ADU-da Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi qeyd olunub

ADU-da Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi qeyd olunub

Martın 30-da Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubileyi ilə bağlı tədbir keçirilib.ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib.Qeyd olunub ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tarixi köklərə malik, zəngin mədəni irsə sahib ali təhsil ocağıdır:“Bu gün tarixi bir gündür. Bu tarixi gündə hər birimiz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi ilə bağlı öz xoş arzu və istəklərimizi bildirmək üçün toplaşmışıq. Görkəmli incəsənət xadimləri ilə görüş, onlarla ünsiyyət hər zaman yaddaqalan olur və insanlar həmin görüşləri xoş bir xatirə kimi xatırlayır. Bir daha sizi və kollektivinizi təbrik edir, sizə cansağlığı və uğurlar arzu edirəm”.ADMİU-nun  rektoru, professor Ceyran Mahmudova səmimi qarşılanmaya və xoş sözlərə görə universitet rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib: “Bu gün ikiqat fəxr hissi keçirirəm. İlk növbədə Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullaya təşəkkürümü bildirirəm ki, universitetimizin 100 illik yubileyini keçirmək üçün bizi dəvət etdi. Çox şadıq, xoşbəxtik ki, sizinlə birlikdə bu əlamətdar tarixi qeyd edirik. Fəxr edirəm ki, cənab Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə bu cür qədim ənənələri olan universitetə rəhbərlik edirəm və mənim rəhbərlik etdiyim dövr 100 illik yubileyin qeyd olunduğu ilə təsadüf edir. Mədəniyyət və incəsənət xadimləri ilə, məşhur sənətkarlarla birlikdə işləmək mənim üçün böyük fəxrdir”.Daha sonra ADU-da fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri adından müxtəlif xarici dillərdə ADMİU-nun 100 illiyi ilə bağlı təbriklər səsləndirilib.Tədbir hər iki universitetin əməkdaşlarının və tələbələrinin birgə hazırladıqları konsert proqramı ilə davam edib.Qeyd edək ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti öz əsasını 1923-cü ildə Azərbaycan Maarif Komissarlığının qərarı ilə yaradılmış Bakı Teatr Məktəbindən götürüb. O dövrdə M.F.Axundov adına Bakı Teatr Məktəbi təkcə Azərbaycan üçün deyil, Özbəkistan, Türkmənistan, Dağıstan, Krım və digər regionlar üçün də aktyor və rejissor kadrları hazırlayırdı.1945-ci ildə Teatr Məktəbinin bazasında Teatr İnstitutu yaradılıb və 1968-ci ildən bu ali təhsil ocağı Azərbaycan Dövlət İncəsənət İnstitutu adlandırılıb. 1991-ci ildə İncəsənət İnstitutu Universitet statusu qazanıb. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti kimi fəaliyyət göstərən bu ali məktəbdə 5 fakültə, 21 kafedra mövcuddur.

30.03.2023

ADU-nun müəllimi tələbələri ilə birgə “Qadın və Uşaq” sığınacağında Novruz şənliyi keçirib

ADU-nun müəllimi tələbələri ilə birgə “Qadın və Uşaq” sığınacağında Novruz şənliyi keçirib

Azərbaycan Dillər Universitetinin  Təhsil- 2 fakültəsi  317b qrup tələbələrinin və Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının b/m Rəna Əhmədovanın təşəbbüsü və təşkilatçılığı ilə martın 18-də  “Qadın və Uşaq” sığınacağında Novruz bayramı münasibəti ilə şənlik keçirilib. Şənlikdə dəvət olunan animatorlar yüksək bayram əhval ruhiyyəsi yaradıb, müxtəlif oyunlar, yarışlar, viktorinalar təşkil ediblər.R. Əhmədova tələbələri ilə birgə uşaqlarla rəqs ediblər.  Həmçinin onlar üçün bayram süfrəsi təşkil edərək, uşaqları hədiyyələrlə sevindiriblər.

28.03.2023

Gəncə şəhərində “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda zona konfransı keçirilib

Gəncə şəhərində “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda zona konfransı keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı ilə birgə “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda zona konfransı keçirilib. Tədbirdə ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, ATİAHİ-nin Qərb rayonları üzrə sədrləri və fəalları, eləcə də Universitet rəhbərliyi, professor-müəllim və tələbələri iştirak ediblər.Konfransda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub.Açılış nitqi ilə çıxış edən ADAU-nun rektoru vəzifəsini icra edən Zəfər Qurbanov universitetdə könüllülük fəaliyyəti və gənclər təşkilatlarının missiyaları haqqında məlumat verib. O bildirib ki, Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə həmkarlar təşkilatlarının fəaliyyətində ciddi dönüş yarandı, bu təsisat öz mahiyyəti üzrə fəaliyyət göstərməyə başladı. Həmkarlar ittifaqlarının fəaliyyətində inzibati amirlik metodlarına son qoyuldu, sahə həmkarlar ittifaqlarının səlahiyyətləri özlərinə qaytarıldı, təşəbbüskarlığa, dünya həmkarlar ittifaqları sisteminə inteqrasiyaya yol açıldı.Çıxış edən ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə deyib ki, Azərbaycanda bütün sahələrin, o cümlədən də həmkarlar ittifaqları institutunun davamlı inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün, Heydər Əliyevin bu sahədə olan ideyaları onun mənəvi-siyasi irsinin ən layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Tədbirdə həmçinin ATİAHİ Kəlbəcər rayon komitəsinin sədri Məhiyəddin Allahverdiyev, ADAU-nun ictimai elmlər kafedrasının müdiri Azad Bayramov, komputer mühəndisliyi fakültəsinin III kurs tələbəsi Fəridə Zeynalova çıxış ediblər.Sonra Ulu Öndər Heydər Əliyevin gənclər və təhsil sahəsində fəaliyyətindən bəhs edən videoçarx konfrans iştirakçılarına nümayiş olunub.Daha sonra çıxış edənlər həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyevin həyata keçirdiyi işlər və qəbul etdiyi qərarlardan söhbət açıblar.1680072622_1680015278_dsc_0058-1.jpg 534.35 KB1680015328_dsc_0113.jpg 323.65 KB1680015334_dsc_0074.jpg 516.96 KB1680015361_dsc_0066.jpg 455.34 KB1680015404_dsc_0106.jpg 389.64 KB1680015409_dsc_0085.jpg 516.99 KB

28.03.2023

ADU-da “Heydər Əliyev və milli-mənəvi dəyərlər”-mövzusunda dəyirmi masa keçirilib

ADU-da “Heydər Əliyev və milli-mənəvi dəyərlər”-mövzusunda dəyirmi masa keçirilib

Martın 16-da Azərbaycan Dillər Universitetində Təhsil -1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının təçkilatçılığı ilə “Heydər Əliyev və milli-mənəvi dəyərlər” mövzusunda dəyirmi masa keçirilib.Dəyirmi masada adıçəkilən kafedranın əməkdaşları, ADU-nun rektor məsləhətçisi A. Osmanlı, Təhsil -1 fakültəsinin dekanı fil.e.d., prof. F. Cahangirov,  Təhsil -1 fakültəsi nəzdində olan kafedraların müdirləri və Təhsil 2 fakültəsi nəzdində Pedaqogika kafedrasının müdiri iştirak ediblər. Kafedra müdiri fil.f.d., dos. X. Əsgərova Ulu öndər H. Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasında misilsiz xidmətlərindən danışıb.Çıxışlar zamanı Azərbaycan tarixində ilk dəfə olaraq milli-mənəvi dəyərlərimizi əks etdirən Novruz bayramı, Qurban bayramı, Ramazan bayramı kimi əlamətdar günlərin təqvimdə rəsmi dövlət bayramları kimi qeyd edilməsini Ümummilli Lider tərəfindən xalqın milli dəyərlərinə qayğı və hörmətinin təzahürü olduğu bildirilib.Sonda H.Əliyevin Novruz bayramı münasibətilə təşkil olunan tədbirlərdə iştirakını əks etdirən videoçarx nümayiş olunub.Bildirilir ki, Azərbaycan  xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq 2023-cü il Azərbaycanda “Heydər Əliyev ili” elan edilmişdir. Bu münasibətlə respublikada, o cümlədən Azərbaycan Dillər Universitetində silsilə tədbirlər keçirilir.Təhsil -1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının mart ayı üçün nəzərdə tutulan tədbiri məhz Novruz bayramı ərəfəsində olduğu üçün milli-mənəvi dəyərlərə həsr olunub.

17.03.2023

ADU-da Novruz şənliyi keçirilib

ADU-da Novruz şənliyi keçirilib

Martın 17-də Azərbaycan Dillər Universitetində (ADU) Novruz bayramına həsr olunan tədbir keçirilib.Xalqımızın hər il böyük coşqu və sevinclə qeyd etdiyi Novruz bayramının tarixi, ənənələri, atributları haqqında məlumat verilib.ADU-nun rektoru, akademik Kamal Abdulla Novruz bayramı münasibətilə universitet kollektivini təbrik edib, onlara can sağlığı və işlərində uğurlar arzu edib:“Əziz müəllimlər, əziz tələbələr, əziz ADU kollektivi! Hər birinizi bu gözəl bayram münasibətilə təbrik edir, sizlərə möhkəm can sağlığı, xoşbəxtlik arzu edirəm. Qoy ocağımız heç zaman sönməsin, elimizdə, obamızda hər zaman toy-bayram olsun. Allah şəhidlərimizə rəhmət eləsin, onların ruhu bu gün şaddır. Biz onların ruhu qarşısında baş əyir, xatirələrini daima əziz tuturuq”.Tədbirdə müxtəlif kafedraların hazırladıqları bayram süfrəsi, həmçinin dövlət atributlarının əks olunduğu stendlər nümayiş olunub.Tədbir konsert proqramı ilə davam edib.

17.03.2023

ADU-nun təcrübəçi tələbələri maarifləndirici tədbir keçiriblər

ADU-nun təcrübəçi tələbələri maarifləndirici tədbir keçiriblər

Azərbaycan Dillər Universitetinin Həbib bəy Mahmudbəyov adına 2 saylı Texniki-Hümanitar Elmlər Liseyində təcrübədə olan Təhsil-2 fakültəsi 4-cü kurs tələbələri tərəfindən məktəbdə metodist Püstəxanım Yusifovanın təşəbbüsü ilə  “How to survive an earthquake?” adlı tədbir keçirilib.İlk olaraq Türkiyədə baş vermiş zəlzələdə  həyatını itirən insanların xatirəsi  bir dəqiqəlik sükut ilə yad edilib.Sonra 424b qrup tələbəsi  Fatimə Vahabova tədbir  haqqında məlumat verib.Tələbələr-  Ləman Məhərrəmova, Fatimə Hümbətli və Leyla Qurbanova ingilis və Azərbaycan dillərində mövzu ilə bağlı maarifləndirici çıxışlar ediblər.Çıxışlar zamanı ölkə başçısı cənab İlham Əliyevin bütün ümumtəhsil məktəblərində bu mövzuda maarifləndirmə tədbirlərinin təşkili barədə sərancamının önəmi də vurğulanıb.Sonda məktəbin direktoru Turanə Məcidli çıxış edib,  tədbir iştirakçılarına, Azərbaycan Dillər Universitetinə və 424b qrup tələbələrinə təşəkkürünü çatdırıb.

16.03.2023

ADU-da “Azərbaycanın xarici siyasətində H.Əliyev fenomeni” mövzusunda dəyirmi masa keçirilib

ADU-da “Azərbaycanın xarici siyasətində H.Əliyev fenomeni” mövzusunda dəyirmi masa keçirilib

Azərbaycan Dillər Universitetinin Fəlsəfə və ictimai elmlər kafedrasının təşkilatçılığı ilə “Azərbaycanın xarici siyasətində H. Əliyev fenomeni”  mövzusunda  dəyirmi masa keçirilib.  Regionşünaslıq kafedrasının müdiri, prof. S. Əliyevanın moderatorluğu ilə keçən dəyirmi masada Beynəlxalq münasibətlər,  Qafqazşünaslıq və Azərbaycan tarixi kafedralarının əməkdaşları, tələbə və magistrlar iştirak ediblər.    Fəlsəfə və ictimai elmlər kafedrasının  professoru Şəfəq Abdullayeva   “Azərbaycanın xarici siyasətində H. Əliyev kursu” mövzusunda çıxış edərək, Ulu öndərin Azərbaycanın xarici siyasətinin yaradılmasındakı  rolundan söz açıb.  Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Şəlalə Bağırova  “Ulu öndər H. Əliyevin Azərbaycanın xarici siyasətində beynəlxalq terrorizmlə mübarizə strateqiyası”  adlı çıxışı ilə son illərdə Azərbaycana qarşı törədilmiş terror hadisələrinə toxunub. Beynəlxalq münasibətlər kafedrasının müəllimi Aysel Bağırova  isə “Heydər Əliyevin Türk dünyasının yüksəlişi strateqiyası” mövzusunda çıxış edib.Sonda prof. Ə. Məmmədov, dos. Ə. Abdiyeva və digər iştirakçılar çıxışlar ətrafında müzakirələr aparıblar.

16.03.2023

“Qəhrəman təhsil işçiləri” kitabının təqdimatı olub

“Qəhrəman təhsil işçiləri” kitabının təqdimatı olub

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) təşəbbüsü ilə çap olunmuş “Qəhrəman təhsil işçiləri” kitabının təqdimat mərasimi keçirilib.Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, “Yaşat” Fondunun İdarə Heyətinin üzvü Şair Ramaldanov və müharibə iştirakçısı olmuş təhsil işçilərinin iştirak etdiyi tədbirdə əvvəl Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Ardınca 44 günlük Vətən müharibəsində şəhid olmuş təhsil işçilərinin xatirəsinə həsr olunmuş video-çarx nümayiş olunub.Tədbirdə çıxış edən AHİK sədri Səttar Möhbalıyev bildirib ki, Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-dən etibarən Zəfər yürüşünə başladı: “Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu istehkamları və silahlı qüvvələrini darmadağın etdi. Müzəffər Ordumuz 44 gün ərzində bütün dünyaya öz qüdrətini, gücünü göstərdi. Düşmən məğlubiyyətini etiraf etdi, kapitulyasiyaya uğradı. Nəticədə Azərbaycan xalqının 30 ilə yaxın davam edən torpaq həsrətinə birdəfəlik son qoyuldu”.AHİK sədri qeyd edib ki, Vətən müharibəsində 760 nəfərdən çox təhsil işçisi döyüşlərə qatılıb: “Onlardan 21 nəfəri şəhid olub. Vətən müharibəsində canından keçmiş bütün şəhidlərimizin xatirəsini bir daha ehtiramla anır, onların ruhu qarşısında baş əyirik. Azərbaycan xalqı onların əziz xatirəsini hər zaman uca tutacaq”Onun sözlərinə görə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən tərtib olunan “Qəhrəman təhsil işçiləri” kitabı ikinci Qarabağ müharibəsində silaha sarılan təhsil işçilərinə həsr olunub: “Hesab edirəm ki, bu kitabın çap edilməsi döyüşlərdə həlak olmuş şəhid təhsil işçilərinin xatirəsinin əbədiləşdirilməsi, müharibədə iştirak etmiş ittifaq üzvlərinin keçdiyi nümunəvi döyüş yolunun gələcək nəsillərə təbliği və onlarda milli vətənpərvərlik hissinin inkişaf etdirilməsi baxımından faydalı olacaq”.Sonra Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edib. Nazir müavini qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevi rəhbərliyi ilə Müzəffər Ordumuzun sücayəti sayəsində sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək böyük zəfərə imza atdı. İşğalda olan torpaqlarımız azad olundu. Bu qələbə Ali Baş Komandanın, xalqla birliyin, haqq işinin Müzəffər Azərbaycan Ordusunun gücünün, rəşadətli əsgərlərin, Azərbaycan xalqının iradəsinin qələbəsidir.F.Qurbanov qeyd edib ki, işğaldan azad edilmiş ərazilərimizdə hazırda quruculuq işləri görülür, yeni yaşayış evləri, məktəblər tikilir. Artıq Zəngilan rayonunun Ağalı kəndində orta məktəb fəaliyyət göstərir. Tezliklə Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərində bu işlər uğurla həyata keçiriləcək. Sonra polkovnik Şair Ramaldanov və başqaları çıxış edərək Ordumuzun şücaətindən, gənclərimizin vətənpərvərliyindən danışıblar.2-5.jpg 89.49 KB3-5.jpg 133.64 KB1-5.jpg 115.18 KB7.jpg 182.58 KB6-1.jpg 174.96 KB5.jpg 113.38 KB10.jpg 179.27 KB9.jpg 109.2 KB8-1.jpg 112.32 KB

16.03.2023

ADU-da Koreyaşünaslıq üzrə 3-cü Beynəlxalq konfransın açılışı olub

ADU-da Koreyaşünaslıq üzrə 3-cü Beynəlxalq konfransın açılışı olub

Azərbaycan Dillər Universitetində (ADU) Koreyaşünaslıq üzrə 3-cü Beynəlxalq konfransın açılış mərasimi olub. Əvvəlcə Azərbaycan Dövlət Himni səsləndirilib.  ADU-nun rektoru, akademik Kamal Abdulla konfransın ADU-da keçirilməsinin əhəmiyyətindən danışıb. Rektor bildirib ki, beynəlxalq konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Koreya, Özbəkistan və Rusiya olmaqla yeddi ölkədən nümayəndə iştirak edir. Kamal Abdulla bildirib ki, xalqlar arasında, dövlətlər arasında bu cür konfransların təşkil olunması bir-birimizi daha yaxından tanımaq istiqamətində vacib vasitədir. Rektor konfransın təşəbbüskarı olan Türkiyənin Ərciyəs Universitetinin rəhbərliyinə təşəkkür edib. Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonq konfransın ölkəmizdə keçirilməsindən məmnun olduğunu bildirib:   “Koreyaşünas tədris işçiləri və tələbələrin fədakarlığı və səyləri sayəsində Türkiyə daxil olmaqla, Mərkəzi Asiyanın türkdilli ölkələrində kareyaşünaslığın əhatə dairəsi genişlənib. Bu sahədə fəal tədqiqatlar və insan resurslarının inkişafı Mərkəzi Asiyada kareyaşünaslığın inkişafına töhvə verə bilər. Eyni zamanda gələcək əməkdaşlıq imkanları müxtəlif sahələrdə, akademik müqavilə və əməkdaşlıq vasitəsi ilə dərinləşə bilər. Ümid edirəm ki, konfrans Koreyaşünaslıq tədqiqatlarına dair mütərəqqi müzakirələrə səbəb olacaq və iştirakçılar davamlı olaraq koreya dili və mədəniyyətinə maraq göstərəcək.”Ərciyəs Universitetinin professoru Göksel Türközü təmsil etdiyi ali təhsil ocağında Koreya Araşdırmalar Mərkəzinin yaranma tarixindən danışıb, layihə haqqında məlumat verib. Qeyd edib ki, 2020-ci ildə universitetdə yaradılan Avrasiya-Koreya Araşdırmalar Mərkəzinin məqsədi Türkiyədə Koreya dilində araşdırmaları inkişaf  etdirməkdir.ADU-nun Türkiyə araşdırmaları mərkəzinin müdiri dosent Elçin İbrahimov konfrans haqqında fikirlərini bölüşüb, tədbirin gələcək böyük perspektivlərindən danışıb.Sonda konfrans təşkilatçılarına, eyni zamanda  universitet rəhbərliyinə təşəkkürnamələr və diplomlar təqdim olunub. Daha sonra bölmə iclaslarında müxtəlif mövzular üzrə çıxış və təqdimatlar olub. Qeyd edək ki, konfrans martın 15-də öz işini başa çatdıracaq. 

14.03.2023

Naxçıvanda sosial qayğıya ehtiyacı olan 1250 ailəyə bayram sovqatları verilib

Naxçıvanda sosial qayğıya ehtiyacı olan 1250 ailəyə bayram sovqatları verilib

Prezident İlham Əliyevin diqqəti və tapşırığı ilə ölkəmizdə sosial layihələrin icrası diqqət mərkəzindədir. Bütün bayramlarda və dövlətimiz üçün digər əlamətdar günlərdə aztəminatlı, şəhid, qazi və digər həssas qruplardan olan ailələrə sovqat və yardımlar təqdim olunur.Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Novruz bayramı ərəfəsində digər bölgələrlə yanaşı, Naxçıvanda da yaşayan 1250 aztəminatlı ailə üçün ərzaq bağlamalarından ibarət yardım təşkil olunub və təyinatı üzrə ünvanlara yola salınıb.Yola salınma mərasimində AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli iştirak edib.3-3.jpg 317.92 KB4-3.jpg 220.56 KB1-3.jpg 392.48 KB

14.03.2023

AHİK-in nümayəndəsi Yunanıstan Əmək Konfederasiyasının  Qurultayında iştirak edib

AHİK-in nümayəndəsi Yunanıstan Əmək Konfederasiyasının Qurultayında iştirak edib

Martın 9-11-də Yunanıstan Əmək Konfederasiyasının  38-ci Qurultayı keçirilib. Paytaxt Afina şəhərində baş tutan Qurultayda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını (AHİK) Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Respublika Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Səbuhi İmanov təmsil edib.Yunanıstanın bütün bölgələrindən səsvermə hüququ olan 400 nümayəndənin qatıldığı Qurultayda Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Antonio Lisboa, Avropa İqtisadi və Sosial Komitənin İşçi Qrupunun sədri Oliver Röpke, Beynəlxalq Əmək Təşkilatının (BƏT) İşçilərin Fəaliyyəti üzrə direktor müavini Anna Biondi, həmçinin Fransa, İspaniya, Almaniya, İsveç, İtaliya, Türkiyə, Portuqaliya, Serbiya, Ukrayna, Albaniya, Bolqarıstan, Belçika və Avstriyanın həmkarlar ittifaqlarının nümayəndələri  iştirak ediblər.Qurultayda Yunanıstan Əmək Konfederasiyasının hazırkı sədri Yanis Panaqopolus səs çoxluğu ilə yenidən növbəti müddətə sədr seçilib.Qeyd edək ki, Qurultaydan öncə “Yaşayış xərclərinin böhranı - Həmkarlar İttifaqlarının təkliflərinin nəzərə alınması” mövzusunda beynəlxalq konfrans təşkil edilib. Konfransda çıxış edən AHİK-in nümayəndəsi Səbuhi İmanov dünyada müşahidə olunan yaşayış xərclərinin artmasından, böhranının kökündə duran problemlərdən, gündəlik istehlak məhsullarının qiymətlərinə təsir edən amillərdən danışıb. Bildirib ki, dünya əhalisinin sayı 8 milyardı keçib, bu isə labüd olaraq əmək bazarında rəqabəti artırıb, əmək münasibətlərini daha da həssas edib, insanların, demək olar ki, bütün növ gündəlik ehtiyaclarına - qida məhsullarına, enerji, bütün növ xidmət sahələrinə və hətta oksigenə olan tələbatının artmasına gətirib çıxarıb. Onun sözlərinə görə, böhran qlobal olsa da, artan xərclərdən daha çox aşağı gəlirli ölkələr əziyyət çəkir.S.İmanov həmçinin ölkəmizdə bu istiqamətdə görülən işlərdən söz açıb. Bildirib ki, Azərbaycanda əhalinin sosial rifah halının, aztəminatlı ailələrin sosial durumunun yaxşılaşdırılması ilə bağlı dövlət tərəfindən mühüm tədbirlər həyata keçirilir. Hər il ölkədə müşahidə olunan inflyasiyanın səviyyəsi nəzərə alınmaqla dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda çalışan işçilərin əməkhaqları, sosial müavinətlər və təqaüdlər artırılır, sosial-müdafiə tədbirləri görülür.Tədbir digər çıxışlarla davam edib.  Sebuhi Yunan2.jpg 181.97 KBSebuhi yunan 3.jpg 273.52 KB

14.03.2023

ADU-da Gənc Xarici Dil Müəllimləri Birliyinin sədri ilə görüş keçirilib

ADU-da Gənc Xarici Dil Müəllimləri Birliyinin sədri ilə görüş keçirilib

Azərbaycan Dillər Universitetində Gənc Xarici Dil Müəllimləri Birliyi tərəfindən universitetin xarici dil müəllimliyi üzrə təhsil alan tələbələri ilə görüş keçirilib.Görüşdə Gənc Xarici Dil Müəllimləri Birliyinin sədri Günay Əkbərova birliyin 2023-cü il istiqamətlərindən, müxtəlif universitetlərdə təhsil alan və müxtəlif bölgələrdə yaşayan innovativ müəllimlərin aşkara çıxarılması, xarici dil üzrə beynəlxalq kurslardan keçirilməsinin və beynəlxalq sertifikatların əldə edilməsinin əhəmiyyətindən danışıb.Təqdimat zamanı gənc xarici dil müəllimlərində bu sahədə magistratura və doktorantura təhsilinə maraq yaradaraq inkişaflarına dəstək olmaq, gələcək gənc xarici dil müəllimlərinə yeni vəsaitlərlə işləmə qaydalarını öyrətmək və perspektiv planlaşdırma ilə təmin olunması istiqamətləri də vurğlanıb.Görüşün sonunda G. Əkbərova tələbələrə müəllifi olduğu kitablardan hədiyyə verib.

13.03.2023

Rumın dili və mədəniyyəti mərkəzində

Rumın dili və mədəniyyəti mərkəzində "Mărțișor" bayramına həsr olunmuş workshop keçirilib

Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Rumın dili və Mədəniyyəti mərkəzində Rumınların yazın gəlişi münasibətilə qeyd etdiyi Mărțișor bayramına həsr olunmuş workshop keçirilib. Vorkshopda Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin rumın dili üzrə təhsil almış ikinci kurs tələbələri Şəms Qasımlı və Leyla Abbasova, eləcə də Rumın dili və Mədəniyyəti mərkəzində istehsalat təcrübəsi keçən Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin ( Fransa üzrə) dördüncü kurs tələbələri Cavid Həsənli və Aysel Zeynalova iştirak edib. Tələbələr Mărțișor bayramına xas olan simvollar düzəldib və Mărțișor haqqında daha ətraflı məlumatlar əldə edib.Mărțișor yazın əvvəlində, mart ayında qeyd olunan ənənənin rumın dilindəki adıdır.Mărțișor sözü martın (müasir rumın dilində martie) köhnə xalq adı olan marț sözünün kiçildilməsidir və hərfi mənada "kiçik mart" deməkdir.Müasir ənənəyə görə, martın 1-dən başlayaraq ayın birinci hissəsində broş və ya yaxa sancağı kimi kiçik simvolik əşyaların sinəyə taxılması nəzərdə tutulur. Bəzi köhnə ənənələrə görə, martın ilk yeni ayından yerli ictimaiyyət üçün növbəti əlamətdar bayrama qədər bu simvollar taxılmalıdır, bu adət hər yerdə 9 Mart və 1 May arasında ola bilər və ya ərazidən asılı olaraq ilk ağac çiçəkləri açılana qədər davam edə bilər.

09.03.2023

ADU-da

ADU-da "Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə" mövzusunda tədbir keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə" mövzusunda dəyirmi masa keçirilib.Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.ADU-nun rektoru akademik Kamal Abdulla Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərindən danışıb:“Azərbaycanın milli maraqlarının ən önəmli məsələlərindən olan ərazi bütövlüyü strategiyası daim Ulu öndərin diqqət mərkəzində idi. Ulu öndər rəhbərliyinin birinci dövründə Azərbaycanın ərazi bütövlüyü konsepsiyasını işləyib hazırlamış, ikinci dəfə böyük siyasətə qayıdışından sonra bu strategiyanı əməli işdə həyata keçirməyə başlamışdı.”Tədbirin moderatoru, BMR fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli bildirib ki, 2022-ci il sentyabrın 29-u tarixli sərəncamı ilə Prezident İlham Əliyev 2023-cü ili müstəqil Azərbaycanın qurucusu, böyük dövlət və siyasi xadim Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “Heydər Əliyev” ili elan edib. Bununla əlaqədar Azərbaycan Respublikasının hər guşəsində olduğu kimi ADU-da da Ulu öndərin həyat və fəaliyyəti ilə bağlı silsilə tədbirlər keçirilir. Ulu Öndərin çoxşaxəli fəaliyyətində ərazi bütövlüyü strategiyası mühüm yer tuturdu.Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müdiri t.f.d., dosent Xatirə Hacıyeva "Ulu Öndərin ərazi bütövlüyü dövlətçiliyin əsasıdır" strategiyası mövzusunda konsepsiya halında çıxış edərək dahi rəhbərin tarixi ərazilərimizin bərpası uğrunda mübarizəsini mərhələli və sistemli şəkildə təhlil edib. X.Hacıyeva ilk dəfə məhz Heydər Əliyev tərəfindən Xəzərin Azərbaycan sektorunun onun ayrılmaz hissəsi olmasını Konstitutsiyanın 11-ci maddəsinin 2-ci bəndində təsbit olunmasına nail olduğunu qeyd edib. Məhz onun “XIX-XX əsrlər Azərbaycan tarixi yenidən işlənməlidir” konseptindən sonra AMEA-nın Tarix İnstitutunda itirilmiş ərazilərimizin kompleks şəkildə tədqiqinə başlanılıb. Bütün bunlar isə tarixi qayıdış üçün möhkəm elmi konseptual təməl yaratmış oldu.Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müəllimi Sevinc Abbasova “Ulu Öndərin beynəlxalq və regional təşkilatlarda Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsi” mövzusunda çıxış edərək Heydər Əliyevin çıxış etdiyi bütün təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünün həmişə sülh yolu ilə təmin olunmasının tərəfdarı olduğunu qeyd edib. Bundan başqa 1996-cı il dekabrın 3-də ATƏT-in Lissabon sammitində Heydər Əliyevin tarixi çıxışını sammitin tarixinə yazılaraq, Azərbaycanın dünyaya ədalət çağırışı kimi qiymətləndirildiyini nəzərə çatdırıb.Tədbirdə Ulu öndər Heydər Əliyevin fəaliyyət dövrünü əks etdirən, həmçinin Prezident İlham Əliyevin çıxışlarında ibarət video çarxlar nümayiş olunub. 

07.03.2023

ADU-da 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib

ADU-da 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib

Martın 7-də Azərbaycan Dillər Universitetində (ADU) 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.Universitetin rektoru akademik, Xalq yazıçısı Kamal Abdulla xanımları bayram münasibətilə təbrik edərək onlara uzun ömür və cansağlığı arzulayıb. Rektor bildirib ki, Azərbaycan qadınına gənc, üzügülər yaşamaq yaraşır:“İnanıram ki, bizim müəllimlərimiz, tələbə, magistr və doktorantlarımız universitetimizin adını həmişə olduğu kimi bundan sonra da yüksəklərə qadıracaqlar. Əziz qadınlar, əziz xanım tələbələr sizə cansağlığı, könül xoşluğu arzu edirəm”.Tədbir bədii hissə ilə davam edib. Tələbələr müxtəlif dillərdə ana haqqında şeirlər söyləyib, musiqilər səsləndiriblər.Sonda universitetin "Dalğa" rəqs qrupu bir-birindən maraqlı rəqslər nümayiş etdirib.

07.03.2023

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo