ADU-nun tələbələri tərəfindən Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil-1 fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının baş müəllimi Fatimə Səmədzadənin rəhbərliyi ilə 20 saylı orta məktəbdə təcrübədə olan tələbələr Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.Tədbirdə 6-cı sinif şagirdləri arasında müxtəlif viktorina və müsabiqələr keçirilib.Şagirdlər konsert proqramında müxtəlif xalqların rəqs və mahnılarını ifa ediblər.Tədbirdə Moldova Respublikasının Azərbaycandakı səfiri Aleksandr Esaulenko iştirak edib. Cənab səfir tədbirin sonunda öz ürək sözlərini deyib, şagirdlərə patriotizm və multikulturalizm dəyərlərinin aşılanılmasına görə tələbələrimizə təşəkkürünü bildirib.Tədbirdən sonra tələbələrimiz metodist F. Səmədzadə ilə birlikdə Fəxri xiyabana gedib, H. Əliyevin məzarını ziyarət ediblər.
08.05.2023
ADU-da “Ümummilli lider Heydər Əliyev yolu Azərbaycan tarixinin uğur səhifəsi” mövzusunda inşa müsabiqəsi keçirilib
Mayın 5-də Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi nəzdində Xarici dillər kafedrasının təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyev yolu Azərbaycan tarixinin uğur səhifəsi” mövzusunda fransız, alman və ingilis dillərində inşa müsabiqəsi keçirilib. Müsabiqədə Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin müxtəlif kurslar üzrə 22 tələbəsi iştirak edib.Müsabiqənin münsif heyətində f.e.d., dosent.N. Seyidova, f.e.n.dosent.Q. Əbdülrəhimova, b/m.K. Əliyeva, b/m.V. Əliyeva, b/m.A. Xudiyeva olub.Qaliblər təqdim olunmuş inşalar müsabiqəsi komissiyası tərəfindən seçilərək müəyyən olunub.Qaliblər:1. Günel Zeynallı - 262a - (Fransaşünaslıq ixtisası)2. Naura Əliyeva - 262a - (Fransaşünaslıq ixtisası)3. Ayşən Rzayeva - 262a - (Fransaşünaslıq ixtisası)4. Ayla Əhmədzadə -264r-(Amerikaşünaslıq ixtisası)5. Aytən Mirişova -264r-(Amerikaşünaslıq ixtisası)6. Ülviyyə Verdiyeva -358-(Almaniyaşünaslıq ixtisası)7. Ülviyyə Əliyeva -162r-(Amerikaşünaslıq ixtisası) İnşa müsabiqəsi bir daha göstərdi ki, Ümummilli lider Heydər Əliyev gənc nəslimizin yaddaşında daima qalacaq.
08.05.2023
Pedaqogika kafedrasının müəllimləri Təcrübə Mübadiləsi Proqramında iştirak ediblər
Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzi və “Birgə və Sağlam” İctimai Birliyi arasında imzalanan qarşılıqlı əməkdaşlıq memorandumuna əsasən silsilə tədbirlər həyata keçirilir. Həmin tədbirlərin başlıca məqsədi ictimaiyyəti inklüziya, o cümlədən Autizm Spektr Pozuntusu haqqında məlumatlandırmaq və SİM şəxslərə düzgün münasibət aşılamaqdır.Tədbirlər çərçivəsində 26 aprel-05 may 2023-cü il tarixlərində Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının müəllimləri Autizm Mərkəzində Təcrübə Mübadiləsi Proqramında iştirak etmiş, mərkəzin fəaliyyəti, ABA (Tətbiqi Davranış Analizi) əsaslı Fərdi Təlim Planları ilə əyani şəkildə tanış olmuş, innovativ resursların uğurlu tətbiqini müşahidə etmişlər. Qeyd etmək lazımdır ki, imzalanmış memorandum çərçivəsində bundan əvvəl də universitet və mərkəzin birgə təşkilatçılığı ilə “Könüllü Proqram”ı həyata keçirilmiş, yüksək təlim göstəricilərinə malik, imtahan və müsahibə əsasında seçilmiş tələbələr Autizm Mərkəzində işlə təmin edilmişlər.
08.05.2023
ADU-nun professoru “Fəxri doktor” diplomu ilə təltif edilib
Azərbaycan Dillər Universitetinin (ADU) Fəlsəfə və ictimai elmlər kafedrasının professoru, iqtisad üzrə fəlsəfə doktoru Şəfəq Abdullayeva Beynəlxalq Psixologiya Akademiyasının “Fəxri doktor” diplomu ilə təltif edilib. Beynəlxalq Psixologiya Akademiyasının rektoru Valentina Kaçmala rəhbərlik etdiyi akademiyanın Fəxri doktor diplomunu təqdim etməkdən şərəf duyduğunu vurğulayıb.Şəfəq Abdullayeva ona verilən fəxri ada və göstərilən diqqətə görə Beynəlxalq Psixologiya Akademiyasının rəhbərliyinə və Elmi Şura üzvlərinə öz minnətdarlığını bildirib.Qeyd edib ki, bu ali mükafat iki ölkə arasındakı dostluq münasibətlərinin göstəricisidir və Ukrayna ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün atılan addımlardandır. Dostluq və qarşılığın etimad şəraitində Ukrayna ilə əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi və yeni perspektivlərin yaranması üçün bundan sonra da imkan və səy göstəriləcək.
08.05.2023
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan müsabiqə-festivalın yekun konserti keçirilib
Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) birgə qərarı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilmiş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib.Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, ali təhsil müəssisələrinin rəhbərləri, tələbələr və digər qonaqlar iştirak ediblər.Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.Tədbirdə Ulu Öndər Heydər Əliyevin ötən əsrin 70-ci illərində respublikamızın həyatında gördüyü misilsiz işlərdən, o cümlədən kənd təsərüffat və sənaye sahəsinin inkişafında xidmətlərindən, elm və təhsilə olan diqqətindən, azərbaycanlı tələbələrin ittifaqının nüfuzlu ali təhsil müəssisələrinə oxumaq üçün göndərilməsindən, Bakıda hərbi liseyin açılmasından, ədəbiyyat və incəsənət xadimlərinə qayğısından, eləcə də müstəqil yaşamağı bacaran Azərbaycanı formalaşdırmasından danışılıb. Həmçinin Ümummilli Liderin müasir müstəqil Azərbaycanı qurmasından, xilaskarlıq missiyasından, dövlət quruculuğu strategiyasından, onun müəllifi olduğu siyasi kursun dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurlu davamı və bugünkü parlaq nəticələrindən bəhs olunub.Ardınca konsertdə ali təhsil müəssəsələrinin tələbələrinin ifasında müxtəlif musiqi və rəqs nömrələri, şerlər səsləndirilib.Müsabiqə-festivalda respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinin (musiqi təmayüllü ali təhsil müəssisələri istisna edilməklə) əyani şöbələrində təhsil alan tələbələrdən ibarət özfəaliyyət yaradıcılıq kollektivləri, dərnək və studiyaları, onlardakı solo ifaçılar, həvəskar müğənni, rəqqaslar, bədii qiraətçi, musiqiçilər, həmçinin orkestr və ansambllar (xor, xalq çalğı alətləri, estrada, vokal-instrumental, simli alətlər, aşıqlar və s.), rəqs kollektivləri (milli, müasir, bal və s.), solo ifaçılar (bədii qiraətçilər, müxtəlif musiqi alətlərində ifa edən fərdi ifaçılar, solo ifaçılar və s.) iştirak ediblər. Bədii yaradıcılıq müsabiqə-festivalına ümumilikdə respublika üzrə 25 ali təhsil müəssisəsi qatılıb.Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə təşkil olunan bədii yaradıcılıq festivalı 2004-cü ildən başlayaraq hər il keçirilir. Layihənin məqsədi tələbələri milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltməkdir. Festival həmçinin tələbələrin mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərmək, incəsənət və mədəniyyətimizin ayrı-ayrı sənət növləri üzrə istedadlı gənclərin üzə çıxarılması, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək məqsədi daşıyır. Eyni zamanda festivalın keçirilməsi tələbə həmkarlar ittifaqı komitələrinin tələbələrin asudə vaxtlarının səmərəli və mənalı təşkilində, tələbə gənclərin cəmiyyət tərəfindən qəbul edilməyən mənfi hallara meylinin qarşısını almağa yönəldilib.9-1.jpg 119.33 KB8-2.jpg 141.47 KB7-3.jpg 152.28 KB6-5.jpg 150.97 KB4-5.jpg 173.72 KB3-5.jpg 168.64 KB2-5.jpg 109.11 KB1-6.jpg 223.58 KB
07.05.2023
“Heydər Əliyev və diaspor quruculuğu” - dəyirmi masa
Azərbaycan Dillər Universitetinin Multikulturalizm Mərkəzi “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin təşkilatçılığı ilə 5 may 2023–cü il tarixdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və diaspor quruculuğu” mövzusunda dəyirmi masa keçirilib. Multikulturalizm Mərkəzinin müdiri Loğman Rəşidzadənin moderatorluğu ilə keçən tədbirdə AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, t.ü.f.d. Zaur Əliyev geniş məzmunlu məruzə ilə çıxış edib. Məruzədə Azərbaycan diasporunun bugünkü vəziyyətindən, strukturundan, xüsusiyyətlərindən geniş bəhs edilib. Göstərilib ki, azərbaycanlılar tarixən pərakəndə şəkildə uzun illərdir ki, dünyaya yayılmışlar. Təşkilatlanma, diaspora şəklində formalaşma son illərin məhsuludur. Bu da Ulu Öndər Heydər Əliyevin xarici siyasətinin prioritetlərindən birini təşkil edir. Məruzədə ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu bütün illərdə xüsusən, Azərbaycan müstəqillik əldə etdikdən sonra dünyaya səpələnmiş soydaşlarımızın təşkilatlanması, bir araya gəlib milli sifətlərini qoruması, Azərbaycan həqiqətlərinin bütün dünyaya bəyan edilməsinin təşkili barədə geniş bəhs edilib.Məruzə ətrafında geniş müzakirələr, sual cavab formatında diskussiya keçirilib Müəllim - professor heyətindən Qorxmaz Mustafayev, İbrahim Kazımbəyli, Asif Abbasov, Sevdagül Əliyeva, Əli Məmmədov və başqaları çıxış edərək xarici ölkələrdə formalaşan Azərbaycan diasporunun inkişaf yollarından, problemlərindən və Ulu Öndərin bu qurumlara qayğı və diqqətindən söz açmışlar. Çıxışlar debat şəklində müqayisəli təhlillərlə aparılmış, diaspora quruculuğunun spesifik məsələlərini əhatə edib.Tədbiri Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla yekunlaşdırıb. Maraqlı çıxış üçün məruzəçiyə təşəkkür edən rektor diaspor probleminə elmi – nəzəri cəhətdən yanaşmanın vacibliyini qeyd etdi və bu mühüm məsələnin Ulu Öndərin siyasi varisi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla aparıldığını vurğulayıb. Göstərib ki, 44 günlük Zəfər müharibəsi diaspor təşkilatlarına da mənəvi güc vermiş, onların yenidən toparlanması üçün stimul yaratmışdır. Onlar Azərbaycan dövləti ilə tərəfdaş və müttəfiq ölkələrin axtarışlarına daha intensiv qoşulmuşlar. Bunula da dəyirmi masa öz işini yekunlaşdırmışdır.
05.05.2023
Kamal Abdulla Yaponiyanın xarici işlər nazirinin müavini ilə görüşüb
Mayın 5-də Azərbaycan Dillər Universitetində (ADU) Yaponiyanın xarici işlər nazirinin parlamentar müavini xanım Yoşikava Yuumin və Yaponiyadan gələn nümayəndə heyəti ilə görüş keçirilib.ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnun olduğunu bildirib.Qeyd olunub ki, Yaponiya və Azərbaycan arasında sıx iqtisadi, siyasi, elmi və mədəni əlaqələr mövcuddur. Bu əlaqələrin inkişafı və daha da genişləndirilməsi istiqamətində bir sıra zəruri tədbirlər görülməkdədir:“Bu gün Yaponiya və Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətləri var. Bu münasibətlər özünü ən yüksək səviyyədə göstərməkdədir. Elmi və mədəni əməkdaşlıq baxımından da olduqca əlverişli imkanlarımız var. Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri beynəlxalq müstəvidə bizə yeni əməkdaşlıq və mübadilə imkanlarını təqdim edir. Bu gün universitetimizdə iyirmidən çox dil tədris olunur. Bu dillər arasında Yapon dilinin xüsusi yeri var. Tələbələrimiz Yapon dilinə, tarixinə, mədəniyyətinə böyük maraq göstərir.İstərdik ki, Yaponiyada fəaliyyət göstərən universitetlərin birində Azərbaycan dili və mədəniyyətini təmsil edən mərkəz də fəaliyyət göstərsin. Bu qarşılıqlı əməkdaşlıq baxımından olduqca əhəmiyyətli məna kəsb edir. Yaponiyada fəaliyyət göstərən universitetlərin birində Azərbaycan dili və Mədəniyyəti mərkəzinin fəaliyyətə başlaması ADU-da fəaliyyət göstərən Yapon Araşdırmaları Mərkəzi ilə həmin mərkəz arasında sıx əməkdaşlıq münasibətlərinin qurulmasına da münbit şərait yaratmış olar. İnanıram ki, tezliklə bu istiqamətdə sizin də dəstəyinizlə mühüm addımlar atılacaqdır”.Yaponiyanın Xarici işlər Nazirinin Parlamentar müavini xanım Yoşikava Yuumin səmimi qarşılanmaya və qonaqpərvərliyə görə universitet rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib.Qeyd olunub ki, ölkələr arasında bir çox sahələrdə əməkdaşlıq imkanları yüksək dəyərləndirilir və həyata keçirilir. ADU ilə Yaponiyada fəaliyyət göstərən universitetlərdən biri ilə əməkdaşlıq əlaqələrinin qurulmasının önəmindən danışan qonaq elmi, mədəni mübadilənin mümkünlüyünü diqqətə çatdırıb.Daha sonra qonaqlar ADU-da fəaliyyət göstərən Yaponiya Araşdırmalar Mərkəzi ilə tanış olublar. Yapon dilini öyrənən tələbələrlə söhbət edən xanım Yoşikava Yuumin xoş təssüratlarını ifadə edib. Yapon dilinə və mədəniyyətinə olan maraqdan məmnun olan qonaqlar tələbələrin suallarını cavablandırıblar. Gələcəkdə Yaponiyada təhsil almaq istəyən tələbələrin arzu və təklifləri dinlənilib.
05.05.2023
Yeni qitəyə "İki dahi" ilə... - Aynur Sabitova yazır
Azərbaycan Dillər Universitetinin Fransız dili və Mədəniyyəti Mərkəzinin müdiri, filologiya elmləri doktoru, professor Əsgər Zeynalovun "İki dahi" adlı əsəri Avstraliyada işıq üzü görüb. Kitab Adelaide şəhərində, "Digital Print Australia" nəşriyyatında çap olunub.Ölkəsinə, elinə, doğulduğu torpağa qəlbən bağlı olan vətənpərvər alimin əsərlərinin xarici ölkələrdə çıxan bütün nəşrləri kimi, bu kitabı da "Əsgər Məmməd oğlu Zeynalov 1951-ci il sentyabr ayının 27-də İrəvan yaxınlığındakı Zəngibasar mahalının Yuxarı Necili kəndində anadan olmuşdur" cümləsi ilə başlayır və həmin ifadə ilə də tamamlanır. Kitabda ədəbiyyatşünas alimin uzun illər Azərbaycan Dillər Universitetinin Praktik fransız dili və Qafqazşünaslıq kafedralarının müdiri, Tələbə Elmi Cəmiyyətinin sədri, hazırda həmin ali məktəbin Fransız dili və Mədəniyyəti Mərkəzinin müdiri olduğu diqqətə çatdırılır.Ə.Zeynalovun 40-a qədər kitabın, 400-dən artıq elmi-publisistik məqalənin müəllifi olduğu, İranda, Türkiyədə, Rusiyada, Serbiyada, Çində məqalələrinin, Rusiya, ABŞ, Fransa, Almaniya, İngiltərə, Kanada, Hindistan və İsveçdə monoqrafiyalarının çap edildiyi göstərilir. O da qeyd olunur ki, professor Ə. Zeynalov 2003-cü ildə "Fransız ədəbiyyatında Şərq" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib, müəllifin "Hüqo" monoqrafiyası 2012-ci ildə Azərbaycan Respublikası Dövlət Mükafatına təqdim olunub, Türk Dünyası Araşdırmalar Beynəlxalq Akademiyasının qızıl medalına layiq görülüb (2019). Müəllif müxtəlif vaxtlarda dahi fransız ədibləri La Fonten, Volter, Hüqo, Balzak, Stendal, Düma, Flobert , Merime və Mopassan haqqında məqalələr dərc etdirib.Azərbaycan dilindən ingiliscəyə dosent F.Abdullayevanın tərcümə etdiyi "İki dahi" əsərinin mühüm bir qismi Azərbaycanla bağlıdır. Volterin Astiaq əfsanəsinə baxışı, Zərdüştlük haqqında düşüncələri, Uzun Həsən, Şah İsmayıl Xətai, Nadir Şahla bağlı fikirləri son dərəcə maraq doğurur. Əsərdə diqqətə çatdırılır ki, Volterin "Zadiq, yaxud Tale" əsərində Zərdüştə tez-tez müraciət olunur, nümunələr gətirilir ki, bu da həm Anketil du Perronun 1771-ci il nəşrini, eləcə də fransız ədibinin "Esse"lərini bir neçə il qabaqlayır.Professor Ə. Zeynalov bu monoqrafiyasında Volter yaradıcılığının Şərq qaynaqlarına, onun şərq mədəniyyətinə baxışlarını geniş surətdə təqdim edərək belə qənaətə gəlir ki, fransız ədibi bütün elmlərə - kimya, astrologiya, riyaziyyat, tibb, poeziyaya toxunaraq bu sahələrdə Şərq mədəniyyətinin güclü inkişafını və Avropanı bir neçə əsr qabaqladığını tutarlı faktlarla, müqayisələrlə təsdiqləyib.Fransız ədibin esselərində geniş söz açılan şərq xalqlarından biri də türklərdir: "V əsrdə onlar Roma imperiyasını darmadağın etdilər. İspaniyanı və romalıların Afrikada malik olduğu yerləri tutdular, sonra Babilistan xəlifələrini özlərinə tabe etməsinin şahidi olduq". Volter türklərin, tatarların, skiflərin eyni mənşəli olduğunu, Atillanın da bu kökə mənsubluğunu yazır.Fransız ədibi türklərin son dərəcə məğrur olduğunu, sərtliklərini əcdadları skiflərdən alaraq qoruyub saxladıqlarını bildirdikdən sonra, 1453-cü ildə Sultan II Mehmed tərəfindən İstanbulun fəthi üzərində geniş şəkildə dayanır. Konstantinopolu o dövr üçün dünyanın paytaxtı adlandıran Volter, 21 yaşlı II Mehmedin yüksək sərkərdəlik qabiliyyətini, üstün döyüş taktikasını, İstanbulu necə məharətlə aldığını heyranlıqla təsvir edir.Monoqrafiyada Volterin "Zairə" və "Skiflər" faciələri də geniş surətdə təhlil süzgəcindən keçirilib.Ə.Zeynalov fransız ədibinin fikirlərini ehkam kimi qəbul etməyərək, məqamı gəldikdə, məsələlərə öz münasibətini bildirir.Monoqrafiyada bəhs olunan ikinci dahi Viktor Hüqodur. Əgər Volter XIII əsr fransız maarifçiliyinin ən böyük simasıdırsa, Hüqo XIX əsr fransız romantizminin ən böyük nümayəndəsidir.Tədqiqatçı bu iki mütəfəkkir ədibin yaradıcılığı, həyatı, xarakterləri arasında bir sıra oxşar cəhətləri qabarıq şəkildə təqdim etməyə çalışıb. Bunlardan ən başlıcası hər iki ədibin Şərqə müraciət edib, Şərq mövzusunda əsərlər yazmasıdır. Hüqonun öz sələfi haqqındakı məqalələri də diqqətdən qaçmır.Araşdırmada Hüqonun həyatının o qədər də asan olmadığı barədə tutarlı faktlar, mülahizələr var və monoqrafyada bu cəhətlər aydın şəkildə təqdim olunub.Kitabın "Hüqonun müasirləri" bölməsində, əvvəlki nəşrlərdən fərqli olaraq, yeni bir ad diqqət çəkir: "Jozef Artur dö Qobino". Əsərdə Qobinonun yaradıcılığı - şair, dramaturq, yazıçı, ədəbiyyatşünas, eyni zamanda, siyasi xadim kimi fəaliyyəti təqdim olunur. Onun Yunanıstanda, İranda, İsveçdə, Avstraliyada diplomat kimi fəaliyyət göstərməsi haqqında müəyyən qədər məlumat verilir və fransız ədibinin 80 səhifədən ibarət olan "Şamaxı rəqqasəsi" üzərində xüsusi dayanılır.1862-ci ildə qələmə alınmış "Şamaxı rəqqasəsi" əsərindəki hadisələr rusların Şimali Azərbaycanı işğalından sonrakı vaxtlarda cərəyan edir. Əsərdə Azərbaycan xalqının bir sıra adət-ənənələri, mədəniyyəti, etnoqrafiyası çox gözəl şəkildə öz əksini tapıb, bəzən də incəlikləri ilə təqdim olunub. Qobino Şamaxıda məşhur adamların təşrif buyurduqları bir məclisi təsvir edərkən oraya gətirilmiş musiqi alətlərindən söhbət açaraq yazır ki, "burada bizim gitaraya oxşar bir musiqi aləti var, onu tar adlandırırlar. Skripkaya oxşar, lakin qolu olan digər bir alətin adı kamançadır. Üçüncü, simli bir alət rübab adlanır. Dörduncü alət isə öz ritmləri ilə xüsusi qeyd olunmağa layiq və bütün Asiya musiqi alətlərindən fərqlənən tambur idi". Tar, kamança, rübab, tambur sözlərinin Qobinonun əsərində eynilə Azərbaycan dilində olduğu kimi təqdim edilməsi, əlbəttə, hər bir azərbaycanlı oxucuda fərəh hissi doğurur.Yaxud Qobino "Şamaxı rəqqasəsi" əsərində göstərir ki, "Şamaxıda məclisin təşkil olunduğu çox səliqəli, möhtəşəm zalda rəqs başladı və xeyli müddət davam etdi. Musiqi qurtaranda cuşa gəlmiş tamaşaçıların gurultulu alqışları az qala partlayışa çevrildi. Yalnız ispan Moreno yerində donub qalmışdı. Morenonu müşaiyət edən, fransız dilini gözəl bilən, rəqs məclisindən cuşa gəlib, xüsusilə Um-Ceyhanənin rəqsinə heyran olub, "Cənnət" deyib qışqıran Həsənov bəyan edir ki, mən mədəni bir adamam, Sankt-Peterburqda hərbi məktəbdə təhsil almışam, belə bir şey görməmişəm"."Hüqo və Azərbaycan" bölməsində ədibin əsərlərinin ölkəmizdə tədqiqi və tərcüməsi tarixinə ekskurs edilib, maraqlı mülahizələr irəli sürülüb. "Hüqonun poeziyası" bölməsində Ə.Zeynalov Hüqonun 1843-cü il sentyabr ayının 4-də qızı Leopoldinanın faciəli ölümündən sonra 13 il müddətində yazdığı şeirlər, daha doğrusu qızının ölümünə həsr etdiyi və 1829-cu ildə yanvarın 14-də işıq üzü görmüş məşhur "Şərq motivləri" şeirləri tədqiqata cəlb olunub.Hüqonun 1831-ci ildə nəşr etdirdiyi "Paris Notr Dam kilsəsi" və böyük rus yazıçısı Lev Tolstoyun "fransız ədəbiyyatının ən yaxşı romanı" adlandırdığı "Səfillər" (1862) romanları müfəssəl araşdırılıb.Monoqrafiyada Hüqonun aforizmləri də yer alıb: "Ağız təkcə yemək üçün deyil, həm də yemək üçündür", "Dərdli adamlar yol getdikləri zaman heç vaxt geriyə dönüb baxmırlar, çünki onlar öz qara talelərinin dalınca gəldiklərini çox gözəl bilirlər", "Hamı xoşbəxt olmağı bacarmır", "Dünyada körpə qığıltısından gözəl himn yoxdur" və sair."Hüqonun mülahizələri" hissəsində XIX əsr fransız ədəbiyyatının görkəmli nümayəndələrindən Honore dö Balzak, Aleksandr Düma, Jorj Sand, Qustav Flober, Qui dö Mopassan, Jozef Artur dö Qobino haqqında oçerklər kitabın daha da zənginləşməsinə səbəb olub. Bu oçerklərdə Hüqonun həm də sadiq dost olduğu faktlarla oxucunun diqqətinə çatdırılır."Hüqo İslam dinini qəbul etmişdirmi?" oçerki monoqrafiyanın ən maraqlı hissələrindəndir. Bu barədə bir çox faktların üzə çıxarılmasında professor Ə.Zeynalov seneqallı alim Han İbrahimin zəhmət və xidmətlərini də dəyərləndirir.Monoqrafiyada Hüqonun islam dininə meyillənməsi haqqında bir sıra mülahizələr irəli sürülür, şəxsi düşüncələrlə yanaşı, qaynaqlara istinad da diqqət çəkir. Belə bir mülahizə maraq doğurur ki, o dövrün sıxıcı, əzici mühitində bir çox Qərb yazıçı, şair və mütəfəkkirləri azad, sakit, rahat bir dünya axtarırdı. Belə bir aləmin onlar üçün Şərqdə tapıla biləcəyini düşünürdülər. Məsələn, 1854-cü ildə İrana səfir kimi gələn Qobino 2 ildən sonra həyat yoldaşı və qızlarına Avropaya - Fransaya getməyi məsləhət bilir, özünü isə şərqli elan edərək burada qalacağını söyləyir.1840-cı ildə fransiz dilinə tərcümə edilmiş "Qurani-Kərim"i dərindən mənimsəyən Viktor Hüqonun İslam dinini qəbul etmək fikrinə gəlməsi, görünür, həyatın yaratdığı zərurətlərdən biri idi. Monoqrafiyada göstərildiyi kimi, 1885-ci il may ayının 22-də Hüqo dünyasını dəyişərkən Katolik kilsəsinin orqanı olan "Xaç" qəzetində yazılmışdı: "30 ildən bəridir ki, o (Hüqo) dəli olmuşdur". Müəllif qeyd edir ki, 30 il, təxminən fransız ədibinin Məhəmməd (s.a.s) Peyğəmbərə həsr etdiyi "Hicrinin doqquzuncu ili" poemasını yazdığı vaxta düşür.Professor Ə.Zeynalovun fransız mütəxəssisi, Parisdə fəaliyyət göstərən Viktor Hüqonun Dostları Cəmiyyətinin sədri Arno Lasterlə məktublaşması da kitabın diqqətçəkən səhifələrindəndir.Professor Əsgər Zeynalovun indiyədək Avropa, Asiya, Amerika qitələrində kitabları nəşr olunmuşdu. Avstraliyada azərbaycanlı ədəbiyyatşünasın "İki dahi" kitabının işıq üzü görməsi ilə onun yaradıcılığının yayıldığı qitələrin sayı 4-ə çatdı. Sözsüz ki, onun "İki dahi" monoqrafiyasının Avstraliyada nəşr olunması Azərbaycan elminin mühüm nailiyyətidir. Fədakar və zəhmətkeş alim, dəyərli ziyalı professor Əsgər Zeynalovu bu münasibətlə ürəkdən təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq.
05.05.2023
ADU-nun tələbələri “Əbədi müstəqilliyimizin banisi” adlı tədbir keçirilib
Mayın 5-də Azərbaycan Diller Universitetinin Təhsil 2 fakültəsi nəzdində fəaliyyət göstərən Pedaqogika kafedrasının müəllimi Roza İsmayılovanın təşkilatçılığı ilə Natiq Tağıyev adına 212 nömrəli tam orta məktəbdə təcrübədə olan tələbələr tərəfindən “Əbədi müstəqilliyimizin banisi” adlı tədbir keçirilib.Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Tələbə C. Gülçin tədbirlə bağlı məlumat verib.Məktəbin Təşkilatı işlər üzrə direktor müavini Rəna İsmayılova da çıxış edərək, Ulu öndərin Azərbaycan xalqının milli azadlıq və istiqlaliyyət tarixinin xilaskarı rolunu oyanmasından, müasir dünya tarixinə parlaq və silinməz iz qoymasından danışıb.Pedaqoq R.İsmayılova Ulu öndərin şərəfli həyat yolundan, gəncliyə, şagirdlərə, təhsilə göstərdiyi böyük diqqətindən söz açıb. Tədbirdə Ümummilli lider Heydər Əliyevin şərəfli həyat yolundan və müdrik siyasi fəaliyyətindən bəhs edən şeirlər səsləndirilib, videoçarxlar və şəkillər nümayiş olunub. Tələbə və şagirdlərin Ulu öndər haqqında hazırladıqları məruzələr dinlənilib.Azərbaycanın memarı və qurucusu Ulu öndərin dövlətimizin müstəqilliyi, inkişafı, bu günü və gələcəyi üçün zəngin irs qoyduğu vurğulanıb.Ulu öndərin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin apardığı düzgün və məqsədyönlü siyasətin nəticəsi olaraq, torpaqlarımızın işğaldan azad edilməsi və bu şanlı Qələbənin tarixə qızıl hərflərlə yazılması Ulu öndərimizin ideyalarının əbədi yaşadığının bariz nümunəsi kimi qeyd edilib.
05.05.2023
ADU-da “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur” adlı tədbir keçirilib
Mayın 5-də Azərbaycan Dillər Universitetində (ADU) Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının dosenti K. Fərəcbəylinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev -- müasir Azərbaycan dövlətinin qurucusudur” adlı tədbir keçirilib.Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.İştirakçılarını salamlayan kafedra müdiri dosent Ə. Şirəliyev belə bir tədbirin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib.Təhsil-1 fakültəsinin 408b qrup tələbəsi Kübra Mustafazadə Heydər Əliyevin SSRİ dövründən başlayaraq siyasi kursu baradə geniş məlumat verib.ADU-nun Təhsil-1 və Təhsil-2 fakültələrinin tələbələri Səbuhi Mehdiyev, Həcər Mahmudova, Lamiyə Hüseynzadə, Xədicə Bəhmənli, İlahə Cəfərli, Gülsüm Xəlilova, Gülpəri Muradova Ulu Öndərin respublikamızın inkişafında göstərdiyi misilsiz xidmətlərindən bəhs ediblər.Tələbələr “Heydər Əliyev və multikulturalizm”, “Heydər Əliyev və gənclər siyasəti”, “1993-2003 illər ərzində ulu öndərin daxili və xarici siyasəti”, “Heydər Əliyevin ordu quruculuğundakı rolu”, “Heydər Əliyevin Azərbaycan təhsilinə və elminə göstərdiyi qayğı” mövzularında çıxış ediblər.Kafedranın müəllimləri dos. Z. Quliyeva, b/m. J. Mehrəliyeva, b/m. İ. İsgəndərova Ümummilli liderin müəllim peşəsinə verdiyi diqqət və qayğıdan, elm və təhsilə verdiyi töhfələrdən bəhs ediblər.
05.05.2023
"Heydər Əliyev siyasətinin ağırlıq mərkəzi” adlı tədbir keçirilib
05.05.2023-cü il tarixdə Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrası və ADU-nun Elmi Kitabxanasının birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində növbəti “Heydər Əliyev siyasətinin ağırlıq mərkəzi” adlı tədbir keçirilib.Tədbirdə kafedranın baş müəllimi Mətanət Əsgərovanın 326b qrup tələbələrinin, müəllim Aygün Kərimovanın 306b qrup tələbələrinin mövzu ətrafında hazırladıqları çıxışlar dinlənilib.Tərcümə fakültəsinin kitabxanada olan təcrübəçi tələbələri, ümummilli liderin xarici ölkələrdə etdiyi çıxışlarını hər ölkənin öz dilində tərcümə edərək səsləndiriblər.Sonda Təhsil 1 fakültəsinin dekanı prof. Fikrət Cahangirov, ADU-nun Elmi Kitabxana və İnformasiya Xidməti mərkəzinin direktoru Cəmilə Əliyeva, kafedra müdiri dos.S.X.Zamanova çıxış ediblər.
05.05.2023
ADU-da “Heydər Əliyev və beynəlxalq münasibətlər” adlı tədbir keçirilib
Azərbaycan Dillər Universitetində (ADU) İsrail və Yaxın Şərq Araşdırmalar mərkəzində Skandinaviya mərkəzinin, İndoneziya Araşdırmalar mərkəzinin və İsrail və Yaxın Şərq Araşdırmalar mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və beynəlxalq münasibətlər” adlı tədbir keçirilib.İsrail və Yaxın Şərq Araşdırmalar mərkəzinin müdiri Emiliya Xudiyeva Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il sərəncamına əsasən ölkəmizdə və eləcə də universitetimizdə silsilə tədbirlərin keçirildiyini və mərkəzlərin birgə təşkilatçılığı ilə keçirilən bu tədbirin də silsilə tədbirlərin davamı olduğunu qeyd edib.Tədbirdə Heydər Əliyevin dövründə bu ölkələrin Azərbaycan ilə əlaqələri haqqında müxtəlif mövzular üzrə müzakirələr aparılıb.Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin İndoneziyaşünaslıq ixtisası üzrə təhsil alan III kurs tələbəsi Fariz Əlizadə “Heydər Əliyev və Azərbaycan-İndoneziya əlaqələri” mövzusunda təqdimatla çıxış edib. O, təqdimatında Azərbaycan-İndoneziya münasibətlərinin formalaşması tarixi, ikitərəfli əlaqələr, Heydər Əliyevin Azərbaycandan kənarda təhsil almış mütəxəssislər cəmiyyəti ilə görüşü, Azərbaycanda indoneziyaşünaslıq, İndoneziya dilində Heydər Əliyev irsi, İndoneziyada Azərbaycan və Heydər Əliyevlə bağlı keçirilmiş tədbirlər haqqında ətraflı məlumat verib.İsrailşünaslıq ixtisasının 364-cü qrup tələbəsi Tünzalə Qulamova “İsrail-Azərbaycan siyasi əlaqələri Heydər Əliyev dönəmində” mövzusu ilə çıxışında Azərbaycanda yəhudilərə qarşı həmişə xoş münasibətdən bəhs edib, onların burada heç vaxt antisemitizm ilə rastlaşmadığını qeyd edib.Tələbə iki ölkə arasında münasibətlərin inkişafına İsrail və Azərbaycanın dövlət başçılarının görüşlərinin təkan verdiyini, bu münasibətlərin təməlinin isə ulu öndər Heydər Əliyevin dövründə qoyulduğunu və sonradan yüksələn xətt üzrə inkişaf etdiyini diqqətə çatdırıb. O, çıxışı zamanı Heydər Əliyevin birinci prezidentlik dövründən başlayaraq Azərbaycan-İsrail münasibətlərinin pik nöqtəyə yüksəldiyini və strateji ortaqlıq səviyyəsinə qalxdığını qeyd qeyd edib. Tünzalə Qulamova həmçinin, iki ölkə arasında münasibətlərin inkişafına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də diqqətlə yanaşdığını, Ulu öndərin hazırladığı xarici siyasət xəttini uğurla davam etdirdiyini dinləyicilərin diqqətinə çatdırıb.Tədbirdə Azərbaycan Dillər Universitetinin Magistratura şöbəsinin I kurs tələbəsi Elmir Muradzadə “Azərbaycan-Norveç əlaqələrinin inkişafında Heydər Əliyevin rolu” adlı məqalə ilə çıxış edib. Tələbə çıxışında xarici investorların Azərbaycana cəlb olunmasında və beynəlxalq təcrübənin öyrənilməsində 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi”nin əhəmiyyətdən və bu müqavilənin imzalanmasının Azərbaycan-Norveç iqtisadi əlaqələrinin inkişafına təsirindən danışıb. Bundan əlavə, E. Muradzadə məşhur norveçli tədqiqatçı Tur Heyerdalın Azərbaycana səfərləri, Qobustan qayaüstü təsvirlərinə olan heyranlığı və Azərbaycanla bağlı ərsəyə gətirdiyi “Odin nəzəriyyəsi” haqqında məlumat verib. Tələbə həmçinin 2000-ci ildə məşhur səyyahın Kiş kəndindəki Alban məbədi ilə tanışlığı, məbədin bərpa olunmasında göstərdiyi xidmətləri və Heyerdalın Azərbaycanla bağlı nəzəriyyəsini Azərbaycan-Norveç mədəni əlaqələrinin inkişafına əhəmiyyətli təsirini də qeyd edib. Turda Heyerdalın Heydər Əliyev ilə yaxın dostluq münasibətləri və H. Əliyevin Norveçə səfəri zamanı Kon-Tiki muzeyində məşhur səyyahın ona bələdçilik etməsi haqqında da məlumat verilib. Bununla yanaşı, E. Muradzadə 2011-ci ildə ADU-nun Skandinaviya mərkəzinin təşkilatçılığı ilə “Tur Heyerdal və Azərbaycan” adlı konfransın keçirilməsi, bu konfransda iştirak etmək üçün dünyanın səkkiz müxtəlif ölkələrindən alimlərin dəvət olunması və Heyerdalın da ailə üzvlərinin burada iştirakı haqqında danışıb.Sonda tələbə Azərbaycan-Norveç təhsil əlaqələri, ADU-da Skandinaviyaşünaslıq ixtisasının yaradılması və Skandinaviya mərkəzinin Norveç universitetləri ilə əməkdaşlığından söz açıb.BDU-nun Şərqşünaslıq fakültəsinin Regionşünaslıq (İsrail üzrə) ixtisası təhsil alan və hazırda mərkəzimizdə istehsalat təcrübəsi keçən IV kurs tələbəsi Qəzənfər Sultanov “Heydər Əliyev dönəmində İsrail-Azərbaycan iqtisadi əlaqələri” haqqında çıxış edən İsrail ilə Azərbaycan arasında çox geniş iqtisadi-ticari əlaqələrin mövcud olduğunu, İsrailin Azərbaycan neftinin ən iri neft alıcılarından biri olduğunu diqqətə çatdırıb.Tələbə çıxışı zamanı Heydər Əliyevin dönəmində bir sıra məşhur İsrail şirkətləri ilə iqtisadi əlaqələrin qurulduğunu və iki ölkə arasında kənd təsərrüfatı və enerji sahəsində fəaliyyətin genişləndirildiyini qeyd edib.İki ölkə arasında iqtisadi əlaqələrin inkişafında həmçinin Bakı-Ceyhan neft kəmərinin xüsusi rolu və bu xətt ilə nəql ediləcək neftin birinci alıcısının İsrail dövlətinin olduğu vurğulayıb. Tələbə Qəzənfər Sultanov 2021-ci ildə İsraildə Azərbaycanın Ticarət və Turizm nümayəndəliyin və eləcə də 2023-cü ildə Azərbaycanın rəsmi səfirliyinin açılmasının bu əlaqələrin daha da dərinləşməsinə zəmin yaratdığını və Muxtar Məmmədov Azərbaycanın İsraildəki ilk səfiri təyin edildiyini dinləyicilərin diqqətinə çatdırılıb.Sonda tədbirdə iştirak edən hər kəsə təşəkkür edilib və mövzular ətrafında sual cavab olub.
05.05.2023
Azərbaycan dilinin inkişafı - Heydər Əliyevin uğurlu siyasəti
Ana dilimiz tarixi-genetik dəyərlərimizi, ruhumuzu, həyatımızın psixoloji-fəlsəfi cizgilərini yaşadan milli varlığımızdır. Tarixin burulğanlarından, mürəkkəb ictimai-siyasi rejimlərdən üzüağ çıxan dilimiz bu gün dünyanın ən inkişaf etmiş çox zəngin dillərindəndir.Azərbaycan dilinin bugünkü mütəxəssisləri bu qənaətdədirlər ki, türk dil ailəsinin üzvü olan Azərbaycan dili potensial imkanlarının və lüğət tərkibinin zənginliyi, qrammatik quruluşununn bütövlüyü və s. xüsusiyyətləri dilimizin assimilyasiyasının qarşısını almışdır. Digər türk dilləri kimi Azərbaycan dili də ərəb, fars və Avropa dillərinin təsirinə qarşı müqavimət göstərmiş, müasir inkişaf səviyyəsinə gəlib çatmışdır.Dilimizə yaşam hüququ verən amillərdən biri də bu dilin olduqca həyati olmasıdır. Dünyada yaşayan 50 milyona yaxın azərbaycanlı harada olmasına baxmayaraq dillərini unutmurlar.Hazırda Cənubi Azərbaycanda yaşayan 30 milyon soydaşımız doğma dilində məktəblərin olmamasına baxmayaraq, Azərbaycan dilini yaşadır, bu dil ilə qürur duyur, bu dil ilə hisslərini, duyğularını bölüşürlər, ifadə edirlər.Azərbaycan dilinin inkişafı, dövlət dili kimi onun inkişafına qayğı ümummilli liderimiz Heydər Əliyevin adıyla bağlıdır. 1978-ci ildə qəbul olunmuş Konstitusiyamızda Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə Azərbaycan dili dövlət dili kimi qəbul edilmişdir.Heydər Əliyevin dilimizin dövlət dili kimi qəbul olunması, yad təsirlərdən qorunması istiqamətində yürütdüyü siyasət müstəqil Azərbaycan dövlətinə və dövlət dili olan Azərbaycan dilinin adının rəsmiləşməsinə gedən yolun bünövrə sütunudur.Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 1969-1982 və 1993-2003-cü illərdə həmişə Azərbaycan dilinə böyük hörmət və qayğı ilə yanaşmışdır. O, Bakı Dövlət Universitetinin 75 illiyinə həsr olunmuş təntənəli yubiley iclasında 25 il əvvəli xatırlayaraq belə demişdi: “Xatirimdədir, universitetin 50 illik yubileyində çıxış edərkən, şübhəsiz ki, ana dilimdə, Azərbaycan dilində danışdım. Bu böyük sensasiya kimi qəbul olundu- nə cür olur ki, respublikanın rəhbəri Azərbaycan dilində pis danışmır. Bəziləri məni bu hadisə münasibəti ilə təbrik etdilər, minnətdarlıqlarını bildirdilər. Dilini sevən, milli ruhla yaşayan insanlar doğrudan da bunu böyük bir hadisə kimi qəbul etdilər”. Ulu öndər Heydər Əliyevin dil siyasəti özünəməxsus möhkəm prinsiplər əsasında qurulmuşdur. Professor Nizami Xudiyev Heydər Əliyevin dil siyasətini analiz edərkən üç istiqamətdən yanaşırdı:1.Bu siyasət, hər şeydən öncə demokratiklik prinsipinə əsaslanır. Bu demokratiklik isə, birinci növbədə hər bir məsələnin həllində xalqın, o cümlədən geniş ziyalı kütləsinin rəyinin nəzərə alınması zəminində yaranması ilə əlamətdardır.2.Heydər Əliyevin dil siyasətinin əsaslandığı prinsiplərdən biri də dəqiqlik, uzaqgörənlikdir. Bütün sahələrdə olduğu kimi, dil siyasətində də o, qlobal məqsədləri əsas götürür və hər hansı bir məsələnin həllində onun bütün cəhətlərini, keçmişini, bu gününü, gələcəyini nəzərə alaraq, həll olunmasına qərar verir. Hər bir məsələni hərtərəfli götür-qoy etmək, dərindən araşdırmaq, xeyir və zərərini dəqiq müəyyənləşdirmək Heydər Əliyevin dil siyasətinin mahiyyətini təşkil edir.3.Heydər Əliyevin dil siyasətinin əsaslandırdığı prinsiplərdən biri də dillə bağlı bütün məsələlərə münasibətdə obyektivlikdir. Obyektivlik dil siyasətində məsələnin qıy-qışqırıqsız, hissiyyata qapılmadan, təmkinlə və ən vacibi, qanunların aliliyinə hörmətlə həll edilməsidir...1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında (21-ci maddə) Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Bütün bunların həyata keçirilməsində ümummilli liderimiz Heydər Əliyevin apardığı dil siyasətinin çox mühüm rolu olmuşdur.Azərbaycan dilinin inkişafında Heydər Əliyev siyasətinin parlaq təzahürü olan fərman və sərəncamlar, o cümlədən “Azərbaycan dilinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanı (30.09.2002), “Azərbycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin fərmanı (02.01.2003) və habelə təhsil quruculuğu ilə əlaqədar olan normativ sənədlər, aktlar, təlimatlar, metodik göstərişlərdən irəli gələn tələblər ali məktəblərin fəaliyyətində , təcrübi işlərində də geniş şəkildə tətbiq edilir.Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin qorunmasına və inkişafına xüsusi diqqət yetirirdi. 2001-ci ilin 18 iyununda ümummilli liderimiz "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzaladı. Bu tarixi sənəd dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynamışdır. Həmin fərmanda Azərbaycan Prezidentin yanında Dövlət Dil Komissiyasının yaradılması da nəzərdə tutulurdu. Dünyanın heç bir dövlətində analoqu olmayan belə bir qurumun yaradılması ana dilimizin tətbiqi işinin təkmilləşməsinə daha səmərəli şəkildə nəzarət etmək və bu prosesi ümummilli maraqlar kontekstində tənzimləmək məqsədi daşıyırdı. 2001-ci il avqustun 9-da Azərbaycan Prezidenti yeni fərman- “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” mühüm bir sənəd imzaladı. Bu sənəd dilimizin tətbiqi işinin daha mükəmməl səviyyədə həyata keçirilməsinə stimul verdi, yaddaşımıza və milli-mənəvi dəyərlərimizə, eyni zamanda əlifbamızın beynəlxalq aləmə daha yaxın olan bu qrafika ilə Azərbaycan əlifbasına keçidi sürətləndirdi. Məhz bundan sonra respublikada bütün yazılı sənədləşmələr heç bir istisnaya yol verilmədən latın qrafikası ilə aparılmağa başlandı. Yaxın tariximizdən məlumdur ki, müstəqilliyin ilk ilində, 1991-ci ildə latın qarafikalı Azərbaycan əlifbası qəbul olunsa da, bütün gücü ilə işləyə bilmirdi. Yalnız ümummilli lider bu məsələnin birdəfəlik həllinə nail oldu...Bu gün fəxr və qürur hissi ilə deyə bilərik ki, ümummilli lider Heydər Əliyevin dil siyasəti, Azərbaycan dilinin inkişafına, işlənmə arealının genişlənməsinə göstərdiyi qayğı, onun siyasi varisi möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən əzmlə, çox böyük sevgi ilə davam etdirilir. İradə SərdarovaADU-nun dosenti © 2023Azərbaycan Dillər Uni
05.05.2023
ADU-da “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda açıq dərs keçirilib
Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin Regionşünaslıq kafedrası tərəfindən 166 R qrupunda “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda açıq dərs keçirilib.Dərsdə Regionşünaslıq kafedrasının müdiri professor Sevdagü Əliyeva çıxış edib. Çıxışında o, bildirib ki, Heydər Əliyev Azərbaycanın iqtisadiyyatı, siyasi məsələləri ilə yanaşı mədəniyyətinin də inkişafında böyük rol oynayıb. Azərbaycanın tarixi qədər qədim olan mədəniyyət sahələrinin tədqiqi, öyrənilməsi, müasir dövrdə daha yüksək inkişafa istiqamətləndirilməsi Azərbaycan Respublikasının mühüm əhəmiyyət verdiyi sahələrdən biridir. Heydər Əliyevin hər iki rəhbərliyi dövründə mədəniyyətin bütün sahələrinin öyrənilməsi, qorunması, planlaşdırılması, qanuni hüquqi bazasının yaradılması və dünyaya tanıdılmasında son dərəcə mühüm tədbirlər həyata keçirilib. Azərbaycan tarixi,ədəbiyyatı və mədəniyyətinin dərin bilicisi olan Ulu öndər daim mədəniyyət tədbirlərini və mədəniyyət sahəsinin nümayəndələrini diqqət mərkəzində saxlayıb. Teatr, kino, muzeylərin inkişafı, mədəniyyət işçiləri və xadimlərinin zamanında qiymətləndirilməsi, diqqət və qayğı ilə əhatə olunmasında Heydər Əliyevin böyük rolu olub. Yüksək ədəbi və musiqi duyumu olan Ümummilli Liderin mədəniyyət xadimləri ilə çox sayda görüşləri, yubiley məclislərində, mükafatların təqdim olunması prosesində qiymətli çıxışlarının lent yazıları qalıb. Heydər Əliyevin mədəniyyətin hər sahəsinə aid dediyi fikirlər, tamlığı və mükəmməliyi ilə seçilir.Dərs zamanı Regionşünaslıq kafedrasının dosenti Nigar Hüseynova, müəllimi Zarina Mahmudova, Aygün Soltanzadə, Rüfət Ağaqasımov və Nailə Məmmədova Ulu öndərin mədəniyyət sahəsindəki fəaliyyəti və deyimləri haqqında çıxışlar ediblər.
04.05.2023
“Türkiyə Cümhuriyyətinin yaradılmasının və Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin Anadan olmasının 100 İlliyi” adlı konfrans təşkil edilib
May ayının 2-də İzmirdə Azərbaycanın Türkiyədəki səfirliyi, Doqquz Eylül Universiteti və Azərbaycan Dillər Universitetinin birgə təşkilatçılığı ilə “Türkiyə Cümhuriyyətinin yaradılmasının və Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin Anadan olmasının 100 İlliyi” adlı konfrans təşkil edilib.Tədbir ADU-nun ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə keçirdiyi beynəlxalq tədbirlər çərçivəsində təşkil olunub.Konfransda Dokuz Eylül Üniversitesi Rektör Yrd. Prof. Dr. Esra Bukova Güzel, Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Azərbaycan Dillər Universitetinin prorektoru Tamam Cəfərova, millət vəkili Rəşad Mahmudov, Azərbaycanın Türkiyədəki Səfirliyinin Təhsil müşaviri Nəcibə Nəsibova, Arif Zeynalov, Dokuz Eylül Üniversitetinin müəllimləri Nermine Zeynalova Özlük, Fevzi Çakmak və Azərbaycan Dillər Universitetinin müəllimi Coşqun Dadaşov çıxış edib.Konfransın yekunu bədii hissə ilə başa çatıb.
04.05.2023
Bizimlə əlaqə