"Ulu Öndər yolu gənclər üçün bir məktəbdir" adlı tədbir keçirilib

Azərbaycan Dillər Universitetinin Təhsil 1 fakültəsi nəzdində Xarici Dillərin Tədrisi Metodikası kafedrasının müəllimi Tükəz Piriyevanın təşəbbüsü ilə 46 nömrəli məktəbdə Təhsil 2 fakültəsinin 425 B qrup tələbələri, Filologiya fakültəsinin tələbələri Babayeva Fidan və Təhmasib Ədilə və 46 nömrəli şagirdlərin birgə iştirakı ilə "Ulu Öndər yolu gənclər üçün bir məktəbdir" adlı tədbir keçirilib.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və Şəhidlərimizin və Ulu Öndərin 1 dəqiqəlik sükutu ilə açılıb. Tədbirdə Ulu öndərin keçdiyi həyat yolu, siyasi arenadakı nüfuzu və Azərbaycan dövləti üçün etdiyi xidmətlərdən danışılıb.  

10.05.2023

ADU-nun tələbəsi sertifikatla təltif olunub

ADU-nun tələbəsi sertifikatla təltif olunub

Azərbaycan Dillər Universitetinin (ADU) Frankofoniya, Fransız dili və mədəniyyəti mərkəzinin xəlifə müdiri Fidan Nəbiyeva Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və BMT-nin Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən 4-6 may tarixlərində Şəki rayonunda keçirilən  "AzMUN Milli Simulyasiya Konfransı” da iştirak edib.Konfransda Frankafoniya, Fransız dili və mədəniyyəti mərkəzinin xəlifə müdiri Fidan Nəbiyeva  Fransa Respublikasının Prezidenti rolunda çıxış edib.O, eyni zamanda adıçəkilən konfransda sertifikatla təltif olunub.

10.05.2023

ADU-nun tələbələri Xalq Təhsil Muzeyində olublar

ADU-nun tələbələri Xalq Təhsil Muzeyində olublar

Mayın 2-də ADU-nun 27 nömrəli tam orta məktəbdə pedaqoji təcrübə keçən 406 A qrup tələbələri Təhsil-1 fakültəsi nəzdində XDTM kafedrasının müəllimi Elnurə Əliyevanın rəhbərliyi ilə Xalq Təhsil Muzeyində olublar. Muzeyin şöbə müdiri Rüxsarə Məmmədova  muzey haqqında ətraflı məlumat verdi, tələbələri maraqlandıran sualları cavablandırıb. 

10.05.2023

ADU-nun müəllimləri Beynəlxalq forumda iştirak ediblər

ADU-nun müəllimləri Beynəlxalq forumda iştirak ediblər

Mayın 6-da Azərbaycan Dillər Universitetinin İngilis dilinin qrammatikasi kafedrasının müəllimləri- Röya Əliyeva, Nurlana Bayramova, Leyla Süleymanlı , Kəmalə Məlikli , Səbinə Vəliyeva , Aytac Hüseynova, Aynur Məmmədova, Püstəxanım Yusifova, Tahirə Axundova Avropa-Azərbaycan məktəbində keçirilmiş Portuqaliya, İsrail və Norveçdən gəlmiş beynəlxalq təlimçilərin də yer aldığı “Dünyada İnnovativ Öyrətmə və Öyrənmə” adlı beynəlxalq forumda iştirak ediblər. Forumda Azərbaycanda inkluziv təhsilin xüsusi əhəmiyyətindən, ölkədə müxtəlif dil və dini mənsubiyyətə malik əhalinin yaşadığı üçün müəllimlərin müxtəlif qruplar arasındakı boşluqları aradan qaldırarkən və dərslər verərkən tələbələr arasında anlaşma və tolerantlığın təşviqinin vacibliyindən söhbət açılıb. Qeyd edək ki, forumun məruzəçiləri öz məruzələrində qiymətləndirmə təcrübəsinin inkişaf etdirilməsi yollarını, “21-ci əsr bacarıqları” nı nəzərdən keçiriblər. Sonda iştirakçılar beynəlxalq sertifikatla təltif olunublar.

10.05.2023

Şagirdlər Azərbaycan Dillər Universitetində ekskursiyada olublar

Şagirdlər Azərbaycan Dillər Universitetində ekskursiyada olublar

Azərbaycan Dillər Universitetinin (ADU) 238 sayli tam orta məktəbində pedaqoji təcrübədə olan Təhsil -2 fakültəsinin 422 a qrupunun tələbələri Xarici dillərin tədrisi metodikası kafedrasının müəllimi metodist Nobahar Əzizovanın rəhbərliyi ilə həmin məktəbin 8-ci, 9-cu və 10-cu sinif şagirdlərinin universitetə eksuskursiyasını təşkil ediblər.Ekskursiyada məktəbin təşkilatçı müavini Ruhəngiz Heydərova ilə birlikdə 20 şagird iştirak edib. Şagirdləri qarşılayan  ADU-nun Pedaqoji təcrübə fakültəsinin dekanı Məmməd İsmayılov onlarla  söhbətlər aparıb. ADU-nun tələbə həmkarlar ittifaqanin sədri Zəhra Hüseynova şagirdlərə universitet haqqında məlumatlar verib.Monitorinq və tədrisə nəzarət şöbəsinin əməkdaşı tərəfindən şagirdlərə fakültələr və ixtisaslarla bağlı məlumat verilib.Şagirdlər universitetin Tədris məsələləri üzrə prorektoru, professor  Sevinc Zeynalova ilə görüşüblər. Prorektor  onları tədris və təlim məsələri barədə məlumatlandırıb.Xarici əlaqələr şöbəsini əməkdaşı Elşad Haşımov xaricdə təhsillə bağlı şagirdlərə hərtərəfli məlumatlar verib.Beynəlxalq münasibətlər və idarəetmə fakültəsini dekanı İbrahim Kazımbəyli şagirdlərə universitet, fakültələr, eyni zamanda, gələcəkdə ixtisas seçimi barəsində məlumat verib. Şagirdlər tədris olunan dərslərdə iştirak edib, dil mərkəzləri ilə tanış olublar. Bakı Amerika mərkəzinin əməkdaşları onlara mərkəzlə bağlı geniş məlumat verib.Universitetdən xoş təəssüratlarla ayrılan şagirdlər gələcəkdə  öz ixtisas seçimlərində ADU-nun fakültələri seçmək istədiklərini bildiriblər.

10.05.2023

ADU-da “Gənclik – Heydər Əliyevin yolu ilə” mövzusunda təqdimat keçirilib

ADU-da “Gənclik – Heydər Əliyevin yolu ilə” mövzusunda təqdimat keçirilib

  Mayın 8-də  Azərbaycan Dillər Universitetinin Təhsil -1 fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı-1 kafedrasının əməkdaşı f.f.d.b.m.Nigar Xanlar qızı Bağırovanın təşkilatçılığı  ilə fakültənin 203 A qrupunda  Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Gənclik – Heydər Əliyevin yolu ilə” mövzusunda təqdimat keçirilib.         Tələbələr Ulu öndərin hər bir sahədə gənclərə göstərdiyi diqqət, qayğı, dəstək və etimadı geniş şəkildə işıqlandırıb, çox maraqlı və müxtəlif təqdimatlarla çıxış ediblər.  Gənclik olaraq, tələbələr öz çıxışlarında Ulu öndərə xitab edərək, qurucusu olduğu müstəqil Azərbaycanın əmin əllərdə olduğunu ifadə edib və Heydər Əliyev irsinin layiqli davamçıları olacaqlarına qətiyyətlə söz veriblər.           Tədbirdə Ulu öndər Heydər Əliyev haqqında “Sönməz, əbədidir- Heydər Əliyev” şeiri söylənilib, sonda isə 203 A qrupu tələbələrinin özlərinin ifasında “Ulu bir ödər- Ulu bir sərkədə” mahnısı səsləndiriblər.           Universitetin rektor məsləhətçisi Anar Osmanlı, fakültə dekanı prof. Fikrət Cahangirov, İngilis dilinin leksikologiyası və üslubiyyatı-1 kafedrasının müdiri f.f.d.dos. Kifayət Hacıyeva, kafedra əməkdaşları dos. Amil Cəfərov, f.f.d.dos. Lalə Əsədova, f.f.d.b.m.Ülviyyə Əhmədova, f.f.d.b.m.Dürrə Həşimova və başqaları iştirak ediblər.           Sonda universitetin rektor məsləhətçisi Anar Osmanlı, fakültə dekanı prof. Fikrət Cahangirov, İngilis dilinin leksikologiyası və üslubiyyatı-1 kafedrasının müdiri f.f.d.dos. Kifayət Hacıyeva, kafedra əməkdaşları dos. Amil Cəfərov və f.f.d.dos. Lalə Əsədova çıxış ediblər. Onlar tədbirin əhəmiyyətindən danışıb və qrupun müəllimi Nigar Bağırovaya və tələbələrə öz təşəkkürlərini bildiriblər. 

10.05.2023

ADU-da “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilib

ADU-da “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilib

Mayın 8-də Azərbaycan Dillər Universitetində (ADU)  Beynəlxalq jurnalistika şöbəsinin müdiri b/m. Nərgiz Çərkəzqızının təşkilatçılığı və Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi Afət Həbibovanın təşəbbüsü ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masaya qonaq qismində Prezident mükafatçısı, Mədəniyyət telekanalının direktor müavini, telejurnalist, şair və rejissor s.f.d., Bəhruz Niftəliyev dəvət edilib.Öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tələbələrin Ulu Öndər Heydər Əliyev haqqında hazırladıqları video təqdimatdan sonra qonaq mövzu haqqında fikirlərini bölüşüb.Masada Ulu öndərin  gənclər siyasəti, gənclərə verdiyi önəm və gənclərin şəxsi inkişafındakı dəstəyindən bəhs edilib.

10.05.2023

ADU-nun müəllim-tələbə həyəti Ulu öndərin abidəsini ziyarət ediblər

ADU-nun müəllim-tələbə həyəti Ulu öndərin abidəsini ziyarət ediblər

Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin  tədris işləri üzrə dekan müavini Asif Abbasov, fakültənin tyutorları- Ülkər Şahbzova, Lamiyə Abbasova II kurs  tələbələri ilə birlikdə müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Ulu öndərin abidəsini ziyarət ediblər.

10.05.2023

ADU əməkdaşının 70 illik yubileyi qeyd olunub

ADU əməkdaşının 70 illik yubileyi qeyd olunub

Mayın 8-də Təhsil-1 fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının baş müəllimi Dürsədəf Cəfərovanın 70 yaşı tamam olur.70 illik yubileyi münasibəti ilə kafedranın baş müəllimi Dürsədəf Cəfərovanı universitet rəhbərliyi və kollektivi adından təbrik edir, cansağlığı arzulayırıq. 

10.05.2023

ADU-nun tələbələri

ADU-nun tələbələri "Bakı Marafonu- 2023”-də iştirak ediblər

Azərbaycan Dillər Universitetinin tələbələri  Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 7-də keçirilən "Küləyə qalib gəl" şüarı altında “Bakı marafonu-2023” də iştirak ediblər.Qeyd edək ki, 2016-cı ildən etibarən hər il keçirilən  "Bakı Marafonu" nun məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etməkdir.Bütün marafon iştirakçılarına və yarışın təşkilində dəstək göstərən könüllülərə sertifikatlar təqdim olunub.Eyni zamanda Qarabağ qaziləri, fiziki imkanları məhdud olan şəxslər iştirak edib. "Bakı Marafonu 2023" ün mükafatlandırılması iki kateqoriyada olub. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, sertifikatlarla, eləcə də finiş xəttini keçən ilk 2000 iştirakçı isə “Bakı Marafonu 2023”ün medalları təltif olunub.İştirakçılar, şəhər sakinləri və qonaqlar marafonun davam etdiyi müddətdə Dövlət Bayrağı Meydanında yaradılan əyləncə zonasında müxtəlif əyləncə proqramlarında, yarışlarda, interaktiv oyunlarda iştirak edib, konsert proqramlarını da izləyə biliblər.

10.05.2023

Alman oxu zalının əməkdaşı sertifikatla təltif edilib

Alman oxu zalının əməkdaşı sertifikatla təltif edilib

Azərbaycan Dillər Universitetində (ADU) fəaliyyət göstərən Alman oxu zalının əməkdaşı Lamiyə Mustafayeva Eskişehirde keçirilən "Haydar Aliyev and Development Strategy fo Azerbaijan: New Trends in Modernization" adlı beynəlxalq konfransda iştirak edib. Konfransda əməkdaşımız Lamiyə Mustafayeva  "44 günlük Vətən  müharibəsində Heydər Əliyevin yeri və rolu" adlı məqalə ilə çıxış edib və sertifikatla təltif edilib.

10.05.2023

ADU-nun müəllimi Sədaqət Musayeva konfransda məruzə ilə çıxış edib

ADU-nun müəllimi Sədaqət Musayeva konfransda məruzə ilə çıxış edib

ADU-nun Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının baş müəllimi, yazıçı Sədaqət Musayeva mayın 5- də Fövqəladə Hallar Nazirliyinin Akademiyasında keçirilən və Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100- cü ildönümünə həsr olunmuş “Fövqəladə hallarla mübarizənin aktual problemləri” mövzusunda professor-müəllim heyətinin VIII elmi-texniki konfransında məruzəylə çıxış edib.Sədaqət Musayevaya məruzəsinə görə akademiyanın rəisi, general-mayor Baba Salayevin imzası ilə sertifikat təqdim olunub

10.05.2023

ADU-da kadr hazırlığının sosial-psixoloji xüsusiyyətləri

ADU-da kadr hazırlığının sosial-psixoloji xüsusiyyətləri

Azərbaycan Dillər Universiteti - 75 Ali məktəbdə kadr hazırlığı cəmiyyəti narahat edən məsələlərdən biridir. Kadr hazırlığının səviyyəsi ilə elmi-texniki tərəqqi arasında keyfiyyət fərqi cəmiyyəti günün bu vəzifəsi ətrafında toparlanmağa təhrik edir. Qeyd etmək istərdim ki, bu hal bütün ölkələr və dövlətlərə xas olan amildir.  ADU-da ali təhsil sistemində əhəmiyyətli dönüşə nail olmaq üçün səylər və qüvvələr Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində kafedralar və laboratoriyalarda aparılan planlı, məqsədyönlü fəaliyyət ilə cəhdlər artırılıb.  Koordinasiya olunmuş pedaqoji rəftarların icrası auditoriyalarda təlim paradiqmasından irəli gələn bilik, bacarıq və vərdişə yiyələnməyi deyil, təhsil paradiqması əsasında bilik, bacarıq, yaradıcılıq, ünsiyyət və ya bilik, bacarıq, kompetensiya və istək formuluna yiyələnməyi ehtiva edir.Təhsil paradiqmasında icra olunan istiqamətlər, həmçinin Avropa Təhsil məkanına inteqrasiya edən ölkələr üçün Avropa Şurası tərəfindən nəzərdə tutulan 1996, 1999, 2001-ci il proqramlarına uyğundur. Bu gün ADU-nun kafedralarında, Universitetdə təşkil olunmuş elmi seminarlarda, “dəyirmi masa”larda bu vəzifələrin icrasının linqvodidaktik üsullarının axtarışı, tətbiqi, icra üsulları ilə bağlı ciddi müzakirələr aparılır.Universitet rəhbərliyi tərəfindən koordinasiya edilən təhsil paradiqmasının formaların mənimsənilməsi, icrası ilə bağlı rektoryanı şuralarda, Elmi Şurada, kafedra iclaslarında, kiçik elmi şurada problemin incələnməsi detallarına qədər pedaqoji heyətə çatdırılır.Universitet rəhbərliyinin şəxsi təşəbbüsü ilə bu proseslərin inkişafı, metodik tövsiyələrin hazırlanması və onların həyata keçirilməsi üçün işlək mexanizmlərin hazırlanması istiqamətində axtarışlar aparılır. Pilot layihələr və ona müvafiq pedaqoji proyektlər dəyərləndirilir və auditoriyaya daxil edilir.Təhsil sahəsində Dövlət Strategiyasının və Dövlət Proqramının həyata keçirilməsindən irəli gələn pedaqoji meyillərin icrası ADU-da 3 səviyyədə həyata keçirilir: 1)Laboratoriyaların köməyi ilə; 2)Kafedraların iştirakı ilə; 3)Universitet səviyyəli elmi seminarların, “dəyirmi masa”ların və seminar-müzakirələrin elmi istiqamətləndirici rolu ilə.Yuxarıda qeyd etdiyimiz kimi, auditoriyalarda linqvodidaktik məqsədlərə nail olmaq üçün həm hüquqi-normativ sənədləri, həm də müəllim-tələbə münasibətlərində tələbə şəxsiyyətini formalaşdırmaq mühüm əhəmiyyət kəsb edir. Qeyd etdiyimiz 3 səviyyə, həm də kadr hazırlığında ixtisas və peşə istiqamətinin sosial-psixoloji xüsusiyyətlərinə yiyələnməyi, gənc kadrın şüurunun, əqidəsinin, dünyagörüşünün formalaşmasını auditoriyalarda pedaqoji kollektiv yerinə yetirməsini ehtiva edir.ADU-da yaradılmış Azərbaycanşünaslıq, Multikulturalizm laboratoriyaları son 5 ildə keçirdikləri tədbirlərdə əqidə və dünyagörüşün formalaşmasında müzakirə olunan mövzuların azərbaycançılıq, dövlətçilik, dövlətə sədaqət, vətəndaşlıq və vətənpərvərlik, torpağa, dövlətə, millətə sevgi ruhu əsas prioritet olmuşdur. Bu laboratoriya vasitəsi ilə müəllim və tələbələrin qarşılıqlı iştirakı gələcək mütəxəssisin şüurun informasiya dayaqlarının ən emosional qatını təşkil etmişdir və edir. Seminar, “dəyirmi masa”larda tələbələrin iştirakının təmin olunması, bəzən təşəbbüsün təşkiledicisinə çevrilməsi gələcək mütəxəssislərin sosial şüurunun formalaşmasını motivləşdirir. Laboratoriyanın təşkil etdiyi tədbirlər şəxsiyyətlərarası münasibətlərin həm sosial, həm də konkret pedaqoji təfəkküründə qarşılıqlı münasibətlərin dinamik törəməsi kimi yaddaşlarda təkrar olunur.Məlum olduğu kimi, gənc kadrların müasir tələblərə cavab verməsi elmi-texniki tərəqqinin tələbatlarından asılıdır. Sürətli rəqəmsal inkişaf, insan morfologiyasının informasiyanın təsiri ilə dəyişməsi ətraf aləmə baxışlarda tələbə təfəkkürünə təsir edən amillərdəndir.ADU-da yaradılmış laboratoriyalarda keçirilən tədbirlər hətta dərsliklərin və dərs vəsaitlərinin inikas etdirməsindəki gecikmələr, laboratoriyaların dinamizmi və plastikliyi ilə aradan qaldırılır. Ətraf aləmdə baş verən hadisələr laboratoriyalarda, “dəyirmi masa”larda və seminarlarda müzakirə olunaraq, rəy bildirilərək, dövlətin mövqeyi nəzərə alınaraq qiymətləndirilir. Müəllim və tələbələrin sosial şüurun emosional halətləri zamanı uyğun qiymətləndirilməsi yolunda cəhdlər davam etdirilir.Auditoriyada, auditoriyadan kənar, ictimai birliklərdə sosial şüurun formalaşmasının çoxlu emosional təsir dairələri var ki, bunlardan biri də multikulturalizm laboratoriyasıdır.Bir neçə il bundan öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan brendi elan etdiyi multikulturalizmlə bağlı ADU-nun keçirdiyi beynəlxalq tədbir Avro-Asiyadan 11 dövləti və 15 Universiteti əhatə etmişdi. Bu beynəlxalq tədbir zaman etibarı ilə 365 günü, məkan etibarı ilə Çindən tutmuş Serbiyaya qədər sosial həyatı məşğul etmişdi, Azərbaycan dəyərləri, mədəniyyət, elm, təhsil müstəvisində milyonların hafizələrində təkrarlanmışdır. Bu ideyanın müəllifi isə Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulladır. Sosial şüurun formalaşmasında mədəniyyətlərin qarşılıqlı təsiri müasir Avropada inteqrasiyanın əsas tələblərindən biridir. Mədəniyyət amilinin pedaqoji prosesdə prioritet olaraq nəzərdə tutulması, bunun sayəsində xarici dilə yiyələnmək və Avropa mədəniyyətilə inteqrasiyası Avropa Şurasının təhsil haqqında sənədlərində öz əksini tapıb. ADU bu sahədə məqsədyönümlü fəaliyyət göstərir, belə ki, mədəniyyətlərarası kommunikativ kompetensiyaya yiyələnmək təhsil sahəsində Avropaya inteqrasiyasının istəklərindən biridir.“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı”nın ruhu səriştəliliyi həmçinin xarici dilin tədrisi prosesində icrasını nəzərdə tutur və konkret olaraq kommunikativ kompetensiya kimi pedaqoji prosesə daxil edilib. Kommunikativ kompetensiya 2013-cü ildə təsdiq olunmuş Dövlət Strategiyasının xarici dil tədris olunan ali məktəblərdə əsas vəzifələrdən biridir. Avropa Şurasının Təhsil islahatı ilə bağlı sənədlərdə ünsiyyətə səriştəlilik xarici dilin tədrisini ehtiva etməklə, həm də zəruri bir qabiliyyətin tələbələr arasında inkişafını nəzərdə tutur. Sosial şüurun ünsiyyət qatına yiyələnməyi ehtiva edən səriştəlilik təkcə psixoloji qabiliyyət deyil, həm də peşə hazırlığını gündən-günə təkmilləşdirən Universitet üçün tələbələrə aşılanan çətin situasiyalardan çıxış yolunun tapılmasında istiqamətlənmiş cəhdidir. Dövlət sənədlərində konturları müəyyən edilmiş bu qabiliyyətin aşılanması, onun tələbənin təfəkkürünün emalına çevrilməsi yolunda ADU-nun ixtisas və peşə kafedralarında məqsəd olaraq həyata keçirilir.ADU-da bu sahədə həm dilçilik, həm də linqvo-didaktik sahədə tədqiqatlar aparılıb, elmi məqalələr Avropa və Asiya məkanında çap olunub, dissertasiyalar müdafiə edilib, multikulturalizmə aid dərslik, dərs vəsaitləri çap olunub. Multikulturalizm laboratoriyasının və onunla birgə çalışan kafedraların elmi-tədqiqat istiqamətləri, dərslik və dərs vəsaitləri gənc kadrların sosial şüurunun davranış formasına səbəb olur və bu ADU-nun auditoriyalarında çox cidd-cəhdlə tədris olunur. Mədəniyyətin təlim obyekti kimi tədris prosesinə daxil edilməsi Universitetdə mədəni-təhsil situasiyasının yaranmasına səbəb olur. Hər iki laboratoriyanın sosial şüurun formalaşmasında təşəbbüsləri Azərbaycanın görkəmli elm və sənət adamları ilə pedaqoji kollektiv və tələbələrə emosional görüşləridir, bu prosesin gənc mütəxəssisin gələcək həyatında necə böyük rol oynadığı ictimai fikir adamlarına bəllidir.ADU-nun fəaliyyətdə olan qurumları bir ümumi istiqamət əsasında formalaşmışlar: tələbəyönümlü təhsilin perspektivlərini formalaşdırmaq, tələbə şəxsiyyətini cəmiyyətin tələbatlarına yönəltmək, kadr hazırlığının rəqəmsal əsrin istəklərinə uyğunlaşdırmaq müstəvisində təlim fəaliyyətini qurmaq.Sosial şüurun formalaşmasına təsir edən daha maraqlı bir məqam Universitetin hesabına tələbələrin elmi-bədii ədəbiyyatın-tələbənin oxumağı şərti ilə pulsuz paylanmasıdır. Hamı bilir ki, şüur - biliyin məcmusudur, bilik şüurun birinci xarakteristikasıdır. Universitet rəhbərliyi bu prosesdə tələbəyə qabaq-qarşı gəlib, onun biliyə yiyələnməsi üçün yataqxanada, tədris korpuslarında, koridorlarda təşkil etdiyi kitabxanalarla yanaşı tələbəyə evində kitabxana yaratmağa, şüurunu zənginləşdirməyə, kadr kimi yetişməyə həm maliyyə, həm də mənəvi dəstək olmuşdur.Qeyd etmək istərdim ki, tələbənin şüurun formalaşmasında ADU-da təhsil məkanı kifayət qədər mükəmməldir.Gələcək mütəxəssislərin ixtisas və peşə şüurunun formalaşmasında Universitetin rektoru şəxsən tələbələrin sosial təşəbbüslərinə, dövlət əhəmiyyətli tədbirlərin keçirilməsində iştiraklarına, 44 günlük Vətən müharibəsi ilə bağlı keçirilən tədbirlərdə, Ümummilli Lider Heydər Əliyevin anım və ad günlərində bu irsin mənimsənilməsində tələbənin sosial fəallığına xüsusi önəm verir. Tələbə çıxışları stimullaşdırılır, mükafatlandırılır, onlar pedaqoji prosesin idarə olunmasında vəzifələrə cəlb edilir. Tələbə şəxsiyyət olaraq Universitet həyatında özünü təsbit etmiş olur, ona səbəb isə Universitetdə yaradılmış sağlam əhvali-ruhiyyədir, informasiya və müəllim-tələbə qarşılıqlı münasibətlərinə istiqamətlənmiş məqsədli təhsil müstəvisidir.Rəqəmsal təfəkkürə və informasiyanın təsiri ilə morfologiyası dəyişmiş gənc insan auditoriyada tələbatlarının çoxfunksiyalılığı ilə fərqləndiyi ADU-nun professor-müəllim heyəti üçün reallıqdır. Bu qrup tələbələrlə iş Universitet rəhbərliyindən həddən artıq səy tələb edən dinamik davranış forması tələb edir, ona görə də tələbənin şəxsiyyətlərarası münasibətlərinin perspektivlərini müəyyənləşdirmək müvafiq strukturların vəzifə borcu olması Elmi Şuranın qərarlarında öz əksini tapır.Son olaraq qeyd etmək istərdik ki, ADU-da gələcək peşə sahiblərinin də dinamizm, mobillik, tolerantlıq, təşəbbüskarlıq və yeniliyə hazırlıq kimi şəxsi keyfiyyətlərin aşılanması bilik, bacarıq, yaradıcı fəallıq və istək üzərində formalaşdırılması prosesində məqsədəuyğun pedaqoji fəaliyyət həyata keçirilir. Universitetin tədris-təlim fəaliyyəti cəmiyyətin tələblərinə uyğun peşə və məqsədlərini həyata keçirmək üçün tələbələrin şüurunda zəmin hazırlayır.Məlum olduğu kimi, Dünya Universitetləri Reytinqi QS sahələri üzrə reytinqini (Subject Rankings 2023) açıqlayıb və yuxarıda qeyd edilən pedaqoji davranışların müvəffəq həllinə görə Azərbaycan Dillər Universiteti müasir dillər bölməsi üzrə 1500 təhsil müəssisəsi içərisində (301-304) yer alıb.Misgər MƏMMƏDOV,Əməkdar mədəniyyət işçisi © 2023Azərbaycan Dillər Universiteti

10.05.2023

ADU-nun tələbələri bədii yaradıcılıq müsabiqə festivalında iştirak edib

ADU-nun tələbələri bədii yaradıcılıq müsabiqə festivalında iştirak edib

Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) birgə qərarı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilmiş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan bədii yaradıcılıq müsabiqə festivalında iştirak ediblər.ADU-nun tələbələri adıçəkilən festivalda bədii qiraət, mahnı, rəqs nominasiyaları üzrə çıxış ediblər.Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, ADU-nun Elmi işlər üzrə prorektoru, professor Novruz Məmmədov, ali təhsil müəssisələrinin rəhbərləri, tələbələr və digər qonaqlar iştirak ediblər.Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə təşkil olunan bədii yaradıcılıq festivalı 2004-cü ildən başlayaraq hər il keçirilir. Layihənin məqsədi tələbələri milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltməkdir. Festival həmçinin tələbələrin mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərmək, incəsənət və mədəniyyətimizin ayrı-ayrı sənət növləri üzrə istedadlı gənclərin üzə çıxarılması, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək məqsədi daşıyır. Eyni zamanda festivalın keçirilməsi tələbə həmkarlar ittifaqı komitələrinin tələbələrin asudə vaxtlarının səmərəli və mənalı təşkilində, tələbə gənclərin cəmiyyət tərəfindən qəbul edilməyən mənfi hallara meylinin qarşısını almağa yönəldilib.

10.05.2023

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi Biləsuvar Təhsil Kompleksində qeyd olunub

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi Biləsuvar Təhsil Kompleksində qeyd olunub

Azərbaycan Dillər Universitetinin Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrası Təhsil-2 fakültəsinin tələbələri ilə birgə müasir Azərbaycanın memarı, Ümummilli Lider H.Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “H.Əliyev və dil siyasəti” adlı ədəbi-bədii kompozisiya və “Dil və mədəniyyət” adlı elmi-praktik seminardan ibarət 2 hissəli tədbir proqramı ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində oldu.“Təhsil millətin gələcəyidir”, deyən ulu öndərin ənənələrinə sədaqət göstərən Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullanın Biləsuvar Təhsil Kompleksi ilə imzaladığı qarşılıqlı əməkdaşlıq memorandumu xüsusi əhəmiyyət kəsb edir və orta təhsillə ali təhsil arasındakı körpünün daha əlçatan olduğunu göstərir. “Dil və mədəniyyət” adlı seminarı giriş sözü ilə açan Biləsuvar Təhsil Kompleksinin icraçı direktoru Aqşin Bağırov Azərbaycan Dillər Universitetinin Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının əməkdaşlarını salamladı və “Azərbaycan Dillər Universiteti bizim Təhsil Kompleksimizlə qarşılıqlı əməkdaşlıq memorandumu imzalamış ilk ali təhsil müəssisəsidir və bu əməkdaşlıq çərçivəsində biz çox əhəmiyyətli tədbirlər təşkil etmişik. Bu tədbirin də həmin tədbirlər kimi uğurlu olacağına inanıram”, fikirlərini söylədi. Sonra Aqşin müəllim seminar iştirakçılarına (Biləsuvar rayonu üzrə orta ümumtəhsil məktəblərinin fransız dili müəllimləri, Təhsil Kompleksinin müəllimləri, ADU-nun tələbələri və liseyin şagirdlərinə) Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının əməkdaşları məsləhətçi professor Çəmən Babaxanova, baş müəllimlər Kəmalə Kərimova və Anar Hacıyev, baş laborant Ləman Rüstəmovanı təqdim etdi.Seminarın moderatoru K.Kərimova bu qonaqpərvərliyə və təşkilatçılığa görə Aqşin Bağırovun şəxsində bütün Biləsuvar Təhsil Kompleksi əməkdaşlarına təşəkkürünü bildirdi və Universitet rəhbərliyinin və Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri professor Gülnarə Sadıxovanın salamlarını çatdırdı. Moderator qeyd etdi ki, Gülnarə xanımın “gələcəkdə bu təhsil ocağında fransız dilinin tədrisi nəzərdə tutularsa Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrası olaraq əlimizdən gələn metodik köməkliyi göstərməyə və tədris vəsaitləri ilə təminat baxımından sizlərə dəstək olmağa hazırıq”, fikrini sizə çatdırıram və bu gün burada təşkil etdiyimiz fransız dilinə və ədəbiyyatına dair nümunələrdən ibarət olan kitab stendi bu sahədə atılan ilk addımımızdır.Seminarda, Çəmən xanım “Xarici dilin tədrisində fənnlərarası inteqrasiya” mövzusunda çıxış etdi və orta ümumtəhsil məktəblərinin 9-cu sinif dərsliyində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr edilmiş mətnin bazasında öyrənilən dilin müxtəlif bölmələri arasında əlaqə; qrammatik, leksik materialların tədrisinə dair vacib metodik tövsiyyələrini verdi. Natiq xarici dil dərslərində mili şüur, sivilizasiya, özünü düzgün dərketmə və düzgün ifadəetmə məsələlərinə də toxundu.Seminarda 6-cı sinif şagirdlərinə “Özünü təqdimetmə” mövzusunda ilk fransız dili dərsi keçən Anar Hacıyevin dərsi həm şagirdlər, həm də müəllimlər tərəfindən çox bəyənildi. Özlərinin də qeyd etdiyi kimi həyatlarında “ilk dəfə fransızcanı eşidən şagirdlər, bəyəndikləri bu dərsdən sonra rəhbərliyə artıq liseydə fransız dili açmaq lazımdır”, mesajını verdilər.Kəmalə Kərimova “Dil və mədəniyyət” mövzusunda çıxışında fransız və Azərbaycan dili və ədəbiyyatındakı bəzi paralellərdən bəhs etdi və mövzu ilə əlaqədar qonaqlar da interaktiv şəkildə öz mülahizələrini bildirdilər. Liseydə təcrübədə olan ADU-nun Xarici dillərin tədrisi metodikası kafedrasının dosenti Akif Qasımovun və Biləsuvar 4 saylı orta məktəbin fransız dili müəllimi Cəlil Qurbanovun söylədikləri şeir nümunələri də bu təhlillərə xüsusi rəng qatdı.Seminarda III kurs tələbəsi Hacıyeva Lamiyə Əhməd bəy Ağaoğluna dair tədqiqatla çıxış etdi və IV kurs tələbəsi Namazova Fatimə “Si tu n’existais pas” adlı mahnını ifa etdi. İştirakçılar onları maraqlandıran suallara cavab verdilər və öz mülahizələrini də bildirdilər. Seminar iştirakçıları qeyd etdilər ki, interaktiv formada aparılan bu seminar elmi əsaslandırmalarla yanaşı, çox öyrədici, praktik və yaddaqalandır.“Heydər Əliyev və dil siyasəti” adlanan ədəbi-bədii kompozisiya adlı ikinci tədbirdə Ulu öndərə aid slaydlar, sevdiyi nəğmələr, ədəbiyyat nümunələri nümayiş etdirildi. “Azərbaycan” şeirinin müxtəlif dillərdə səsləndirilməsi zamanı səhnədə yer alan A.Qasımov və C.Qurbanovun spontan çıxışları hamının marağına səbəb oldu. Ulu öndərin Azərbaycana və öz xalqına olan sevgisi ilə yoğrulmuş, özünün də qeyd etdiyi kimi “ləzzətli Azərbaycan dili”ndə təşkil olunmuş bu tədbirdə Təhsil-2 fakültəsinin tələbələri həm də türk, rus, fransız və ingilis dillərində də materiallarla çıxış etdilər. Bir-birindən maraqlı səhnələrlə çıxış edən Bəxşəliyeva Zəhraxanım, Sadıqova Fatimə, Kərimzadə Fərid, Əliyeva Əsmər, Haqverdiyeva Nərmin (II kurs), Ağayeva Ceyla, Droşneva Yekaterina, Mursaqulova Səma, Hacıyeva Lamiyə (III kurs), Namazova Fatimə (IV kurs) hər dəfə zalın sürəkli alqışları ilə qarşılandılar.Tədbirin sonunda çıxış edən direktor müavini Təranə Orucova ADU-nun Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrası əməkdaşlarına və Təhsil-2 fakültəsinin tələbələrinə təşəkkürünü bildirdi və “Öyrənmənin yaşı yoxdur, mən bu gün sizin tədbirinizdən çox şeylər öyrəndim, bu gün nümayiş etdirdiyiniz bütün fəaliyyətiniz öyrətməyə istiqamətləndirilibdir”, deyə fikrini tamamladı.Sonda kafedranın əməkdaşları iştirakçılara bu diqqətə görə təşəkkürünü bildirdi. Ulu öndərin də qeyd etdiyi kimi “insan təhsilin əsasını orta məktəbdə alır, ona görə də təhsil sistemində orta məktəb önəmli yer tutmalıdır”, fikirlərini ifadə edən K.Kərimova şagirdlərə belə xitab etdi: “Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin Respublikamızın Azərbaycan Dillər Universiteti, Ali Neft Məktəbi, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Un iversitetləri kimi ali təhsil ocaqları ilə birgə sazişlərinin olması sizin şansınızdır. Çünki sizin hər birinizin qazana biləcəyiniz uğurların dəyərləndirilməsi üçün seçəcəyiniz ünvanlar lap yaxınınızdadır”.Tədbir çərçivəsində ADU-nun kollektivi Azərbaycan xalqının sevimli oğlu H.Əliyevin adına olan guşə və Milli Qəhrəman Mübariz İbrahimovun abidəsi önünə qərənfillər qoydular və xatirə şəkilləri çəkdirdilər.Tələbələr Təhsil Kompleksi ilə tanış oldular və şagirdlərin asudə vaxtlarının təşkili zamanı onlarla müxtəlif maraqlı mövzularla həmsöhbət oldular. 

08.05.2023

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo