ADU-da "Heydər Əliyev - 100. Çin səfərinin tarixi" kitabı təqdim olunub
Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi və Beynəlxalq münasibətlər kafedrasının təşkilatçılığı ilə ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasovun tərtib etdiyi ümummilli lideri Heydər Əliyevin Çin Xalq Respublikasına rəsmi səfərinə həsr olunmuş "Heydər Əliyev - 100. Çin səfərinin tarixi" kitabının təqdimatı keçirilib.Konfutsi İnstitutu tərəfindən nəşr olunan kitabın təqdimatında Çin Xalq Respublikasının Azərbaycandakı səfirinin müavini Din Tao, səfirliyin nümayəndələri və universitetin əməkdaşları, eyni zamanda tələbələr iştirak edib.Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli kitab haqqında ətraflı məlumat verib. Bildirib ki, Ulu öndər Heydər Əliyev Çin Xalq Respublikası ilə uğurlu diplomatik əlaqələr yaratmışdı. Bugünkü geniş əlaqələrin əsası məhz 1994-cü ildə ulu öndərin Çinə olan tarixi səfəri zamanı qoyulmuşdu. ADU-nun rektoru akademik Kamal Abdulla kitabın çap olunmasını yüksək qiymətləndirib. Bildirib ki, ADU ilə Çin Xalq Respublikasının ölkəmizdəki səfirliyi arasında səmərəli əməkdaşlıq mövcuddur. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Çin Xalq Respublikasına rəsmi səfərinə həsr olunmuş kitabda səfərin xronologiyası, Heydər Əliyevin Çinin liderləri və dövlət xadimləri ilə görüşləri və danışıqları, mətbuat konfranslarındakı və Çin iş və elm dairələrinin nümayəndələri qarşısındakı çıxışları, səfər ərəfəsində imzalanan ikitərəfli müqavilələrin mətnləri barədə məlumat verilib.Beynəlxalq münasibətlər kafedrasının müdiri professor Aida Yusifzadə Ulu öndərin hakimiyyətə qayıdışının tarixindən, Azərbaycanın xarici siyasətindən və Azərbaycan-Çin əlaqələrindən danışıb. O, Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutduğu yerin əhəmiyyətini qeyd edib, beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərin tənzimlənməsi və inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin misilsiz siyasəti haqqında ətraflı bəhs edib.Beynəlxalq münasibətlər kafedrasının müəllimləri - dosent Samirə İmanova və dosent Namiq Əsədov kitabın əhəmiyyətindən danışıblar.Təqdimatda həmçinin Ulu öndərin 1994-cü ildə Çinə etdiyi səfəri əks etdirən videoçarx nümayiş olunub.
19.05.2023
ADU-da ağacəkmə aksiyası keçirilib
Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Dillər Universitetində keçirilən silsilə tədbirlər çərçivəsində kollektiv tərəfindən ağacəkmə aksiyası keçirilib. Yaşıllaşdırma aksiyasında ADU-nun rektoru akademik Kamal Abdulla, ADU-nun professor-müəllim heyəti, universitet kollektivi və tələbələr iştirak ediblər. Aksiya ADU-nun əsas tədris binası və Təbriz küçəsi 81 ünvanında yerləşən korpusunda baş tutub. Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm verən Ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ümummilli liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.
19.05.2023
ADU-da “Heydər Əliyev və Azərbaycançılıq” mövzusunda konfrans keçirilib
Mayın 8-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi(BBMM) və Azərbaycan Dillər Universitetinin (ADU) birgə təşkilatçılığı ilə müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və böyük dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar “Heydər Əliyev və Azərbaycançılıq-100” mövzusunda konfrans keçirilib. Konfrans “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli Sərəncamına müvafiq olaraq təşkil olunub.Tədbirdə açılış nitqi ilə çıxış edən ADU-nun rektoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abulla Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərindən danışıb.O diqqətə çatdırıb ki, bu gün Azərbaycanda aparılan multikulturalizm dövlət siyasətinin əsasını Ulu Öndər Heydər Əliyev qoyub. Multikulturalizmin dövlət səviyyəsində həyatımıza, cəmiyyətimizə tətbiqi Ulu Öndərin qəbul etdiyi qərarlardan başlayır. Bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Prezidentin siyasətinin davamı olaraq ölkəmizdə əsrlər boyu formalaşmış tolerantlığın, etnik-mədəni, dini müxtəlifliyin qorunmasını və çiçəklənməsini təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modellərini tədqiq və təşviq etmək məqsədilə 2014-cü ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı. Bu mərkəz vasitəsilə Azərbaycanda multikulturalizm sahəsində bir-birini tamamlayan, sistemli xarakter daşıyan siyasi iradə və onun gerçəkləşməsi proqramı uğurla həyata keçirilir.Tədbirin moderatoru Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının əsrlər boyu təşəkkül tapmış multikulturalizm dəyərlərinə ən yüksək hüquqi siyasi qiymət verib, multikultural cəmiyyətin formalaşdırılmasında müstəsna rol oynayıb. O vurğulayıb ki, Azərbaycan hər zaman çoxmədəniyyətli dövlət, mədəniyyətlərin və dinlərin qovuşduğu bir məkan olub. Bu ənənə dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışı ilə siyasi müstəviyə qaldırıldı və qlobal səviyyədə təbliğ olunmağa başlanıldı. Bu gün isə Azərbaycanın multikulturalizm modeli Ulu Öndər Heydər Əliyevin qurduğu Azərbaycan, onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil siyasəti ilə beynəlxalq arenada öz sözünü deyir və inkişaf edir. Çoxmillətli, çoxkonfessiyalı Azərbaycanda bu gün mədəni, linqvistik, etnik və konfessial rəngarəngliyin qorunması istiqamətində uğurlu dövlət siyasəti həyata keçirilir. Prezident İlham Əliyevin təşəbbüsləri nəticəsində multikulturalizm dövlət siyasətinin ən önəmli istiqamətlərindən birinə çevrilib.Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Milli Məclisin deputatı, ADU-nun prorektoru Tamam Cəfərova, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Azərbaycan İlahiyyat İnstitutunun prorektoru Mirniyaz Mürsəlov, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Bakıdakı Avropa Yəhudiləri İcmasının sədri Aleksandr Şarovski, Rus Provaslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Elnur Əfəndiyev, ADU-nun Regionşünaslıq kafedrasının müdiri dosent Sevdagül Əliyeva, Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili, Azərbaycan-Gürcü Yəhudi İcmasının sədri ravvin Zamir İsayev, Avropa Yəhudilərinin Bakı dini icmasının ravvini Şneor Seqal, Talış icmasının ağsaqqalı İmamverdi Həmidov çıxış edərək Azərbaycançılıq ideyasının yaranması, Azərbaycanda multikulturalizm siyasətinin formalaşması istiqamətində Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi mühüm əhəmiyyətli işlər barədə danışıblar.Tədbirdə etnik və dini icmaların, ali təhsil müəssisələrinin nümayəndələri iştirak edib.
19.05.2023
ADU-da "Heydər Əliyev və Almaniya" adlı tədbir keçirilib
Azərbaycan Dillər Universiteti (ADU) Təhsil 1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının əməkdaşları – fil.f.d., dos. S. Zeynalova, b/m. G. Əhmədova, b/m. S. Məmmədovanın təşkilatçılığı və 114b və 414r qrup tələblərinin iştirakı ilə "Heydər Əliyev və Almaniya" adlı tədbir keçirilib. Tədbirdə ADU-nun rektorunun məsləhətçisi A. Osmanlı, Təhsil 1 fakültəsinin dekanı fil.e.d., prof. F. Cahangirov iştirak ediblər.Kafedra müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Xuraman Əsgərova qonaqları salamladıqdan sonra Azərbaycan və Almaniya arasında münasibətlərin qurulmasında Heydər Əliyevin xidmətlərindən danışıb.Tələbələr Azərbaycanın siyasi və iqtisadi tərəfdaşı olan Almaniyanın ölkəmizlə bağlı əlaqələrindən, Ümummilli Lider Heydər Əliyevin Almaniyaya verdiyi dəyərdən, Almaniyanın müxtəlif sahələri arasında bağlanmış sazişlərdə Heydər Əliyevin rolundan danışıblar.Tədbirdə Heydər Əliyevin Almaniyaya səfərləri ilə bağlı danışılıb, dövlət xadimlərinin Ulu Öndər haqqında söylədikləri xoş sözlər diqqətə çatdırılıb. Həmçinin Ümummilli Liderin müəllifi olduğu kəlamlar alman dilində səsləndirilib, videoçarx nümayiş olunub.Qonaqlar çıxışlarında Almaniya-Azərbaycanın qarşılıqlı münasibətlərindən, Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlığından, qarşılıqlı səfərlər və intensiv parlamentlərarası əməkdaşlıqdan söz açıblar. Eyni zamanda Azərbaycandakı alman koloniyaları, Mingəçevir şəhərində İkinci Dünya müharibəsi zamanı əsir düşmüş almanların kütləvi dəfn olunduğu “Alman qəbristanlığı” adlanan ərazi haqqında məlumat veriblər.Kafedranın dosenti, fil.f.d. E. Yusifov Almaniyadakı hərbi xidmət illərindən, Heydər Əliyevin dünya arenasındakı nüfuzundan danışıb.Bildirək ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq 2023-cü il Azərbaycanda “Heydər Əliyev ili” elan edilib. Bu münasibətlə respublikada, o cümlədən Azərbaycan Dillər Universitetində silsilə tədbirlər keçirilir.
19.05.2023
ADU-da Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib
ADU-nun rektoru, akademik Kamal Abdulla Ulu Öndər Heydər Əliyevin doğma Vətən və xalq qarşısında müstəsna xidmətlərindən, zəngin dövlətçilik təcrübəsinin əhəmiyyətindən danışıb. Bildirilib ki, Azərbaycan xalqının qəlbində Heydər Əliyev sevgisi tükənməzdir:“Ulu öndər Heydər Əliyev haqq dünyasında olsa da, onun işığı bu gün də Azərbaycanın üzərindədir. Bu gün Qarabağda aparılan yenidənqurma, bərpa işləri hamımızı sevindirir, qalib xalq kimi bizi daha da güclü edir. Bu güc, bu inam gələcək işlərimizin daha uğurlu olmasına şərait yaradır.Ulu öndər hər zaman gənclərə inandığını və gələcək inkişafın gənclərlə bağlı olduğunu bildirirdi. O qeyd edirdi ki, gənclər mənim sizə əmanətimdir. Həmin gənclər bu gün Azərbaycanın inkişafı və daha da güclənməsi yolunda yorulmadan çalışırlar. Ulu öndər hər birimizin qəlbində yaşayır, hər birimizin həyatına işıq salır.”Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş müsabiqələrlə bağlı məlumat verilib. Qeyd olunub ki, ADU-da tələbələr arasında keçirilən müxtəlif intellektual və idman növləri üzrə fərqlənən tələbələrə sertifikatlar və pul mükafatları təqdim olunub.Tədbir bədii hissə ilə davam edib.
19.05.2023
ADU -nun müəllimləri “Heydər Əliyev müasirlərinin gözü ilə” adlı tədbirdə iştirak ediblər
Azərbaycan Dillər Universitetinin müəllimləri- Regionşünaslıq kafedrasının müdiri, professor Sevdagül Əliyeva, Fəlsəfə və İctimai Elmlər kafedrasının müdiri dosent Ədalət Abdiyeva və Fəlsəfə və ictimai elmlər kafedrasının dosenti Sevda Məhərrəmova Nardarandakı 295 saylı məktəbdə keçirilən “Heydər Əliyev müasirlərinin gözü ilə” adlı tədbirdə iştirak ediblər.Tədbirdən öncə müəllimlər məktəbin şagirdləri, sinif otaqları və tədris prosesi ilə tanış olublar. Sonra məktəbin foyesində təşkil edilmiş 44 günlük vətən müharibəsi mövzusunda şagirdlərin əl işlərindən ibarət və Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş sərgiyə baxıblar.Məktəbin akt zalında təşkil edilən tədbiri giriş sözü ilə açan məktəbin direktoru Dilarə Cəbrayılova cari ilin Ümummilli lider Heydər Əliyev ili elan edilməsi ilə əlaqədar olaraq məktəbdə bir sıra tədbirlərin keçirildiyini bildirib və keçirilən tədbirin əhəmiyyətindən danışıb:“Ümummilli lider Heydər Əliyev ili elan edilməsi ilə əlaqədar olaraq, bu il məktəbimizdə bir sıra tədbirlər keçirilib. Bu tədbirin isə xüsusi əhəmiyyəti var. ADU-nun rektoru hörmətli akademik Kamal Abdullanın dəfələrlə qonağı olduğu və çox sayda ədəbiyyat və dərs ləvazimatlar hədiyyə etdiyi bu məktəbin şagirdlərinin ADU-nun ixtisasları və fəaliyyəti haqqında müəyyən məlumatları vardır. Bu gün ADU-nun professor müəllim heyətinin məktəbimizə gəlməsi təhsil ocaqları arasında əməkdaşlığı daha da dərinləşdirəcəkdir”.Regionşünaslıq kafedrasının müdiri, professor Sevdagül Əliyeva Azərbaycan Dillər Universitetinin fakültələri, ixtisasları, mövcud olan dil və mədəniyyət mərkəzləri, beynəlxalq əlaqələri, iştirak etdiyi layihələr haqqında məlumat verib. O, qeyd edib ki, şagirdlərin görüşünə gələn qonaqlardan üç nəfəri, məhz Ümummilli Lider Heydər Əliyevin Azərbaycandan kənara təhsil almaq üçün göndərdiyi kadrlardandır.Fəlsəfə və İctimai Elmlər kafedrasının müdiri dosent Ədalət Abdiyeva 1970-1980 –ci illərdə istedadlı və yaxşı oxumuş gənclərin seçilərək keçmiş Sovetlər İttifaqının aparıcı ali məktəblərinə respublikamızda olmayan ixtisaslar üzrə təhsil almaq üçün göndərilməsi prosesi haqqında, təhsil alanlara göstərilən diqqət və qayğıdan danışıb.Fəlsəfə və İctimai Elmlər kafedrasının dosenti Şükufə Cabarova Ümummilli lider Heydər Əliyevin Nadejda İsmayılova ilə müsahibəsi, Moskvadan qayıtdıqdan sonra iqtisadi və sosial imkanları məhdud olan şəraitdə yaşaması, ağır günlərdə xalqının yanında olması, xalqın gələcəyi üçün olan narahatlıqları haqqında məlumat verib.Fəlsəfə və ictimai elmlər kafedrasının dosenti Sevda Məhərrəmova Heydər Əliyevin Azərbaycanda hakimiyyətə ikinci dəfə gəldiyi zaman olan iqtisadi sıxıntılardan, Ulu öndərin bu vəziyyətdən Azərbaycanı çıxarmaq üçün həyata keçirdiyi layihələr, bağladığı müqavilələr və həyata keçirdiyi tədbirlər haqqında danışıb. O, Azərbaycan neftinin dünya bazarına çıxarılnmasının birinci addımı hesab edilən “Əsrin müqaviləsi”nin bağlanmasında Heydər Əliyevin əvəzsiz rolundan söz açıb.Onlar həmçinin şagirdlər tərəfindən ADU- da təhsil və xarici layihələr haqqında verilən sulları cavablandırıblar.Sonda məktəbin direktoru Dilarə Ismayilova Nardaran məktəbinə göstərdiyi diqqət və qayğıya görə ADU-nun rektoru, akademik Kamal Abdullaya və gələn qonaqlara görə təşəkkürünü bildirib.
19.05.2023
ADU əməkdaşları TKTA ekspertləri sırasında
Azərbaycan Respublikası Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin təşkil etdiyi yeni akkreditasiya meyarlarına əsasən keçirilən 3 təlimdə müvəffəqiyyətlə iştirak etmiş və mərhələləri keçmiş ADU əməkdaşlarına üç il müddətində qüvvədə olacaq ekspert sertifikatları təqdim edilib.Azərbaycan ali məktəbləri içərisində ekspert bankına daha çox sayla daxil edilən ADU-dan seçilmiş nümayəndələri:- ADU-nun tədris hissəsinin müdiri, PhD, b/m Şəfəq Şahməmmədova,- Magistratura şöbəsinin müdiri, dos. Firuzə Rzayeva, - Tələbə biliyin qiymətləndirilməsi və monitorinqi şöbəsinin müdiri, PhD Fatma Qurbanzadə,- Keyfiyyətin Təminatı Şöbəsindən Aytac Əsgərova,- Regionşünaslıq kafedrasının müdiri, professor Sevdagül Əliyeva, - Regionşünaslıq kafedrasının dosenti Nigar Əsgərova- İnformasiya Texnologiyaları kafedrasının dosenti Aytəkin İsmayılova,- Xarici dillərin tədrisi Metodikası kafedrasının dosenti Gönül Hacıyeva, - Regionşünaslıq kafedrasının müəllimi, PhD Günay Məmmədova- Azərbaycan Ədəbiyyatı kafedrasının müəllimi, PhD Aynurə Hüseynova- Regionşünaslıq kafedrasının b/m Bəyim Abdullanı təbrik edirik!
19.05.2023
Venesuela parlamentinin nümayəndə heyəti ADU-nun qonağı olub
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla universitetin qonağı olan Venesuela parlamentinin nümayəndə heyəti ilə görüşüb. Nümayəndə heyətini rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnun olduğunu bildirən rektor universitetin geniş beynəlxalq əlaqələrindən danışıb, tədris olunan dillər haqqında məlumat verib. Qeyd olunub ki, ADU-da 20-dən artıq ölkənin dil və mədəniyyət mərkəzi fəaliyyət göstərir. Görüşdə iki ölkə arasında təhsil və elm istiqamətində olan əməkdaşlığa diqqət çəkilib, bu istiqamətdə gələcəkdə addımların atılmasının vacibliyi vurğulanıb.Venesuela parlamentinin İnzibati və xidmətlər daimi komissiyasının sədri Pedro Karreno səmimi qarşılanmaya görə təşəkkürünü bildirib. Təhsil sahəsinin ölkəsi üçün fundamental sahə olduğunu diqqətə çatdıran Pedro Karreno Azərbaycan Dillər Universiteti ilə Venesuelanın aparıcı universitetlərinin əməkdaşlıqla bağlı saziş imzalamasının müzakirə edildiyini bildirib. Qeyd olunub ki, məhz bu əməkdaşlıq nəticəsində tələbə mübadiləsi, Azərbaycan dilinin tədrisi, ədəbiyyat və mədəniyyət sahəsində qarşılıqlı tərcümə işlərinin aparılması mümkün olacaq.Venesuelanın Azərbaycandakı səfiri Kristofer Alberto Martinez Berroteran, parlamentin iqtisadiyyat, maliyyə və milli inkişaf üzrə daimi komissiyasının sədri Jesus Foria müxtəlif sahələr üzrə əməkdaşlığın perspektivlərindən danışıblar.Sonda nümayəndə heyətinin üzvləri ADU-nun tələbələri ilə görüşüb, onların suallarını cavablandırıblar.
19.05.2023
ADU-nun tələbələri film nümayişi üçün Səfirliyə dəvət olunublar
Azərbaycan Dillər Universiteti (ADU) İspan dili Mərkəzi ilə Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyi arasındakı əməkdaşlığa əsasən univeritetin Tərcümə fakültəsi İspan dili ixtisası üzrə təhsil alan tələbələri film nümayişi üçün Səfirliyə dəvət olunublar.Film nümayişində Meksikanın ölkəmizdəki fövqəlada və səlahiyyətli səfiri xanım Mariya Viktoriya da iştirak edib. Nümayişdən sonra xanım Mariya Viktoriya ilə tələbələr arasında film haqqında fikir mübadiləsi olub.
19.05.2023
ADU-da tanıtım xarakterli görüş keçirilib
Mayın 18-də Azərbaycan Dillər Universitetinin Dil Xidmətləri və Təlim Tədris şöbəsinin universitet tələbələri ilə tanıtım xarakterli görüşü keçirilib.Görüşdə Dil Xidmətləri və Təlim Tədris şöbəsinin rəhbəri N. Şirinli, xaricdə təhsil üzrə ekspert M. Nağıyev və Dil üzrə mütəxəssis R. Məmmədova çıxış edərək şöbənin fəaliyyəti haqqında ümumi məlumat verib və tələbələrin suallarını cavablandırıblar.
18.05.2023
ADU-da “Qrammatika Olimpiadası” müsabiqəsi keçirilib
Azərbaycan Dillər Universiteti Müəllim Həmkarlar İttifaqı Komitəsinin maliyyə dəstəyi və İngilis dilinin qramatikası kafedrasının təşkilatçılığı ilə Ümummilli lider H. Əliyevin 100 illik yubileyinə həsr olunmuş Təhsil I və Təhsil II fakültəsinin birinci kurs tələbələri arasında iki mərhələli “Qrammatika Olimpiadası” təşkil olunub.Olimpiadanın birinci mərhələsi 17-20 aprel, ikinci mərhələsi isə 27 aprel tarixində keçirilib. Keçirilən olimpiadanın qalibləri:I yer – Ləman Əbilqasımova Vüqar qızı (106B)II yer – Nigar Həzrətquliyeva Rövşən qızı (101A) İnci Saatova Əzim (ESSEX 13)III yer – Röya İbrahimli Vüsal qızı (ESSEX 13) Nərgiz qasımova Vüqar qızı (103A) Aişə Bayramova Ramil qızı (ESSEX 13) Xədicə Fərəcova İnqilab qızı (ESSEX 13) Sertifikatla təltif olunanlar:1. Səma Hüseynova Emil qızı (111A)2. Züleyxa Kərimli Zaur qızı (111A)3. Fidan Bəkirli Natiq qızı (ESSEX 13)4. Ləman Həsənova Azər qızı (ESSEX 13)5. Günel Adgözəlova Sevindik qızı (102A)6. Aytən Musayeva Alşan qızı (111A)7. Fərqanə Abbasova Rüstəm qızı (109B)8. Samirə Şərifova İlham qızı (120A) Kafedranın müəllimlərində dos. İ. Nuriyeva, b.m. G. Məmmədova, b.m. E. Əliyeva, b.m. S. Rəcova və b.m. R. Əliyeva olimpiadanın təşkil olunmasında fəal iştirak ediblər.Adları yuxarıda qeyd olunan müəllim və tələbə heyətinə ADU MHİK tərəfindən pul mükafatı təqdim olunub.Eyni zamanda İngilis dilinin qrammatikası kafedrasının dosentləri S. Mustafayeva və Ş. Əliyeva qalib olan tələbələrə şəxsi təşəbbüsləri ilə müəllifi olduğu kitabları və ingilis dili üzrə akademik səviyyəli vəsaitləri (TOEFL, Longman English Grammar, Grammar Dimensions, Listening Tactics, Raymond Murphy’s english Grammar) hədiyyə ediblər.
18.05.2023
ADU-nun tələbələri Psixologiya Elmi-tədqiqat İnstitutunda olublar
Azərbaycan Dillər Universitetinin Təhsil 2 fakültəsinin Təhsildə Sosial-Psixoloji xidmət ixtisasının II kurs tələbələri Psixologiya kafedrasının dosenti Ceyhun Alıyevin rəhbərliyi ilə Psixologiya Elmi-Tədqiqat İnstitutunda olublar.Görüşdə Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov və institutun mütəxəssisləri iştirak ediblər. Sədr Elnur Rüstəmov tələbələrə institutun fəaliyyəti, orada aparılan elmi-tədqiqatlarla bağlı ətraflı məlumat verib.Tələbələr institutda “Fuad İbrahimbəyov adına tarix muzey”i ilə, "Beyin və Davranış" laboratoriyası ilə tanış olublar."Virtual Reallıq" aparatının iş prinsipi, elmi-tədqiqat və psixokorreksiya işlərinin aparılmasında faydaları ilə də yaxından tanış olublar.
18.05.2023
ADU-nun tələbələri tərəfindən Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Dillər Universitetinin Səbail rayonu 160 nömrəli Klassik Gimnaziyada təcrübədə olan Təhsil 1 fakültəsinin 407 B və 409 B tələbələri Elvira Quliyeva, Fatimə Süleymanlı, Maya Ağamalıyeva, Şahnaz Əhmədova, Nərmin Maqsudova, Rasimə Cəfərova və məktəbin 3a , 7a və 8a sinif şagirdlərinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra isə Ulu öndər haqqında hazırlanan videoçarx nümayiş olunub.8a sinif şagirdləri Azərbaycan və ingilis dillərində Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolundan, təhsilə göstərdiyi qayğıdan bəhs edən mətnlər səsləndiriblər.Bədii hissədə 7a sinif şagirdləri Azərbaycan və ingilis dillərində şeirlər söyləyib, 3a sinif şagirdləri isə milli rəqslər nümayiş etdiriblər. Tədbir 8a sinifşagirdi Bahar Musayevanın ifasında "Azərbaycan" mahnısı ilə yekunlaşıb.
18.05.2023
ADU-nun təcrübəçi tələbələri tərəfindən Çexiya - Azərbaycan dostluğuna və münasibətlərinə aid tədbir keçirilib
Azərbaycan Dillər Universitetinin (ADU) Namiq Axundov adına 1 nömrəli tam orta məktəbdə Təhsil -1 fakültəsi, metodist Nigar Hüseynovanın rəhbərliyi ilə tələbələr- Nailə Rəfiyeva (403a), Aydan Əzizova (403a), Zivər Məmmədovanın (402b) təşkilatçılığı ilə həmin məktəbdə Çexiya - Azərbaycan dostluğuna və münasibətlərinə aid tədbir keçirilib.Tədbirdə əvvəlcə hər iki ölkənin dövlət himni səsləndirilib.Məktəbin 4, 6, 7-ci sinif şagirdləri Azərbaycanın və Çexiyanın mədəniyyəti, musiqisi, ədəbiyyatı, kulinariyası və idman nailiyyətləri haqqında maarifləndirici məlumatlar verib və hazırladıqları divar qəzetlərini nümayiş ediblər.İngilis dilində keçirilən tədbirdə videoçarxlar da nümayiş etdirilib.Tədbir şəhid Xudayar Yusifzadənin ifasında “Vətən yaxşıdır” mahnısı ilə yekunlaşıb.Pedaqoji təcrübə zamanı nümayiş etdikləri peşəkarlığa görə metodist Nigar Hüseynova, tələbələr Nailə Rəfiyeva, Aydan Əzizova, Zivər Məmmədova məktəbin rəhbərliyi tərəfindən təşəkkürnamə ilə təltif olunublar.
18.05.2023
ADU-nun təcrübəçi tələbələri tərəfindən tədbir keçirilib
Azərbaycan Dillər Universitetinin (ADU) Nəsimi rayonunda general-leytenant Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbdə pedaqoji təcrübədən olan 411A qrup tələbələri tərəfindən “Dostluğun həyatımızda olan rolu” mövzusunda tədbir keçirilib. Tədbir 411A qrup tələbələri Arzu Orucova, Humay Aydınova və məktəbin 7C sinif şagirdlərinin iştirakı ilə həyata keçirilib.Onlar dostluğa aid şeirləri və mahnıları ingilis dilində səsləndirib, mövzu ilə bağlı tanınmış şəxslərin kəlamlarını nəzərə çatdırıb, atalar sözləri söyləyiblər. Eyni zamanda mövzu haqqında təqdimat nümayiş olunub. İngilis dilində təşkil olunan tədbirdə metodist Afət Namətova, müəllim Mehparə Əliyeva, psixoloq Tahirə İbrahimova, məktəb rəhbərliyi - direktor Aytən Baxşiyeva, direktor müavini Sevinc Əliyeva, tərbiyə işləri üzrə baş müəllim Safura İbrahimli, 7C sinif rəhbəri Sevinc Babayeva, fənn müəllimləri, şagirdlərin valideynləri və digər üç sinif (7"B", 8"C" və 5"C") iştirak ediblər. Tədbirin sonunda tələbələr pedaqoji təcrübə keçmək imkanına görə ADU-nun rektoru akademik Kamal Abdullaya, pedaqoji təcrübənin dekanı Məmməd İsmayılova, pedaqoji təcrübə zamanı yaradılan şəraitə görə isə məktəbin direktoru Aytən Baxşiyevaya minnətdarlığını bildiriblər.
18.05.2023
Bizimlə əlaqə