ADU dünyanın ən yaxşı universitetləri arasında – Təbrik məktubları

ADU dünyanın ən yaxşı universitetləri arasında – Təbrik məktubları

Bu günlərdə QS 2023 sahələr üzrə dünya universitetlərinin reytinqi açıqlanıb. Reytinqdə 161 ölkədən 1594 ali təhsil müəssisəsi iştirak edib. QS sahələr üzrə dünya universitetlərinin reytinqi 5 kateqoriya üzrə qruplaşdırılmış 54 sahəni əhatə edir. Reytinqin qiymətləndirmə metodologiyasında 5 əsas indikator nəzərə alınır: akademik nüfuz, işəgötürənlər arasında nüfuz, istinadlar, H-indeks və beynəlxalq elmi əməkdaşlıq. Azərbaycandan ilk dəfə iki ali təhsil müəssisəsi QS sahələr üzrə dünya universitetlərinin reytinqinə daxil olub.  Bu ali təhsil universitetlərindən biri Azərbaycan Dillər Universitetidir (ADU). Universitet “Müasir dillər” üzrə dünyada ən yaxşı 301 - 340 universitetlər qrupuna daxil olub. Bu münasibətlə Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın və bu ali təhsil ocağının ünvanına universitetin əməkdaşlıq etdiyi yerli və xarici təhsil müəssisələrindən təbrik məktubları daxil olur. Həmin təbrik məktublarını təqdim edirik. Fransanın Nim Universitetinin professoru Silvi Joseran:  “Azərbaycan Dillər Universitetinin dünyanın ən nüfuzlu universitetləri arasında yer alması xəbərindən çox sevindim. Bu, cənab rektorun xeyirxah və tələbkar nəzəri atında universitetin bütün heyətinin illərlə həyata keçirdiyi keyfiyyətli işin müstəsna nəticəsidir. Bu münasibətlə bir daha cənab rektor, Sizi və kollektivinizi təbrik edirəm. Yenidən Azərbaycan Dillər Universitetində olmaqdan çox məmnun olaram”. İspaniyanın Bask Ölkə Universitetinin professoru Maria Martinez Adrian:  “Bizə məlumdur ki, ADU-da  fəaliyyət göstərən 20-dən çox ölkəni təmsil edən mərkəzlər var. Tələbələriniz bu mərkəzlər sayəsində həmin ölkənin mədəniyyətini, tarixini, ədəbiyyatını öyrənə bilirlər. Həmçinin də, müxtəlif proqramlar, ikili diplom layihələri çərçivəsində digər ölkələrdə təhsil alırlar. Bizim universitetlə 2013-cü ildən etibarən Erasmus+, Erasmus Mundus layihələri çərçivəsində əməkdaşlıq edirsiniz. Bu bizim üçün böyük şansdır. QS (World University Rankings) reytinqində universitetinizin yer alması dünya gənclərinə arzuladığı universitet seçimində köməklik göstərəcək, eyni zamanda universitet haqqında ətraflı şəkildə tədrisin keyfiyyəti, tələbə həyatı, karyera inkişafı, tədqiqat sahələri və s. haqqında məlumatları Azerbaijan University of Languages: Rankings, Fees & Courses Details | Top Universities saytından əldə edə biləcəklər. Mən buna çox şadam”. Alman Akademik Mübadilə Xidmətinin Tbilisi Regional Ofisinin rəhbəri Gebhard Reul: “Hörmətli rektor, Sizə və Azərbaycan Dillər Universitetinin kollektivinə QS 2023 “Müasir dillər” üzrə dünya universitetlərinin reytinqinə daxil olmanız münasibətilə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Bu, Sizin Azərbaycanda ali təhsilin bu sahəsində mükəmməl fəaliyyətinizin layiqli nominasiyası və göstəricisidir. Fəxr edirəm ki, bizim üç DAAD müəllimlərimizdən biri Bakıda, Azərbaycan Dillər Universitetində çalışır. Mən bu fürsətdən  istifadə edərək bir daha vurğulamaq istəyirəm ki, DAAD beynəlmiləlləşmə və təhsilin keyfiyyətinin yüksəldilməsini təşviq edən layihələri dəstəkləməkdən və onlara töhfə verməkdən həmişə məmnundur. DAAD-ın Tiflisdəki Regional İdarəsi əməkdaşları da mənim təbriklərimə qoşulur və bütün səylərinizdə davamlı uğurlar arzulayırlar.” Germanistika İnsitutunun rəhbəri professor Ziqlinde Hartman: “Hörmətli rektor, universitetinizin QS 2023 sahələr üzrə dünya universitetlərinin reytinqinə daxil olması münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Azərbaycan Dillər Universitetinin “müasir dillər” üzrə dünyanın ən yaxşı 301-340 universitetlər qrupuna daxil olması şübhəsiz ki, Sizin beynəlxalq elmi əməkdaşlıq sahəsində göstərdiyiniz səylər və bu istiqamətdə gördüyünüz işlər sayəsində mümkün olmuşdur. Reytinqin qiymətləndirmə indikatorlarından biri də universitetdə fəaliyyət göstərən əcnəbi müəllimlərin sayıdır. Bu baxımdan Sizin bu ərəfədə ADU-da müəllim və təlimçi fəaliyyətinin xanım Liza Brandt tərəfindən  davam etdirilməsini dəstəkləməniz bizi çox sevindirir. Sizə bir daha dərin təşəkkür edir və səmimi təbriklərimi qəbul etmənizi xahiş edirəm.” Milli Qəhrəman M. İbrahimov adına Biləsuvar liseyin direktoru Aqşin Bağırov: “Hörmətli Kamal müəllim, rəhbərlik etdiyiniz ali təhsil ocağı Azərbaycan təhsil sistemində önəmli yer tutan və zəngin ənənələri olan universitetdir. Zaman-zaman bütün cəmiyyətlərdə insanların xarici dil oyrənmək, digər xalqların mədəniyyəti, tarixi ilə tanış olmaq kimi marağı və istəyi olmuşdur. Təsadüfi deyil ki, belə bir deyim var: “Çox dil bilən adamın sanki bir qıfıla bir neçə açarı var”. Bunun üçün daim insanlara xarici dilləri öyrədən mütəxəssislərə va müəssisələrə ehtiyacı olmuşdur. Azərbaycan Dillər Universiteti xalqımızın, dövlətimizin bu istəyindən, ehtiyacından yaranan universitetdir. Müstəqilliyimiz bərpa edildikdən sonra dövlətimizin dünyada maraq və siyasətinin təmsil olunmasında ADU-nun rolu böyük olmuşdur. Universitetin məzunları həmişə öz bilik və bacarıqları ilə fərqlənmiş, müxtəlif sahələrdə dövlətimizi layiqincə təmsil etmişlər.” Bərdə rayonunda müvəqqəti yerləşmiş Ağdam 1 saylı məktəbin direktoru Çimnaz Kərimova: “Hörmətli akademik Kamal Abdulla, sizi və kollektivinizi “müasir dillər” üzrə dünyanın ən yaxşı universitetləri qrupuna daxil olmağınız münasibətilə ürəkdən təbrik edir, sevincinə qoşularaq sizlərə sağlam, mənalı ömür arzulayırıq. Sizinlə əməkdaşlıq etdiyimiz üçün qürur duyuruq. Bir daha ürəkdən təbrik edir, daha böyük uğurlar arzulayırıq.” Mingəçevir rayonunda müvəqqəti yerləşmiş Ağdam 47 saylı məktəbin direktoru Zülfiyyə Əliyeva: “Dünyanın 1954 nüfuzlu ali təhsil müəssisəsi arasında 304-cü yerdə olan Azərbaycan Dillər Universitetinin adını saytlarda oxumaq məni həm sevindirdi, həm də həyəcanlandırdı. Universitet bu yüksək reytinqə uzun illər gərgin əmək sayəsində nail olmuşdur. Bu işdə hər bir professorun, müəllimlərin, tələbənin payı vardır. Bu reytinqin qazanılmasında universitetin rektoru, akademik, xalq yazıçısı Kamal Abdullanın xidməti əvəzsizdir. Kamal müəllim müasir tələblərə cavab verən, dünyanın ən yaxşı ali təhsil ocaqları ilə rəqabət edə biləcək universitet yaradılmasına nail olmuşdur.” Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd məktəbinin direktoru Zamin Həziyev: “Hörmətli Kamal müəllim, Sizi rəhbərlik etdiyiniz Azərbaycan Dillər Universitetinin “müasir dillər” üzrə dünyanın ən yaxşı 301-340 universitetlər qrupuna daxil olması münasibətilə ürəkdən təbrik edirəm. Bizim - şəhid Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin Azərbaycan Dillər Universiteti ilə daim yüksək səviyyədə əməkdaşlığı olmuşdur. Bunun nəticəsidir ki, Sizin göstərişinizlə 2019-cu ildə məktəbimizdə universitet tərəfindən təchiz olunmuş fənn kabinetinin açılışı baş tutub. Dəfələrlə universitet hesabına şagirdlərimizin Azərbaycan Dillər Universitetində keçirilmiş konfransda iştirakı təşkil olunmuşdur. Həmçinin Sizin təşəbbüsünüzlə təcrübəçi tələbələr ucqar bir kənd məktəbində - Cocuq Mərcanlı məktəbində təcrübə keçiblər. Sizin rəhbərlik etdiyiniz universitet daim uğurları ilə, tələbələrə fərqli yanaşması ilə seçilib. Bu da Sizin elmə, təhsilə nə qədər önəm verdiyinizi göstərən ən başlıca amildir. Sizə və rəhbərlik etdiyiniz kollektivə uğurlar arzulayır, dünya universitetlərinin reytinq cədvəlində həmişə yüksəklərdə olmağınızı arzu edirəm.”

18.04.2023

75 yaşlı ADU - doğma elm və təhsil ocağımız - Kamal Abdulla yazır

75 yaşlı ADU - doğma elm və təhsil ocağımız - Kamal Abdulla yazır

Kamal ABDULLAADU-nun rektoru, Xalq yazıçısıBu il Azərbaycan Dillər Universitetinin (ADU) yaranmasının 75, müstəqil ali məktəb kimi yenidən fəaliyyətə başlamasının 50 ili tamam olur. Təməli 1937-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun (APİ) nəzdindəki Xarici dillər fakültəsində qoyulan bu təhsil ocağı Azərbaycan SSR Nazirlər Sovetinin 1947-ci il 10 dekabr tarixli qərarı və Respublika Maarif Nazirinin "Bakı şəhərində Pedaqoji Xarici Dillər İnstitutunun açılması haqqında" 1948-ci il 28 iyun tarixli əmri əsasında 1948-ci ilin sentyabr ayından müstəqil institut kimi fəaliyyətə başladı.İkinci Dünya müharibəsi bitəndən sonra ölkədə həyatın normal axara düşməsi ilə ingilis, alman, fransız dillərinin öyrənilməsinin aktuallığını nəzərə alaraq bu təhsil müəssisəsində eyni adlı fakültələr yaradıldı. Sonradan 1959-cu ildə Pedaqoji Xarici Dillər İnstitutu ilə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu birləşdirilərək onların bazasında M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutu yaradıldı.Maarifə, elmə, təhsilə xüsusi qayğı ilə yanaşan Ümummilli lider Heydər Əliyev Azərbaycan SSR-yə rəhbərliyə gələndən sonra, onun təşəbbüsü ilə 1972-1973-cü tədris ilində Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu (APXDİ) yenidən müstəqil institut kimi fəaliyyətə başladı. Ulu öndərin rəhbərliyi ilə respublikamız müstəqillik əldə etdikdən sonra Azərbaycan Dövlət Dillər İnstitutunun təsir dairəsinin genişlənməsinə yeni imkanlar yarandı. Xarici ölkələrlə birbaşa, ikitərəfli əlaqələrin qurulmasına görə ölkəmizdə xarici dil mütəxəssislərinə olan ehtiyacı qarşılamaq üçün Azərbaycan Dövlət Dillər İnstitutunun bazasının genişləndirilməsi istiqamətində mühüm addımlar atıldı. 2000-ci il 13 iyun tarixində Ulu öndər Heydər Əliyevin Sərəncamına əsasən Azərbaycan Dövlət Dillər İnstitutuna "Universitet" statusu verildi. Bundan sonra yeni həyata qədəm qoyan universitetin maddi-texniki bazası daha da genişləndirildi, yeni fakültələr, kafedralar, ixtisaslar, laboratoriyalar və elmi mərkəzlər yaradıldı. Bu gün Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyev, Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyeva ADU-ya böyük qayğı və diqqətlə yanaşırlar. 2005-ci ildə Azərbaycan Prezidentinin göstərişi ilə Bakının Təbriz küçəsində beş mərtəbəli yeni tədris binası tikilib istifadəyə verilib, bu illər ərzində əməkdaşların sosial rifahı yaxşılaşdırılıb, ADU-nun məzun və əməkdaşlarına etimad göstərilərək onlar dövlətin mühüm vəzifələrinə irəli çəkilirlər. Özünün birinci tədris ilində 360 tələbə ilə fəaliyyətə başlayan Azərbaycan Dillər Universitetində bu gün 7000-dən artıq tələbə (bakalavar pilləsində 34, magistr pilləsində isə 22 ixtisas üzrə) təhsil alır. Yarananda cəmi 3 elmlər namizədi olan bu ali məktəbdə indi 2 akademik, 35 elmlər doktoru, professor, 6 elmlər doktoru, dosent, 3 fəlsəfə doktoru, professor, 128 fəlsəfə doktoru, dosent, 84 fəlsəfə doktoru, baş müəllim, 20 fəlsəfə doktoru, müəllim çalışır. Üç fakültə, 9 kafedra ilə işə başlayan institutda hazırda 5 fakültə, 8 şöbə,30 kafedra, 20-dən çox dil və mədəniyyət mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərin bəzisi dillərini təmsil etdikləri ölkələrin universitetlərində Azərbaycan dilini təbliğ edir və analoji olaraq o universitetlərdə Azərbaycan dili mərkəzlərinin açılması istiqamətində real iş aparırlar. Bu gün Universitetimizin köməyi ilə Çində, Rusiyada, Pakistanda, Serbiyada, Rumıniyada Azərbaycan multikulturalizmi, dil və mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Xorvatiya, Macarıstan, Litva universitetləri ilə bu istiqamətdə danışıqlar aparılır. Bu danışıqların nəticəsidir ki, Macarıstanın paytaxtı Budapeşt şəhərində yerləşən ELTE universitetində və Litvanın Vilnüs Universitetində artıq Azərbaycan dilinin tədrisinə başlanmışdır.Universitetimiz 75 il ərzində öz dəsti-xətti ilə seçilən, roman-german dillərinin, habelə Qərb xalqları ədəbiyyatının nəzəri və təcrübi problemlərinin fundamental tədqiqi sahəsində misilsiz xidmətləri olan görkəmli alimlər, ölkənin inkişafı üçün böyük əmək sərf etmiş ziyalılar, ictimai-siyasi xadimlər, diplomatlar yetişdirmişdir. Hazırda onun məzunları vətənimizin bütün regionlarında və onun hüdudlarından kənarda fəaliyyət göstərməklə yanaşı, respublikanın ictimai-siyasi həyatında yaxından iştirak edir, dövlətçiliyimizin möhkəmlənməsi, dünyanın aparıcı dövlətləri arasında nüfuzunun artması, ölkə Prezidentinin daxili və xarici siyasətinin yüksək səviyyədə icra edilməsi sahəsində real işlər həyata keçirirlər. ADU-da Avropa, Amerika ölkələrinin dilləri ilə yanaşı, Çin, yapon, hind, İndoneziya, ərəb dilləri də öyrənilir. Ölkəmizin Boloniya prosesinə qoşulmasından sonra universitetin dünyanın aparıcı təhsil müəssisələri ilə əlaqələri daha da genişlənmişdir və o, müxtəlif proqram və layihələrdə uğurla təmsil olunmaqdadır. Burada 2010-cu ildən başlayaraq TEMPUS, ERASMUS Mundus, ERASMUS+, Mövlana proqramları üzrə Avropa universitetləri ilə əməkdaşlıq və tələbə mübadiləsi aparılmış, dünyanın aparıcı dövlətlərinin universitetlərinə mobillik proqramları üzrə 500-dən çox tələbə göndərilmişdir.Azərbaycan Dillər Universiteti son 5 ildə yeni uğurları ilə diqqəti cəlb edir. Prezident İlham Əliyevin 16 iyun 2017-ci ilin iyun tarixli Sərəncamı ilə "publik hüquqi şəxs" statusu alan universitet öz tarixinin yeni mərhələsinə qədəm qoymuşdur. 2017-ci ildən bəri yeni mərkəzlərin, elmi-tədqiqat laboratoriyalarının (bu gün onlar "mərkəz" adlanır) açılması istiqamətində önəmli addımlar atılmışdır. Fəaliyyət göstərən bütün mərkəz və elmi-tədqiqat qurumlarında tədrisin keyfiyyətini yaxşılaşdırmaq istiqamətində görülən işlərlə bərabər, dövlət ideologiyası olan azərbaycançılığın, multikulturalizmin və dövlət siyasətinin təbliği önəmli yer tutur. Universitetdə olan Amerika, İsrail, Norveç, İndoneziya, Almaniya, Yaponiya, Çin, Koreya, Hindistan, Avstriya, İspaniya, Fransa, İtaliya kimi dil və mədəniyyət mərkəzlərinin sırasına yeniləri əlavə edilib. Son 5 ildə Türkiyə Araşdırmaları Mərkəzi, Serb dili və Mədəniyyəti Mərkəzi, Pakistan (urdu) dili mərkəzi, Rumın dili və Mədəniyyəti Mərkəzi, Macar dili və Mədəniyyəti Mərkəzi, Qədim Dillər Mərkəzi, ayrı-ayrılıqda Azərbaycanşünaslıq, Multikulturalizm və Rusiyaşünaslıq elmi-tədqiqat mərkəzləri açılıb. 2022-ci ilin oktyabr ayında universitetimizdə Yunan Araşdırma və Mədəniyyət Mərkəzi fəaliyyətə başlayıb, AYÖS və OEAD (Alman dili) kimi dil testlərini həyata keçirən kabinetlər təşkil edilib. Erməni dilinin öyrənilməsinə start verilib.Azərbaycan Dillər Universitetində 2017-2023-cü illərdə Avropa, Amerika və Asiya, Uzaq Şərq ölkələrinin təhsil müəssisələri ilə yanaşı, qonşu ölkələr olan Türkiyə, Gürcüstan, Rusiyanın nüfuzlu ali məktəbləri ilə əlaqələrin genişləndirilməsi istiqamətində də səmərəli işlər görülmüşdür. ADU əvvəllər Türkiyə universitetləri ilə yalnız "Mövlana mübadilə proqramı" çərçivəsində əməkdaşlıq edirdi. 2018-ci ildən başlayaraq Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası nəzdində fəaliyyət göstərən Türk Universitetlər Birliyinə üzv olandan sonra Universitetimizlə türk dövlətlərinin universitetləri arasında əlaqələr genişləndi. Bundan əlavə, ADU ilə Rusiyanın Moskva Dövlət Linqvistik Universiteti, Ukraynanın Kiyev Milli Linqvistik Universiteti və Belarusiyanın Minsk Dövlət Linqvistik Universiteti arasında təhsil və elm sahələrində əməkdaşlıq müqavilələri imzalandı. Universitetimiz Moskva Dövlət Universitetinin xüsusi dəvəti ilə Avrasiya universitetlər birliyinin üzvlüyünə də daxil olub.Bütün bunlarla yanaşı, respublika daxilində olan ali təhsil ocaqları ilə də işgüzar əlaqələr yaradılıb - Bakı Mühəndislik Universiteti, Azərbaycan İlahiyyat Universiteti, Polis Akademiyası, həmçinin Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksi ilə elm və təhsil sahəsində əməkdaşlığa dair imzalanmış protokollar buna misal ola bilər.Bu gün Universitetimizin tələbə həyatı öz rəngarəngliyi ilə diqqəti cəlb edir. Burada müxtəlif gənclər təşkilatları ilə bərabər, "Kitab Klubu", "Gənc Diplomatlar Klubu", "Səfir Saatı klubu", "Yeni klub" kimi maarifləndirici klublar fəaliyyət göstərir. Tələbələrdə idarəetmə qabiliyyətinin, seçki mədəniyyətinin formalaşdırılması məqsədi ilə 2017-ci ildən "Bir günlük xəlifə" adlı xüsusi proyekt həyata keçirilir. Bu proyektə əsasən Universitetdəki rəhbər vəzifələrə tələbələr tərəfindən həyata keçirilən səsvermə yolu ilə bir günlük "xəlifə" (rəhbər) seçilən tələbələr təyin olunan gün vəzifələrini rektor kimi, prorektor kimi, dekan kimi, qurum rəhbəri kimi icra edir və həmin vəzifələrin bir günlük maaşını alırlar. Təcrübə göstərir ki, bu proyekt universitetin bütövlükdə ab-havasını dəyişən bir tədbir kimi son dərəcə vacib və faydalıdır.Daha bir diqqətəlayiq hadisə odur ki, 2017-2018-ci tədris ilində Universitet Elmi Şurasının qərarı ilə tələbələr ilk dəfə olaraq pedaqoji təcrübələrini Bakıdakı məcburi köçkün məktəbləri ilə yanaşı, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Bərdə, Gəncə, Sabirabad, Mingəçevir şəhərlərində yerləşən məcburi köçkün məktəblərində keçməyə başladılar.2020-ci il Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış qəhrəmanlıq salnaməsidir. Tariximizə Vətən müharibəsi kimi daxil olan bu döyüşdə Silahlı Qüvvələrimiz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində işğalçı Ermənistan ordusunu  darmadağın edərək əsarət altında olan torpaqlarımızı azad etdi. Bu müharibədə universitetimizin məzunları da iştirak etdilər. Onlardan qəhrəmancasına vuruşaraq şəhid olan Əzim Həsənov, Teymur Osmanlı, Elvin Bayramov Prezident İlham Əliyevin sərəncamı ilə medallarla təltif edildi. Bu gün Universitetimizdə onların adı əbədiləşdirilmiş, oxuduqları fakültələrdə məzun şəhidlərimizin adını daşıyan, onların həyat yolunu əks etdirən şəkillər və şəxsi əşyalar ilə zənginləşmiş auditoriyalar təmir edilib tələbələrin istifadəsinə verilmişdir.Vətən müharibəsi zamanı ADU ailəsi Yardım fonduna könüllü ianələr köçürüb, ön cəbhədə vuruşan əsgərlərimizə ərzaq, dərman, isti geyimlər göndərib, əsgərlərimizə ruhlandırıcı məktublar yazıb. Qeyd etmək lazımdır ki, ADU ailəsi tək bununla kifayətlənmədi. Vətən müharibəsi başlayanda Rektoryanı Şuranın qərarı ilə universitetdə Ermənistanın işğalçılıq siyasətini, terrorçuluq fəaliyyətini dünyadakı yeni ünvanlara çatdırmaq üçün xüsusi "Qərargah" yaradıldı. Bu qərargah vasitəsilə universitetin professor-müəllim heyəti, mərkəz əməkdaşları 20-ə yaxın xarici dildə (ingilis, alman, fransız, ispan, italyan, rus, macar, serb, ivrit, ərəb, yapon, Norveç, İsveç, Danimarka, İndoneziya, urdu, Koreya və s.) dörd mindən çox məktub yazaraq dünyanın müxtəlif dövlətlərinin başçılarına, beynəlxalq təşkilatlara, parlamentlərə, beyin mərkəzlərinə, elm və mədəniyyət xadimlərinə, media orqanlarına ünvanlandırdı. Alınan cavablar göstərdi ki, universitetmizi tanıyır və onun sözünə hörmətlə yanaşırlar.Azərbaycan Dillər Universitetinin beynəlxalq nüfuzu gündən-günə artan xətlə inkişaf edir. Mart ayında QS - 2023 müxtəlif sahələr üzrə dünya universitetlərinin reytinqini açıqlamışdır. Reytinqdə 161 ölkədən 1594 ali təhsil müəssisəsi iştirak edirdi. QS reytinqi sahələr üzrə dünya universitetlərinin kateqoriyalar üzrə qruplaşdırılmış 54 sahəsini əhatə edir. Reytinqin qiymətləndirmə metodologiyasında 5 əsas indikator nəzərə alınır: akademik nüfuz, işəgötürənlər arasında nüfuz, istinadlar, H-indeks və beynəlxalq elmi əməkdaşlıq.Azərbaycandan ilk dəfə iki ali təhsil müəssisəsi (ADU və UNEC) QS dünya universitetlərinin reytinqinə düşmüşdür. Azərbaycan Dillər Universiteti (ADU) "Müasir dillər" üzrə dünyada ən yaxşı 301-340 universitetlər qrupuna daxil edilmişdir. Bu, universitetimizin, bütövlükdə təhsilimizin böyük uğurudur. Azərbaycan Dillər Universitetinin 75 illik yubileyi ölkəmizdə böyük ruh yüksəkliyi ilə qeyd edilən "Heydər Əliyev İli"nə təsadüf edir. İnanırıq ki, "Heydər Əliyev İli" çərçivəsində Universitetin yaranmasının 75 illik, müstəqil şəkildə fəaliyyətinin 50 illik yubileyi layiqli şəkildə qeyd ediləcək və kollektiv üçün bu, əvəzsiz bir hədiyyə olacaqdır.

18.04.2023

ADU-da “Heydər Əliyevin kadr siyasəti” adlı açıq dərs keçirilib

ADU-da “Heydər Əliyevin kadr siyasəti” adlı açıq dərs keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsi 161 A-161 B qruplarında “Heydər Əliyevin kadr siyasəti” adlı açıq dərs keçirilib.Belorusiya Dövlət Universitetinin məzunu, Regionşünaslıq kafedrasının müdiri, professor Sevdagül Əliyeva çıxışında bildirib ki, Ulu Öndər 1969-cu ildə Azərbaycana rəhbərlik etdiyi dövrdən başlayaraq, respublikamızdan hər il keçmiş SSRİ–nin aparıcı ali məktəblərinə gənclərin təhsil almaq üçün göndərilməsi məsələsinə xüsusi diqqət yetirilib.“Uzun müddət hər il 900–nəfərə yaxın gənc  müxtəlif peşə sahələrinə, müxtəlif respublikaların və Rusiyanın ali məktəblərinə təhsil almaq üçün göndərilirdi. Orta hesablamalara və dərc edilən məlumatlara əsasən 17 minə qədər gənc Azərbaycandan kənarda təhsil almış və onların böyük əksəriyyəti geri qayıtmışdır”.S. Əliyeva tələbələrə Azərbaycandan kənarda təhsil almaq üçün yola salınan gənclərin şərəfinə təşkil olunmuş tədbirlər, yola salma mərasimi, verilən hədiyyələr haqqında  maraqlı məlumatlar çatdırıb.Moskva Dövlət Universitetinin məzunu, Fəlsəfə və İctimai Elmlər kafedrasının müdiri, dosent Ədalət Abdiyeva çıxışında bildirib ki, o dövrdə gənclər əsasən Azərbaycan ali məktəblərində olmayan ixtisaslara yiyələnmək üçün göndərilirdi: “Biz hər ikimiz xaricə təhsil üçün  göndərilən abiturientlərdənik. Respublikamıza qayıtdıqdan sonra bizi gənc mütəxəssis kimi işlə təmin etdilər. Təhsil müddətində əldə etdiyimiz bilik və bacarıqları uzun illərdi ki, ADU -da tələbələrə çatdırırıq. Ulu Öndər Heydər Əliyev Azərbaycanın çiçəklənməsi üçün lazımi kadrların hazırlanması məsələsini daim diqqət mərkəzində saxlamışdır. Bu gün həmin təhsil alıb geri qayıdan gənclər təhsilin və istehsalatın müxtəlif sahələrində aparıcı mövqelərdə çalışır və ölkəmizə xeyir verirlər. Qayıtmayıb müxtəlif yerlərdə qalan məzunlarımız isə bu gün diaspora hərəkatında iştirak edərək Azərbaycana kənardan mənəvi dəstək olurlar”. 

18.04.2023

ADU-da “Heydər Əliyev irsində Azərbaycançılıq ideyalarının qoyuluşu” adlı tədbir keçirilib

ADU-da “Heydər Əliyev irsində Azərbaycançılıq ideyalarının qoyuluşu” adlı tədbir keçirilib

Azərbaycan Dillər Universitetində (ADU)  Pedaqogika kafedrasının təşkilatçılığı ilə  “Heydər Əliyev irsində Azərbaycançılıq ideyalarının qoyuluşu” adlı tədbir keçirilib.Tədbirdə rektor məsləhətçisi A. Osmanlı, Təhsil-1 fakültəsinin dekanı professor F. Cahangirov, Təhsil-2 fakültəsinin dekanı dosent S. Nuriyev, Pedaqogika kafedrasının müdiri dos. N. Zeynalova, Leksikologiya və üslubiyyat kafedrasının müdiri dos. K.Hacıyeva, Pedaqogika kafedrasının müəllimi dos. V. Bəşirov çıxış ediblər.Çıxışlar zamanı Ulu öndər Heydər Əliyevin gənc nəsil üçün nümunəvi həyatı və zəngin bioqrafiyasından danışılıb, layiqli davamçısı Cənab İlham Əliyevin siyasi strategiyasının nəticələri xüsusi vurğulanıb.Səbri, əzmi, müdrikliyi, millətinə, vətəninə sevgisi ilə bütün dünyanı heyrətləndirən Ulu öndər Azərbaycanda elmin, maarifin, ədəbiyyatın, incəsənətin, idmanın və digər sahələrin inkişafına daim diqqət yetirib, qayğısını əsirgəməyib, fəaliyyəti ilə tarix yazıb, fundamental uğurlara imza atıb.Heydər Əliyev Azərbaycançılığın ən böyük təbliğatçısı, müstəqil Azərbaycanın qurucusu, ömrünü Vətənin çiçəklənməsinə, inkişafına həsr edən tarixi şəxsiyyət kimi xatirəmizdə yaşayır.ADU-nun magistrantları - S.Məmmədova, N.Mərdanova fəallıq göstərmiş, böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı barəsində tarixi faktlar səsləndiriblər.© 2023Azərbaycan Dillər UniversitetiÜNVAN: BAKI ŞƏHƏRİ, R.BEHBUDOV KÜÇ., 134.

18.04.2023

ADU-nun əməkdaşları ilə Biləsuvar Məktəb-Liseyində görüş keçirilib

ADU-nun əməkdaşları ilə Biləsuvar Məktəb-Liseyində görüş keçirilib

İki təhsil müəssisəsi arasında imzalanan qarşılıqlı əməkdaşlıq memorandumuna əsasən Azərbaycan Dillər Universitetinin Təhsil 1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri fil.f.d., dos. Xuraman Əsgərova, baş müəllimlər Nailə Hüseynova, Gülşən Əhmədova, Filologiya fakültəsi nəzdində Alman dilinin qrammatikası və fonetikası kafedrasının baş müəllimləri Məryəm Babayeva və Solmaz Əlizadə, Alman-Azərbaycan Mübadilə Xidmətinin (DAAD) ADU-dakı rəhbəri Mara Liza Gezer Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Təhsil Kompleksinə səfər ediblər.Görüşdə DAAD rəhbəri Almaniyada təhsil sistemi, DAAD təqaüd proqramları haqqında şagirdlərə geniş məlumat verib, Məryəm Babayeva və Solmaz Əlizadə bu mövzu ilə bağlı şagirdləri maraqlandıran sualları cavablandırıb. Nailə Hüseynova və  Gülşən Əhmədova Almaniyanın milli bayramı olan Ostern (Pasxa) milli atributlarla şagirdlərə təqdim olunub.Tədbirin yekununda Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri fil.f.d., dos. Xuraman Əsgərova kafedra əməkdaşlarının çap və tərcümə olunmuş kitablarını Kompleks kitabxanasına hədiyyə etdi, xatirə şəkli çəkdirilib.Sonra müəllim və tələbələr Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyinə baş çəkiblər.

18.04.2023

Astara rayonunda “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda zona konfransı keçirilib

Astara rayonunda “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda zona konfransı keçirilib

Astara rayonunda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı ilə birgə “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda zona konfransı keçirilib. Rayonun Heydər Əliyev Mərkəzində təşkil edilən konfransda ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, ATİAHİ Lənkəran, Astara, Lerik, Cəlilabad, Yardımlı, Masallı, Salyan, Hacıqabul, Şirvan, Sabirabad, İmişli rayon komitələrinin sədrləri və fəalları iştirak ediblər.Konfransda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub.Konfransda çıxış edən ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə bildirib ki, Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə həmkarlar təşkilatlarının fəaliyyətində ciddi dönüş yarandı, bu təsisat öz mahiyyəti üzrə fəaliyyət göstərməyə başladı. Həmkarlar ittifaqlarının fəaliyyətində inzibati amirlik metodlarına son qoyuldu, sahə həmkarlar ittifaqlarının səlahiyyətləri özlərinə qaytarıldı, təşəbbüskarlığa, dünya həmkarlar ittifaqları sisteminə inteqrasiyaya yol açıldı. Bu gün, Heydər Əliyevin bu sahədə olan ideyaları onun mənəvi-siyasi irsinin ən layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Sonra Ümummilli lider Heydər Əliyevlə bağlı video çarx nümayiş etdirilib, “”Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi, Astara şəhər 1 saylı tam orta məktəbin 10a sinif şagirdi Həsənli Leylanın təqdimatı dinlənilib. Daha sonra ATİAHİ Salyan rayon komitəsinin sədri Yaqut Ələsgərova, Hacıqabul rayon komitəsinin sədri Kifayət Əmirbəyova, Yardımlı rayon komitəsinin sədri Azər Ələkbərov, Astara şəhər 1 saylı tam orta məktəbin müəllimi Gülayə Babazadə və Astara şəhər  şəhər 3 saylı tam orta məktəbin HİK sədri Böyükxanım Məmmədova çıxış ediblər. IMG_9861.JPG 1.3 MBIMG_9873.JPG 1.25 MBIMG_9874.JPG 1.21 MBIMG_9876.JPG 1.24 MBIMG_9879.JPG 1.33 MBIMG_9884.JPG 1.26 MBIMG_9896.JPG 1.43 MB

17.04.2023

ADU-nun müəllimi Akifə Sadıqova vəfat edib

ADU-nun müəllimi Akifə Sadıqova vəfat edib

Təhsil- 2 fakültəsi nəzdində Xarici dillər kafedrasının baş müəllimi Sadıqova Akifə Qəzənfər qızı ömrünün 68-ci ilində vəfat edib. Uzun illər kafedrada alman dili müəllimi kimi fəaliyyət göstərən Akifə Sadıqova pedaqoji fəaliyyəti dövründə bir çox elmi məqalələrin, dərs vəsaitlərinin müəllifi olmuş, respublika və xaricdə təşkil olunmuş elmi seminar və konfransların iştirakçısı olmuşdur. Daima təvazökarlığı, savadı və zəhmətsevərliyi ilə seçilən Akifə Sadıqova həm iş yoldaşlarının, həm də tələbələrinin hörmətini qazanmışdır. Allahdan Akifə Sadıqovaya rəhmət, yaxınlarına və doğmalarına səbr diləyirik.Nur içində yatsın!

16.04.2023

Meksika səfiri ADU-da olub

Meksika səfiri ADU-da olub

Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, xanım Mariya Viktoriya Romero Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub.Səfir xanım M. Viktoriya universitetin Tərcümə fakültəsinin ispan dili ixtisası üzrə təhsil alan tələbələri ilə görüşüb.Görüşdə Meksika adət-ənənələrinə həsr olunmuş 3 qısametrajli film təqdim olunub. Film nümayişindən sonra xanım səfir tələbələrlə fimlər haqqında müzakirələr aparıb. Səfir İspan Dili Mərkəzi ilə də tanış olub, tələbələrə Meksikaya aid illüstrasiyalar olan əlfəcinlər hədiyyə edib.Görüş tələbələrlə səfir arasında maraqlı söhbətlərlə davam edib.

14.04.2023

ADU-nun rektoru Dövlət Rus Dili İnstitutunun əməkdaşları ilə görüşüb

ADU-nun rektoru Dövlət Rus Dili İnstitutunun əməkdaşları ilə görüşüb

Rusiya Federasiyasının A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun Beynəlxalq əməkdaşlıq departamentinin müdiri Yuriy Kopılov və institutun professoru İrina Leşutina Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olublar.ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları universitetdə görməkdən məmnun olduğunu deyib. Rektor bildirib ki, A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutu ilə ADU-nun Rusiyaşünaslıq Elmi Mərkəzinin sıx və faydalı əlaqələri var, bu əməkdaşlığın gələcək inkişafı üçün geniş imkanlar mövcuddur.Kamal Abdulla universitetdə mövcud olan dil və mədəniyyət mərkəzləri, eyni zamanda müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzləri haqqında məlumat verib. Qeyd olunub ki, ADU-nun Rusiya, Çin, Pakistan, İndoneziya, Serbiya və Rumıniyada mərkəzləri fəaliyyət göstərir. Görüşdə Azərbaycan dili və mədəniyyəti mərkəzinin A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunda fəaliyyətə göstərməsi haqqında da müzakirə aparılıb.Dövlət Rus Dili İnstitutunun Beynəlxalq əməkdaşlıq departamentinin müdiri Yuriy Kopılov və institutun professoru İrina Leşutina Azərbaycan Dillər Universiteti haqqında müsbət təəssüratlarını bölüşüb, iki ali təhsil ocağının müxtəlif istiqamətlərdə olan əməkdaşlığına diqqət çəkiblər. Qeyd olunub ki, təşkil olunan elmi seminarlara, master-klasslara tələbələr və universitet əməkdaşları tərəfindən böyük maraq göstərilib.

13.04.2023

ADU-da elmi-praktik seminar keçirilib

ADU-da elmi-praktik seminar keçirilib

Aprelin 13-də Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və Regionşünaslıq (BMR) fakültəsi nəzdində Beynəlxalq münasibətlər kafedrası  “Müstəqil Azərbaycanın iqtisadi inkişafında Heydər Əliyevin strategiyası” mövzusunda elmi–praktik seminar keçirilib.Elmi-praktik seminarın moderatoru Beynəlxalq münasibətlər kafedrasının müdiri professor Aida Yusifzadə Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti haqqında məlumat verib.Beynəlxalq münasibətlər kafedrasının müəllimi Aytən Ramazanova məruzəsində Ulu Öndər Heydər Əliyevin 1993-2003-cü illərdə Azərbaycanın milli iqtisadi inkişafının formalaşmasının uğurlu və perspektiv inkişafına istiqamətlənmiş keçid modelinin əsaslarını müəyyənləşdirməsi və bu modelin həyata keçirilməsini təmin edən islahat-inkişaf xarakterli dövlət proqramlarının, inkişaf strategiyalarının, layihələrin işlənilməsinə, reallaşdırılmasına xüsusi əhəmiyyət verməsi və reallaşdırması haqqında ətraflı məlumat verib.Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı professor İbrahim Kazımbəyli mövzu ilə bağlı fikirlərini bildirib.Elmi-praktik seminar məruzələr ətrafında müzakirələrlə davam edib.

13.04.2023

ADU-nun tələbələri təcrübədə olduğu müddətdə açıq dərslər təşkil ediblər

ADU-nun tələbələri təcrübədə olduğu müddətdə açıq dərslər təşkil ediblər

Azərbaycan Dillər Universitetinin Təhsil-1 fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının müəllimi Aynur Məmmədovanın rəhbərliyi ilə Binəqədi rayonunda yerləşən Əliağa Şıxlinski adına 135 nömrəli tam orta məktəbdə pedaqoji təcrübədə olan  Təhsil 2 fakültəsinin 415B qrup tələbələri Bilqeyis Mirzəzadə və Mətanət  Teymurlu məktəbin şagirdlərinə nümunəvi açıq dərslər keçiblər.Təcrübədən olan  tələbə Mətanət Teymurlunun açıq dərsi məktəbin 5a sinifinə İngilis dili fənni üzrə  “The Fox and the crow” mövzusunda keçirilib. M. Teymurlunun dərsi sinifin fənn müəllimi  Ofelya İsmayılova, məktəbin ingilis dili müəllimi Natəvan Əliyeva və metodist  Aynur Məmmədova iştirakı ilə baş tutub. Digər təcrübəçi tələbə Bilqeyis Mirzəzadənin isə açıq dərsi  məktəbin 6 a sinifinə İngilis dili fənni üzrə  “Save the Earth” bölməsində “Subject and object pronouns” mövzusunda keçirilib. B. Mirzəzadənin dərsi sinifin fənn müəllimi  Natəvan Əliyeva və metodist  Aynur Məmmədovanın iştirakı ilə baş tutub.Qeyd edək ki, dərslər ayrı günlərdə keçirilib və  hər iki təcrübəçi tələbə dərs müddətində bir sıra interaktiv üsullardan (qrup işləri, video materiallar, venn diaqramı və s...) istifadə ediblər.

13.04.2023

ADU-da “Şuşa Türk dünyasının mədəniyyət beşiyidir” adlı tədbir keçirilib

ADU-da “Şuşa Türk dünyasının mədəniyyət beşiyidir” adlı tədbir keçirilib

Azərbaycan  Dillər Universitetində Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müəllimi Mənsurə İsmayılovanın təşəbbüsü, Filologiya fakültəsinin 137-ci qrup tələbələri ilə birgə təşkilatçılığı ilə “Şuşa Türk dünyasının mədəniyyət beşiyidir” adlı tədbir keçirilib.Tədbirdə Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müdiri professor Ülfət İbrahim, b.m S. Əyyublu və digər kafedra əməkdaşları iştirak ediblər.Filologiya fakültəsinin 137-ci qrup tələbələri-  Fatimə Əliyeva və Röya Hüseynzadə “Şuşanın tarixi şəxsiyyətləri”,  Roza Məmmədova və Zeynəb Bəbirova  “Şuşanın tarixi abidələri”,  Nəzrin Quliyeva və  Mehriban Səfiyeva “Şuşa mətbəxi”, Fidan Cavadova və  Aysu Baxışlı “Xaribülbül”, Məlahət Abdullayeva və Nərmin Həmidova “Şuşa haqqinda ümumi məlumat”, Sara Babaşzadə və İlahə Qafarova “Şuşa türk dünyasinin mədəniyyət beşiyi kimi” mövzularında slayd vasitəsi ilə  çıxış edib, mahnı və şeirlər səsləndiriblər.  Kafedra müdiri professor Ülfət İbrahim çıxışında  44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etdiyini, bu möhtəşəm qələbənin şəhidlərimizin qanı, canı bahasına əldə edildiyini, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad edildiyini, Vətən müharibəsində qəhrəman oğullarımızın nümayiş etdirdikləri misilsiz rəşadətin xalqımızı qürurlandırdığını, rəşadətli Vətən övladlarının döyüş yolunun, onların şücaətinin, fədakarlığının gələcək nəsillərə həmişə örnək olacağını vurğulayıb.Tədbirdə b.m. S. Əyyublu  çıxışında təməli 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulan Şuşa şəhərinin yaranma tarixindən, Şuşa haqqında olan kitablardan danışıb, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın ədəbiyyatımıza, incəsənətimizə, tariximizə, siyasətimizə bəxş etdiyi simalardan bəhs edib.Mənsurə İsmayılova çıxışında Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşmasından danışaraq, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 may tarixli 2632 nömrəli Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildiyini qeyd edib.Tədbir  Şuşa şəhərinin tarixini əks etdirən videoçarxın nümayişi ilə yekunlaşıb.

13.04.2023

ADU-da “Frankofonların görüşü” adlı tədbir keçirilib

ADU-da “Frankofonların görüşü” adlı tədbir keçirilib

Aprelin 12-də Azərbaycan Dillər Universitetində Fransız dilinin fonetikası və qrammatikası kafedrası Ruminiyanın Pteşti Universiteti ilə birgə Frankofoniya günləri çərçivəsində Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Frankofonların görüşü” adlı tədbir keçirilib.Tədbirdə Fransız dilinin fonetikası və qrammatikası kafedrasının professoru Ülfət İbrahim Ümumilli liderin 100 illiyi ilə bağlı tədbirlər planı haqqında rumin tələbələrinə məlumat  verib.Professor Frankofoniya həftələri çərçivəsində fransız dilini öyrənən  Ruminiya və Azərbaycan tələbələri arasında daha sıx əməkdaşlıq və dostluq əlaqələrinin möhkəmləndirilməsini arzu edib və belə görüşlərin daha tez-tez keçirilməsinin səmərili olduğunu bildirib. Pteşti Universitetinin fransız ili müəllimi Liliyana Volkulesku öz növbəsində çıxış edərək “Erasmus+” proqramı çərçivəsində universitetə səfəri zamanı  müəllim və tələbələrlə tanışlığı və Filologiya fakültəsində keçdiyi dərslərlə bağlı məmnunluğunu dilə gətirib. Həmçinin hər iki universitet arasında əlaqələrin daha da gücləndirilməsinin hər iki tərəf üçün maraqlı olduğunu qeyd edib.ADU-nun Filologiya fakültəsi və Pteşti universitetinin tələbələri hazırladıqları təqdimatları növbə ilə slaydlar vasitəsilə zoom platformasından nümayiş ediblər.Tələbələr-   Filologiya fakültəsinin 438 - ci qrup tələbəsi Fidan Babayeva öz təqdimatını Azərbaycanın ümummilli lideri Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti və şərəfli ömür yolu haqqında fransız dilində ətraflı məlumat verib.Filologiya fakültəsinin 438 - ci qrup tələbəsi  Ədilə Təhmasib XII əsrin görkəmli şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı, Nizami sənətinin bəşəriyyətin mədəni inkişafındakı rolundan söz açıb. Filologiya fakültəsinin 438 - ci qrup tələbəsi Fidan Əliyeva Azərbaycanlı dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən, liderlərindən biri  olan Məmməd Əmin Rəsulzadə haqqında çıxış edib.Cristea Maria, Teodorescu Cristia, EFİ,  «Constantin Brâncuși: La Roumain vue par les yeux de Brâncuși» (“Ruminiya Brâncușinin gözü ilə”), - Oltenau Amandi Stefanie, EFİ, Eugène lonesco: Le Roumain qui a impressionné les Français par ses écrits, - Tuta Anastasia, EFI, «Emil Cioran et ses ɶuvres littéraires» («Emil Çoran və onun əsərləri») mövzuları ilə çıxış ediblər.Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Frankofonların görüşü” adlı tədbir Azərbaycan və Ruminiya universitetinin tələbə və müəllim heyəti arasında maraqlı, qarşılıqlı fikir mübadiləsi ilə yekunlaşıb.Bildirək ki, adıçəkilən kafedranın təşəbbüsü ilə “Frankofoniya günləri” çərçivəsində keçirilən tədbir universitetlər arasında, xüsusən, elmi sahədə olan əməkdaşlığın daha da gücləndirilməsinə təkan verir.

13.04.2023

ADU-da rus dilinin xarici dil kimi tədrisi metodikası üzrə master-klass keçirilib

ADU-da rus dilinin xarici dil kimi tədrisi metodikası üzrə master-klass keçirilib

Rus dilinin yüksək səviyyədə tədrisi, qorunması və statusunun yüksəlməsi istiqamətində 4-7 aprel 2023-cü il tarixlərində təhsil-maarifləndirmə lahiyəsi çərçivəsində “Rus dili  mədəniyyət kodu və millətlərarası ünsiyyət dili kimi” adlı bir sıra maarifləndirici tədbirlər keçirilib. Beynəlxalq Muğam Mərkəzində “Великая невстреча, Толстой и Достоевский “ adlı rus romanslarının poeziyası və sərgisinin açılışı, həmçinin beynəlxalq müsabiqə laureatlarının ifasında konsert baş tutub. Aprelin 6-da ADU-da filologiya elmləri doktoru, prof. İ.A.Leşutinanın təqdimatında ADU-nun 35 müəllim və tələbə heyəti üçün rus dilinin xarici dil kimi tədrisi metodikası üzrə master-klass təqdim olunub.Aprelin 7-də Bakıdakı Rus Evində “Rusiya Federasiyası və Azərbaycan universitetləri arasında universitetlərarası əməkdaşlıq” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə ADU-nun rektorunun multikulturalizm üzrə müşaviri prof. Qaley Allahverdiyev, Rusiyaşünaslıq mərkəzinin rəhbəri Diana Hüseynzadə və Rusiyaşünaslıq Mərkəzinin elmi işçisi Sergey Klimov iştirak edib.“Rus dili  mədəniyyət kodu və millətlərarası ünsiyyət dili kimi” maarifləndirici layihənin təşkilatçısı Kino Festivalları və Beynəlxalq Proqramlar Mərkəzi, Moskvadakı Lev Tolstoy adına Dövlət Muzeyi, Rus Evinin iştirakı ilə “KinoFocus” şirkəti, Bakıda isə Azərbaycan Dillər Universitetinin Rusiyaşünaslıq Mərkəzi və Beynəlxalq Muğam Mərkəzidir. Layihə Prezident yanında Mədəniyyət Təşəbbüsləri Fondunun dəstəyi ilə həyata keçirilib.

13.04.2023

ADU-nun jurnalistika ixtisasında təhsil alan tələbələr infoturda iştirak edib

ADU-nun jurnalistika ixtisasında təhsil alan tələbələr infoturda iştirak edib

Aprelin 12-də Azərbaycan Dillər Universitetinin jurnalistika ixtisasında təhsil alan tələbələr Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) infoturda iştirak ediblər.  İnfotur Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, "Davam" Gənclər Hərəkatının tərəfdaşlığı ilə "Gənc media nümayəndələrinin peşə təcrübə proqramı" adlı layihə əsasında keçirilib.İnfotur zamanı tələbələr mətbuat orqanının binası və orada gedən proseslər ilə yaxından tanış olublar. Gəzinti zamanı media nümayəndələri tələbələrin suallarını cavablandırıb.Layihə çərçivəsində müasir medianın əsas prinsipləri, gənc jurnalistlərin media sahəsində üzləşdiyi problemlərin həlli yolları ilə bağlı gənclərə ətraflı məlumat verilib.Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən həyata keçirilən "İdeyanı Reallaşdır 2022" Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsi çərçivəsində qalib olub.

13.04.2023

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo