ADU-nun təcrübədə olan tələbələri tərəfindən

ADU-nun təcrübədə olan tələbələri tərəfindən "Future me" adlı konfrans keçirilib

Aprelin 28-də Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil 1 fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının müəllimi Aynur Məmmədovanın rəhbərliyi ilə pedoqoji təcrübədə olan tələbələri- X. Zivər, T. Mətanət, M. Bilqeyis, P. Aynur, N. Rəşadın və "İrəli" ictimai birliyinin birgə təşkilatçılığı ilə Binəqədi rayonu Əliağa Şıxlinski adına 135 nömrəli tam orta məktəbdə gənclərin düzgün peşə və ixtisas seçiminə dəstək mahiyyətli "Future me" adlı konfrans keçirilib.Konfransda Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Ayşən Vəliyeva,"Web development" üzrə mütəxəssis Vüsal Həsənov, "Aloha World" xaricdə təhsil mərkəzinin xaricdə təhsil üzrə mütəxəssisi Müşafərim Əliyeva, Azərbaycan Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının Karyera planlanması şöbəsində fəaliyyət göstərən mentoru Mikayıl Tağıyev, ADU-nun Psixologiya kafedrasının dosenti Ceyhun Alıyev,"İrəli"ictimai birliyinin Təlim və Tədris üzrə katibi Günel Ələsgərli və DİM-nin qiymətləndirmə və diaqnostika şöbəsinin psixoloji iş və maarifləndirmə şöbəsinin böyük məsləhətçisi Sevinc Məmmədova mövzu ətrafında çıxış ediblər.Maarifləndirici konfransda 8,9,10,11ci sinif şagirdlərinə düzgün ixtisas seçimi, peşəkar karyera planlamasının əhəmiyyəti, ixtisas seçimi zamanı diqqət yetirməli olan məqamlar, xaricdə təhsil, təqaüd proqramları və digər mövzular haqqında faydalı məlumatlar verilib.  Eyni zamanda şagirdləri maraqlandıran suallar cavablandırılıb.Konfrans məktəbin direktoru Şəfa Qurbanovanın çıxışı ilə yekunlaşıb.

01.05.2023

ADU-da “Ulu öndər Heydər Əliyevin müəllim və təhsil haqqında müdrik kəlamları” mövzusunda alman dilində açıq dərs keçirilib

ADU-da “Ulu öndər Heydər Əliyevin müəllim və təhsil haqqında müdrik kəlamları” mövzusunda alman dilində açıq dərs keçirilib

Aprelin 27-də Azərbaycan Dillər Universitetində (ADU) Təhsil 1 fakültəsi nəzdində fəaliyyət göstərən Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dosenti  Ulduz Aslanovanın təşkilatçılığı ilə “Ulu öndər Heydər Əliyevin müəllim və təhsil haqqında müdrik kəlamları” mövzusunda  alman dilində  açıq dərs keçirilib. Dərsdə magistratura şöbəsinin müdiri, ped.f.d., dosent F. Rzayeva və şöbənin əməkdaşları, Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri fil.f.d., dosent X. Əsgərova, həmin kafedranın müəllimləri, Alman dilinin fonetikası və qrammatikası kafedrasının əməkdaşları və alman dili ixtisası üzrə təhsil alan magistr tələbələri iştirak ediblər.Dərsdə Heydər Əliyev haqqında tədris olunan materialın tələbələrdə vətənpərvərlik ruhunun aşılanması üçün müəllimin ustalıqla tətbiq etdiyi təlim metodları dinləyiciləri heyran edib. Heydər Əliyevin müəllim və təhsil haqqındakı fikirlərinin alman dilinə müdrik kəlamlar şəklində  tərcüməsi və onların müasir təlim metaodları əsasında tədris materialı kimi  tələbələrə öyrədilməsi Ulduz Aslanovanın böyük pedaqoji ustalığının və zəhmətinin nəticəsi kimi dəyərləndirilib.Dərsin materialı slaydlar vasitəsi ilə əyani şəkildə və lövhədə üçrəngli Azərbaycan bayrağının simvolu kimi təqdim olunub. Kiçik qruplar şəklində çıxış edən tələbələr də üçrəngli bayrağımızı öz geyimləri ilə tərənnüm edərək  böyük ruh yüksəkliyi ilə alman dilində Ulu öndərin müdrik kəlamlarını səsləndiriblər.Dərsin sonunda magistratura şöbəsinin müdiri, dosent Firuzə Rzayeva çıxışında U. Aslanovanın kreativ bacarığını, pedaqoji ustalığını və zəhmətini yüksək qiymətləndirib, tələbələrə və iştirak edən müəllimlərə təşəkkürünü bildirib.

01.05.2023

Quba şəhərində “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda regional konfrans keçirib

Quba şəhərində “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda regional konfrans keçirib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Quba şəhərində “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda regional konfrans keçirib. “Heydər Əliyev ili”nə həsr olunuş konfransda ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, ATİAHİ-nin Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayon komitələrinin sədrləri, həmkarlar ittifaqı fəalları iştirak edib. Konfrans Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu Öndərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak omuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.   İclasda çıxış edən ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə  bildirib ki, Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Bununla əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzvü olan sahə həmkarlar ittifaqları da müvafiq tədbirlər planı tərtib etmiş və həyata keçirirlər. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi də “Heydər Əliyev İli” ilə bağlı tədbirlərin keçirilməsinə başlayıb. Zona konfransı da Respublika Komitəsinin silsilə tədbirlərindən biridir.   Sonra M.Cəfərzadə Azərbaycanda həmkarlar ittifaqlarının inkişafında ümummilli lider Heydər Əliyevin rolundan danışıb. Qeyd edib ki, Azərbaycanda bütün sahələrin, o cümlədən də həmkarlar ittifaqları institutunun davamlı inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün, Heydər Əliyevin bu sahədə olan ideyaları onun mənəvi-siyasi irsinin ən layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  Daha sonra konfransda Quba rayon Xucbala kənd tam orta məktəbin tarix müəllimi Ayişə Şabutova, Qusar rayon Müəllimlər Evinin direktoru Həsənov Robert, Quba şəhər Texniki Təmayüllü liseyin tarix müəllimi Elxan Məmmədov, Qaraçay kənd tam orta məktəbin tarix müəllimi Bariz Allahverdiyev, Quba-Xaçmaz RTİ-nin Quba sektorunun tarix fənni üzrə metodisti Mənsur İlyasov çıxış edərək mövzu ilə bağlı məruzə ediblər. Tədbirin sonunda şagirdlərin ifasında şeirlər, mahnılar dinlənilib.  IMG_9900.JPG 1.67 MBIMG_9943.JPG 1.59 MB

01.05.2023

ADU-da professor Fəxrəddin Veysəllinin 80 illik yubileyi qeyd olunub

ADU-da professor Fəxrəddin Veysəllinin 80 illik yubileyi qeyd olunub

 Aprelin 28-də Azərbaycan Dillər Universitetində Azərbaycanın görkəmli dilçisi, filologiya elmləri doktoru, professor Fəxrəddin Veysəllinin 80 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə professor-müəllim heyəti, tələbələr iştirak edib.       ADU-nun rektoru, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, professor Fəxrəddin Veysəllinin elmi fəaliyyəti haqqında danışıb. Qeyd olunub ki, elmdə öz sözü və yolu olan görkəmli alim Fəxrəddin Veysəllinin dilçilikdə seqment və supraseqment vahidlərin variativliyi probleminin öyrənilməsində xidmətləri danılmazdır.    Tanınmış alim olaraq o, Daşkənd, Tbilisi və Bakıda ixtisaslaşmış elmi şuraların üzvü kimi fəaliyyət göstərmiş, onlarla namizədlik və doktorluq dissertasiyalarına opponentlik etmiş və ya rəy vermişdir. Qazax A.Cunusbəyov, özbək A.Avazbayevin, türkmən S.Kurenovun doktorluq dissertasiyalarının müdafiəsi onun opponentliyi ilə keçmişdir. O, Leninqradda, Moskvada, Tbilisidə və Bakıda onlarla namizədlik dissertasıyalarına opponentlik etmişdir: “Fəxrəddin müəllim dilçilik elminin inkişafında böyük əməyi və xidmətləri olan görkəmli alimlərimizdən biridir.Onun elmi fəaliyyəti nəinki Azərbaycan, həm də dünya elminə də öz töhfələrini verib. Müəllifi olduğu elmi metodik vəsaitlər, dərsliklər ali təhsil ocaqlarının əsas tədris bazası rolunu oynayır. Fəxrəddin müəllim elmi fəaliyyətində olduğu kimi, həyat yolunda da sadiq dost, qayğıkeş yoldaş kimi tanınır.   Fəxrəddin müəllimə can sağlığı və könül xoşluğu arzu edirik”. Rusiya Elmlər Akademiyasının kollektivinin yubilyara ünvanlanan təbrik məktubu oxunub. Məktubda Fəxrəddin Veysəllinin elmi yaradıcılığının yüksək dəyəri və əhəmiyyəti qeyd olunub.    Daha sonra BDU-nun tələbəsi Aişə Heybətlinin qiraətində Cabir Novruzun “Sağlığında qiymət verin insanlara” şeiri səsləndirilib. Professor Fərman Zeynalov yubilyarın elmi fəaliyyəti ilə bağlı məruzə ilə çıxış edib. Qeyd olunub ki, Fəxrəddin Veysəlli 1989-cu ildə alman dilində çap etdirdiyi "Lehrbuch der deutschen Phonetik" monoqrafiyası mütəxəssislər tərəfindən çox yüksək dəyərləndirildi. Bir qədər sonra o, öz dilimizdə "Fonetika və fonologiya məsələləri" adlı kitab çap etdirir, dünya şöhrətli alim R.O.Yakobsonun uşaq dili sahəsində şedevr sayılan kitabını ruscaya çevirib çap etdirdi.    Fəxrəddin müəllim məşhur fonoloq N.S.Trubeskoyun dünya dilçilik elminin incisi sayılan "Fonologiyanın əsasları" kitabını Azərbaycan dilinə tərcümə edərək onu öz vəsaiti hesabına çap etdirməklə dilçiliyimizin inkişafına güclü təkan vermişdir. F.Veysəlli öz qələmini bədii əsərlərin də tərcüməsində sınamışdır. Alman yazıçısı T.Ştormun "İmmen gölü" novellasının dilimizə, Cəlil Məmmədquluzadənin "Poçt qutusu" hekayəsinin isə almancaya tərcüməsi buna misal ola bilər.   Onun dilmanclıq fəaliyyəti, sinxron və ardıcıl tərcüməçiliyi də çoxşaxəli yaradıcılığının tərkib hissəsidir. Dilçilik İnstitunun direktoru, professor Nadir Məmmədli, professor Azad Məmmədov, şair Zakir Fəxri, professor Əsmətxanım Məmmədova, BDU-nun dosenti Yaşar Alxasov yubilyarı təbrik edib, ürək sözlərini söyləyiblər. Tədbirin sonunda ADU tələbələrin hazırladıqları bədii kompozisiya nümayiş olunub.

30.04.2023

AHİK tərəfindən 2022-ci ilin ən yaxşı müəssisələri mükafatlandırılıb

AHİK tərəfindən 2022-ci ilin ən yaxşı müəssisələri mükafatlandırılıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2022-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən müəyyən olunmuş 2023-ci ildə Ümumdünya Əməyin Mühafizəsi Günü – “Əmək sferasında sağlam və təhlükəsiz əmək şəraiti əsas prinsip və hüquq kimi” devizi altında baş tutan tədbirdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov, BƏT-nin Azərbaycan üzrə əlaqələndiricisi Yaşar Həzəyev, AHİK-in üzv və tabe təşkilatlarının sədrləri, müsabiqədə qalib olmuş müəssisələrin rəhbərləri, KİV nümayəndələri və digər şəxslər iştirak ediblər.Tədbirdə çıxış edən Səttar Möhbalıyev öncə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, dövlət quruculuğu siyasətindən, xilaskarlıq missiyasından, həmçinin dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi nailiyyətlərdən, iqtisadi qüdrətindən, uğurlu beynəlxalq siyasətindən danışıb. Sonra AHİK sədri bildirib ki, 2022-ci il ərzində həmkarlar ittifaqlarının texniki əmək müfəttişləri əməyin mühafizəsi üzrə ictimai müvəkkillərlə birlikdə 313 müəssisə və təşkilatda ictimai müayinə həyata keçirib, 1212 pozuntu aşkar edib, onların 89 %-nin aradan qaldırılmasına nail olunub: “Nəticədə 39 texnoloji avadanlıq və dəzgah təhlükəsizlik norma və qaydalarına uyğun vəziyyətə gətirilib, 251 nəfərin iş şəraiti yaxşılaşdırılıb. Həmkarlar ittifaqlarının xidmət dairəsinə daxil olan müəssisələrdə il ərzində xəsarət alanların sayı 31% azalaraq 126 nəfərdən 88 nəfərədək enib, bədbəxt hadisədən ölənlərin sayı isə 17 nəfərdən 18 nəfərədək artıb. Əməyin mühafizəsinə dair tədbirlərin həyata keçirilməsinə ayrılan vəsaitin düzgün və məqsədyönlü xərclənməsinə sahə həmkarlar ittifaqı komitələrinin texniki əmək müfəttişləri və əməyin mühafizəsi komissiyaları tərəfindən həyata keçirilən ictimai nəzarət sayəsində 349 tədbir keçirilib, attestasiya olunmuş iş yerlərinin sayı 90 %-ə, tibbi müayinədən keçirilən işçilərin sayı isə 92 %-ə çatdırılıb. Əməyin mühafizəsi sahəsində təbliğat işinin daha yaxşı təşkil edilməsi məqsədi ilə yeni 7 əməyin mühafizəsi kabineti və 73 güşə yaradılıb, bununla da kabinetlərin sayı 37-ə, guşələrin sayı isə 710-a çatdırılıb. Bütün bu tədbirlərin keçirilməsinə baxmayaraq, müəssisələrdə əməyin mühafizəsinə ayrılan maliyyə vəsaiti əvvəlki müvafiq dövrlə müqayisədə 9.5 %, hər işçiyə görə isə 11.3 % azalıb”.Səttar Möhbalıyev deyib ki, BƏT-nin məlumatına görə, hər il istehsalatda 2 – 2,3 milyon insan həyatını itirir. Onlardan 300 000 nəfəri istehsalat xəsarətləri nəticəsində, 1,7 – 2 milyon nəfəri isə müxtəlif peşə xəstəliklərdən ölür.Onun sözlərinə görə, müasir standartların tələbinə uyğun gəlməyən, tətbiq olunan texnoloji proseslərdə heç bir qayda və təlimatlara cavab verməyən iş yerləri hələ də mövcuddur. Qarşımıza qoyduğumuz hədəflərdən biri də, məhz bu müəssisələrdə normalara uyğun iş yerləri yaratmaqdır.Digər çıxış edənlər Azərbaycanın iqtisadi göstəricilərindən, bütün sahələrdə qaznılmış nailiyyətlərdən, ölkəmizdə əməyin mühafizəsi, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması istiqamətində görülən işlərdən, bədbəxt hadisələrin, istehsalat zədələrinin, peşə xəstəliklərinin qarşısının alınması məqsədilə müvafiq qurumların, o cümlədən həmkarlar ittifaqlarının atdığı addımlardan bəhs ediblər.Sonra müsabiqənin qalibi olmuş 23 sahə üzrə həmkarlar ittifaqını təmsil edən 48 müəssisəyə diplomlar və hədiyyələr təqdim olunub.Məlumat üçün əlavə edək ki, 2022-ci ildə “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə əlaqədar AHİK-in müsabiqə komissiyasına müsabiqədə iştirak etmiş 2150-dən artıq müəssisə, təşkilat, sex və sahədən yalnız 48 ən yaxşı müəssisənin sənədi daxil olub. Həmin 48 qurunun yüksək göstəriciləri müəyyənləşdirilərək İcraiyyə Komitəsinin müzakirəsinə verilib və onlar yekdilliklə qalib elan ediliblər.Qeyd edək ki, “Sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasında ilin ən yaxşı müəssisəsi (təşkilatı)” adı uğrunda müsabiqə AHİK-in təşəbbüsü ilə 2009-cu ildən hər il keçirilir. Müsabiqənin məqsədi işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, bu sahəyə cavabdeh olan şəxslərin məsuliyyətinin artırılması, həmçinin işəgötürənlərin əməyin mühafizəsi məsələlərinə daha diqqətlə yanaşmasına nail olmaqdır. Ötən dövr ərzində müsabiqəyə 22 000-dən çox müəssisə və təşkilat qatılıb, onlardan 530-u qalib elan olunaraq fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.

29.04.2023

ADU-da professor Adil Babayevin 85 illik yubileyi qeyd olunub

ADU-da professor Adil Babayevin 85 illik yubileyi qeyd olunub

Aprelin 27-də Azərbaycan Dillər Universitetində (ADU) Filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin, Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının, AMEA Orfoqrafiya Komissiyasının üzvü Adil Babayevin 85 illik yubileyi münasibətilə tədbir keçirilib.Tədbirdə professor-müəllim heyəti, tələbələr iştirak ediblər.ADU-nun rektoru, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, professor Adil Babayev haqqında ürək sözlərini bildirib. Qeyd olunub ki,  dilçilik, ədəbiyyatşünaslıq, jurnalistlika, habelə bədii yaradıcılıqla məşğul olan alim məhsuldar elmi fəaliyyəti ilə diqqət çəkir:“Adil müəllim uzun illər kafedra müdiri kimi fəaliyyət göstərib, müxtəlif vəzifələrdə çalışıb. O, həmişə kollektivin hörmətini qazanıb. Çünki Adil müəllim öz işini sevən, qayğıkeş və səmimi insandır. Onun işini sevməsi, qayğıkeşliyi, səmimiyyəti bu gün də müəllim və tələbələr üçün nümunədir, örnəkdir. Mən Adil müəllimə cansağlığı, könül xoşluğu və işlərində uğurlar arzu edirəm”.Daha sonra Adil Babayevin həyatından bəhs edən video rolik izlənilib. Adil Babayevin müəllifi olduğu pyes əsasında hazırlanan tamaşa təqdim olunub. Qeyd olunub ki, alimin indiyədək 20 kitabı, 24 proqramı, 200-ə qədər müxtəlif xarakterli məqaləsi çap olunub. Ali məktəblər üzrə 4 dərsliyin alternativsiz müəllifi olan Adil Babayev 12 nəfər elmlər namizədinin elmi rəhbəri, 3 nəfər elmlər doktorunun məsləhətçisi, 40 nəfərin opponenti olub. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən bəhs edən “Koroğlunun Çənlibelə qayıdışı” Naxçıvan Dövlət Musiqili Dram Teatrında 2008-ci ildən fasiləsiz nümayiş olunur.Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova Adil Babayev haqqında fikirlərini bölüşüb. Qeyd olunub ki, professor Adil Babayev gənc alimlər üçün elmi təcrübəsini, dərin biliyini heç vaxt əsirgəməyib:“Bu gün doğrudan da bayram təntənəsi var. Soyumuza, kökümüzə, dünənimizə bağlılıq, Adil müəllim kimi insanların yubiley mərasimlərini keçirmək, ona dəyər vermək böyüklükdür, buna görə Kamal müəllim sizə təşəkkürümü bildirirəm. Biz tələbə olanda Adil Babayevin “Dilçiliyə giriş” kitabını oxumuşuq. Bu gün də oxuyuruq. Adil müəllim, sizin imzanız publisistik sahədə, poeziyada, dramaturgiyada, elm sahəsində o qədər çoxşaxəlidir ki, bu haqda çox danışmaq olar”.ADU-nun Azərbaycan dilçiliyi kafedrasının əməkdaşları - baş müəllim Elnarə Yəhyayeva, müəllim Aytac Rüstəmova, filoloq Nəriman Seyidbəyli, ADU-nun MHİK sədri, dosent Misgər Məmmədov, professorlar İsmayıl Məmmədov, Arif Hüseynov, Şaban Şabanov yublyarın həyat və elmi fəaliyyəti haqqında təbrik nitqi söyləyiblər.Tədbirdə yubilyara xatirə hədiyyələri və gül dəstələri təqdim olunub.

28.04.2023

ADU-da “Böyük nəslin dastanı: Zərifə xanım Əliyeva” adlı tədbir keçirilib

ADU-da “Böyük nəslin dastanı: Zərifə xanım Əliyeva” adlı tədbir keçirilib

Aprelin 27-də Azərbaycan Dillər Universitetində Azərbaycan Respublikasının əməkdar elm xadimi, tibb elmləri doktoru Zərifə Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə “Böyük nəslin dastanı:  Zərifə xanım Əliyeva” adlı  tədbir keçirilib. Tədbir Elmi kitabxana və informasiya xidməti mərkəzi, Tibbi biliklərin əsasları və Mülki müdafiə kafedrasının baş müəllimi Rəna Əhmədova və Təhsil 2 fakültəsinin  326a qrup tələbələrinin birgə təşkilatçılığı ilə keçirilib. Tələbələr- Aygül Hacızadə, Riyad İbayev və Şahin Hacıyev təqdimatla çıxış ediblər.Aytəkin Əsgərova isə Mirvari Dilbazinin Zərifə Əliyevaya həsr olunmuş şerini səsləndirib.Tədbirdə universitetin və kafedranın digər əməkdaşları da iştirak ediblər.

28.04.2023

ADU-nun tələbələri Elman Bakuvi tərəfindən keçirilən vörkşopda iştirak edib

ADU-nun tələbələri Elman Bakuvi tərəfindən keçirilən vörkşopda iştirak edib

Aprelin 26-da Medianın İnkişafı Agentliyinin təşkilatçılığı və dörd ali təhsil müəssisəsinin - Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti və Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və Bakı Dövlət Universitetinin tərəfdaşlığı ilə həyata keçirilən “MEDİAlab” layihəsi çərçivəsində jurnalistika ixtisasında təhsil alan və jurnalistikaya marağı olan gənclər üçün Space Televiziyasının Xəbər departamentinin rəhbəri Elman Bakuvi tərəfindən “Müsahibənin götürülməsi və xəbərin hazırlanması” mövzusunda vörkşop keçirilib.Layihə zamanı tələbələr qruplara bölünüb. ADU-nun tələbələrindən ibarət iki komandası öz jurnalist bacarıqlarını göstərərək qalib gəlib.Qalib tələbələr Medianın İnkişafı Agentliyi tərəfindən hədiyyələrlə təltif olunub.

28.04.2023

ADU-da akademik Kamal Abdullanın elmi seminarı keçirilib

ADU-da akademik Kamal Abdullanın elmi seminarı keçirilib

Aprelin 26-da Azərbaycan Dillər Universitetində Xalq yazıçısı, akademik Kamal Abdulla və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin həmmüəllif olduqları “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabına həsr olunan elmi seminar keçirilib.Kitabın həmmüəllifi, professor Rafiq Əliyev kitabın ərsəyə gəlməsindən və kitabın yazılma səbəblərindən danışıb. Qeyd olunub ki, kitabın yazılma ideyasının əsas müəllifi akademik Kamal Abdulla olub. Qeyd olunub ki, Lütfi Zadənin məntiq nəzəriyyəsindən də bəhrələnərək ərsəyə gələn kitab qeyri-səlis məntiq nəzəriyyəsində söylənilən dörd sütun – ümumi məntiq sütunu, qeyri-səlis çoxluqlar sütunu, epistemik (epistemoloji) sütun və münasibətlər sütunu haqqında yazılıb.Akademik Kamal Abdulla bildirib ki, “Kitabi-Dədə Qorqud” dastanının mətni göstərir ki, qeyri-səlis məntiqin aparıcı ideoloji prinsipi olan seçim imkanı və demokratik yanaşma tərzi, başqa sözlə desək, tolerantlıq, xalqımıza qədim zamanlardan bəri xas olan əbədi bir dəyərdir:“Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabında dünya sivilizasiyalarının ortaq nöqtələrinin əsas elementləri önə çəkilib. Sivilizasiyaların toqquşduğu mütləq və nisbi anlamların mənalandırılması önəmlidir. Sivilizasiyaların kökündə təkcə elmi yox, həm də humanizm, tolerantlıq prinsipləri də yer alır”.Bildirilib ki, Türklərin qədim dastanı olan “Kitabi-Dədə Qorqud” dastanı qeyri-səlis məntiq prinsiplərinə öz dil məkanında bol-bol yer verir. Bu qədim dastanın dərinində gizlənən düşüncə tərzi qeyri-səlis məntiqin dörd sütununa aid olan spesifik məntiqi sxemlərin formalaşmasına gətirir. Qeyd edək ki, nəşrin redaktorları akademik Muxtar İmanov və Almaniyada yaşayan həmyerlimiz, professor Maqsud Əfəndiyev, rəyçiləri Xalq şairi Ramiz Rövşən və professor Fəxrəddin Sadıkoğlu, nəşriyyat redaktorları Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid və tərcüməçi Seyfəddin Hüseynlidir.

27.04.2023

ADU-da “İspan mətbəxi” mövzusunda dərs keçirilib

ADU-da “İspan mətbəxi” mövzusunda dərs keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) Tərcümə fakültəsinin baş müəllimi Lalə İbadovanın  təşəbbüsü ilə açıq havada “İspan mətbəxi” mövzusunda dərs keçirilib. “Tərcümə və mədəniyyətlərarası ünsiyyət” fənni üzrə, İspan dili ixtisasında təhsil alan 254 cü qrup tələbələr üçün keçirilən dərsdə ispan mətbəxinə aid müxtəlif təamlar- salat  və yeməklər hazırlanıb.

27.04.2023

ADU-da “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda bilik yarışması keçirilib

ADU-da “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda bilik yarışması keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər kafedrasının müdiri prof. Aida Yusifzadə,  kafefdranın müəllimləri- Leyla Rüstəmli, Aytən Ramazanova, Lamiyyə Namazova və Fatimə Güləmirlinin birgə iştirakı ilə  “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda bilik yarışması keçirilib.Yarışmanın sonunda xüsusi fəallıq göstərən 3 nəfər tələbə mükafatlandırılıb.Birinci yerə Beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alan 189-cu qrup tələbəsi Həsən Kərimov layiq görülüb.Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı tədbirlər planına əsasən keçirilən yarışma iştirakçıların xüsusi marağına səbəb olub.

27.04.2023

ADU-nun tələbəsi sertifikatla təltif olunub

ADU-nun tələbəsi sertifikatla təltif olunub

ADU-nun Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin Amerikaşünaslıq ixtisası üzrə təhsil alan 360A qrup tələbəsi Rahilə Məmmədova Regionşünaslıq kafedrasının müəllimi Aygün Soltanzadə və Sevinc Qurbanovanın elmi rəhbərliyi altında 4-5 aprel 2023-cü il tarixində Rusiyanın Nijnevartovsk Dövlət Universiteti tərəfindən təşkil edilən XXV Ümumrusiya Beynəlxalq tələbə elmi-praktik konfransında "Azərbaycanın maddi və qeyri-maddi mədəni irsi nümunələri dünya mədəni irs siyahısında" adlı məruzəsi ilə onlayn çıxış edib və sertifikatla təltif olunub.

27.04.2023

ADU-da “Ümummilli lider Heydər Əliyevin xarici siyasətinin nəzəri əsasları” mövzusunda açıq dərs keçirilib

ADU-da “Ümummilli lider Heydər Əliyevin xarici siyasətinin nəzəri əsasları” mövzusunda açıq dərs keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər kafedrasının dosenti  Samirə İmanovanın “Ümummilli lider Heydər Əliyevin xarici siyasətinin nəzəri əsasları” mövzusunda açıq dərsi keçirilib. Dos. S. İmanova  Heydər Əliyevin Azərbaycanın xarici siyasətinin konseptual əsaslarının, prioritet və istiqamətlərinin formalaşmasında rolu haqqında geniş məruzə edib. Məruzəçi Heydər Əliyevin dövründə Azərbaycanın ABŞ, Qərbi Avropanın aparıcı ölkələri, Şimal-Şərqi Asiya, eləcə də qonşu Türkiyə, Rusiya, İran və Gürcüstanla ikitərəfli və çoxtərəfli formatda əlaqələr yaratdığını tələbələrin diqqətinə çatdırıb. Dərs müddətində tələbələrin Heydər Əliyevin diplomatik fəaliyyəti haqqında sualları ətrafında fikir mübadiləsi aparılıb.

27.04.2023

ADU-da “Davamçı ol” layihəsi çərçivəsində görüş keçirilib

ADU-da “Davamçı ol” layihəsi çərçivəsində görüş keçirilib

Aprelin 18-də Azərbaycan Dillər Universitetində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə keçirilən  "Davamçı ol" adlı layihəsi çərçivəsində "Davam" Gənclər Hərəkatının gənclərinin universitetin tələbələri ilə görüşü keçirilib.Görüşdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Gənclərə Hərəkatla bağlı ətraflı məlumat verilib, onların sualları cavablandırılıb.Qeyd edək ki, Hərəkat  2-ci ildir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə "Davamçı ol" adlı layihə həyata keçirir.Layihənin məqsədi ali təhsil müəssisələri və regionlarda yaşayan gənclərlə görüşlərin keçirilməsi, Hərəkatın fəaliyyəti haqqında rəqəmsal təqdimatların nümayiş olunması, onlarda ictimai fəaliyyətə maraq oyadaraq dövlət gənclər siyasətinin ölkə gəncliyinə yaratdığı geniş spektorlu imkanlar haqqında məlumat verməkdir. Ötən il ərzində layihə çərçivəsində müxtəlif ali təhsil müəssisələrində, Hərəkatın Bakı ofisi və regionlarda 83 qeyri-formal görüş keçirilib.  Ümumilikdə 12 mindən çox gənc bu görüşlərdə iştirak edib. "Davam" Gənclər Hərəkatı gənclər və maraq qrupları tərəfindən gələn sosial sifarişlər əsasında fəaliyyətini quran, ölkənin gənclər və idman siyasətinə töhfə verməyi hədəfləyən çoxvektorlu gənclər platforması olaraq,  3-cü ildir ki, gənclərə xidmət göstərməyə davam edir.Hal-hazırda Hərəkatın 10 mindən çox rəsmi üzvü var. Ümumi statistikaya nəzər salsaq, bu günə qədər Hərəkatın həyata keçirdiyi fəaliyyətlərdən birbaşa 60 mindən, dolayı yolla isə 250 mindən çox gənc yararlanıb.Bu dövr ərzində Hərəkatın gördüyü işlər sosial media resursları vasitəsilə 9 milyondan çox insana çatıb.

26.04.2023

ADU tələbələrinin iştirakı ilə

ADU tələbələrinin iştirakı ilə "HEYDƏR ƏLİYEV-100" adlı fləşmob təşkil edilib

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Azərbaycan Dillər Universitetində silsilə tədbirlər həyata keçirilir. Tədbirlər planına uyğun olaraq Təhsil 1 fakültəsinin nəzdindəki İngilis dilinin fonetikası kafedrası "HEYDƏR ƏLİYEV-100" adlı fləşmob təşkil edib. Sözügedən fləşmobda Təhsil 1 fakültəsinin 220 tələbəsi fəal iştirak edib.

25.04.2023

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo