalat təcrübəsi keçən Tərcümə fakültəsinin 4cü kurs tələbələrinin altyazısını tərcümə etdikləri Venesuela haqqında qisa video proyeksiya təqdim edilib.
20.04.2023
ADU-nun tələbələri Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər
Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya fakültəsi nəzdində Xarici dillər kafedrasının müəllimi Lalə Məlikova 142 b qrupunun tələbələri ilə birgə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər. Ekskursiya çərçivəsində tələbələr Heydər Əliyev Mərkəzini, burada fəaliyyət göstərən Heydər Əliyev Muzeyini ziyarət ediblər.Həmçinin onlar dahi rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar, ulu öndərin siyasi irsini təbliğ edən əyani vəsaitlərlə tanış olublar.
19.04.2023
ADU-da “MƏN FƏXR EDİRƏM Kİ, AZƏRBAYCANLIYAM!” adlı tədbir keçirilib
Azərbaycan Dillər Universitetində (ADU) Müəllim Azad Həmkarlar Komitəsinin təşəbbüsü və maliyyə dəstəyi, Təhsil- 2 Fakültəsi nəzdində Linqvokulturologiya kafedrasının təşkilatçılığı ilə Təhsil I və II fakültələrinin 1-ci və 3-cü kurs tələbələri arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “MƏN FƏXR EDİRƏM Kİ, AZƏRBAYCANLIYAM !” adlı tədbir keçirilib.Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib.Linqvokulturologiya kafedrasının baş müəllimi Səidə Orucova Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq aləmdəki rolundan, eləcə də, demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin inkişafında misilsiz xidmətlərindən danışıb.S. Orucova keçiriləcək viktorinanın şərtlərini və mərhələlərini izah edib. Üç mərhələdən ibarət olan viktorinada iştirak etmək üçün əvvəlcə Təhsil 1 və Təhsil 2 fakültələrinin 1-ci və 3-cü kurs tələbələrindən ibarət “Zəfər”, “Uğur”, “Lider”, “Odlar Yurdu” və “Xəmsə” komandaları təşkil edilib.Komanda iştirakçıları müxtəlif mövzuları əhatə edən sualları cavablandırıblar. Heydər Əliyevin Azərbaycan və Böyük Britaniya, həmçinin, ABŞ arasında mədəni, xarici, siyasi və iqtisadi əlaqələrində rolu, Böyük Britaniya və Amerikanın tarixi və mədəniyyətinə aid sualları cavablandırmağa çalışıblar. Bundan başqa, viktorinada müxtəlif intellektual və maraqlı suallar da təqdim edilib. Viktorinanın şərtlərinə uyğun olaraq, II mərhələyə 3 komanda- “Odlar Yurdu”, “Uğur” və “Xəmsə” komandaları keçib. Sona qalan və suallara düzgün cavab verən 2 komanda – “Odlar Yurdu” və “Xəmsə” arasında keçirilən Final mərhələsində qalib müəyyən olunub. Viktorina iştirakçılarının cavablarının düzgünlüyü və tamlığı münsiflər heyəti tərəfindən qiymətləndirilərək “Xəmsə” komandası qalib elan edilib.Münsiflərin verdiyi qərara görə, viktorinanın qalibi olan “Xəmsə” komandası diplom və pul mükafatı ilə, digər iştirakçılar isə sertifikatlarla təltif olunacaq.Tədbirdə ADU-nun rektor köməkçisi Anar Osmanlı, ADU-nun fakültə dekanları professor Fikrət Cahangirov və dosent Salman Nuriyev, fakültə nəzdində olan kafedra müdirləri professor Arif Hüseynov, dosent Nigar Zeynalova, dosent Şəlalə Babayeva və Linqvokulturologiya kafedrasının müəllimləri iştirak ediblər.Linqvokulturologiya kafedrasının müdiri professor Məsməxanım Qaziyeva tədbirin təşkilatçısı, baş müəllim Səidə Orucovaya və dosent Aynur Məmmədzadəyə, gələn qonaqlara və iştirak edən tələbələrə təşəkkür edib, qalibləri təbrik edib.Sonda ulu öndər Heydər Əliyevin unudulmaz sözlərinə həsr edilən “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” mahnısı səsləndirilib.
19.04.2023
Qənimət İsbəndiyarovla ADU-nun jurnalistika ixtisasında təhsil alan tələbələrin görüşü keçirilib
Azərbaycan Dillər Universitetində Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi Günel Qəribovanın təşəbbüsü, Beynəlxalq jurnalistika şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin marketinq meneceri Qənimət İsbəndiyarovla jurnalistika ixtisasında təhsil alan III kurs tələbələri arasında görüş keçirilib. Q. İsbəndiyarov “Sosial medianın prinsipləri və media marketinq” mövzusunda tələbələrə təcrübəsini bölüşüb.Həmçinin yeni medianın istiqamətləri və sosial mediadan düzgün istifadə qaydaları geniş müzakirə olunub.Dərs prosesi interaktiv və qarşılıqlı fikir mübadiləsi fonunda aparılıb.Sonda Q. İsbəndiyarov tələbələrin mövzu ilə bağlı suallarını cavablandırıb.
19.04.2023
ADU- nun bir qrup müəllim və tələbə heyəti fotosərgidə iştirak edib
Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin Mərkəzi və Şərqi Avropaşünaslıq ixtisasının 178r, 371r, 177, 370-ci qrupların tələbələri və fakültənin nəzdində fəaliyyət göstərən Regionşünaslıq kafedrasının dosenti Nigar Hüseynova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fialə Abdullayeva Macar mərkəzinin rəhbəri Anna Piko-nun dəvəti ilə aprelin 13-də Azərbaycan Memarlıq və İnşaat universitetində keçirilən, məşhur fotoqraf Aydın Sadıxovun “Macarıstanın tarixi və memarlıq mirası” adlı fotosərgisində iştirak ediblər. Tədbirdə tələbələr və müəllimlər Macarıstanın fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Tormanla görüşüb, region ölkələrinin mədəniyyəti, rəssamlığı, memarlıq və heykəltəraşlığı haqqında söhbət aparıblar. Fotoqraf Aydın Sadıxov çıxışında sərgilənən fotoların yaranması, aktuallığı və onlara olan maraq dairəsi haqqında qonaqlara maraqlı məlumat verib.
19.04.2023
ADU-da professor Rəhman Bədəlovla görüş keçirilib
Azərbaycan Dillər Universitetində professor Rəhman Bədəlovla növbəti görüş keçirilib.Görüş Həsən bəy Zərdabinin həyat və yaradıclığına həsr edilib.Professor, Zərdabinin Azərbaycan tarixində və mətbuatında önəmli rolu, imza atdığı yeniliklər və əvəzolunmaz töfhələri barədə danışıb, şəxsi araşdırmaları nəticəsində Zərdabinin fəaliyyətinə dair əldə etdiyi dəyərli məlumatları bölüşüb.Görüşdə universitetin müəllimləri, doktorant və magistrlar, o cümlədən, universitetin nəzdində fəaliyyət göstərən Yaradıcılıq fakültəsinin tələbələri iştirak ediblər.İştirakçılar daha sonra professora Zərdabinin həyatı və fəaliyyəti barədə suallar ünvanlayıb, onları maraqlandıran sualların cavablarını öyrəniblər.Sonda professor tələbərərin dünyagörüşünün formalaşmasında və onların milli dəyərlər barədə məlumatlılığının artmasında belə görüşlərin əvəzsiz rolu olduğunu vurğulayıb, görüşün təşkili üçün Azərbaycan Dillər Universitetinə və universitetin rektoru akademik Kamal Abdullaya təşəkkürünü bildirib.Qeyd edək ki, Rəhman Bədəlov Həsən bəy Zərdabidən bəhs edən "Zərdablı adam" kitabının müəllifidir. Professorun bundan başqa bir neçə kitabı nəşr edilib. O, həmçinin mətbuatda yazılarla da çıxış edir.
19.04.2023
ADU-nun tələbələri Rus Evində keçirilən iftar süfrəsində iştirak edib
Aprelin 15-də Rus evi və “Яшьлек“ Tatar gənclər mərkəzinin təşkilatçılığı ilə Bakıdakı Rus Evində iftar süfrəsi verilib.İftardan öncə tatar məscidindən dəvət olunmuş mollalar gələn qonaqlar üçün Qurandan ayələr səsləndiriblər.Gecədə həmvətənlər təşkilatının, Tacikistan səfirliyinin, Tatarıstanın daimi nümayəndəliyinin və “Qazprom”un Azərbaycandakı nümayəndəliklərin əməkdaşları iştirak ediblər.İştirkaçılar arasında Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin tələbələri Rüfət Rəsulov, Heydər Səfərov və Fərid Rəcəbli də olub.Tələbələr dəvət görə Rus Evinin rəhbəri İrek Zinnurova dərin minnətdarlığımızı bildiriblər.
19.04.2023
ADU- da “Heydər Əliyev və uşaqlar” adlı tədbir keçirilib
Azərbaycan Dillər Universiteti (ADU) Təhsil 1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar görülən işlər çərşivəsində, “Heydər Əliyev və uşaqlar” adlı tədbir keçirilib.Tədbirin əsas məqsədi keçirilməsi nəzərdə tutulan Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş, “Heydər Əliyev və Türk dövlətləri ilə əlaqələrin istiqamətləri” adlı tələbə-şagird elmi konfransında tezislə çıxış edəcək şagirdlərin universitetlə tanışlığı olub. Şagirdlər şəhid məzunların xatirəsini yad etdikdən sonra universiteti gəzib, kitabxanası ilə tanış olublar.Tədbirdə ADU-nun rektorunun məsləhətçisi A. Osmanlı, Təhsil 1 fakültəsinin dekanı fil.e.d., prof. F. Cahangirov, pedaqoji təcrübə keçən müəllimlər, tələbələr, 176 saylı tam orta məktəbin və Məktəb-Lisey Kompleksin şagirdləri iştirak ediblər. “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi necə tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır”- deyən X. Əsgərova, Ulu öndərin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb.Rektor məsləhətçisi A. Osmanlı və prof. F. Canagirov uşaqları milli, mənəvi, əxlaqi dəyərlərimizə sevgi ruhunda tərbiyə etmək üçün H. Əliyev şəxsiyyətinə müraciət etməyi və bu dahi insanın həyatının milli örnək kimi uşaq və yeniyetmələr arasında geniş təbliğ olunması barədə məlumat veriblər.Universitet haqqında təəssüratlarını bölüşən şagirdlər təcrübəçi elmi rəhbərlərinə təşkil edilən tədbir üçün təşəkkürlərini çatdırıb, ADU-da təhsil almağın ən böyük arzuları olduğunu dilə gətiriblər.
19.04.2023
ADU-da Çin dili günü
Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət gostərən Konfutsi İnstitutunda BMT rəsmi dillərinin özünəməxsusluğu və zənginliyini ön plana çəkmək məqsədilə, eləcə də BMT-nin İctimai İnformasiya Departamentinin təklifi əsasında 2010-cu ildə təsis edilmiş Cin dili gününə həsr olunan bayram tədbiri keçirilib.Bayramda ümummilli lider Heydər Əliyevin Azərbaycan-Çin dostluq əlaqələrinin inkişafı sahəsində fəaliyyətlərinə həsr olunmuş Çin dilində kitablar sərgisi keçirilib. Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov qonaqlara ADU-nun Konfutsi İnstitutunun təhsil və mədəni-maarif sahələrində fəaliyyəti, Çinin təşəbbüsü ilə reallaşan “Bir kəmər – bir yol” layihəsinin həyata keçirilməsində Azərbaycanın iştirakına dair elmi tədqiqatların aparılması barədə məlumat verib.Azərbaycanlı gənclərin Çin dili və mədəniyyətinə marağının artdığını qeyd edən Rafiq Abbasov rəsmi Çin dili test mərkəzinin işi barədə danışaraq, Çin dili üzrə Hanyu Shuiping Kaoshi (HSK) və Hanyu Shuiping Kouyu Kaoshi (HSKK) imtahanlarının keçirildiyini bildirib. O, həmçinin müasir Çin dili dünyasından söz açaraq, Azərbaycanda bu dilin öyrənilməsi üçün nəşr olunan metodik vəsaitlərin, proqramların və ADU tərəfindən hazırlanan ilk milli Çin dili dərsliyinin əhəmiyyətini diqqətə çatdırıb.Tədbirdə çıxış edən ADU-nun çinşünas tələbələri Çin dili tarixi haqqında danışaraq, Çin yazısının banisi, əfsanəvi imperator Xuan Dinin sarayının tarixçisi, köhnə heroqliflərdən sonra piktoqram növlərini hazırlayan Szyan Szenin bu dilin inkişafına verdiyi töhfələr barədə məlumat veriblər.
18.04.2023
ADU-da ABŞ-ın Amerika Məkanlarını təmsil edən nümayəndə heyəti ilə görüş keçirilib
Aprelin 18-də Azərbaycan Dillər Universitetində ABŞ Dövlət Departamentinin Amerika Məkanlarının Regional İctimai Əlaqələr üzrə mütəxəssisi Şeyla Veirlə və ABŞ Səfirliyinin Mədəniyyət üzrə Attaşesı Hacı Salman ilə görüş keçirilib.ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib. ADU-nun Bakı Amerika Mərkəzinin əsas mərkəzlərdən biri olduğunu bildirən akademik Kamal Abdulla, eyni zamanda universitetdə fəaliyyət göstərən digər dil və mədəniyyət mərkəzləri haqqında məlumat verib. Qeyd olunub ki, mərkəzlərin tədris və elmi bölmələrlə əlaqəli formada fəaliyyətdədir, həmçinin bu mərkəzlərin tələbələrlə yanaşı, ölkələrin dili, mədəniyyəti, ədəbiyyatı ilə maraqlanan hər kəsin üzünə açıqdır. Tələbələrin Amerika üslubunu rahatlıqla qəbul etdiyini deyən universitet rəhbəri ADU Amerika Mərkəzinin zəngin kitabxana və internet bazasından müəllim və tələbələrin, həmçinin digər maraqlı şəxslərin səmərəli şəkildə bəhrələndiklərini diqqətə çatdırıb: “Universitetimizdə Avropa dilləri ilə yanaşı yapon, Koreya, İndoneziya, Çin, ərəb, türk, sankrit və s. dillər də tədris olunur. Mərkəzlərimizin qapıları təkcə universitetimizə yox, geniş kütləyə də açıqdır və bu bizi sevindirir. Beynəlxalq əlaqələrimiz bizə geniş imkamlar yaradır və bu imkanlar həm elmi, həm də mədəni mübadilənin əhəmiyyətini təqdim etmiş olur. Əminəm ki, Bakı Amerika Mərkəzi bundan sonra da həm müəllimlərimiz, həm də tələbələrimiz üçün faydalı işlərə imza atacaq”.Səmimi qarşılanmaya və xoş sözlərə görə minnətdarlığını bildirən qonaqlar ADU ilə əməkdaşlığın əhəmiyyətindən söz açıb. Qeyd olunub ki, universitetlər arasında mübadilə proqramlarının qurulması önəmlidir. Bildirilib ki, cəmiyyətlərin inkişafında Amerika Mərkəzlərinin təsir imkanları böyükdür:“Amerika Mərkəzləri olaraq cəmiyyətlərin inkişafında həm mədəni, həm də intellektual olaraq dəstək olmaq istəyirik. Bu 15 ildə Amerika Mərkəzləri çox inkişaf edib, uzun yol qət edib. Bu illər ərzində priorotetlərimiz dəyişsə də, bizim ictimaiyyət üçün daima açıq olmağımız dəyişməz olaraq qalıb. İcma mərkəzi olaraq hamıya əlçatanlığımız təmin olunur. Bu da bizim işimizin əsas qayələrindən biridir”.Görüş gələcək layihələrin həyata keçirilməsi istiqamətində müzakirələrlə davam edib.
18.04.2023
ADU-da “Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda nümunəvi dərs keçirilib
Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi nəzdində Xarici dillər kafedrasında yaradılmış “ Beynəlxalq danışıq ” klubu çərçivəsində, kafedra müdiri, f.e.d., dos. Nərgiz Seyidova və dos. Səyanə Bağırovanın rəhbərliyi ilə Mərkəzi və Şərqi Avropaşünaslıq ixtisası üzrə təhsil alan qrup tələbələrinə, “ Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda nümunəvi dərs keçirilib.Dərsdə qrupun tələbələri Azərbaycan tarixinin Heydər Əliyev dönəmində əldə olunmuş nailiyyətlər, demokratik hüquqi dövlət quruculuğunda Heydər Əliyevin irsi barədə məlumat veriblər.Azərbaycan zəngin ölkədir, onun istedadlı insanları, tükənməz təbii sərvətləri var. Lakin bizim ən böyük sərvətimiz Heydər Əliyev siyasi irsidir. Ulu öndərimizin böyüklüyü, onun xalqımızın rifahı naminə həyata keçirdiyi mühüm tədbirlərin mahiyyətini tam dərk etmək üçün böyük zaman tələb olunur. Zaman keçdikcə isə bu dahi insanın adı Azərbaycan xalqının simvoluna, əməlləri isə hünər rəmzinə çevrilir. Azərbaycan xalqı Ulu öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.Çıxışlar zamanı video çarxlar da nümayiş olunub
18.04.2023
ADU-da FHN-nin əməkdaşları tərəfindən maarifləndirici dərs keçirilib
Aprelin 14-də Azərbaycan Dillər Universitetində (ADU) Fövqəladə Hallar Nazirliyinin (FHN) müraciəti əsasında Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının təşkilatçılığı ilə adı çəkilən nazirliyin əməkdaşlarının nümunəvi dərsi keçirilib.FHN-nin Bakı Regional mərkəzinin müavini Aida Səfərəliyeva, Bakı regional mərkəzi Suraxanı rayonunun rəisi Toğrul Vəliyev, Bakı Regional mərkəzi Nərimanov rayonu üzrə Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin baş məsləhətçisi Pərvanə Nəsirova, Dövlət Yanğın Nəzarəti xidmətinin Yanğına qarşı təbliğat şöbəsini inspektoru daxili xidmət mayoru Fərid Həsənov, FHN-nin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin baş məsləhətçisi Müvəssil Allahverdiyev çıxış ediblər. Fövqəladə hallarda ilkin yardım və təbii fəlakətlər zamanı əhalinin davranış qaydaları və xilasetmə işləri haqqında məlumat verilib.Keçirilən dərsdə rektorun müşaviri Anar Osmanlı, Təhsil 2 fakültəsinin dekanı Salman Nuriyev, Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının müəllimləri, Tərcümə, Təhsil 1, Təhsil 2 fakültələrinin tələbələri iştirak ediblər.Sonda tələbələri maraqlandıran suallar Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən cavablandırılıb.
18.04.2023
Bizimlə əlaqə