Əməkdar jurnalist Sakit Ocaqlı ADU-nun jurnalistika ixtisasında təhsil alan tələbələrlə görüşüb.
04.05.2023-cü il tarixində Azərbaycan Dillər Universitetində Beynəlxalq jurnalistika şöbəsinin təşkilatçılığı və Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi Günel Qəribovanın təşəbbüsü ilə “Ulu Öndər jurnalistlərin dostu idi” adlı tədbir keçirilib.Tədbirdə qonaq qismində əməkdar jurnalist, tanınmış televiziya işçisi Sakit Ocaqlı iştirak edib. Tədbiri giriş sözü ilə b/m.Nərgiz Çərkəzqızı açaraq qonağa ADU tələbələri ilə görüşü qəbul etdiyi üçün təşəkkürünü bildirib və auditoriyaya təqdim edib.Sonra 10 il Ulu Öndər ilə çalışan Sakit Ocaqlı Heydər Əliyevlə bağlı hazırladığı materiallardan, çəkilişlərindən qalan xatirələrindən danışıb, öz təcrübələrini tələbələrlə bölüşüb, tövsiyələrini verib.Eyni zamanda dahi liderin mətbuatımızın inkişafı üçün həyata keçirdiyi islahatların önəmini vurğulayıb, jurnalistlərə qarşı göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs edib.Sonda qonaq tələbələrin televiziya jurnalistikası ilə, eləcə də mətbuatın müxtəlif problemləri ilə bağlı suallarını cavablandırıb.
04.05.2023
ADU-da "Ulu öndər Heydər Əliyevin dil siyasəti" mövzusunda tədbir keçirilib
Mayın 3-də Azərbaycan Dillər Universitetində (ADU) Filologiya fakültəsi, Azərbaycan dilçiliyi kafedrası, Azərbaycanşünaslıq mərkəzi və Magistratura şöbəsinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Ulu öndər Heydər Əliyevin dil siyasəti" mövzusunda tədbir keçirilib. Azərbaycan dilçiliyi kafedrasının müdiri dosent Fǝrǝh Niftǝliyeva Ümumilli lider Heydər Əliyevin uğurlu dil siyasətindən danışıb.Azərbaycan dilçiliyi kafedrasının müəllimi Şəhla Əliyeva "Azərbaycan dilinin dövlət dili kimi inkişafı uğrunda Heydər Əliyevin mübarizəsi" mövzusunda, həmçinin Magistratura şöbəsinin Azərbaycan dili ixtisası üzrə magistranti Nigar Vahablı "XX əsr Azərbaycan natiqliyində H. Əliyevin rolu”, Azərbaycan dilçiliyi kafedrasının müəllimi Esmira Məmmədova "Heydər Əliyev və Azərbaycanda multikulturalizm" mövzularında çıxış ediblər.Filologiya fakültəsinin dekanı professor Şahin Xəlilli və professor Adil Babayev çıxışlarında Heydər Əliyevin dil siyasəti ilə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.Tədbir Heydər Əliyevin həyatı və fəaliyyəti ilə bağlı videoçarxla sona çatıb.
04.05.2023
ADU-da “The secret to finding serenity in these dark times” adlı dəyirmi masa keçirilib
Azərbaycan Dillər Universitetində Təhsil-1 fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası və Təhsil-2 fakültəsi nəzdində Psixologiya kafedralarının birgə təşkilatçılığı ilə “The secret to finding serenity in these dark times” adlı dəyirmi masa keçirilib. Tədbirdə Xarici dillərin tədrisi metodikası kafedrasının müəllimləri Aygül Eyyubova və Vüsalə Məmmədova, Psixologiya kafedrasının müəllimi Lalə Sadıqova və həmin kafedranın magistrantları Nərgiz Malayeva, Günel Paşayeva və Təhsil-2 fakültəsinin 219b, 220a və 226a qrupları iştirak edib. Lalə Sadıqova tələbələrlə depressiyadan çıxış yolları, mümkün çətinliklər zamanı özünü idarəetmə, müxtəlif terapiya üsulları və digər mövzular haqqında danışıqlar aparıb və mövzu ilə bağlı tələbələrin suallarını cavablandırıb.
04.05.2023
ADU-da “Heydər Əliyevin mətbuatımızda rolu" mövzusunda nümunəvi dərs keçirilib
Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq jurnalistika şöbəsinin təşkilatçılığı və Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi Səadət Novruzovanın təşəbbüsü ilə Ulu Öndərin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyevin mətbuatımızda rolu" mövzusunda nümunəvi dərs keçirilib.Jurnalistika ixtisasında təhsil alan B22-146 a,b qrup tələbələrinin iştirakı ilə “Azərbaycan jurnalistikası tarixi-1” fənni çərçivəsində keçirilən nümunəvi dərsdə Ulu Öndərin keçdiyi həyat yolu, Azərbaycan xalqına olan misilsiz xidmətləri və mətbuatımıza verdiyi töhfələr barədə danışılıb, müxtəlif çıxışlar təqdim olunub.Dərsin sonunda Ulu Öndərin mətbuatımıza verdiyi faydalar və jurnalistlərə olan münasibətindən bəhs edən videoçarxlar nümayiş olunub.
04.05.2023
ADU-da "Heydər Əliyev və Təhsil" mövzusunda dəyirmi masa keçirilib
Azərbaycan Dillər Universitetində (ADU) İspan dili Mərkəzinin təşkilatçılığı ilə Tərcümə fakültəsi İspan dili ixtisası üzrə təhsil alan tələbələrlə birgə "Heydər Əliyev və Təhsil" mövzusunda dəyirmi masa keçirilib.Görüş zamanı tələbələrin Ümummilli lider Heydər Əliyevin təhsil sahəsində həyata keçirdiyi islahatlardan və Azərbaycan təhsilinə verdiyi töhfələrdən bəhs edən təqdimatları olub.Tələbələr həmçinin İspandilli ölkə Nikaraguadan olan qonaq Karlos Miqel Mayoganın Azərbaycanın müasir təhsil sistemi haqqında verdiyi sualları cavablandırıb.
04.05.2023
ADU-da akademik Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Dillər Universitetində (ADU) Təhsil-2 fakültəsi İngilis dilinin leksikologiyası və üslubiyyatı-2 kafedrasının təşkilatçılığı ilə akademik Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş tədbir keçirilib.Adıçəkilən kafedranın müdiri dosent Mehriban Hüseynova görkəmli oftalmoloq alim, akademik, əməkdar elm xadimi, professor Zərifə Əliyeva ilə bağlı fikirlərini səsləndirib:“Azərbaycan oftalmologiya elmini beynəlxalq aləmdə tanıdan yüksək intellekt sahibi, büllur çeşməyə bənzər mənəvi təmizlik və paklıq nümunəsi, SSRİ Tibb Elmləri Akademiyasının akademik M. Averbax adına mükafatı almış ilk azərbaycanlı, vətən oftalmologiyası sahəsi üzrə ilk qadın akademik, tibb elmləri doktoru, professor Zərifə Əziz qızı Əliyeva XX əsrin dünya şöhrəti qazanmış ən parlaq ulduz qadınlarındandır.Zərifə xanım Əliyeva Azərbaycanın qeyrət və idraklıq, ağıl və dərrakəlik, mətanət və mübarizlik, zəriflik və nəciblik, gözəllik və mərhəmətlik, humanistlik və vətənpərvərlik rəmzi sayılan Tomris ana və Nüşabələrin, Burla xatun və Banuçiçəklərin, Məhsəti Gəncəvi və Xurşudbanu Natəvanların, Tuti Bikələrin, Nigarların, Həcərlərin 20-ci yüzillikdə ən layiqli davamçılarından biri kimi müasir dövr sivilizasiyasının mürəkkəb və keçilməz sədlərini məharətlə adlamış, onun ciddi tələblərinə mətinliklə cavab verərək elm və təfəkkürün, həkimlik və pedaqoqluğun, rəhmdillik və təvazökarlığın, alicənablıq və insansevərliyin ən uca zirvəsinə yüksələ bilmişdir.”Kafedranın müəllimi f.f.d Sevinc Səlimova görkəmli akademik Zərifə Əliyeva haqqında öz fikirlərini bildirib:“Akademik Zərifə Əliyeva Vətənini, xalqını, bütün insanları səmimi və sədaqətli bir məhəbbətlə sevmiş, peşəsinin, sənətinin vurğunu olmuşdur. Onun qəlbində vətən övladlarını qorumağa, vətənin keşiyini çəkməyə hər zaman hazır olan müqəddəs bir ana ürəyi, sıravi bir vətəndaş ürəyi, çətinliklərdən keçib oddan-alovdan adlayaraq ulduzlara doğru irəliləyən, elmin qızıl tacına yiyələnən möhtəşəm bir alim ürəyi döyünürdü. Zərifə xanım Əliyeva özünün yazıb-yaratdığı monumental əsərləri, qoyub getdiyi elmi nailiyyətləri, pedaqoqluq səriştəsi, təvazökarlıq və yüksək səviyyəli mədəni irsi ilə ideal bir həkim, alim, insan kimi daim yaşayır və yaşayacaqdır. O, həmişə bizimlədir, bizim aramızda, bizim sıramızdadır. Zərifə xanım gözlərinə işıq verdiyi, nur bəxş etdiyi minlərin, milyonların qəlbində, işığında, nurunda əbədi yaşayır.”Kafedranın müəllimi f.f.d Xəyalə Əliyeva çıxışında Ulu öndərin və Prezident İlham Əliyevin görkəmli oftalmoloq alim Zərifə Əliyeva ilə bağlı fikirlərini səsləndirib:“Heydər Əliyev ömrü xatirəyə dönmüş Zərifə Əziz qızını belə kövrək duyğularla xatırlayırdı: “Bilirsiniz ki, həyatım gənclik illərimdən dövlət xidməti ilə bağlı olub. Bütün həyatımı buna həsr etmişəm və indi də bu sahə ilə məşğul oluram. Hesab edirəm ki, mənim müvəffəqiyyətli xidmətimdə ailəm böyük rol oynamışdır. Mən ona görə xoşbəxt idim ki, mənim Zərifə xanım kimi həyat yoldaşım vardı və o, mənim ailəmdə çox gözəl mənəvi mühit yaratmışdı”. Xalqa xidmət amalını bir ailə ənənəsi kimi yaşadan Prezident İlham Əliyev Zərifə xanımı dərin ehtiramla xatırlayaraq demişdir: “Onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı. Çünki o həm peşəkar həkim, eyni zamanda çox xeyirxah insan idi. Böyük lider, Ulu öndər Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım bütün işlərdə ona dayaq olur, onu dəstəkləyirdi. Hər bir insan üçün valideynləri əziz və müqəddəsdir. Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur”.Kafedranın laborantları Sübü Əliyeva, Nərmin Heydərova mövzu ilə bağlı hazırladıqları slaydı təqdim ediblər.
04.05.2023
ADU-nun tələbələri Heydər Əliyev mərkəzinə ekskursiya ediblər
Azərbaycan Dillər Universitetində Təhsil-2 fakültəsinin təşkilatçılığı və İngilis dilinin leksikologiyası və üslubiyyatı-2 kafedrasının müəllimi Leyla Məmmədovanın təşəbbüsü ilə 125 b qrupunun tələbələri Ulu öndərin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar olaraq Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər.Ekskursiya ərzində tələbələrə Heydər Əliyev Muzeyi barədə məlumat verilib. Dizaynı və burada tətbiq olunan yeni texnologiyaları ilə fərqlənən muzeydə tələbələr Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrləri ilə tanış olublar. Tələbələr həmçinin müasir avadanlıqlarla təchiz edilmiş zalda Heydər Əliyev haqqında çəkilən filmləri izləmək şansı əldə ediblər. Bununla yanaşı, onlar Heydər Əliyevin hərbi və mülki geyimləri, iş masası, şəxsi əşyaları, müxtəlif illərdə layiq görüldüyü orden və medallar, dünya ölkələrinin rəhbərləri tərəfindən aldığı hədiyyələr və s. eksponatlarla da tanış olublar.Ekskursiya ərzində tələbələrə Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti və təbiətinə aid eksponatlar nümayiş etdirilib. Tələbələr həm Azərbaycan dilində, həm də ingilis dilində sərgilənən eksponatların tarixi və memarlığı haqqında məlumatlar əldə ediblər.
04.05.2023
ECAR layihəsi çərçivəsində Beynəlmiləlləşdirmə üzrə komitənin növbəti iclası keçirilib
Aprelin 28-də Bakı Biznes Universitetinin koordinator olduğu “ERASMUS+ K2” proqramı üzrə “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı layihə çərçivəsində Beynəlmiləlləşdirmə üzrə komitənin növbəti iclası keçirilib. Tədbirdə layihənin tərəfdaş olan ali məktəblərin sözügedən komitənin üzvü olan məsul şəxslər iştirak ediblər.Bakı Avrasiya Universitetinin Beynəlxalq əlaqələr Səyavuş Qasımov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını rektorun adından komitə üzvlərini salamlayıb və iclasın işinə uğurlar arzu edib.Layihə çərçivəsində yaradılmış Beynəlmiləlləşdirmə üzrə komitənin sədri, Azərbaycan Dillər Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova iclasda iştirak edənləri salamlayaraq tədbirin təşkilatçılarına təşəkkürünü çatdırıb.İclasda Beynəlmiləlləşdirmə üzrə komitənin Əsasnaməsinin təkmilləşdirilməsinə, illik fəaliyyət planının təsdiqinə, Universitetlərdə beynəlmiləlləşmə məsələləri ilə bağlı mövcud normativ-hüquqi bazanın araşdırılmasına və onun təkmilləşdirilməsinə, beynəlxalq layihələrdə birgə əməkdaşlığın genişləndirilməsinə, ikidiplom, diplomlarının beynəlxalq səviyyədə tanınmasına dair təkliflər irəli sürülüb. Sonda iclasda irəli sürülən fikir və təkliflərin ümumiləşdirilməsinin, rəylərin nəzərə alınmasının vacibliyi, növbəti iclasın mövzusu üzrə hazırlıq və başqa məsələlər müzakirə edilib.Qeyd edək ki, 2021-2024-cü illəri əhatə edən və Bakı Biznes Universitetinin koordinatoru olduğu ECAR layihəsi Avropa Komissiyası tərəfindən maliyyələşdirilir. Layihədə 15 yerli tərəfdaş universitet və Avropadan olan ali məktəblər, təşkilatlar iştirak edirlər. Əsas məqsədlərdən biri Azərbaycanda Rektorlar Konfransının yaradılması ilə yerli və Avropa ali məktəbləri arasında sıx əməkdaşlığın qurulmasına və inkişaf etdirilməsinə nail olmaqdır.
03.05.2023
ADU-da “Heydər Əliyev və Türk dövlətləri ilə əlaqələrin istiqamətləri” mövzusunda tələbə-şagird konfransı keçirilib
Mayın 2-də Azərbaycan Dillər Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Türk dövlətləri ilə əlaqələrin istiqamətləri” mövzusunda tələbə-şagird elmi konfransı keçirilib.Əvvəlcə tədbir iştirakçıları Universitetin foyesində Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.ADU-nun rektoru, akademik Kamal Abdulla tələbələrin və şagirdlərin yeni elmi biliklərin əldə olunması baxımından konfransın əhəmiyyətindən danışıb.Qeyd olunub ki, konfransın keçirilməsi hər bir tələbə üçün yeni elmi araşdırmaların aparılması, elmi təcrübələrin qazanılması üçün əlverişli imkanlar verir:“Bu gün tarixi bir gündür. Bu günün əhəmiyyəti ondan ibarətdir ki, Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan konfransın açılış mərasiminə toplaşmışıq. Gənclər, tələbələr ulu öndər Heydər Əliyevin bizə əmanətidir. Biz bu əmanətə daima sadiq qalacağıq. Mən bunu hər zaman qeyd edirəm. Tələbələrin savadlı və peşəkar olması vacibdir. Tələbələrin dövlətimiz üçün, Vətənimiz üçün daha faydalı vətəndaş kimi formalaşması qarşıya qoyulan əsas məqsədlərdən biridir. Buna görə də hər biriniz öz işinizdə faydalı olmalı, dövlətimizin, millətimizin parlaq gələcəyi naminə yorulmadan çalışmalısınız”.Konfransda Azərbaycanın müxtəlif regionlarından olan orta məktəb şagirdləri, orta məktəb direktorları, elmi rəhbərlər çıxış ediblər. Konfransda Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin direktoru Aqşin Bağırov, Cəbrayıl rayon Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev, Ağdam rayonu 47 nömrəli tam orta məktəbinin direktoru Zülfiyyə Zeynalova, Füzuli rayon 56 nömrəli tam orta məktəbin direktoru Nərgiz Familzadə, İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın direktoru Səadət Cahandarova, Nizami rayonu Kamil Əliyev adına 61 №-li tam orta məktəbin direktoru Zenfira Şıxəliyeva, Şamaxı rayon Sabir qəsəbə Alxan Alxanov adına orta məktəbin və 2 Nömrəli Texniki Humanitar Liseyin nümayəndələri təbrik nitqi ilə çıxış ediblər.İlk dəfə olaraq ADU-nun tələbələri konfransda iştirak edən, məruzə ilə çıxış edən şagirdlərin elmi rəhbəri olublar.Qeyd olunub ki, konfransın təşkil olunması gənc tədqiqatçıların elmi-nəzəri və təcrübi imkanlarını artırmış olacaq.ADU-nun Elmi işlər üzrə prorektoru Novruz Məmmədov, Tədris işləri üzrə prorektor Sevinc Zeynalova, Təhsil-1 fakültəsinin dekanı Fikrət Cahangirov, Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı İbrahim Kazımbəyli, Əlavə təhsil fakültəsinin dekanı Məmməd İsmayılov, Filologiya fakültəsinin dekanı Şahin Xəlilli, TEC elmi rəhbəri Lamiyyə Namazova konfrans iştirakçılarını təbrik edib, onlara uğurlar arzu ediblər.Konfrans bölmə iclasları ilə davam edib.Konfransın bağlanış mərasimində çıxış edən ADU-nun rektoru, akademik Kamal Abdulla konfransın işini yüksək qiymətləndirib.ADU-nun Filologiya fakültəsinin dekanı, professor Şahin Xəlilli bölmə iclasları haqqında məlumat verib.ADU-nun BM və Regionşunaslıq fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli, Beynəlxalq münasibətlər kafedrasının müdiri professor Aida Yusifzadə, TEC elmi rəhbəri Lamiyyə Namazova, Beynəlxalq əlaqələr üzrə prorektor, professor Jalə Qəribova konfransın işini yüksək qiymətləndiriblər. İştirakçılara sertifikatlar və hədiyyələr təqdim edilib.Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin direktoru Aqşin Bağırova təşkilatçılığa və yaradılan şəraitə görə ADU rəhbərliyinə və kollektivinə öz təşəkkürünü bildirib.Sonda ADU və Ağdam rayonu 47 nömrəli tam orta məktəb, Cəbrayıl rayon Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəb, Bakı şəhəri Nizami rayonu Kamil Əliyev adına 61 nömrəli tam orta məktəb, Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi, İlyas Əfəndiyev adına Elitar Gimnaziya, Füzuli rayon 56 nömrəli tam orta məktəb, Şamaxı rayon Sabir qəsəbə Alxan Alxanov adına orta məktəb, 2 nömrəli Texniki Humanitar Lisey arasında əməkdaşlıq memorandumu imzalanıb.
03.05.2023
ADU-da "Heydər Əliyev va Qafqazda sülh" mövzusunda tədbir keçirilib
Mayın 1-də Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və Regionşünaslıq (BMR) fakültəsi nəzdində Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş "Heydər Əliyev va Qafqazda sülh" mövzusunda tədbir keçirilib.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb.Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli mövzu haqqında məlumat verib, tədbirin əhəmiyyətindən danışıb.ADU-nun rektoru akademik Kamal Abdulla Ümummilli lider Heydər Əliyevin qayıdışından sonra onun Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərindən danışıb:“Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi bizi məhv olmaq təhlükəsindən xilas etdi. Onun qayıdışından sonra Azərbaycan xalqı uçurumdan döndü. Bu uçurum üzərindən qələbəyə gedən yol açıldı. Məhz bu strateji yolun müəllifi Heydər Əliyev idi. Həmin srateji yolla xalqı uğurla irəli aparan onun siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oldu. Atəşkəs dövründə Azərbaycanın iqtisadi müstəqilliyinin təmin etməsinin və bu əsasda güclü ordu yaratmasının ən böyük nəticəsi 44 günlük müharibədə qazanılan şanlı qələbəmiz oldu.” Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müəllimi Vüqar Həsənov "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Heydər Əliyevin fəaliyyəti", Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Namiq Kərimov "Heydər Əliyevin Qafqazda sülh strategiyasının iqtisadi, siyasi və mədəni aspektləri" mövzularında çıxış edib.Tədbirdə Ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin çıxışlarını əks etdirən video-çarx nümayiş olunub.
02.05.2023
ADU-da “Heydər Əliyev və Tolerantlıq” mövzusunda dəyirmi masa keçirilib
Azərbaycan Dillər Universitetində (ADU) Təhsil-1 fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrası və Magistratura şöbəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Tolerantlıq” mövzusunda dəyirmi masa keçirilib. Öncə Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri dos. Günay Şirəliyeva qonaqları salamlayıb, mövzu ilə bağlı fikirlərini bildirib. Xarici dillərin tədrisi metodikası kafedrasının müəllimi Aygül Eyyubovanın rəhbərliyi ilə II kurs magistrantları mövzu ilə əlaqəli çıxış edib, şeir söyləyiblər.Tələbələr- Günel Məmmədova və Aytac Musayeva “Heydər Əliyevin həyat yolu”, Şəkər Hüseynova “Tolerantlıq, Heydər Əliyevin başçılığı altında”, Hafizə Hacızadə “Multikulturalizm və tolerantlıq”, Nigar Süleymanova “Heydər Əliyev və türk dövlətləri ilə əlaqə” mövzusunda çıxış ediblər.Dəyirmi masada rektor məsləhətçisi i.f.d. Anar Osmanlı, Təhsil-1 fakültəsinin dekanı prof. Fikrət Cahangirov, Magistratura şöbəsinin müdiri dos. Firuzə Rzayeva iştirak ediblər.Rektorun məsləhətçisi i.f.d. Anar Osmanlı, Təhsil-1 fakültəsi dekanı prof. Fikrət Cahangirov, Magistratura şöbəsinin müdiri dos. Firuzə Rzayeva və XDTM kafedrası müdiri dos. Günay Şirəliyeva mövzu ilə bağlı fikirlərini bölüşüb, magistrantlara təşəkkürlərini bildiriblər.
02.05.2023
ADU-da “Azərbaycanın məhşur frankafonları” adlı dəyirmi masa keçirilib
Azərbaycan Dillər Universitetində (ADU) Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının təşkilatçılığı ilə “Azərbaycanın məhşur frankafonları” adlı dəyirmi masa keçirilib.Tədbirdə ölkəmizdə fransız dilinin tədrisi və yayılmasında əhəmiyyətli rolu olan Azərbaycanın 3 məşhur fransız dilli mütəxəssisi Əhməd bəy Ağaoğlu, dosent Mina xanım Quliyeva və prof. Novruz Məmmədovun həyat və yaradıcılığından maraqlı faktlar təqdim olunub, müzakirələr aparılıb.Əhməd bəy Ağaoğlu Azərbaycan və Türkiyənin ictimai-siyasi xadimi, publisist, pedaqoq, yazıçı, türkoloq və eyni zamanda Şuşa real məktəbinin ilk fransız dili müəllimi vəzifəsində çalışıb.Dəyirmi masada alimin həyat və yaradıcılığını əks etdirən maraqlı slaydlar nümayiş etdirilib.Professor Çəmən Babaxanova, kafedranın baş müəllimləri Rafiq Mikayılov və Rəfiqə Mürşüdova fransız dilinin tədqiqində və tədrisində yüksək metodiki bacarıqlara sahib olan, milli fransız dili dərsliklərinin və fransızca-Azərbaycanca ilk lüğətin müəllifi, pedaqogika elmləri namizədi Mina xanım Quliyeva haqqında xatirələrini bölüşüblər.Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının baş müəllimi Kəmalə Kərimova məşhur frankofonlarımızdan biri olan Azərbaycan Respublikasının doqquzuncu baş naziri, ictimai-siyasi xadim, birinci dərəcəli dövlət müşaviri və hazırda Azərbaycan Dillər Universitetinin Elmi işlər üzrə prorektoru professor Novruz Məmmədovun həyat və yaradıcılığı, onun fransız dilindən Azərbaycan dilinə tərcümə etdiyi kitablar haqqında ətraflı məlumat verib.Masada həmçinin “Caniyə Qonqur mükafatı” adlı əsərin tərcüməsi ilə əlaqədar bədii təhlil iştirakçılara təqdim edilib.Fransız dili leksikologiyası və üslubiyyatı kafedrası dəyirmi masanın aktiv iştirakçılarına- Maqistratura şöbəsinin II kurs tələbəsi Ayşən Abdullayeva, Təhsil-2 fakültəsinin tələbələri Lamiyə Hacıyeva, Sevinc Şabanova, Cəmilə Dadaşova, Məryam Müfidzadə, Nəzrin Əlizadə , Sevda Cəbrayılova, Fidana Nəbiyeva və Fatimə Namazovaya təşəkkürünü bildirib.
02.05.2023
ADU-da " HEYDAR ALİYEV AND AZERBAİJANİ YOUTH" adlı debat keçirilib
May 1-də Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil - 1 fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı 1 kafedrasının əməkdaşı dos. Mehriban Təhməzovanın təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "HEYDAR ALİYEV and AZERBAİJANİ YOUTH" ("HEYDƏR ƏLİYEV və AZƏRBAYCAN GƏNCLİYİ" mövzusuna həsr olunmuş debat keçirilib. Debat 202-ci qrup tələbələrinin ingilis dilində hazırladığı təqdimatlar əsasında tərtib edilib.Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif mərhələlərindən, həmçinin Heydər Əliyev və gənclər siyasəti, onun gənclərə göstərdiyi diqqət və qayğı haqqında danışılıb və tələbələr tərəfindən layihə əsaslı qrup işi kimi təqdim olunub.Tələbələr tərəfindən dahi şairimiz S. Vurğunun "Azərbaycan" şeiri İngilis dilində səsləndirilib, "Odlar yurdum Azərbaycan" mahnısı ifa olunub.Debatda universitetin rektor məsləhətçisi Anar Osmanlı, fakültə dekanı professor Fikrət Cahangirov, İngilis dilinin leksikologiyası və üslubiyyatı-1 kafedrasının müdiri dosent Kifayət Hacıyeva və kafedra əməkdaşları- b.m. Niga Bəşirova r, f.f.d.b.m. Nigar Bağırova, dos. Lalə Əsədova, b.m. Gülbanu Bəşirova və digərləri, o cümlədən, magistratura şöbəsi və magistrantlar iştirak ediblər.Universitetin rektor məsləhətçisi Anar Osmanlı, fakültə dekanı professor Fikrət Cahangirov, kafedra müdiri dosent Kifayat Hacıyeva, kafedra əməkdaşları və digər iştirakçılar debatla bağlı fikirlərini bölüşüb, təşkilatçılara və iştirakçılara təşəkkürlərini bildiriblər.
02.05.2023
Gülşən Məmmədlinin dissertasiyasının ilkin müzakirəsi keçiriləcək
ülşən Məmmədlinin dissertasiyasının ilkin müzakirəsi keçiriləcək26 may 2023-cü il tarixində saat 12.00-da Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının 5714.01Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik ixtisasının fəlsəfə doktoru proqramı üzrə sabiq doktorantı Gülşən Ramiz qızı Məmmədlinin “İngilis və Azərbaycan poetik mətnlərində bədii ifadə vasitələrinin linqvistik anlamaya təsiri” mövzusunda təqdim etdiyi dissertasiyasının ilkin müzakirəsi keçiriləcəkdir.Dissertasiya ilə Filologiya fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasında tanış olmaq olar.aliyevagulshan@gmail.comuslubiyyat.filologiya@gmail.com
01.05.2023
ADU-da Frankofoniya həftələri ilə əlaqədar tədbirlər keçirilib
Azərbaycan Dillər Universiteti Frankofoniya və Fransız Dili və Mədəniyyəti mərkəzində Frankofoniya həftələri ilə əlaqədar olaraq, 27-31 mart tarixləri arasında tədbirlər keçirilib.Tədbirlər müddətində fransız dilli tələbə və müəllimləri üçün fransız dilinin bütün sahələrini əhatə edən maraqlı filmlər nümayiş edilib, təlimlər, seminarlar, oyunlar təşkil olunub.2022-ci il noyabr ayından 2023-cü il aprel ayının sonunadək Frankofoniya və Fransız dili və Mədəniyyəti Mərkəzinin bütün işlərində fəal iştirak edən, mütəmadi olaraq müəllim və tələbələrə fransız dilinin incəliklərini aşılayan Fransadan gəlmiş təlimçi müəllim Lu Maşprən Təhsil -2 fakültəsi, Frankofoniya, Fransız Dili və Mədəniyyəti mərkəzləri tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib.Həmin müddətdə Frankofoniya həftələri çərçivəsində keçirilən imla müsabiqəsinin qalibi Təhsil-2 fakültəsinin tələbəsi Fatimə Namazovaya da diplom və mükafat verilib.
01.05.2023
Bizimlə əlaqə