ADU- 75: Ali təhsil müəssisələrində tərbiyənin psixoloji xüsusiyyətləri
Yaş xüsusiyyətlərindən və cinsi fərqlərdən asılı olaraq ali məktəbdə tərbiyənin təsir vasitələrinin auditoriya və auditoriyadankənar hazır modelləri yoxdur. Hətta bəzən belə səslər eşidilir: bu yaşda insanların tərbiyəyə ehtiyacı varmı? Bu suala cavab ondan ibarətdir ki, əgər biz ali məktəbdə tərbiyənin tələbə şəxsiyyətinin özünütəkmilləşdirmə prosesi kimi başa düşsək, onda təhsil paradiqmasında bu suala müsbət cavab vermək olar. Məsələ təkcə tələbələrin dünya görüşünü və peşə bacarıqlarını formalaşdırmaq deyil, həm də tələbə şəxsiyyətinin inkişafını müəyyən mədəniyyət amilləri ilə qarşılıqlı təsiri kimi pedaqoji prosesə daxil etmək lazımdır.Böyük rus pedaqoqu K.D.Uşinski qeyd edirdi ki, şəxsiyyəti tərbiyə etmək üçün şəxsiyyət, xarakteri tərbiyə etmək üçün xarakter vacibdir. Bu tərbiyə prosesi ali təhsil müəssisələrində rektor-müəllim, rektor-tələbə, müəllim-tələbə, tələbə-tələbə şəxsiyyətinin məqsədyönlü formalaşmasını özünü inkişaf və özünütəkmilləşdirmə istiqamətlərini müəyyən edir.Tələbəyönümlü təhsil, şəxsiyyətin inkişafında və formalaşmasında müəllim-tələbə münasibətlərində müəllimin aktivliyi heç də tələbənin fəallığından zəif olmamalıdır. Özünütəkmil və özünümükəmməlləşdirmədə şüurun fəallaşmasında motivləşdirən mövqe müəllimə aiddir. Ona görə ki, tələbənin şəxsiyyət kimi formalaşmasında müəllim amili onun öz imkanlarını dərk etməyə, onun idraki fəaliyyətinin istiqamətini müəyyən etməyə yönəlib və bu davranışın moderatoru müəllimdir.Azərbaycan Dillər Universitetində tələbə şəxsiyyətinin inkişafında və formalaşmasında çox emosional bir müstəvi gender xüsusiyyətidir və bu daim diqqət mərkəzində saxlanılan amildir.Bunlardan biri tələbə şəxsiyyətinin inkişafında tərbiyəvi təsir vasitəsi kimi rektor akademik Kamal Abdulla tərəfindən təklif edilmiş bir sıra proyektlər auditoriyalarda, zallarda, kitabxanalarda, kafedralarda tez-tez müsahibə obyektinə çevrilir. 44 günlük Zəfərə layiq xalqa xas olan mədəniyyətin tərbiyəsini nəzərdə tutan çox geniş pedaqoji platformadır. Zəfərə layiq xalqa xas olan mədəniyyət, zəfər mədəniyyəti kimi anlayışlar ali məktəb auditoriyasında dövriyyəyə Kamal Abdulla tərəfindən daxil edilmişdir. Zaman etibarı ilə Zəfər müharibəsindən bu günə qədər hər gün bu siyasi təntənənin pedaqoji platformada icrası qarşılıqlı münasibətlər çərçivəsində tələbə şüurunun məzmununa çevrilir. Zəfər – Vətənpərvərlik tərbiyəsi üçün əla nümunədir. Dövlətçilik, vətəndaşlıq, namus, Vətən qeyrəti, torpaq sevgisi, Vətənə məhəbbət hissinin Prezident modeli Zəfərin məzmununu təşkil edir. Onun pedaqoji platformada həllini akademik Kamal müəllim 3 pedaqoji istiqamətdə müəyyənləşdirib və ona görə bütün strukturlar bu vəzifənin yerinə yetirilməsinə cəlb edilib.Zəfər mədəniyyəti və mədəniyyətə layiq xalq fikri pedaqoji platformada – a) təşkilinə, b) qiymətləndirilməsinə, c) nizam-intizamlı təsirinə görə auditoriyalarda, H.Əliyev adına muzeydə, Multikulturalizm zalında, kitabxanada təşkil edilmiş müsahibələr vasitəsi ilə pedaqoji şüura yeridilir. İcra, rektor-müəllim-tələbə müstəvisində müzakirə, mənimsəmə, əxlaqi davranışa çevrilmə səviyyəsində tələbələrin ciddi emosional çıxışları vasitəsi ilə həyata keçirilir. Zəfər mədəniyyəti tələbə şəxsiyyətinin inkişafında onun şüurunun fəal davranış modelinin informasiya dayağına çevrilir, buna səbəb zəfər mədəniyyəti anlayışının yeni bilik kimi qarşılıqlı təsirin nəticəsi olmasıdır. İkinci növ tərbiyəvi təsir vasitəsi Zəfər mədəniyyətinin qiymətləndirilməsidir. Rektor-müəllim-tələbə qarşılıqlı münasibətlərində bu mərhələ tələbə dünyagörüşünün, əqidəsinin formalaşmasında zəfərin tələbə-gəncin şüurunda, torpağa sevginin, Vətənə məhəbbətin, ərazi bütövlüyünün, mübarizliyin yenidən yaradılaraq-anlanılaraq tələbənin şüurunda bu dəyərlərin qiymətləndirilməsidir. Zəfər mədəniyyəti ilə bağlı keçirilən məqsədyönlü tədbirlərdə fəallıq tələbələr tərəfindən stimullaşdırılır. Ən emosional davranış isə Universitetin tələbələrinin 96%, professor-müəllim heyətinin 89% təşkil edən xanımların hadisəyə münasibətidir, bu Zəfər mədəniyyətinin mənalandırılması mərhələsidir. Zəfər mədəniyyətinin tələbə şəxsiyyətinin şüurun zənginləşməsində gender məsələsinin emosional vəziyyətini son ilin müşahidələri bizə bunu deməyə əsas verir ki, qarşıya qoyulmuş məqsədlərə birgə fəaliyyət nəticəsində çata bilirik, çünki istək və arzu bu mədəniyyət mənimsənilməsini stimullaşdırır.Zəfər mədəniyyətinin aşılanmasında 3-cü mühüm təsir modeli nizam-intizam təsiri bağışlayan nümunələrdir. Tələbə-gənclərin, xüsusilə qızların bu mədəni modeli qavramaq üçün təşəbbüslərinin bu gün auditoriyalarda şahidi olmaq olar. Tələbə gənclər – qızlar, xarici dildə, nitq fəallıqlarında Zəfər mədəniyyətinin müxtəlif aspektlərini ünsiyyət dövriyyəsinə daxil etməklə şəxsiyyətlərini təsbit etmiş olurlar. Hər üç təsir vasitəsinin pedaqoji platformada icra olunmasında tələbələr müəssisə rəhbərliyinin diqqətini cəlb etməyə çalışmasını biz psixoloji faktor kimi müsbət qiymətləndiririk.Auditoriyalarda, akt zallarında mənimsənilmiş nümunələrin tələbə yaradıcılığında ifadə formalarını tez-tez müşahidə edirik. Daha nümunəvi, nizam-intizamlı xarakterli tərbiyəvi qız davranışları bizə belə qənaətə gəlməyə imkan verir ki, deyək ki, qız tərbiyəsinin sosial ustanovkaları gender məsələsinin tələbatı ilə bağlıdır. Fərqlənmək, ifadə olunmaq, tərbiyəvi davranışın gender xüsusiyyətlərindən asılı olaraq ifadə forması taparaq qiymətləndirilmək gənclik yaşa xas olan davranışdır. Tərbiyənin tələbatı kimi gender xüsusiyyətlərini motivləşdirməsinin auditoriyalarda kontekstual həllini tapmaq və qiymətləndirmək müəssisə rəhbərinin gündəlik və ən emosional qayğısıdır və bu qiymətləndiməni tələbə-gənclik rektordan gözləyir və qarşılığını tələbə və müəllim kollektivi səviyyəsində şəxsiyyətinin təsbitinə yönəlmiş cəhdlərlə alır.Bu o deməkdir ki, tərbiyəvi təsir vasitələri emosionallığı, maraq dairəsi, yaş xüsusiyyətlərini özündə inikas etdirməklə tərəf müqabildə müvafiq fəallıq üçün pedaqoji mövqe formalaşdıra bilib. Biz tək bir platformada tələbə şəxsiyyətinin inkişafı kimi tərbiyənin mövqeyini müəyyən etməklə, onun psixoloji mexanizmini də aşkarlaya bildik.Pedaqoji platformada tələbə müstəqilliyinə, təşəbbüskarlığına, baş verən idraki hadisəyə münasibəti üçün geniş meydan verilməsi, özünəinamın yaradılmasına, özünüqiymətləndirmə kimi meyarların formalaşmasına səbəb oluruq. Ona görə Universitetdə yaradılmış digər bir davranış tərzi tələbə fəallığının, özünəinamın tərbiyəsində onun müstəqilliyinə verilən qiymətdir. Bu platforma prezidentimiz İlham Əliyevin gəncliyə qayğısına əsaslanıb Universitet rektorunun həyata keçirdiyi “Bir günlük Xəlifə” və fəal tələbələrin Universitetin rəsmi strukturlarında dekan müavini, mütəxəssis kimi əmək fəaliyyətinə cəlb edilməsində tələbə şəxsiyyətinin təsbitini özünə hörmət hissinin formalaşdırılmasının, stimullaşdırılmasıdır. Bu gün ADU-nun hər bir tələbəsi Universitet deyilən əmək bazasında yer üçün motivləşdirilib və rektorun bu sahədə sözü bütövlüyü tələbələrdə qarşılıqlı inamı artırıb.Azərbaycan Dillər Universitetinin laboratoriyalarında, muzey-zallarında, iri və kiçik akt zallarında Vətənpərvərlik, Dövlətçilik, Vətəndaşlıq mövqelərinin təsbiti ilə bağlı qız tələbələrin aktiv sosial davranışlarının şahidi oluruq. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar keçirilən tədbirlərdə, dəyirmi masalarda, seminarlarda tələbələrin fəal, yaradıcı iştirakının şahidi oluruq. Dövlətçilik, vətənpərvərlik, vətəndaşlıqla bağlı irsin mənimsənilməsində tələbə gənclərin təxəyyül obrazlarının və fantaziyalarının şahidi oluruq. Hər gün çox emosional coşqu ilə həyata keçirilən bu tədbirlərin tərbiyəvi təbiəti bizə onu deməyə imkan verir ki, deyək ki, Ali məktəbdə tərbiyə - tələbatdır. Onun müvəffəqiyyəti tələbə şəxsiyyətinin anlanılmasından və qiymətləndirilməsindən asılıdır. Tələbə şəxsiyyətinin tərbiyəsində özünəinamın və özünütəkmilləşdirmənin stimullaşdırılması tələbə şəxsiyyətinin müstəqilliyinin formalaşması istiqamətində atılmış pedaqoji yönümlü addımlardır. Misgər Məmmədov,ADU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent
24.05.2023
Şimali Qafqaz Federal Universitetinin rektoru ADU-nun qonağı olub
Şimali Qafqaz Federal Universitetinin rektoru Dmitriy Nikolayeviç ADU-nun qonağı olub. ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib.Qeyd olunub ki, ADU-da müxtəlif ölkələrin dil və mədəniyyət mərkəzləri fəaliyyət göstərir, müəllim və tələbələr bu mərkəzlərdə öz bilik və bacarıqlarını artırırlar. Bildirilib ki, universitetlər arasında əməkdaşlığın perspektivləri və inkişafı baxımından kifayət qədər əlverişli imkanlar mövcuddur. Bu imkanlar hər iki universitetin elmi və təcrübi mübadiləsi üçün yeni yollar açmış olur:“Rusiyada fəaliyyət göstən bir sıra ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq əlaqələrimiz mövcuddur. İnanıram ki, Şimali Qafqaz Federal Universiteti ilə də yüksək səviyyədə əməkdaşlığımız olacaq. Şimali Qafqaz Federal Universitetində Azərbaycan dili mərkəzinin fəaliyyət imkanlarını birlikdə dəyərləndirə bilərik. Bu əməkdaşlığımıza müsbət təsir göstərməklə yanaşı, əlaqələrimizin daha da yaxınlaşmasına töhfə vermiş olardı”. Şimali Qafqaz Federal Universitetinin rektoru Dmitriy Nikolayeviç səmimi qarşılanmaya və qonaqpərvərliyə görə universitet rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib. Qeyd olunub ki, ADU ilə əməkdaşlıq imkanları olduqca müsbət dəyərləndirilir.Bildirilib ki, Azərbaycanda rus dilinə olan diqqət və qayğı özünü bütün sahələrdə yüksək səviyyədə göstərir. Bu da Azərbaycanı dil qoruyucusu bir ölkə kimi xarakterizə etməyimizə əsas verir.Görüş gələcək əməkdaşlığın yeni perspektivləri ətrafında müzakirələrlə davam edib.
24.05.2023
Türkanə İbrahimovanın və Vüsalə Nəbiyevanın seminar müzakirələri keçiriləcək
30 may 2023-cü il tarixində saat 14:30-da Heydər Əliyev muzey-lektoriyasında ADU-nun nəzdində fəaliyyət göstərən Elmi Seminarının iclasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Qərbi Kaspi Universitetinin “İngilis dili və ədəbiyyatı” kafedrasının doktorantı Türkanə Tofiq qızı İbrahimovanın 5718.01 – Dünya ədəbiyyatı (ingilis ədəbiyyatı) ixtisasında “Uinston S.Çörçillin memuar irsi dövrün bədii-sənədli salnaməsinin yaradılması təcrübəsi kimi” və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Dünya ədəbiyyatı və komparativistika” şöbəsinin dissertantı Vüsalə Fərhad qızı Nəbiyevanın 5718.01 – Dünya ədəbiyyatı (ingilis ədəbiyyatı) ixtisasında “Meri Styuartın tarixi əsərlərində ümumbəşəri problemlər” mövzularında təqdim etdikləri dissertasiya işlərinin seminar müzakirələri keçiriləcəkdir.5718.01 – Dünya ədəbiyyatı ixtisası üzrəElmi Seminar
23.05.2023
ADU-nun əməkdaşları mədəni-maarif tədbirində
20-21 may 2023-cü il tarixlərində "Rusiyaşünaslıq" mərkəzinin əməkdaşları, Filologiya və Təhsil - 2 fakültələrinin rus dili müəllimləri, eləcə də Azərbaycan Dillər Universitetinin tələbələri, “Total imla” vətəndaşların dil mədəniyyətinə dəstək fondunun təşkilatçılığı, “Амбассадоры русского языка” layihəsi çərçivəsində təşkil olunmuş mədəni-maarif tədbirlərində iştirak ediblər.Tədbirlər funksional savadlılıq səviyyəsini, rus dili və ədəbiyyatına olan marağı artırmaq məqsədi daşıyan “Амбассадоры русского языка” maarifləndirici proqram Bakıdakı Rus Evində keçirilib.Proqram çərçivəsində Prezident Şurasının rus dili üzrə üzvü, "Грамота.ру" portalının baş redaktoru Vladimir Pakhomovun "Какими будут новые правила русской орфографии?" mövzusunda məruzəsi dinlənilib, rus dili və ədəbiyyatı mövzusunda informativ sorğu keçirilib. Viktorinanın nəticələrinə görə komanda "YES!" - ADU-nun Rusiyaşünaslıq mərkəzi ikinci yeri tutub.Həmçinin nasir, redaktor və “Перевал дятлова, или Тайна Девяти” romanlarının müəllifi Anna Matveyeva ilə yaradıcılıq görüşü keçirilib.Tədbir iştirakçıların müzakirəsi ilə başa çatıb.
23.05.2023
ADU-da “ABŞ-da təhsil” sərgisi keçirilib
Mayın 20- də Azərbaycan Dillər Universitetində (ADU) ABŞ-da Təhsil Bürosu, ABŞ-ın Azərbaycandakı Səfirliyi, Beynəlxalq Təhsil üzrə Amerika Şurası və Bakı Amerika Mərkəzinin təşkilatçılığı ilə “ABŞ-da təhsil” sərgisi keçirilibSərgi zamanı 34 universitet və 8 təqaüd proqramı təqdim olunub. İştirakçılar ABŞ təhsilli məzunlar ilə həmsöhbət olmaqla yanaşı, həmçinin, ABŞ-da universitet proqramları, müraciət prosedurları, qəbul tələbləri və təqaüd imkanları haqqında daha ətraflı məlumat alıblar.Azərbaycan Dillər Universitetinin Elmi işlər üzrə prorektoru Novruz Məmmədov və ABŞ-ın Azərbaycan Respublikasındakı müvəqqəti işlər üzrə vəkili cənab Hüqo Qevarasərginin fəxri qonaqları olub.Prorektor Amerika-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb. Təhsilin, xüsusən də ABŞ-da təhsilin əhəmiyyətindən danışıb, hər kəsə uğurlar arzulayıb. Cənab Hüqo Qevara da, öz növbəsində çıxış edərək ABŞ-Azərbaycan dostluğunu vurğulayıb, ADU-nun rektoru akademik Kamal Abdullaya sərginin keçirilməsində ev sahibliyi etdiyi üçün təşəkkürünü bildirib. Cənab Qevara ABŞ universitetləri və təqaüd proqramlarının təmsilçiləri ilə görüşüb, sərgiyə gələnlərlə həmsöhbət olub. O, həmçinin ABŞ-da təhsil almağı planlaşdıran hər kəsə uğurlar arzulayıb.Sərgi zamanı iştirakçılar bir sıra universitetlərə virtual ekskursiya edib, həmçinin, müsabiqələrdə iştirak edərək hədiyyə qazanmaq şansı da əldə ediblər.
23.05.2023
Polşalı müəllim tərəfindən ADU tələbələrinə onlayn dərs keçirilib
Azərbaycan Dillər Universiteti Təhsil -1 fakültəsinin dekanı professor Fikrət Cahangirovun təşkilatçılığı ilə erasmus + programı çərçivəsində Polşanın Konin Dövlət Tətbiqi Elmlər Universitetinin (State University of Applied Science in Konin) müəllimi Karina Zewieja Zurowska tərəfindən onlayn dərs keçirilib “Non verbal communication” mövzusunda keçirilən dərsdə Polşada və Azərbaycanda oxşar və fərqli cəhətlərinin müzakirəsi aparılıb. Karina Zewieja Zurowska tələbələrə mövzu ətrafında suallar ünvanlayıb.Dərsin mövzusuna uyğun slaydlar nümayiş olunub.Dərsdə M21-106 qrupunun tələbələri- Nəcibə Qafarlı, Mədinə Hacıbabayeva, Səadət Məmmədova, Fidan Məhərrəmova müzakirədə aktiv iştirak ediblər.
23.05.2023
ADU-nun müəllimi tərəfindən Polşada Heydər Əliyevin həyat və fəaliyyəti haqqında açıq dərslər keçirilib
15-19 may tarixlərində Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin Regionşünaslıq kafedrasının müəllimi Fidan Ələsgərovanın ERASMUS+ proqramı çərçivəsində Polşa Respublikasının Konin şəhərindəki ANS (Akademia Nauk Stosowanych w Koninie) universitetində Heydər Əliyevin həyat və fəaliyyəti haqqında açıq dərsləri baş tutub. Dərslər universitetin Praktiki İngilis dili fakültəsi (Practical english) və Media və biznes üzrə xarici dillər fakültəsinin (Foreign Languages in Media and businnes faculty) tələbələri üçün keçirilib.Fidan Ələsgərova əvvəlcə ANS universitetinin prorektoru Karina Zurowska və Erasmus üzrə Beynəlxalq Əməkdaşlıq Kordinatoru Bozena Miastkowska ilə görüşüb.Görüş zamanı o, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı ölkəmizdə keçirilən tədbirlər, Heydər Əliyevin yadda qalan fəaliyyəti haqqında məlumat verib.O, həm Praktiki İngilis dili fakültəsi üzrə bakalavr I kurs tələbələrinə “Uğur” və Azərbaycan mədəniyyətinin dünyada tanıdılması ilə bağlı “Sarı gəlin” mövzusunda praktik dərs keçib, həm də magistr pilləsi I kurs tələbələri üçün Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar açıq dərs keçib.Fidan Ələsgərova Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə Azərbaycan xalqını xaos rejimindən xilas edib hər sahədə inkişaf etmələri naminə atdığı mütərəqqi addımları, həmçinin Çin və Türkiyə ilə müxtəlif sahələrdə, eyni zamanda media sahəsində əməkdaşlığı auditoriya iştirakçılarının nəzərinə çatdırıb. Xarici tələbələr- Adam Siwek, Gabriela Janiak, Wiktor Szumigalski və digərləri verilən suallara həvəslə cavablandıraraq dərsdə aktiv iştirak ediblər. Müəllim Fidan Ələsgərovanın dərslərində professor Marcin Trojsczak və Erasmus üzrə Beynəlxalq Əməkdaşlıq Kordinatoru Bozena Miastkowska da iştirak edib, dərslə bağlı xoş təəssüratlarını bölüşüblər. Onlar növbəti il Erasmus + proqramı çərçivəsində öz tələbələrinin Azərbaycan Dillər Universitetində keçirilən dərslərdə iştirak etmək üçün həvəsli olduqlarını vurğulayıblar.
23.05.2023
ADU-da “Heydər Əliyev və Azərbaycanın Türk dünyası ilə inteqrasiyası” mövzusunda açıq dərs keçirilib
Mayın 22-də Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər kafedrasının dosenti Emil Qasımovun “Heydər Əliyev və Azərbaycanın Türk dünyası ilə inteqrasiyası” mövzusunda açıq dərsi keçirilib. Dosent Emil Qasımov Heydər Əliyevin Azərbaycanın Türk dünyası ilə inteqrasiyası istiqamətində həm ikitərəfli, həm də çoxtərəfli istiqamətdə münasibətlərinin formalaşmasındakı rolu haqqında geniş məruzə edib. Xüsusilə çoxtərəfli əməkdaşlıq istiqamətində Türk dövlət başçılarının Zirvə görüşü və TÜRKSOY çərçivəsində H. Əliyevin fəaliyyəti qeyd olunub.Məruzəçi Heydər Əliyevin dövründə Azərbaycanın Türk dünyası ölkələri ilə əlaqələr yaratdığını tələbələrin diqqətinə çatdırıb. Tələbələrin Heydər Əliyevin diplomatik fəaliyyəti haqqında sualları ətrafında fikir mübadiləsi aparılıb.Dərs Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı tədbirlər planına əsasən keçirilib.
23.05.2023
HEYDƏR ƏLİYEV 100. Sitatlar və kəlamlar adlı tədbir keçirilib
Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı 2023-cü il Azərbaycan Respublikasında “Heydər Əliyev ili” elan olunmuşdur. Bu münasibətlə Respublikamızda, o cümlədən universitetimizdə silsilə tədbirlər keçirilməkdədir.Növbəti dəfə Azərbaycan Dillər Universitetinin Təhsil 1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının təşkilatçılığı ilə “HEYDƏR ƏLİYEV 100. Sitatlar və kəlamlar” adlı tədbir keçirilib.Tədbirdə ADU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, professor-müəllim heyəti və tələbələr iştirak edib.Tədbir “HEYDƏR ƏLİYEV 100. Sitatlar və kəlamlar” adlı kitabın təqdimatı ilə başlanıb. Təhsil 1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, fil.f.d., dos. X.S.Əsgərova Təhsil 1 fakültəsində “Alman dili ixtisası” üzrə təhsil alan tələbələrin səyi nəticəsində ərsəyə gələn kitab haqqında məlumat verib və onu ideya müəllifi və ilk oxucusu kimi universitetin rektoru akademik Kamal Abdullaya təqdim edib.Tədbirdə Ümummilli lider Heydər Əliyevin müxtəlif mövzularda çıxış və məruzələrindən ibarət videoçarx nümayiş olunub. Həmin sitat və kəlamlar tələbələrin ifasında alman dilində sələndirilib.Universitetin rektoru akademik Kamal Abdulla iştirakçı tələbələrə təşəkkürnamə təqdim edib.
23.05.2023
ADU-da "Davranış pozuntusu olan, emosional və sosial ehtiyaclı şagirdlərlə işin təşkili" mövzusunda təlim keçirilib
Mayın 22-də Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzində kafedranın müəllimi Günay Seyidovanın spikerliyi ilə "Davranış pozuntusu olan, emosional və sosial ehtiyaclı şagirdlərlə işin təşkili" mövzusunda təlim keçirilib.Seminar "Leykamiya ilə mübarizə" İctimai Birliyinin könüllüləri və valideynlər üçün nəzərdə tutulub.Təlimdə davranış pozuntularının növləri, yaranma səbəbləri və aradan qaldırılma yolları haqqında məlumat verilib.Seminarda iştirakçılar arasında müzakirələr olub, fikir mübadiləsi aparılıb.
22.05.2023
ADU-nun tələbələri Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər
Azərbaycan Dillər Universiteti Təhsil 2 fakültəsinin “Heydər Əliyev ili” ilə bağlı tədbirlər planına əsasən Psixologiya kafedrasının kafedra müdiri dosent Şəlalə Babayeva və kafedranın müəllimi Əminə Qubadovanın təşkilatçılığı ilə 219 a və b qrup tələbələri “Heydər Əliyev Mərkəzi”nə ekskursiya ediblər.Eskursiyada tələbələr müxtəlif eksponatlarla tanış olub, müzakirlər aparıblar.
22.05.2023
ADU-da Serb dili və mədəniyyəti mərkəzinin yaranmasından 5 il ötür
Azərbaycan dilinin siyasi nüfuzu yeni dövrdə sürətlə yüksəlir. Müstəqillik şəraitində dövlət dilinin yüksəlişi sahəsində görülən işlər ciddi tarixi bazaya arxalanır.Bu gün Azərbaycan dilinin tədrisi ilə bağlı dünyanın bir sıra nüfuzlu elm ocaqlarında təqdirəlayiq işlər görülmüşdür.Əlbəttə ki, bu məqamda Azərbaycan Dillər Universitetinin xarici universitetlərlə birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsini vurğulamaq yerinə düşərdi.Xaricdə Azərbaycan mədəniyyətinin və dilinin tədrisi məqsədilə ADU-nun rektoru akademik Kamal Abdullanın təşəbüsü ilə dünyanın bir çox öncül universitetlərində Azərbaycan dili və mədəniyyəti mərkəzləri yaradılmışdır.Bu mərkəzlərin əsas məqsədi bütün dünyada Azərbaycan dilinin təşviqi, Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə tanınmasına dəstək olmaq, eləcə də Azərbaycanın bugünkü simasının mədəni həyatı və açıq cəmiyyəti haqqında informasiyalar vasitəsi ilə təqdim olunmasına nail olmaqdır.2018-ci il aprelin 26-da Belqrad Universitetinin filologiya fakültəsində fəaliyyətə başlayan “Azərbaycan dili və mədəniyyəti mərkəzi” və həmin il mayın 21-də qarşılıqlı olaraq, ADU-da “Serb dili və mədəniyyəti mərkəzi” nin yaranmasından artıq 5 il ötür.Dövlətlərarası münasibətlərin dinamik şəkildə yüksələn xətlə inkişaf edərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi və siyasi əlaqələrlə yanaşı, iqtisadi, mədəni, humanitar və digər sahələrdə də fəal əməkdaşlığın formalaşmasında və inkişafında hər iki mərkəzin fəaliyyəti əvəzsizdir. Mərkəzlər 5 il ərzində bir çox tədbirlərə, simpoziumlara, konfranslara, müdafiələrə, kitab təqdimatlarına və bir çox önəmli tədbirlərə ev sahibliyi etmişdir.Universitetlərarası fəal əlaqələr həmçinin müəllim tələbə mübadiləsində də özünü göstərir.Hər iki universitetin müəllimləri 5 il ərzində müvafiq olaraq Bakıda, Belqradda akademik ezamiyyətdə olublar. Bu günə qədər 10 a yaxın tələbə dövlət proqramı çərçivəsində Serbiyada təhsil almaq şansı qazanıb. Onlardan bəziləri artıq təhsilini başa vurub, bəziləri isə hələ də təhsilini davam edirlər.Hər iki ölkənin dilinin və mədəniyyətinin təbliği çərçiçivəsində, eləcə də, hər iki xalqın milli dəyərlərinin tanıtdırılmasında mərkəzlərin rolu xüsusi əhəmiyyətə malikdir.Serb dili və mədəniyyəti mərkəzinin rəhbəri filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Məcidova və Azərbaycan dili və mədəniyyəti mərkəzinin rəhbəri Günel Babanlının nəzarəti ilə hər iki mərkəz bərabərhüquqlu tərəfdaş kimi, müxtəlif milli və regional mədəni adət-ənənələrin qəbul olunmasına köməklik edilməsi və iki dövlətin bir-birinin mədəniyyətinə qarşı olan tolerantlığının artırılması üçün mütamadi olaraq çalışır.
22.05.2023
Birləşmiş Ərəb Əmirliklərinin səfiri ADU-nun qonağı olub
Mayın 22-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi ilə görüşüb.ADU-nun rektoru, akademik Kamal Abdulla səfiri salamlayıb, onu universitetdə görməkdən məmnun olduğunu bildirib.Görüşdə Ərəb dilinə olan maraq haqqında danışılıb, ərəb dilinin tədrisi istiqamətində yeni addımların atılacağı diqqətə çatdırılıb. Qeyd olunub ki, ADU-da Ərəb dili və mədəniyyəti mərkəzinin açılması istiqamətində bir sıra mühüm addımlar atılıb. Bildirilib ki, mərkəzin açılışından sonra əməkdaşlıq daha sıx və səmərəli olacaq, tələbələr üçün yeni imkanlar yaranacaq:“Bizim üçün Azərbaycan Dillər Universiteti olaraq önəmli məsələlərdən biri də budur ki, ərəb həmkarlarımızla həm müəllimlər, həm də tələbələr səviyyəsində əlaqələrimiz olsun. Həmçinin biz öz imkanlarımız hesabına ADU-da fəaliyyət göstərəcək Ərəb mədəniyyəti mərkəzini əməkdaşlıq etdiyimiz bölgə məktəbləri ilə də tanış etməyə çalışacağıq. Ümid edirəm əməkdaşlıq çərçivəsində imzaladığımız müqavilədə qeyd olunan layihə və tədbirlərin həyata keçirilməsi münasibətlərimizin möhkəmlənməsinə və inkişafına müsbət təsir göstərəcək”.Fövqəladə və səlahiyyətli səfir Məhəmməd Əl Bluşi dəvət üçün ADU-nun rektoruna təşəkkürünü bildirib, universitetdə ərəb dilinə olan marağı yüksək qiymətləndirib. İlk görüşdən sonra əldə olunan müsbət nəticələrdən danışan səfir bundan sonra da əməkdaşlığın yüksələn xətlə inkişaf edəcəyini bildirib. ADU-da fəaliyyət göstərəcək Ərəb dili və mədəniyyəti mərkəzi haqqında danışan səfir müəllim və tələbələr üçün perspektivlərin yüksək səviyyədə olduğunu söyləyib.Görüş gələcək fəaliyyətin yeni istiqamətlərinin müzakirəsi ilə davam edib.
22.05.2023
ADU-nu tələbələri tərəfindən "Autizmli şəxslərlə bir gün" adlı layihə reallaşıb
Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının müəllimi Samirə İbrahimovanın təşəbbüsü ilə Təhsil 2 fakültəsinin 223 a qrupunun tələbələri "Autizmli şəxslərlə bir gün" adlı irəli sürdüyü layihəni uğurla reallaşdırıblar.Tələbələr "Birgə və Sağlam" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Autizm Mərkəzini, Kaşalata kafeni ziyarət ediblər. Onlar mərkəzin, emalatxananın autizmli üzvləri ilə yaxından tanış olub, onlarla maraqlı gün keçiriblər.Qeyd edək ki, layihənin məqsədi tələbələrin autizmli həmyaşıdları ilə ünsiyyətini tənzimləmək və autizmli şəxslərə düzgün münasibəti aşılamaqdır.
22.05.2023
Sumqayıt şəhərində “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda regional konfrans keçirilib
Sumqayıt şəhərində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda regional konfrans keçirilib. Konfransda ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, ATİAHİ-nin Sumqayıt şəhər, Abşeron, Xızı, Qubadlı, Laçın, Zəngilan rayon komitələrinin sədrləri və həmkarlar ittifaqı fəalları iştirak edib. İclasda çıxış edən ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə bildirib ki, Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Bununla əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzvü olan sahə həmkarlar ittifaqları da müvafiq tədbirlər planı tərtib etmiş və həyata keçirirlər. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi də “Heydər Əliyev İli” ilə bağlı tədbirlərin keçirilməsinə başlayıb. Zona konfransı da Respublika Komitəsinin silsilə tədbirlərindən biridir. Sonra M.Cəfərzadə Azərbaycanda həmkarlar ittifaqlarının inkişafında ümummilli lider Heydər Əliyevin rolundan danışıb. Qeyd edib ki, Azərbaycanda bütün sahələrin, o cümlədən də həmkarlar ittifaqları institutunun davamlı inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün, Heydər Əliyevin bu sahədə olan ideyaları onun mənəvi-siyasi irsinin ən layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Konfransda çıxış edən Abşeron rayon komitəsinin sədri Vahid Əliyev, Sumqayıt şəhər komitəsinin sədri Xudaverdi Əliyev və başqaları ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışıblar. Qeyd olunub ki, Azərbaycanda bütün sahələrin, o cümlədən də həmkarlar ittifaqları institutunun davamlı inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün, Heydər Əliyevin bu sahədə olan ideyaları onun mənəvi-siyasi irsinin ən layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.IMG_0004.JPG 1.46 MBIMG_0005.JPG 1.5 MBIMG_0006.JPG 1.29 MB
20.05.2023
Bizimlə əlaqə